Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / I hissə. ALLAHA İMAN

I hissə. ALLAHA İMAN

I hissə.

ALLAHA İMAN

 

Şübhəsiz ki, Allaha iman gətirmək imanın əsaslarının ən mühü­mü, ən əzəmətlisi, ən təqdirəlayiq olanıdır. Bu, imanın əsası, binası­nın təməli və məğzi hesab edilir. Digər əsaslar da ona tabedir, ona əsaslanır və onun üzərində qurulur. Qüdrətli və qüvvətli Allaha iman gətir­mək, Onun həm Rübubiyyədə, həm Üluhiyyədə, həm də ad və sifətlər­də Tək ilah olduğuna iman gətirməkdir. Allaha iman məhz bu üç əsas üzərində bina edilir. Əslində, İslam dininin Tövhid dini ad­lanmasının sə­bəbi odur ki, Allah Öz mülkündə və Öz etdiklərində tək­dir və Onun şəriki yoxdur, həm zatında, həm də ad və sifətlərində Onun tayı-bənzəri yoxdur, habelə Üluhiyyətdə də O təkdir və Onun şəriki yoxdur.

Bundan da aydın olur ki, peyğəmbərlərin və elçilərin tövhidi üç qismə bölünür:

1. Rübubiyyə tövhidi: Bunun mənası budur ki, Allah hər şeyin Rəbbi, Hökmdarı, Yaradanı və ruzi verənidir. Öldürən və dirildən, xeyir və zərər toxunduran, ehtiyacı olan kimsənin duasını qəbul edən də Odur. Hər bir işin aqibəti Ona məxsusdur, hər bir xeyir Onun Əlindədir, bütün işlər Ona qayıdır və Onun heç bir şəriki yoxdur.

2. Üluhiyyə tövhidi: Bu, zəlillik, qorxu, sevgi, rüku, səcdə, qur­ban, nəzir və digər ibadətləri Tək Allaha yönəltmək və Ona şərik qoş­mamaqdır.

3. Ad və sifətlər tövhidi: Bu, Allahı Öz Kitabında və ya Öz Pey­ğəmbərinin (sallallahu aleyhi və səlləm) dili ilə Özünü adlandırdığı və vəsf etdiyi bütün ad və sifətlərdə təkləşdirməyə, Onu bütün eyib və nöqsanlardan təmizə çı­xar­mağa, Ona xas olan xüsusiyyətlərdə isə Onu heç kimə bən­zət­mə­məyə deyilir. Həm də o deməkdir ki, Allah hər şeyi Biləndir, hər şeyə Qadirdir, əbədi Ya­şayandır, bütün yaratdıqlarının Qəy­yumudur, Onu nə mürgü, nə də yu­xu tu­tar. Hər şeyin müqəddəratı Onun Əlindədir və O, hikmət Sahibidir. O, Eşidəndir, Görəndir, Rəhimlidir və Bağışlayandır. O, Ərşin üzə­ri­nə istiva etmiş və Öz mülkünü ehtiva etmişdir. O, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah başqalarının Ona şərik qoş­duq­la­rın­dan uca­dır. Beləcə, digər gözəl ad və sifətlər də məhz Ona aiddir.

Bütün bu ad və sifətlərə dair Quran və Sünnədə çoxlu sayda dəlillər vardır.

 Quran bütövlükdə tövhiddən, onun hüquqları və mükafat­la­rından, şirkdən, onun əhlindən və onların cəzalarından bəhs edir. Elm əhli Quran və Sünnəyə əsaslanaraq tövhidin bu üç qismdən ibarət olduğunu  bildirmişlər. Bu, şəriətin dəlillərinin araşdırılması nəticəsində alınmış­dır və şəriətimizin ma­hiyyəti də bunu sübut edir. Şəriət göstərir ki, insanlar rübubiy­yətdə, üluhiyyətdə, həmçinin ad və sifətlərdə Allahın təkli­yinə iman gətirməlidirlər. Bütün bunları etməyən kəs mömin sayıla bilməz. Aşağıda üç fəsil vardır ki, onlardan hər biri bu qismləri ayrı-ayrılıqda bəyan edir.


Baxılıb: 17152


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”