Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / I fəsil. RÜBUBİYYƏ TÖVHİDİ. I mövzu. Mənası; Quran, Sünnə, ağıl və fitrətdən ona dəlillər.

I fəsil. RÜBUBİYYƏ TÖVHİDİ. I mövzu. Mənası; Quran, Sünnə, ağıl və fitrətdən ona dəlillər.

 

I fəsil.

RÜBUBİYYƏ TÖVHİDİ.

I mövzu.

Mənası; Quran, Sünnə, ağıl və fitrətdən ona dəlillər.

 

1. Tərifi.

a) Lüğəti mənası: Rübubiyyə sözü rəbəbə felindən əmələ gəl­miş məsdərdir. Rəbb sözü də bu feildən əmələ gəlmişdir. Rübubiyyə Allahın sifətidir. Bu, Allahın Rəbb adından götü­rülmüşdür. Rəbb sö­zü ərəb dilində müxtəlif mənalar daşıyır: hökmdar, itaət olunması gə­rəkən rəhbər, islah edən.

b) İstilahi mənası: Rübubiyyə tövhidi – Allahı Onun gördüyü işlərdə təkləşdirməyə deyilir. Bu işlərə yaratmaq, ruzi vermək, hökm­ranlıq etmək, nemət vermək, mülk sahibi olmaq, surət vermək, əta etmək və məhrum etmək, fayda vermək və zərər yetirmək, öldürüb-diriltmək, işləri sahmana salmaq, hökm vermək və təqdir etməyi mi­sal gös­tərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər bir insan bunlara iman gətirməlidir.

2. Dəlillər.

a) Qurandan dəlillər.

Uca Allah buyurur: “O, göyləri görə biləcə­yi­niz bir di­rək olma­­dan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möh­kəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağ­­mur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik. Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan baş­qaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­də­dirlər” (Loğ­man, 10-11). Uca Allah həmçinin buyurur: “Bəlkə onlar öz-özünə (ya­xud əbəs yerə) ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır?” (ət-Tur, 35).

b) Sünnədən dəlillər.

İmam Əhməd və Əbu Davud Abdullah ibn Şixxirdən (radiyallahu anhu) Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Seyyid, Uca və Ulu Allahdır...” Tirmi­zinin "Sünən" əsərində və başqa rəvayətlərdə Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) İbn Abbasa vəsiyyət edərək demişdir: “Bil ki, bütün üm­mət yığışıb sənə fayda vermək istəsə, Allahın sənin üçün yazdığın­dan baş­qa sənə heç bir fayda verə bilməzlər. Həmçinin əgər onlar yığışıb sənə bir zərər yetir­mək istəsələr, Allahın sənin üçün yazdığın­dan başqa sənə heç bir zərər yetirə bilməzlər. Artıq qələmlər qaldırıl­mış, mürəkkəblər də quru­muşdur.”1

v) İnsan ağlı.

Ağıl Allahın möcüzələrinə baxıb onlar haqda düşünməklə Allahın varlığına və onun rübubiyyətdə tək olmağına, Onun kamil qüd­rət sahibi olmasına və insanlar üzərində nəzarət etməsinə inanır. Belə ki, Allahın yaratdıqlarına baxıb onunla Allahın rübubiyyətdə tək olma­sı­na müxtəlif yollarla dəlil gətirmək olar. Həmin yolların ən məş­huru ikidir:

1-ci yol. İnsanın yaradılışı barədə düşünməklə Allahın möcü­zələrinə nəzər salmaqdır ki, bu da nəfsi dəlalət adlanır. İnsan Allahın ən böyük möcüzələrindən biridir ki, bununla Allahın tək şəriksiz ol­masına dəlil gətirmək olar. Uca Allah buyurur: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlil­lər vardır. Məgər görmür­sü­nüz?” (əz-Zariyat, 20-21). Uca Allah həmçinin buyu­rur: “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (əş-Şəms, 7). Və əgər insan özü haqda, habelə Allahın onu qəribə biçimdə yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbi var. Axı insan özünün yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni lax­talanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sü­mük­lərə çevirə bilməz, yaxud bu sümük­ləri ət ilə örtə bilməz.

2-ci yol. Allahın kainatı yaratmasındakı möcüzələrə nəzər sal­maqdır ki, buna da kainat dəlilləri deyilir. Bu da Allahın rübu­biy­yətinə dəlalət edən ən böyük möcüzələrdən hesab olunur. Uca Allah buyurur:Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz dəlillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yil?” (Fussilət, 53).

Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara, dənizlərə və çaylara, gecə ilə gün­düzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət et­mə­sinə nəzər saldıqda, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olur. Ağıllı adam hər dəfə bu məxluqatlar barədə düşündükdə, kainatın bu ecazkarlığına nə­zər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldı­ğını, ha­belə bu kainatın, Allahın Özü haqda verdiyi xəbərləri təsdiq edən möcüzələrlə dolu səhifələr və dəlil-sübutla dolu kitablar, həmçinin Onun Təkliyini sübut edən dəlillər olduğunu dərk edir.

Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allahın Rübubiyyəti barəsində İmam Əbu Hənifə ilə mübahisə etmək istəyir. İmam da on­lara belə deyir: “Söhbətimizə başlamazdan əvvəl, bir mənə deyin gö­rüm, Dəclə çayın­da öz-özünə gedib (göyərtəsini) ərzaq və sairə ilə dol­duran, öz-özünə gedib-gələn, heç kəsin idarə etmədiyi bir gəmi haq­da nə düşünürsüz?” Onlar dedilər: “Belə bir şeyin olması əsla müm­kün deyil.” İmam dedi: “Əgər bunun gəmiyə aid edilməsi müm­kün deyil­sə, bu aləmdə – göydə və yerdə baş verməsi necə mümkün ola bilər?”

Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar arasındakı bağlı­lıq, habelə bu aləmin dəqiq və kamil biçimdə yaradılması, onun tək olan Xaliq tərəfindən yaradıldığına dəlalət edir.



1Sünən Tirmizi”, 2516; “Müsnəd Əhməd”, 1/307. Bu hədisi Tirmizi “hə­sən”, Hakim isə “səhih” hesab etmişdir.

 


Baxılıb: 16854


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”