Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Tövhidin bu növünü təsdiq etməyin əzabdan qurtulmaq üçün kifayət etmədiyinin bəyanı.

II mövzu. Tövhidin bu növünü təsdiq etməyin əzabdan qurtulmaq üçün kifayət etmədiyinin bəyanı.

II mövzu.

Tövhidin bu növünü təsdiq etməyin əzabdan

qurtulmaq üçün kifayət etmədiyinin bəyanı.

 

Qeyd etdiyimiz kimi, Rübubiyyə tövhidi tövhidin üç qismindən biridir. Odur ki, Allahı yalnız Rübubiyyə tövhidində təkləş­dir­məklə heç kəsin imanı kamil ola bilməz. Allahın elçilərinin göndə­ril­məsinin qayəsi də sadəcə bu olmamışdır. İnsan Üluhiyyə tövhidi­nin tələblə­rinə əməl etmədən Allahın əzabından yaxa qurtara bilməz.

Uca Allah buyurur: “Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir” (Yusuf, 106). Yəni insanların çoxu Allahın Rəbb, ya­radan, ruzi verən və işləri səhmana salan olmasına inandıqları halda, – bunların da hamısı rübubiyyə tovhidinə aiddir, – Allahdan qeyrilə­rinə, heç bir faydası və ya zərəri olmayan bütlərə ibadət edə­rək Ona şərik qoşurlar.

Səhabə və tabiinlər bu ayənin mənasını məhz belə izah etmişlər.

İbn Abbas N demişdir: “Müşriklərin inamı belədir ki, onlar­dan: “Səmanı kim yaradıb?”, “yeri kim yaradıb?”, “dağları kim yara­dıb?”– deyə soruşsan, onlar: “Allah”– deyə cavab verərlər. Lakin bu­nunla yanaşı Allaha şərik qoşarlar.”

İkrimə demişdir: “Onlardan: “Sizi, səmaları və yeri kim yara­dıb?”– deyə soruşduqda onlar: “Allah”– deyə cavab verərlər. Onlar Allaha belə etiqad etdikləri halda qeyrilərinə tapınırlar.”

Mücahid demişdir: “Onların inamı budur ki, Allah bizi yaradıb, bizə ruzi verir və bizi öldürür. Lakin bu etiqadla yanaşı Allaha şərik qoşurdular.”

Abdurrəhman ibn Zeyd ibn Əsləm ibn Zeyd demişdir: “Allah­dan qeyrisinə ibadət edən hər bir kəs əlbəttə ki, Allaha iman gətirir, üstəlik bilir ki, onun Rəbbi, onu yaradan və ona ruzi verən Allahdır. Lakin bununla yanaşı Ona şərik qoşur.” İbrahimin u nə dediyini görmürsənmi? “O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü – həm siz, həm də ulu ba­balarınız? Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir” (əş-Şuəra, 75-77).

Sələflərdən bu xüsusda bir çox rəvayətlər nəql olunmuşdur. Hətta Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında yaşamış müşriklər belə Allahın Rəbb, yaradan, ruzi verən və işləri səhmana salan olduğunu təsdiqlə­yirdi­lər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapı­nır, onlara dua edir, onlardan yardım diləyir və öz istəklərinə nail olmaq üçün onlara üz tuturdular.

Qurani Kərim bir çox ayələrdə müşriklərin Allahın Rəbb oldu­ğuna etiqad etdikləri halda, ibadətdə Ona şərik qoşduqlarını xəbər ve­rir. Uca Allah buyurur: “Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndəri­lirlər!” (əl-Ənkəbut, 61). Uca Allah həmçinin buyurur: “Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd olsun Alla­ha!” Lakin on­ların çoxu bunu başa düşmür” (əl-Ənkəbut, 63). O həmçinin buyurur: “Əgər onlar­dan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər!” (əz-Zuxruf, 87). O həmçinin buyurur: “De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?” Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­ma­yacaq­sı­nız?” De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?” Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?” De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?” Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?” (əl-Muminun, 84-89).

O zamankı müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi ver­diklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Ək­sinə, onlar etiqad edirdilər ki, bütün bunları edən pak və müqəddəs olan Allahdır. Onu da etiqad edirdilər ki, Allahdan başqa tapındıqları bütlər məxluqdurlar, nə özlərinə, nə də onlara ibadət edənlərə xeyir və ya ziyan toxundura bilməzlər. (Bilirdilər ki,) onlar nə öldürməyə, nə həyat verməyə, nə də ki öləndən sonra diriltməyə qadirdirlər, nə eşitmir, nə də görmürlər. Müşriklər yəqin bilirdilər ki, büt­ün bunlar yalnız Allaha məxsus vəsflərdir və Onun heç bir şəriki yox­dur. Nə onlar, nə də ibadət etdikləri bütlər bunları etməyə qadir deyillər. Onlar bilirdilər ki, yaradan yalnız pak və müqəddəs olan Allahdır və Ondan savayı hər şey məxluqdur. Lakin onlar həmin bütləri Allahla özləri arasında vasitə edir, onları şəfaətçi qəbul edir və bu bütlərin onlar Allaha yaxın­laşdırdıqlarına inanırdılar.

Bu barədə Uca Allah buyurur: “Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz” (əz-Zumər, 3). Yəni bütləri Allah yanında şəfaətçi edirdilər ki, Allah onlara yardım etsin, onlara ruzi versin və onların dünyadakı işlərini səhmana salsın.

Müşriklər Allahın Rəbb olduğuna etiqad etmələrinə rəğmən, Allah onları müsəlman saymamışdır. Əksinə, Uca Allah onların müş­rik və kafir olduqlarını bildirmiş, onlara Cəhənnəm odunu və orada əbədi qalacaqlarını vəd etmiş, Öz elçisinə (sallallahu aleyhi və səlləm) də onların mallarını və qan­larını halal buyurmuşdur. Çünki onlar rübubiyyət tövhidinin tələb­lərini lazımınca yerinə yetirməmişlər – tək Allaha ibadət etməmişlər.

Bununla da aydın olur ki, təkcə Rübubiyyət tövhidi ilə kifayət­lənib onun ayrılmaz hissəsi sayılan Üluhiyyət tövhidini tərk etmək insanı Allahın əzabından xilas edə bilməz. Əksinə, bu, ibadəti vacib edən və isanın əleyhinə olan tutarlı bir əsasa çevrilir. Üluhiyyət tövhidinə əməl etməyən kəs əlbəttə ki, kafirdir, üstəlik onun qanı və malı halaldır.


Baxılıb: 16547


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”