Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II fəsil. ÜLUHİYYƏ TÖVHİDİ

II fəsil. ÜLUHİYYƏ TÖVHİDİ

 

II fəsil.

ÜLUHİYYƏ TÖVHİDİ

 

Üluhiyyə sözü ilah kəlməsindən əmələ gəlmişdir və itaətə layiq məbud deməkdir. İlah Allahın gözəl adlarından biridir. Üluhiyyə isə Allahın Əzəmətli sifətlərindən biridir. Bütün nöqsanlardan uzaq olan Allah ilahiləşdirilməyə və ibadət olunmağa haqqı olan yeganə varlıq­dır. Qəlblər onu ilahiləşdirməli, Ona itaət etməli, Onun qarşısında zə­lil olmalı və Ona boyun əyməlidir. Çünki Allah bu kainatı yaradan, kainatdakı işləri yoluna qoyan, kamil sifətlərlə vəsf olunan və hər bir nöqsandan uzaq olan Əzəmətli Rəbdir. Odur ki, yalnız Onun qarşı­sında əyilmək və yalnız Ona itaət etmək gərəkdir. Tək yaradan, yox­dan var edən yalnız Odur və Onun heç bir şəriki yoxdur. Bu da o de­mək­dir ki, ibadət olunmağa haqqı olan da başqası deyil, yalnız Odur və ibadətdə Onun heç bir şəriki yoxdur.

Üluhiyyə tövhidi Allahı ibadətdə təkləşdirməyə deyilir. Yəni insan tam yəqinliklə bilməlidir ki, həqiqi ilah və məbud yalnız Allah­dır, Üluhiy­yətin vəsfləri və mənaları heç bir məxluqa yox, məhz Uca Allaha məxsusdur. Bunları bilən və etiraf edən hər kəs, həm zahiri, həm də batini ibadətləri yalnız Allaha yönəldər. Beləliklə o, İslam şə­riətinin buyruqlarını – namaz, zəkat, oruc, həcc, yaxşı işlərə dəvət et­mək, pis işlərdən çəkin­dirmək, valideyinlərə qayğı gös­tər­mək, qo­humlarla əlaqədə olmaq və sair bu kimi bütün zahiri ibadət­ləri, habe­lə Allaha, Onun mələklə­rinə, kitab­larına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə iman gətirmək kimi batini ibadət­ləri yalnız bir məqsədlə – Allahın rizasını qazanmaq və Onun verdiyi savaba nail olmaq üçün edər.

Bu fəsildə tövhidin bu növü ilə bağlı bəzi mühüm mövzulara toxu­nacağıq.

 


Baxılıb: 16741


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”