Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / V mövzu. Qeybi və bununla bağlı məsə­lələri bilməyi iddia etmək.

V mövzu. Qeybi və bununla bağlı məsə­lələri bilməyi iddia etmək.

 

V mövzu.

Qeybi və bununla bağlı məsə­lələri bilməyi iddia etmək.

 

Qeyb, keçmişdə, hazırda və gələcəkdə ağıllara və gözlərə giz­li qalan hər bir şeyə deyilir. Nöqsansız olan Allah bunu yalnız Özü­nə aid etmişdir. Uca Allah buyurur: “De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz” (ən-Nəml, 65). O, həm­çi­nin bu­yurur: Allah qeybi və aşkarı Bi­lən­dir, Bö­yükdür, Uca­dır” (ər-Rəd, 9).

Demək, qeybi Allahdan savayı, nə göndərilmiş bir peyğəmbər, nə də yaxın olan bir mələk bilmir. O ki qalsın, onlardan qeyriləri!?

Uca Allah Nuh (əleyhissəlam) barəsində demişdir: “Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm” (Hud, 31). Hud barəsində isə buyurur: “Hud dedi: “Bu haqda bil­gi ancaq Allaha məxsusdur. Mən si­zə yalnız mə­nimlə gön­dərilənləri təbliğ edirəm” (əl-Əhqaf, 23). Uca Allah rəsulu Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə buyurur: “De: –Mən sizə demirəm ki, Alla­hın xəzinələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm” (əl-Ənam, 50). Həmçinin Uca Allah buyurur: Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra on­ları mə­lək­lərə gös­tərib dedi: –Doğru danı­şan­larsınızsa, bun­­ların adla­rını Mənə deyin! Onlar dedilər: –Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bi­lənsən, Müdrik­sən!” (əl-Bəqərə, 31-32). Uca Allah bəzi bəndələrinə vəhy vasitəsilə müəyyən qeybi məsə­lələri bildirir. O buyu­rur: “O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki, hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır” (əl-Cin, 26-28).

Allahın bildirdiyi qeybin bu növü bəzi insanların bilib, digər­lərinin isə bilmədiyinə görə nisbi qeyb sayılır. Mütləq qeybə gəlincə isə, bunu Allahdan başqa heç kəs bilmir. Allah qeybi yalnız Özünə məxsus etdiyi halda, kim bunu bildiyini iddia edə bilər?!

Odur ki, hər bir müsəlman Allaha iftira yaxan, yalandan qeybi iddia edən yalançılardan uzaq durmağa çalışmalıdır. Bu cür sehrbaz, falçı və münəccimlər həm özləri haqq yoldan azırlar, həm də bir çox insanları azdırırlar.

Bu məqamda qeyb bildiyini iddia edənlərin, avam insan­ları çaş­dıranların, onların əqidələrini və imanlarını korlayanların etdikləri əməllər barəsində söhbət açacağıq.

1. Sehr.

Lüğəti mənada sehr gizli qalan və səbəbi incə olan mənasında­dır.

İstilahi mənada isə sehr bədənlərə və qəlblərə təsir edib, Allahın izni ilə insanı xəstələndirən, öldürən, yaxud ərlə-arvadı bir-birindən ayı­ran cadulara, ovsunlara və düyünlərə deyilir. Sehr küfrdür və sehrbaz Əzəmətli Allaha qarşı küfr etmiş sayılır, Axirətdə isə onun heç bir payı olmur. Uca Allah buyu­rur: “Onlar Suleymanın səl­tə­nə­tində şeytanla­rın oxuduq­la­rı­nın ar­dınca get­dilər. Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. Mə­ləklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir ol­ma!”– de­məmiş onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. La­kin on­lar Alla­hın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zə­rər verən, fay­da­sı olmayan şey­ləri öyrənir­di­lər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axi­rətdə heç bir pay yoxdur. Nəfs­lə­ri­nin əvə­­zində satın aldıqları şey necə də pisdir! Kaş bunu bi­ləy­di­lər! ” (əl-Bəqərə, 102).

Düyünlərə üfürmək də sehr sayılır: “De: –Sığınıram sübhün Rəb­binə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyün­lərə üfürən cadugər qa­dın­la­rın şərindən və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!” (əl-Fələq, 1-5).

2. Münəccimlik.

Bu, göydə baş verən hadisələrin yerdə olacaq məsələlərlə əlaqə­ləndirilməsinə deyilir. İbn Abbas Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini rəva­yət etmişdir: “Ulduzlardan elm alan sehrdən elm almış olar. (Elmi) art­dıqca (sehr) də artar.” Hədisi Əbu Davud rəvayət etmişdir.1

3. Quş uçurmaq və yerə xətt çəkmək.

Qətən ibn Qəbisə atasından rəvayət etmişdir ki, mən Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Quş uçurmaq, onu uğursuzluq əlaməti saymaq və yerdə xətt çəkmək sehrdəndir.”2 Quş uçurmaq dedikdə, onun adlarını, səslərini və uçduğu istiqamətlərini uğursuz­luq əlaməti saymaq, yerdə xətt çəkmək dedikdə isə, yerdə xətt çəkib və ya daş atıb onunla qeybi iddia etmək nəzərdə tutulur.

4. Kahinlik.

Bu da qeybi iddia etməyə deyilir. Bu əslində cinlərin mələklər­dən bəzi xəbərləri oğurlayıb kahinin qulağına pıçıldaması ilə baş ve­rir. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kahi­nin yanına gəlib onun dediklərinə inanan kəs Muhəmmədə (sallallahu aleyhi və səlləm) na­­zil olana qarşı küfr etmiş olur.” Hədisi Əbu Davud, Əhməd və Hakim rəvayət etmişlər.3

 

5. Əbcəd hərflərini yazmaqla olan sehr (Kabala).

Bu, hər hansı hərfə müəyyən miqdarda rəqəmlər qoyub onlara əsaslanaraq insan, zaman və məkan adlarını tutuşdurmaqla bunun uğurlu və ya uğursuz olacağına dair hökm verməyə deyilir.

İbn Abbas (radiyallahu anhumə) əlifba hərflərini yazan və ulduzlara baxıb qeyb­dən xəbər verən bir qövm haqqında demişdir: “Bu əməlləri edənin Allah yanında bir payı olacağını güman etmirəm”. Hədisi Abdur­rəzzaq “əl-Musənnəf” əsərində rəvayət etmişdir.4

6. Ovuca və ya fincana nə isə oxumaq.

Bununla bəziləri gələcəkdə baş verəcək ölümü, həyatı, yox­sul­lu­ğu, var-dövləti, xəstəliyi, sağlamlığı və başqa bu kimi şeyləri bil­dik­lərini iddia edirlər.

7. Ruhların çağırılması.

Bunu edənlər ruhları çağırmaqla onlardan ölülər barəsindəki xə­bər­ləri – onların nemət və ya əzab içində olub-olmadıqlarını soruş­duq­­larını iddia edirlər ki, bu da yalan və şeytani şarlatanlıqdan başqa bir şey deyildir. Bununla onlar insanların əqidəsini və əxlaqını kor­lamış və avam insanların başlarını tovlayıb mallarını haq­sız olaraq yemiş olurlar.

8. Xurafata inanmaq.

Bu, quşun, ceyranın və ya digər heyvanın hər hansı bir isti­qamətə getməsini uğurlu və ya uğursuzluq əlaməti saymağa deyi­lir. Bu şey­tanın vəsvəsələri və qorxutması ilə olan şirkdir. İmran ibn Hu­sayn (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Quş uçu­ran və bunu tələb edən, fala baxan və baxdıran, sehr edən və etdirən biz­dən deyil. Kim falçının yanına gəlib onun dediklərinə inanarsa, Mu­həm­mədə (sallallahu aleyhi və səlləm) nazil olana küfr etmiş olur.” Hədisi Bəzzar rəvayət etmişdir.5

Allah istəyirik ki, müsəlmanların işlərini yoluna qoyub onlara dinlərini öyrətsin ki, onlar şeytanın dostlarının və hiyləgərlərin toruna düşməsinlər.



1"Sünən Əbu Davud", 3905.

2 "Sünən Əbu Davud", 3907; "Müsnəd Əhməd", 3/477.

3 "Sünən Əbu Davud", 3904; "Müsnəd Əhməd", 2/429; "Müstədrək əl-Hakim", 1/50.

4 "əl-Müsənnəf", 11/26.

5 "Müsnəd əl-Bəzzar", 9/3578.

 


Baxılıb: 16540


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”