Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III fəsil. AD VƏ SİFƏTLƏRİN TÖVHİDİ Müqəddimə. Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri.

III fəsil. AD VƏ SİFƏTLƏRİN TÖVHİDİ Müqəddimə. Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri.

 

III fəsil.

AD VƏ SİFƏTLƏRİN TÖVHİDİ

Müqəddimə.

Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri.

 

Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır.

Bu iman müsəlmanın qəlbində, Allaha təvəkkül edib, Ona gü­vənmək, yalnız Allahın razı qalacağı əməllər barəsində düşünərək bə­dən üzvlərini, qəlbinin düşüncələrini və ürəyinin səsini qorumaq, Allah üçün sevmək, Onu eşitmək və görmək, habelə Allahdan dilə­mək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar bura­xır.

Bu mənalar insanlar arasında fərqli şəkildə həm zahiri, həm də batini ibadətlərin artmasına səbəb olur. Bu Allahın lütfüdür və O bu lütfünü istədiyinə verir.

Misal üçün, Allahın “əl-Ğaffər”, yəni bağışlayan adının insanın Onu sevməsinə və Onun mərhəmətindən ümidini üzməməsinə bö­yük təsiri vardır. Onun “Şədidul-iqab”, yəni şiddətli əzab verən adı­nın da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Bu minvalla hər bir ad və sifətin mə­nalarının müvafiq olaraq insanın davranışına, onun Allahın qa­nun­larına riayət etməsinə və Onu sevməsinə bilavasitə müsbət təsiri var­dır. Allah sevgisi də müsəlmanın dünya və axirət səadətinə nail ol­masına və böyük bir xeyrə çatmasına gətirib çıxarır. Həmçinin, Allah sevgisi qulun öz Rəbbinə mükəmməl şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o hər bir xeyir qapısının açarıdır. Belə ki, zahiri əməllər, qəlbdə olan Allah sevgisinə uyğun olaraq insanın nəfsinə ya yüngül, ya da ağır gəlir.

Müsəlmanın hər hansı əməli mükəmməl və Allahın istədiyi for­mada etməsi üçün ilk öncə Onu sevməsi gərəkdir. Allahı sevmək üçün isə Onun ad və sifətlərini yaxşıca bilmək lazımdır. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, Onu ən çox sevib və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur.


Baxılıb: 16323


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”