Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Mələklərə iman gətirməyin yeri, necəliyi və dəlilləri.

II mövzu. Mələklərə iman gətirməyin yeri, necəliyi və dəlilləri.

 

II mövzu.

Mələklərə iman gətirməyin yeri, necəliyi və dəlilləri.

 

Mələklərə imanın yeri.

İslam dinində mələklərə iman gətirmək imanın rüknlərindən biri sayılır. Onsuz iman iman sayılmır. Bunu Uca Allah Öz kita­bın­da, habelə Onun elçisi də Sünnəsində bildirmişdir.

Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbin­dən ona nazil edi­lənə iman gə­tirdi, mö­minlər də iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər“ (əl-Bəqərə, 285).

Bu ayədə Uca Allah göstərir ki, mələklərə iman gətirmək ima­nın digər rüknləri kimi, Allahın rəsuluna nazil etdiyi, ona və ümmə­tinə vacib buyurduğu bir məsələdir.

Uca Allah başqa bir ayədə buyurur: “Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axirət gü­nünə, mə­lək­lərə, kitablara, pey­ğəm­bər­lərə iman gətirən... şəxslərdir“ (əl-Bəqərə, 177).

Bununla da Uca Allah bu xüsusiyyətlərə iman gətirməyi yaxşı əməl sayaraq onları saleh əməllərin əsaslarından, imanın rüknlərin­dən olduğunu bildirmişdir.

Bunun əksi olaraq Uca Allah bildirmişdir ki, bu rüknlərə küfr edən Allaha küfr etmiş olur. O buyurur: “Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nünü in­kar edən şəxs dərin bir az­ğınlığa düş­müş­dür“ (ən-Nisa, 136).

Bu ayədə Uca Allah bu rüknləri inkar edənləri küfr sözü ilə və dərin bir azğınlıqla vəsf etmişdir. Bu da mələklərə iman gətirməyin imanın əzəmətli bir rüknü oldu­ğunu göstərir və onu inkar etmək insanı islam ümmətindən çıxarır.

Sünnədə də buna dair çoxlu dəlillər vardır. Onlardan biri də İmam Muslimin "Səhih" əsərində Ömər ibn Xəttabdan (radiyallahu anhu) rəvayət etdiyi məş­hur hədisdir. Ömər (radiyallahu anhu) belə rəvayət edir: “Bir dəfə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında otur­muşduq. Birdən ağappaq pal­tarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin ta­nımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınla­şıb Peyğəm­bər­lə (sallallahu aleyhi və səlləm) üzbə­üz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz bu­du­nun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xə­bər ver!” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “İslam (odur ki,) Allahdan başqa (haqq) məbud olma­dığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qıla­san, zəkat verəsən, ramazan ayını oruc tuta­san və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!”– dedi.

(Ömər ibn Xəttab dedi:) “Biz ona təəccüb et­dik, o həm soruşur, həm də təsdiq edir­di. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “(İman odur ki,) Allaha, Onun mələk­lərinə, kitablarına, elçilərinə və Axirət günü­nə iman gətirə­sən, habelə qədə­rə – onun xeyrinə və şərinə iman gətirəsən”. Adam: “Doğru söylə­din!”– dedi. (Sonra) soruşdu: “Mənə ehsan haqqında xəbər ver.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyur­du: “(Ehsan odur ki,) Allaha, sanki Onu görür­müşsən kimi ibadət edəsən. Sən Onu gör­məsən də, (bil ki,) O səni görür”. Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu haqda soruşulan soru­şandan çox bilmir”. Adam soruş­du: “Mənə onun əlamətləri haq­qında xəbər ver”. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “(O vaxt) ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcək­sən.”

Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət (yerimdəcə) donub qal­dım. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) məndən soruşdu: “Ey Ömər, sual verənin kim oldu­ğunu bilir­sənmi?” Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedim. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu­yurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəl­mişdi.”1

Bu əzəmətli hədis dinin bütün əsaslarını və dərəcələrini özündə ehtiva edir. Həmçinin bu hədis İslam dinini öyrənmək üçün əvəz­olunmaz bir yoldur. Bu hədisdə ən əzəmətli mələk olan Cəbraillə bəşəriyyətin ən xeyirlisi Peyğəmbər (sallallahu aleyhi və səlləm) arasında baş vermiş dialoq va­sitəsilə dinimiz insanlara öyrədilir. Gərək müsəlmanlar bu hədisə xü­susi diqqət yetirsinlər və dini öyrənmək və öyrətmək yolunda sələf­lə­rimiz kimi ona müraciət etsinlər. Hədisdə mələklərə imanın da ima­nın rüknlərindən olduğu göstərilir.

Mələklərə necə iman gətirmək lazımdır.

Mələklərə iman özündə bir neçə məsələni birləşdirir ki, bunla­rın olması labüddür ki, iman da olsun.

1. Onların varlığını qəbul etmək və onları təsdiq etmək. Az öncə qeyd etdi­yimiz dəlillərdən də məlum olur ki, mələklərə iman imanın bir rük­nüdür və onsuz iman olmur.

2. Onların sayının həddən çox olmalarına və saylarının Allah­dan başqa heç kimin bilmədiyinə iman gətirmək. Uca Allah buyurur: “Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir” (əl-Müddəssir, 31). Yəni sənin Rəbbinin mələklərdən olan qoşunlarının sayını yalnız O Özü bilir. Bu da onların sayının çox olduğundan xəbər verir. Bunu bəzi sələflər də demişlər. Buxari və Muslimin Malik ibn Sasadan (radiyallahu anhu) İsra gecəsi haqqında rəvayət etdikləri uzun hədisdə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: “Sonra mə­­nə Beytul-Məmuru gös­tərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul­-Məmur­dur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qa­yıt­mırlar.”2

Muslimin "Səhih" əsərində Abdullah ibn Məsud (radiyallahu anhu) Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü Cəhənnəm gəti­rilə­cəkdir. O zaman onun yetmiş min noxtası olacaq. Hər bir nox­tadan yetmiş min mələk onu dartacaqdır.”3 Bu iki hədis mələklərin nə qədər çox olduqlarını göstərir. Əgər təkcə Beytul Məmura hər gün yetmiş min mələk daxil olur, sonra da ora geri dönmürlərsə, Qiyamət günü Cəhənnəmi bu qədər çox sayda mələklər gətirəcəksə, görün başqa işlərə müvəkkil edilmiş mələklərin sayı nə qədərdir. Həmin mələklərin sayını isə yalnız onları Yaradan bilir.

3. Mələklərin Allah yanında yüksək məqama, hörmətə, şərəfə sahib olmalarını etiraf etmək. Uca Allah buyurur: Kafirlər: “Mər­hə­mətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəd­dəs­dir! Əksinə, o mələklər möh­tərəm qullardır. Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər” (əl-Ənbi­ya, 26-27). O, həm­çinin buyurur: Bu səhifələr elçilərin əl­lə­rində – möhtərəm və müti olan­ların əllə­rindədir (Əbəsə, 15-16).

Bu ayədə Uca Allah mələklərin möhtərəm qullar olduqlarını bil­dirmək­dədir. Uca Allah buyurur: “Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usanma­dan Onun şəninə təriflər de­yir­lər” (Fussilət, 38). Ayədə buyurulur ki, mələklər Allahın yanındadırlar və usanmadan Ona ibadət edirlər. Bu da onların şərəfli olmalarını göstərir. Uca Allah Öz kitabında bir çox yerlərdə mələklərə and içir. Bunun özü də onların Allah yanında olan şərəfini göstərir. O buyurur: “And olsun göylərdə və yer­də səf-səf duran­lara, iman­sız­ları qətiyyətlə qo­vanlara və Zikri oxuyan­lara!” (əs-Saffət, 1-3).

O, həmçinin buyurur: “(And olsun) haqqı nahaqdan ayırdıqca ayıran­lara və zikri çatdıranlara” (əl-Mursələt, 4-5).

Allahın Kitabını mütəmadi oxuyan hər kəsə məlumdur ki, orada mələklərin möhtərəm qullar olmaları barədə müxtəlif növ və müxtəlif üslubda çoxlu sayda dəlillər vardır.

4. Quran və Sünnədə gələn bütün dəlillərə əsasən mələklərin bir-birilərindən üstün olmaları, fəzilət və Allah qatında olan məqam baxı­mından onların eyni səviyyədə olmamaları etiqad edilməlidir. Uca Allah buyurur: “Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir!” (əl-Həcc, 75).

Həmçinin buyurur: “Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər” (ən-Nisa, 172).

Uca Allah xəbər verir ki, bəzi mələklər elçi seçilir və Ona yaxın olurlar. Bu da həmin mələklərin qeyrilərindən üstün olmalarını gös­tə­rir. Ən əfzəl mələklər Allaha yaxın olub Ərşi daşıyan mələk­lər­dir. Allaha yaxın olan mələklərin ən fəzilətlisi isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) duasın­da adları çəkilən üç mələkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namazını bu dua ilə başlayardı: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybi və aşkarda olanı Bilən Allahım!...”4

Bu üç mələkdən daha əfzəli Cəbraildir. O elçilərə vəhyi çat­dır­mağa müvəkkil olunub. Gördüyü vəzifənin şərəfinə görə özü də şə­rəf­li hesab olunur. Uca Allah onu Öz Kitabında başqa mələklərini vəsf et­mədiyi adlarla qeyd edib. Uca Allah onu ən gözəl ad və sifət­lərlə vəsf edib. Uca Allah buyurur: “Onu sadiq ruh Cəb­rail endir­di“ (əş-Şüəra, 193). O, həmçinin buyurur: “O gecə Rəbbinin izni ilə mələk­lər və Ruh Cəbrail hər işə görə ye­rə enirlər“ (əl-Qədr, 4). Bu adı Uca Allah başqa bir ayədə Özünə aid edərək belə qeyd edir: “Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu” (Məryəm, 17).

Başqa bir ayədə Uca Allah bu adı Müqəddəs adı ilə birgə qeyd edir: “De: –Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir” (ən-Nəhl, 102).

Təfsir alimlərinin rəyinə görə Müqəddəs deyildikdə, ayədə Allah nəzərdə tutulur. Uca Allah onu həmçinin vəsf edərək buyurur: “Hə­qi­qətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür. O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir, orada itaət ediləndir, eti­barlı­dır” (ət-Təkvir, 19-21). Həmçinin buyurur: “Bu­nu ona çox qüvvətli olan öy­rət­di – gözəl görünüşlü Cəbrail. O, yük­sə­lib öz surətində gö­rün­dü(ən-Nəcm, 5-6). Bu ayələrdə Uca Allah Cəb­raili elçi, möhtərəm, qüvvətli, Onun yanında xüsusi yerə malik, səma­larda itaət olunan, vəhyə etibar olunmuş və gözəl simalı adlandırmışdır.

5. Müsəlmanlar mələkləri özlərinə dost tutmalı, onlara düşmən möv­qedə olmamalıdırlar. Uca Allah buyurur: “Mömin kişilərlə mö­min qa­dınlar bir-birinin dost­ları­dır“ (ət-Tövbə, 71). Mələklər də bura daxildirlər, çünki onlar da Allaha itaət edən möminlərdir. Uca Allah onlar barəsində belə buyurur: “Onun başı üs­tündə Alla­hın on­lara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­dır“ (ət-Təhrim, 6). Həm­çinin, Uca Allah mələklərin möminlərə və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dost ol­duğunu bildirir. O buyurur: “Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəs­tək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır“ (ət-Təhrim, 4). O, həmçinin buyurur: “Sizi zülmətlər­dən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yər­lər(əl-Əhzab, 43).

Başqa bir ayədə o buyurur: “Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyir­lər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin!“ (Fussilət, 30).

Mələklərin möminləri sevmələrinə, onlara yardım etmələrinə, onları dəstəkləmələrinə və onlar üçün bağışlanma diləmələrinə görə möminlərin də mələkləri özlərinə dost tutmaları vacibdir. Uca Allah mələklərə qarşı düşmən mövqedə olmaqdan çəkindirərək buyurur: “Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da o kafirlərə düş­mən­dir“ (əl-Bəqərə, 98).

Rəbbimiz xəbər verir ki, mələklərə düşmən olmaq Allaha düş­mən olmaqdır. Çünki mələklər Onun əmrlərindən və hökmündən əsla çıxmırlar. Odur ki, kim onlarla düşmənçilik edərsə öz Rəbbi ilə düşmənçilik etmiş olur.

6. Etiqad edilməlidir ki, mələklər məxluqdurlar və onlar yarat­maq, idarə etmək, işləri yoluna qoymaq kimi qüdrətə malik deyillər. Onlar Allahın əsgərləridir və yalnız Onun əmrlərini icra edirlər. Bü­tün işlər Allahın əlindədir və bu işdə Onun heç bir şəriki yoxdur. Elə­cə də hər hansı bir ibadət növünü mələklərə yönəltmək yolveril­məz­dir. Əksinə, ibadət Rübubiyyətdə, Üluhiyyətdə və ad və sifətlər­də heç bir şəriki və oxşarı olmayan, həm mələkləri, həm də bütün məxluqatı yaradan Allaha olmalıdır. Uca Allah bunu bəyan edərək buyurur: “O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə tanrılar qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra ka­fir olmağı əmr edər­mi?” (Ali İmran, 80). Həmçinin buyurur: Kafirlər: “Mərhə­mətli Allah Özünə öv­lad götürdü!”– dedi­lər. O, pakdır, mü­qəddəs­dir! Əksinə, o mələklər möh­tərəm qullardır. Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər. Allah on­ların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsir­lər. Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq“ (əl-Ənbiya, 26-29).

Uca Allah bu ayələrdə xəbər verir ki, O, mələklərə ibadət etməyi buyur­mayıb. Bu əməl küfr olduğu halda Allah bunu necə əmr edə bilər. Həmçinin, Uca Allah mələklərin Allahın qızları olduğunu iddia edənlərin iddialarının batil olduğunu da bəyan edir və Özünü bun­lardan təmizə çıxarır. Həmçinin, ayədə bildirir ki, mələklər hörmətli qullardır, onlar yalnız Allahın əmrlərini yerinə yetirirlər, Onun qor­xusundan əsim-əsim əsirlər və yalnız Allahın razı qaldığı tövhid əh­lin­dən olan kəslər üçün şəfaət diləyirlər. Sonda isə Allah, bildirir ki, üluhiyyəti iddia edən hər kəsin yeri yalnız Cəhənnəmdir. Bundan da aydın olur ki, mələklər sadəcə Allahın qullarıdır, güc və qüdrət isə yalnız onların Rəbbi və onların Xaliqi olan Allaha aiddir.

7. Quran və Sünnədə adları xüsusi olaraq qeyd olunan mələk­lərə, təfsilatı ilə iman gətirmək. Onlardan bəziləri aşağıdakılardır: Cəbrail, Mikail, İsrafil, Malik, Harut və Marut, Ridvan, Munkər və Nəkir və digərləri. Həmçinin, dəlillərdə vəsfləri ilə qeyd olunan mə­ləklər də belədir: hazır duran və nəzarət edən mələklər kimi. Bəzən mələklər vəzifələri ilə də qeyd olunurlar. Misal olaraq ölüm mələyini və ya dağlar mələyini göstərmək olar. Bəzi mələklərin vəzifələri ümu­mi olaraq qeyd olunur: Ərşi daşıyanlar, əməlləri yazan möhtərəm mələklər, məxluqatı qoruyanlar, bətinlərdə olanları qoru­yanlar, Bey­tul Məmuru təvaf edənlər, gəzib dolanan mələklər və başqaları kimi.

Bu cür adları, vəsfləri, vəzifələri və xəbərləri qeyd olunan mə­ləklərə təfsilatı ilə iman gətirmək və təsdiq etmək gərəkdir. Bu barədə növbəti fəsildə söhbət açacağıq.

Quran və Sünnədə gələn dəlillərə əsasən mələklər barəsində eti­qad olunması vacib olan məsələlər bunlardır. Daha doğrusunu Allah bilir.



1 "Səhih Muslim", 8.

2 "Səhih əl-Buxari", 3207; "Səhih Muslim", 164.

3 "Səhih Muslim", 2842.

4 "Müsnəd Əhməd", 6/156; "Sünən ən-Nəsai", 3/173.

 


Baxılıb: 16218


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”