Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II fəsil. Kitablara iman.

II fəsil. Kitablara iman.

II fəsil. Kitablara iman.

 

"Vəhy" sözünün həm lüğəti, həm də istilahi mənası və bir də onun növləri.

"Vəhy" lüğəti mənada tez və gizli gələn xəbərə deyilir.

Həmçinin, vəhyin işarə, yazı, risalə və ilham mənaları da var­dır. Başqasına bildirdiyin hər bir xəbər vəhy adlanır. Yəni vəhyin lü­ğəti mənada yalnız Allahdan olması və peyğəmbərlərə verilməsi şərt deyil.

Beləliklə lüğəti mənada vəhy aşağıdakı anlamlara gəlir:

1. Musanın anasına verildiyi kimi insana verilən fitri ilham. Uca Allah buyu­rur: “Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorx­duq­da isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sə­nə qay­ta­­racaq və onu elçi­lə­ri­mizdən biri edəcəyik”– deyə təl­qin etdik(əl-Qəsəs, 7).

2. Arılara və başqa heyvanlara verilən instinktiv ilham. Uca Allah buyu­rur: Rəbbin bal arısına belə vəhy et­di: Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör(ən-Nəhl, 68).

3. Zəkəriyyənin öz qövmünə etdiyi kimi, bir işarə ilə. Uca Allah buyurur: “O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!” (Məryəm, 11).

4. Şeytanın insana vəsvəsə verərək, öz dostlarına pis şeyi yaxşı göstər­məsi. Uca Allah buyurur: “Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər” (əl-Ənam, 121).

5. Allahın mələklərə yerinə yetirilməsi üçün verdiyi buyuruq­ları. Uca Allah buyurur: “O zaman Rəbbin mə­lək­lərə: “Mən sizin­ləyəm! İman gə­ti­rən­ləri güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə qorxu sa­la­ca­­ğam. On­la­rın bo­yunlarını vu­­run və bar­maqlarının ha­mı­sını kə­sin!”– deyə vəhy etmişdi” (əl-Ənfal, 12).

 

Vəhy sözünün istilahi mənası:

"Vəhy" – vasitə ilə və ya vasitəsiz olaraq Uca Allahın öz peyğəm­bərlərinə şəriət qanunu və ya kitab kimi çatdırmaq istədiyi xəbəridir.

Vəhyin növləri:

Allah tərəfindən nazil olunan vəhyin növləri vardır ki, bunları da Uca Allah əş-Şura surəsində bildirmişdir: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından da­nışır, ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqə­tən, O, Ucadır, Müdrikdir” (əş-Şura, 51). Uca Allah bu ayədə bildirir ki, vəhyin üç mərtəbəsi vardır:

Birinci mərtəbə: Mücərrəd vəhydir ki, bu da Allahın dilədiyi kə­sin qəlbinə istədiyi bir şeyi çatdırmasıdır. Həmin şəxs də bunun qətiyyətlə Allahdan olmasına əmin olur. Uca Allah buyurur: “ancaq vəhylə...” (əş-Şura, 51).

Abdullah ibn Məsuddan (radiyallahu anhumə) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: ”Müqəddəs ruh mənim qəlbimə çatdırdı ki, heç bir insan onun üçün müəyyən olunmuş ruzini tam əldə etməyincə ölməyəcək. Odur ki, Allahdan qorxub və ruzinizi gözəl şəkildə axtarın.” Hədisi İbn Hibban və Hakim səhih olaraq rəvayət etmişlər, Zəhəbi də onun bu möv­qeyini dəstəkləmişdir.1 Bəzi alimlər peyğəmbərlərin yuxularında gör­dük­lə­rini də bu qismə aid etmişlər. Uca Allah İbrahim barəsində be­lə xəbər verir: İbrahim dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” (əs-Saffat, 102). Pey­ğəm­bər­liyin başlanğıcında Peyğəm­bə­rimizin (sallallahu aleyhi və səlləm) gör­düyü yuxular da bu qəbil­dən­dir. Buxari və Muslim Aişənin (radiyallahu anhə) belə de­diyini rəvayət etmişlər: “Allahın elçisinə (sallallahu aleyhi və səlləm) ilk vəhyin gəlməsi yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçəkləşməsin.”2

İkinci mərtəbə: Pərdə arxasından vasitəsiz olaraq danışmaq. Bu bəzi peyğəmbərlər barəsində sabit olmuşdur. Məsələn, Uca Allah Öz Kitabında bir çox yerlərdə Musa peyğəmbərlə bilavasitə danışmağı barədə xəbər vermişdir. Bu barədə Uca Allah buyurur: “Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı” (ən-Nisa, 164). O, həmçinin buyu­rur: “Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı” (əl-Əraf, 143).

Uca Allahın Adəmlə danışması da belə olmuşdur: “Adəm töv­bə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi” (əl-Bəqərə, 37).

Həmçinin Sünnədə varid olmuşdur ki, Uca Allah Peyğəm­bər­lə (sallallahu aleyhi və səlləm) də İsra gecəsi danışmışdır. Uca Allah buyurur: “Allah insan­la ancaq vəhy­lə və ya pərdə arxasından da­nışır” (əş-Şura, 51).

Üçüncü mərtəbə: Mələk vasitəsilə olunan vəhy. Uca Allah buyu­rur: “ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir” (əş-Şura, 51).

Cəbrail (aleyhissalam) də bu minvalla peyğəmbərlərə vəhy çatdırmışdır.

Qurani Kərim bütövlükdə beləcə nazil olmuşdur. Uca Allah Qu­ranı söyləmiş, Cəbrail (aleyhissalam) də onu eşitmiş və Uca Allahdan eşitdik­lə­ri­ni Muhəmmədə (sallallahu aleyhi və səlləm) çatdırmışdır. Uca Allah buyurur: “Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir. Onu sadiq ruh Cəb­rail en­dir­di – sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan“ (əş-Şüəra, 192-194). Həmçinin buyurur: “De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir” (ən-Nəhl, 102).

Cəbrail vəhyi Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) üç yolla çatdırardı:

1. Ya Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu yaradıldığı surətdə görərdi. Bu da öncə­ki fəsildə qeyd etdiyimiz kimi yalnız iki dəfə baş vermişdir.

2. Ya vəhy ona zınqırov cingiltisi kimi gələr, o da onu qavra­yardı.

3. Ya da Cəbrail kişi qiyafəsinə girərək Peyğəmbərə (sallallahu aleyhi və səlləm) görsənər və vəhyi  xitab ona edərdi. Əvvəldə qeyd etdiyimiz hədisdə – Cəb­ra­ilin (aleyhissalam) Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlib İslamın rüknləri barəsində so­ruş­duğu hədisdə göstərildiyi kimi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Haris ibn Hişamın (radiyallahu anhu) sualına cavab verərkən axı­rın­cı bu iki növdən xəbər vermişdir. Hədisdə deyilir ki, Haris ibn Hi­şam (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Rəsulu, sənə vəhy necə gəlir?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bəzən vəhy mənə zınqırovun cingiltisi ki­mi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mə­lək mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun söy­lə­dik­lə­rini yadda saxlayıram.”3 Hədisi Buxari və Muslim rəvayət etmişlər.



1 "Məvariduz-Zəm'an", 1084, 1085; "Mustədrək əl-Hakim", 2/4.

2"Səhih əl-Buxari", 3; "Səhih Muslim", 160.

3"Səhih əl-Buxari", 2; "Səhih Muslim", 2333.

 


Baxılıb: 16144


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”