Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / I mövzu. Kitablara imanın hökmü və dəlilləri.

I mövzu. Kitablara imanın hökmü və dəlilləri.

 

I mövzu.

Kitablara imanın hökmü və dəlilləri.

 

Kitab sözünün mənası.

Kitab sözü ərəbcə "kətəbə" felindən əmələ gəlmiş məsdərdir və yazılmış bir şeyə deyilir. Əslində isə kitab, üzərindəki yazısı ilə bir­lik­də olan səhifəyə deyi­lir. Uca Allah buyurur: “Kitab əhli səndən, on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər” (ən-Nisa, 153). Burada yazılmış səhifə nəzərdə tutulurdu.

Kitablar deyildikdə, Allahın Öz elçilərinə vəhy etdiyi kəlamla­rı­nın yazıldığı kitablar və səhifələr nəzərdə tutulur. Fərqi yoxdur, bu kitablar Tövrat kimi birbaşa yazılı formada da göndərilə bilər və ya digər kitablar kimi mələklərin vasitəsilə şifahi olaraq nazil edildikdən sonra da yazıla bilər.

Kitablara imanın hökmü.

Allahın peyğəmbərlərinə nazil etdiyi bütün kitablara iman gə­tir­mək imanın əzəmətli rüknlərindən və İslam dininin ən böyük əsas­larından biridir. Bu olmadan iman səhih ol­mur. Buna aid Quran və Sünnədə dəlillər vardır:

Uca Allah buyurur: “Ey iman gətirənlər! Alla­ha, Onun Elçi­sinə və Elçi­sinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilə­rini və Axirət gü­nünü in­kar edən şəxs dərin bir az­ğınlığa düş­müş­dür” (ən-Nisa, 136). Bu ayədə Uca Allah möminlərə imanın bütün rüknlərinə və şöbələrinə iman gətirməyi əmr edir. Onlara əmr edir ki, Allaha, Onun rəsuluna, yəni Muhəmmədə (sallallahu aleyhi və səlləm) və ona nazil etdiyi Ki­ta­ba, yəni Qurana, habelə ondan əvvəl nazil olmuş bütün kitablara, o cümlədən Tövrata, İncilə, və Zəbura iman gətirsinlər. Ayənin sonun­da Rəbbimiz buyurur ki, kim imanın rüknlərindən hər hansı birinə küfr edərsə dərin bir azğınlığa düşər və doğru yoldan çıxmış olar. Ayədə zikr olunan imanın rüknləri arasında kitablara iman da vardır.

Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axi­rət gü­nünə, mə­lək­lərə, kitablara, pey­ğəm­bər­lərə iman gətirən, sev­diyi malı qo­hum-əqrəbaya, ye­timlərə, ka­sıb­lara, müsafir­lərə, dilə­nənlərə və kö­lələrin azad edilməsinə sərf edən, na­maz qılıb zəkat verən, əhd bağ­la­dıqda əhdlərini yerinə yeti­rən, sıxıntı və xəstəlik üz ver­dik­də, habelə döyüşdə səbir edən şəxs­lərdir” (əl-Bəqərə, 177). Uca Allah bu ayədə bildirir ki, əsl yaxşılıq ayədə zikr olunan imanın rüknlərinə iman gətirmək və bu rüknlərdən sonra zikr olunan imanın şöbələrinə əməl etməkdir. Allah kitablara iman gətir­məyi də imanın rüknlərindən biri olaraq qeyd etmişdir. İbn Kəsir demişdir: “Ayədəki tək halında deyilən kitab sözü səmadan peyğəmbərlərə nazil olunmuş bütün kitabları özündə ehtiva edir. Uca Allah bu kitablara özündən əv­vəlki kitabları mühafizə edən və kitabların ən şərəflisi olan Qu­ran­la xətm vermişdir.”1

Uca Allah bütün kitablara iman gətirməyi təsdiqləmək üçün mö­min bəndələrinə əmr etmişdir ki, kitab əhlinə xitab edib belə desinlər: “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbra­himə, İs­mai­lə, İs­ha­qa, Ya­­quba və onun nəs­­li­nə nazil olana, Mu­sa və İsa­ya veri­lən­lə­rə, öz­lə­rinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın ara­sında fərq qoy­mu­ruq. Biz yalnız Ona təs­lim olanla­rıq!” (əl-Bəqərə, 136). Bu ayə möminlərin Peyğəmbər (sallallahu aleyhi və səlləm) vasitəsilə öz­lərinə nazil olan kitaba iman gətirmələrindən, həmçinin onların adları xüsusi olaraq zikr olunmuş peyğəmbərlərə nazil olan kitablara iman gətir­mələrindən, habelə ümumi olaraq bütün peyğəmbərlərə nazil olan ki­tablara iman gətirmələrindən və peyğəmbərlərə iman gətir­mək­də onların ara­sına fərq qoymamalarından bəhs edir. Bütün peyğəm­bərlərə iman gə­tirmək isə öz növbəsində Allahın onlara nazil etdiyi kitablara iman gə­tirməyi özündə ehtiva edir.

Sünnəyə gəlincə, o da kitablara imanın vacib olduğunu və onu imanın bir rüknü olduğunu göstərir. Cəbrailin hədisində onun Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) iman barədə verdiyi sual buna dəlildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ima­nın əsas­larını sadalayarkən kitablara imanı da qeyd etmişdir. Hədisi keçən fəsildə qeyd etdiyimizdən onu yenidən xatırlamağa lüzum gör­mürük.

Beləliklə, bütün kitablara iman gətirərək onların hamısını təsdiq etmək vacibdir. Həmçinin etiqad etmək lazımdır ki, onların hamısı Allahdandır və Uca Allah onları Öz elçilərinə haqq olan, doğru yol göstərən rəhbər, nur və işıq olaraq nazil etmişdir. Bunlardan birini yalan sayan və ya inkar edən kəs Uca Allaha qarşı küfr işlətmiş və dindən çıxmış olur.

Kitablara iman gətirməyin faydaları.

Kitablara iman gətirməyin möminlərə böyük faydaları vardır. Bu faydalardan bəzisi bunlardır:

1. Uca Allahın qullarına qarşı lütfkar və diqqətli olmasına görə Ona şükür etmək. Belə ki, Onun nazil etdiyi kitablarda insanların dün­ya və axirətləri üçün xeyirli olan məsələlər öz əksini tapmışdır.

2. Bununla Allahın hikməti görünür. Çünki O, bu kitablarda hər bir ümmətə onların halına münasib olan qanunlar qoymuşdur. Kitab­ların sonun­cusu olan Qurani Kərim isə Qiyamət gününədək bü­tün za­man və məkanlar üçün bütün məxluqata münasib olan bir kitabdır.

3. Bununla möminlər Allahın kəlam sifətini isbat etmiş olurlar. Bəllidir ki, Allahın danışması, məxluqun danışmasına bənzəmir və bü­tün məxluqat Onun kəlamına bənzər bir kəlam gətirməkdə acizdirlər.



1 "Təfsir İbn Kəsir", 1/297.

 


Baxılıb: 16397


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”