Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Kitablara imanın məğzi.

II mövzu. Kitablara imanın məğzi.

 

II mövzu.

Kitablara imanın məğzi.

 

Kitablara iman gətirmək bir neçə tərəfdən olur. Bunlara etiqad etmək və təsdiqləmək imanın ən əzəmətli əsaslarındandır.

1. Bütün kitabların Allah tərəfindən nazil olmasına və Onun kə­lamı olmasını təsdiq etmək. Uca Allah Özünə layiq tərzdə həqiqi kə­lamla bunları demişdir. O buyurur: “Allah. Ondan başqa iba­də­tə la­yiq olan məbud yox­dur, əbə­di Ya­şayandır, bü­tün yara­dı­lanların Qəy­­­yu­mudur. O, sənə Kitabı gerçək ola­raq, ondan əvvəlkiləri təsdiq­lə­məsi üçün nazil et­di. Tövratı və İncili də O nazil etdi, daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərini in­kar edənlər üçün şid­dətli bir əzab vardır. Allah Qüd­rətlidir, in­ti­qam almağa qa­dirdir” (Ali İmran, 2-4).

Uca Allah bu ayədə buyurur ki, O, Tövratı, İncili və Quranı nazil etmişdir. Bu da onu göstərir ki, bu kitablar Onun kəlamıdır. Ayə­nin sonunda isə Allah buyurur ki, Onun ayələrinə iman gətir­mə­yən­lər şiddətli bir əzaba düçar olacaqlar.

Həmçinin Tövrat barəsində buyurur: “Şübhəsiz ki, Tövratı Biz na­­zil et­mi­şik. Onda hidayət və nur vardır” (əl-Maidə, 44). Uca Allah Tövratı nazil etdiyini və onda hidayət və nur olduğunu bəyan edir. Yəhudilərdən bəhs edən başqa bir ayədə də Allah Tövratın Onun kəlamı olduğunu belə bildirir: “Siz yəhudilərin sizə ina­na­caq­la­rı­na­mı ümid edirsiniz? Hal­buki on­lar­dan bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Əs-Suddi, İbn Zeyd və bir çox təfsirçilər demişlər ki, yə­hudilərin eşidib təhrif etdikləri Allah kəlamı Tövrat olmuşdur.

İncil barəsində isə Uca Allah buyurur: “Qoy İncil əhli Allahın on­da nazil etdiyi şəriət qanun­ları əsa­sında hökm ver­sinlər(əl-Maidə, 47). Yəni Allahın Kəlamı sayılan əmr və qadağalara riayət etsinlər.

Quran barəsində də buyurur: “Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləş­di­rilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır” (Hud, 1). Digər bir ayədə Rəbbimiz elçisi Muhəmmədə (sallallahu aleyhi və səlləm) xitabən buyurur: “Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san” (ən-Nəml, 6).

O, həmçinin buyurur: “De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir” (ən-Nəhl, 102). Həmçinin buyurur: “Əgər müşrik­lərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür” (ət-Tövbə, 6).

Onlara Allahın kəlamı olan və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) endirilən Quranı dinləmək əmr olunmuşdu. Çünki o Allahın həqiqi Kəlamıdır.

2. Bütün kitabların Allaha ibadətə çağırdığına, onların bir hida­yət, nur və xeyir olduğuna iman gətirmək lazımdır. Uca Allah buyu­rur: “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və pey­ğəm­bər­lik ver­dik­dən sonra in­sanlara: “Allaha yox, mənə qul olun!”– de­sin. Əksinə, o deyər: “Öy­rətdiyiniz Kitabın və on­dan öyrəndi­yi­niz şeyin sayəsində din xadimləri olun!” (Ali İmran, 79). Uca Allah bil­dirir ki, Rəbbimiz kiməsə kitab, hikmət və peyğəmbərlik bəxş et­dik­dən sonra onun özünü ilahiləşdirməsi yolverilməzdir. Çünki bütün kitablar tək olan Allaha ibadətə çağırır.

Uca Allah kitablarının haqq və hidayət olduğunu bildirir: “O, sənə Kitabı gerçək ola­raq, ondan əvvəlkiləri təsdiq­lə­məsi üçün nazil et­di. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərini in­kar edənlər üçün şid­dətli bir əzab vardır. Allah Qüd­rətlidir, in­ti­qam almağa qa­dirdir” (Ali İmran, 3-4).

O, həmçinin buyurur: “İnsanlar tək bir ümmət idi. Allah on­la­ra müjdə verən və qor­xudan peyğəmbərlər gön­dər­­di, onlarla bir­lik­də haqq olan ki­tab nazil etdi ki, insan­lar ara­sın­da on­ların ixtilafa düş­dük­ləri şey­lə­rə dair hökm ver­sin” (əl-Bəqərə, 213).

O, həmçinin buyurur: “Şübhəsiz ki, Tövratı Biz na­­zil et­mi­şik. Onda hidayət və nur vardır” (əl-Maidə, 44).

Başqa bir ayədə isə buyurur: “İnsan­lara doğru yolu gös­­tərən, bu yolun və haqqı ba­tildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran rama­zan ayında na­zil edilmişdir” (əl-Bəqərə, 185).

Bu kimi bir çox ayələr vardır ki, səmavi kitabların hidayət və nur olaraq nazil olunduğunu bildirir.

3. Bütün kitabların bir-birini təsdiq etdiyini və onların arasında heç bir ziddiyyətin olmadığına iman gətirmək lazımdır. Uca Allah buyurur: “Biz sənə, özündən əv­vəl­ki kitab­ları təsdiqləyən və on­ları mü­hafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48).

İncil barəsində isə belə buyurur: “Ona içərisində hida­yət və nur olan, özündən əvvəlki Töv­ratı təs­diqləyən, müttəqi­lər üçün doğ­ru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik” (əl-Maidə, 46).

Allahın kitabları arasında heç bir zid­diy­yətin olmamasına iman gətir­mək və onların nöqsanlardan xali olduğuna etiqad etmək vacib­dir. Bu, Allahın Kitabını adi kitab­lardan fərqləndirən başlıca cəhətdir. İnsanların yazdıqlarında isə bir çox nöqsanlar, qüsurlar və ziddiyyət­lər vardır. Uca Allah Quranı vəsf edərək buyurur: “Məgər onlar Qu­ran ba­rə­­sində dü­şünmürlərmi? Əgər o, Allahdan başqa­sı tərəfin­dən ol­saydı, əlbəttə, onda çoxlu ziddiy­yət ta­pardılar” (ən-Nisa, 82).

4. Allahın xüsusi olaraq adlarını çəkdiyi, habelə rəsulunun (sallallahu aleyhi və səlləm) xəbər verdiyi kitab­lara iman gətirib onları təsdiq etmək gərəkdir. Bu kitab­lar aşağıdakılar aiddir:

a) Tövrat. Bu, Allahın Musaya (aleyhissalam) nazil etdiyi kitabdır. Uca Allah buyurur: “Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar” (əl-Qəsəs, 43). Buxari və Muslimin şəfaətçilik barədə Ənəs ibn Malikdən (radiyallahu anhu) rəvayət et­dik­lə­ri uzun hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “... sonra onlar İbrahi­min ya­nına gələcəklər. O deyəcək: Sizə lazım olan adam mən deyiləm. Etdi­yi xəta­sını xatırladıqdan sonra deyəcək: Musanın yanına gedin, Allah ona Tövratı vermiş və onunla bilavasitə danışdırmışdır.”1 Uca Allah Tövratı lövhə­lərə yazaraq Musaya vermişdir. O, buyurur: Biz onun üçün lövhə­lərdə hər şeydən öyüd-nəsihət və hər şeyin təf­si­latını yazdıq” (əl-Əraf, 145). İbn Abbas demişdir: Burada Tövratın lövhələri nəzərdə tutulur.

Əbu Hureyradan (radiyallahu anhu), Adəmlə (aleyhissalam) Musanın (aleyhissalam) söhbəti barədə rə­vayət olu­nmuş hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “... Adəm ona dedi: “Ey Musa, Uca Allah Öz kəlamı ilə səni ucaltmış, Tövratı isə Öz Əli ilə yazmışdır...” Hədisi Buxari və Muslim rəvayət etmişdir.2

Tövrat Uca Allahın İsrail oğullarına nazil etdiyi ən möhtə­şəm Kitabdır. Orada Allahın Musaya nazil etdiyi şəriət qanunlarının və əhkamlarının əsasları öz əksini tapmışdır. Musadan sonra İsrail oğul­larına göndərilmiş peyğəmbərlər də ona riayət etmişlər. Uca Allah buyurur: Şübhəsiz ki, Tövratı Biz na­­zil et­mi­şik. Onda hida­yət və nur vardır. Alla­ha təslim olan pey­ğəm­bərlər yəhudilər üçün bu­nun­la, din xadimləri və baş ke­şiş­lər isə Allahın Kitabından qoru­nub sax­lanılanlarla hökm verirdi­lər. On­lar ha­mısı buna şahid ol­dular” (əl-Maidə, 44).

Uca Allah Öz kitabında yəhudilərin Tövratı təhrif edərək dəyiş­dirmələrini bildirmişdir və bu barədə növbəti fəsildə söhbət açacağıq.

b) İncil. Bu, Allahın İsaya nazil etdiyi kitabdır. Uca Allah buyu­rur: Onların ardınca Mər­yəm oğ­lu İsa­nı özündən əvvəlki Töv­ratı təsdiqləyici olaraq gön­dər­dik. Ona içərisində hida­yət və nur olan, özündən əvvəlki Töv­ratı təs­diqləyən, müttəqi­lər üçün doğ­ru yol gös­təricisi və öyüd-nəsihət olan İncili verdik” (əl-Maidə, 46).

Qeyd etdiyimiz ayədən bəlli olur ki, Uca Allah İncili Tövratı təsdiq edən bir kitab olaraq göndərmişdir.

Bəzi alimlər demişlər: “İncil ilə Tövrat arasında çox az məsə­lələrdə onların ixtilaf etdikləri fərq vardır.” Uca Allah (Məryəm oğlu) Məsihin İsrail oğullarına dedikləri barədə buyurur: Məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyici kimi və sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim(Ali İmran, 50).3

Uca Allah Öz Kitabında bildirir ki, Tövratda və İncildə pey­ğəm­bərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) göndəriləcəyi barədə müjdə vardır. O, buyu­rur: “O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bə­rin, ardın­ca ge­dərlər” (əl-Əraf, 157).

İncil də Tövrat kimi təhrif olunaraq dəyişdirilmişdir. Bu barədə də Allahın izni ilə növbəti fəsildə söhbət açacağıq.

c) Zəbur. Bu, Allahun Davuda nazil etdiyi kitabdır. O buyurur: “Da­vuda da Zəbu­ru ver­dik” (ən-Nisa, 163).

Qətadə bu ayənin təfsirində demişdir: “Biz Uca Allahın Davuda öyrətdiyi Allaha həmd və tərif barədə olan, içərisində halal və haram, habelə fərzlər və qanunlar olmayan bir duası haqqında danışardıq.”

d) İbrahimin və Musanın səhifələri. Bu haqda Quranda iki yer­də zikr olunmuşdur. Birincisi Nəcm surəsindədir. Uca Allah buyurur: “Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi? Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi? Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar” (ən-Nəcm, 36-39).

İkincisi isə əl-Əla surəsindədir: Günahlardan təmizlənən kim­sə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb na­maz qılmışdır. Xeyr, siz dünya həyatını olduqca üstün tutursu­nuz; Axirət isə daha xeyirli və daha sürəklidir. Həqiqətən də bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir – İbrahimin və Musanın sə­hifələ­rində” (əl-Əla, 14-19).

Uca Allah Musa ilə İbrahimə endirdiyi bu səhifələrədə varid olan bəzi məsələlərdən xəbər vermişdir. Həqiqi elm yalnız Allaha məxsusdur.

h) Qurani-Kərim. Bu, Allahın peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi və səlləm) na­zil etdiyi, digər kitabları təsdiq edən və onlar barədə şahidlik edən bir kitabdır. Quran nazil edilmiş kitabların sonuncusu, ən kamili və ən şərəflisidir. O, özün­dən əvvəlki kitabların hamısnı nəsx edərək hökm­lərini qüvvədən salmışdır. Bundan əlavə Quran bütün cinlərə və in­sanlara göndərilmişdir. Uca Allah buyurur: “Biz sənə, özündən əv­vəl­ki kitab­ları təsdiqləyən və on­ları mü­hafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48). Həmçinin Quran özündən qabaq nazil olmuş kitabları təsdiqləyən bir kitabdır: “De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınız­dan uza­ğam” (ən-Ənam, 19). Həmçinin buyurur: “Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah necə də xe­yirxahdır!” (əl-Furqan, 1).

Quranın bir çox adları vardır ki, onlardan ən məşhurları bun­lar­dır: Quran, Furqan, Kitab, Tənzil və Zikr.

Bu kitablara aid varid olmuş dəlillərdə dəlillərdə olduğu kimi, onların adlarına, kimlər barədə nazil olunmalarına, Allahın və Onun rəsulunun (sallallahu aleyhi və səlləm) bu kitablar və onlara tabe olanlar barədə verdiyi xəbər­lərə iman gətirmək vacibdir.

5. Etiqad etmək lazımdır ki, Qurani Kərim bütün digər kitabları nəsx edərək onların hökmünü qüvvədən salmışdır. Heç bir insan və ya bir cin Quran nazil olunduqdan sonra digər kitablardakı hökmə riayət edə bilməz. Allahın Kitabında və Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) sünnəsində buna bir çox dəlillər vardır. Uca Allah buyurur: “Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah necə də xe­yirxahdır!” (əl-Furqan, 1). Həmçinin buyurur: “Ey Kitab əhli! Artıq sizə Ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən El­çi­miz gəl­mişdir. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir Ki­tab gəl­di. Allah, Onun rizasını ara­­yan şəxs­ləri bu Kitabla əmin-aman­lıq yol­larına yönəldir, on­­ları Öz izni ilə zülmət­lər­dən nura çıxarır və düz yola yö­nəl­dir” (əl-Maidə, 15-16).

Başqa bir ayədə isə Uca Allah Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) kitab əhlinə Quranla hökm verməyi əmr edərək buyurur: “Elə isə on­ların ara­sın­da Allahın sənə na­zil etdiyi Ki­tab­la hökm ver. Sə­nə gələn haq­dan ayrılıb on­la­rın istəklərinə tabe ol­ma” (əl-Maidə, 48). O, həmçinin buyurur: “Onların aralarında Alla­hın sənə na­zil etdiyi Kitabla hökm ver və onların is­tək­ləri­nə tabe ol­ma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil etdiyi hökm­lərin bəzi­sindən səni sap­dırma­sın­lar” (əl-Maidə, 49).

Sünnədə isə Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət etmişdir ki, bir dəfə Ömər ibn Xəttab kitab əhlindən əldə etdiyi bir kitabla Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlib ona oxuduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) hirslənərək belə dedi: “Bu­namı heyrətlənirsən, ey Xəttabın oğlu? Canım Əlində olan Allaha and olsun ki, mən sizə təmiz, açıq-aydın olan bir Kitabla gəl­mişəm. Nəba­də onlardan nə isə soruşasınız, yaxud onlar batil bir şeyi sizə desinlər, siz də buna inanasınız. Canım Əlində olan Allaha and olsun ki, Musa diri olsaydı yalnız mənə tabe olardı.” Hədisi Əhməd, əl-Bəzzar, əl-Beyhəqi və başqaları rəvayət etmişlər.4 Hədis digər rəva­yətləri ilə bir­likdə həsəndir.

Ümumilikdə, Allahın kitablarına bu minvalla iman gətirmək lazımdır. Quranla bağlı etiqad olunması gərəkən məsələlərin təfsila­tına gəlincə bu barədə inşaAllah növbəti fəsildə danışacağıq.

 

 


1 "Səhih əl-Buxari", 7410; "Səhih Muslim", 193.

2 "Səhih əl-Buxari", 6614; "Səhih Muslim", 2652.

3 "Təfsir İbn Kəsir", 2/36.

4 "Müsnəd Əhməd", 3/387; "Kəşf əl-Əstar", 134 və s.

 


Baxılıb: 16272


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”