Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III mövzu. Tövrat, İncil və digər kitabların təhrif olunmasının, Quranın isə salamat qalamasının bəyan edilməsi.

III mövzu. Tövrat, İncil və digər kitabların təhrif olunmasının, Quranın isə salamat qalamasının bəyan edilməsi.

 

III mövzu.

Tövrat, İncil və digər kitabların təhrif olunmasının,

Quranın isə salamat qalamasının bəyan edilməsi.

 

Kitab əhlinin Allahın Kəlamını təhrif etməsi.

Qüdrət və qüvvət sahibi olan Allah Qurani Kərimdə Kitab əhli­nin onlara nazil edilmiş kitabları təhrif etdiyini və dəyişdirdiyini bildirir. Yəhudilər barədə Uca Allah belə buyurur: “Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Həmçinin buyurur: “Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir” (ən-Nisa, 46).

Nəsranilər barəsində isə Allah belə buyurur: “Biz xaçpərəstik! – de­yən­lərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öy­rə­dilənin bir hissə­sini unutdular. Buna görə də on­ların arasına Qiya­mət günü­nə qə­dər ədavət və kin saldıq. Allah on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir. Ey Kitab əhli! Artıq sizə Ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən El­çi­miz gəl­mişdir. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir Ki­tab gəl­di” (əl-Maidə, 14-15).

Bu ayələrdən, yəhudilərin və xaçpərəstlərin müqəddəs kitabları təhrif edərək dəyişdirdikləri aydın olur. Bu təhrif isə bəzən nəyi isə artır­maqla, bəzən də nəyi isə əskiltməklə olur.

Əvvəlki ilahi kitablara artırma barədə Uca Allah buyurur: “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, son­ra da: “Bu, Allah tərəfin­dən­dir!”– deyir­lər ki, onun­la cüzi miq­dar­da pul əldə edə bil­sin­lər. Öz əlləri ilə yaz­dıq­la­rı­na görə vay on­la­rın halına! Qa­­zan­dıq­ları şeyə görə vay on­la­rın halına! ” (əl-Bəqərə, 79).

Əksiltmə barədə isə Allah buyurur: “Ey Kitab əhli! Artıq sizə Ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən El­çi­miz gəl­mişdir. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir Ki­tab gəl­di” (əl-Maidə, 15). Həmçinin buyurur: “Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz” (əl-Ənam, 91).

Tövrat və İncilin təhrif olunması və buna dəlillər.

Qeyd etdiyimiz ayələr kitab əhlinin ümumilikdə Allahın kəla­mını təhrif etmələri barədə idi. Bundan əlavə Tövrat və İncilin təhrif olunmaları barədə ayrıca dəlillər də vardır.

Tövratın təhrif olunması barədə Uca Allah buyurur: “De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da on­ları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər” (əl-Ənam, 91).

Bu ayənin təfsirində belə deyilir: “Yəni Musanın gətirdiyi Kita­bı gizlədərək, onu, habelə peyğəmbərin (sallallahu aleyhi və səlləm) gələcəyi barədə olan dəlil­ləri təhrif etməklə istəklərinizə nail olmaq istəyirsiniz.”

Uca Allah həmçinin buyurur: “Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan bir zümrə var idi ki, Allahın Sözü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edir­dilər” (əl-Bəqərə, 75).

Əs-Suddi bu ayəni təfsir edib demişdir: “Burada Tövrat nəzər­də tutulur. Onlar onu dəyişdirmişdilər.” İbn Zeyd demişdir: “Onlar Allahın nazil etdiyi Tövratı təhrif edərək, oradakı haramları halal, halal­ları isə haram etmiş, haqqa batil, batilə isə haqq donu geyin­dirmişdilər.”

İncilin təhrif olunması barədə isə Uca Allah buyurur: “Biz xaç­pərəs­tik!”– de­yən­lərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öy­rə­dilənin bir hissə­sini unutdular. Buna görə də on­ların arasına Qiya­mət günü­nə qə­dər ədavət və kin saldıq. Allah on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir. Ey Kitab əhli! Artıq sizə Ki­tab­dan giz­lət­di­yiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üs­tün­dən keçən El­çi­miz gəl­mişdir. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir Ki­tab gəl­di” (əl-Maidə, 14-15).

Bəzi alimlər sonuncu ayəni belə təfsir etmişlər: “Uca Allah onla­rın bir çox məsələləri dəyişdirib təhrif etdiklərini, ayələri başqa mənaya yozduqlarını və Allaha iftira yaxdıqlarını bəyan edir. Bir çox şeylər də artıq və mənasız olduğu üçün bunları bəyan et­mir.”1

Bütün bu qeyd olunan ayələr Tövrat və İncilin təhrif olun­du­ğuna dəlalət edir.

Elə bu səbəbdən də müsəlman alimləri Tövrat və İncilin təhrif olunmasına dair ittifaq etmişlər.

Quranın təhrifdən salamat qalması, təhriflərdən qorunması, və buna dair dəlillər.

Əzəmətli Qurana gəlincə, o, öncəki kitablar kimi təhrifə mə­ruz qalmamışdır. Uca Allah onu Özünün də bu barədə xəbər verdiyi kimi təhriflərdən qoruyur. O buyurur: “Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əl­bəttə, Biz də onu qo­ruya­ca­ğıq” (əz-Zikr, 9). Təbəri bu ayə­nin təf­si­rində belə demişdir: "Yəni biz Quranı qoruyacağıq ki, onun hökm və fərz­lərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırıl­masın".2

Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: “Nə önündən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir” (Fussilət, 42). Həmçinin buyurur: “Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləş­diril­miş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır” (Hud, 1). Başqa bir ayədə isə buyurur:Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə! Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir” (əl-Qiyamət, 16-17).

Bütün bu ayələr göstərir ki, Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta (Qiyamət günü) salamat şəkildə aradan qaldırılanadək mükəmməlcəsinə qo­ruyur və onda hər hansı bir də­yiş­kənlik baş verməsinə imkan vermir. Belə ki O, Quranı Öz Peyğəm­bərinə (sallallahu aleyhi və səlləm) öyrətmiş, sonra onu Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbində cəm etmiş, sonra onu bəyan etmiş və onun sünnəsi vasi­təsilə Quranı təfsir etmiş­dir. Sonra da əsrlər boyu Quranı əzbər­ləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmış­dır. Beləliklə də, Quran Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olunduğu kimi, həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxu­naraq bütün batillərdən qorunmuşdur. Alimlər, Tövrat təhrif olundu­ğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr Əd-Dani, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir:  “Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: “Nə üçün Tövrat əhli təhrif edə bildi, Quran əhli isə yox?” – de­yə soruşdular. Qazi dedi: “Qüdrətli və qüvvətli Allah Tövrat əhli barəsində buyurur: “Din xadimləri və baş ke­şiş­lər isə Allahın Ki­tabından qoru­nub sax­lanılanlarla hökm verirdi­lər” (əl-Maidə, 44). Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmiş­dilər. Quran barəsində isə belə buyurur: “Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq” (əl-Hicr, 9). Odur ki, onlar Quranı təhrif edə bilməmişlər.” Sonra dedi: “Mən Əbu Ab­dullah əl-Muhamilinin yanına getdim və he­ka­yə­ni ona söylədim. O dedi: Mən bundan daha gözəl əhvalat eşitmə­mi­şəm.”



1 "Təfsir İbn Kəsir", 3/63.

2 "Təfsir İbn Cərir", 14/7.

 


Baxılıb: 17292


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”