Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III fəsil. PEYĞƏMBƏRLƏRƏ İMAN I mövzu. Peyğəmbərlərə iman gətirməyin hökmü və dəlilləri.

III fəsil. PEYĞƏMBƏRLƏRƏ İMAN I mövzu. Peyğəmbərlərə iman gətirməyin hökmü və dəlilləri.

 

III fəsil. PEYĞƏMBƏRLƏRƏ İMAN

I mövzu.

Peyğəmbərlərə iman gətirməyin hökmü və dəlilləri.

 

Peyğəmbərlərə iman gətirmək bu dinin vaciblərindən və ima­nın əzəmətli rüknlərindən biridir. Buna dair Quran və Sünnədə bir çox də­lillər vardır.

Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbin­dən ona nazil edi­lənə iman gə­tirdi, mö­minlər də iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoy­mu­ruq!” (əl-Bəqərə, 285).

Uca Allah peyğəmbərlərə iman gətirməyi Allahın rəsulunun (sallallahu aleyhi və səlləm) və möminlərin iman gətirdiyi imanın digər rüknləri ilə birlikdə qeyd etmişdir. Üstəlik bildirmişdir ki, möminlər peyğəmbərlər arasında heç bir fərq qoymayaraq onların hamısına iman gətirirlər.

Uca Allah Öz kitabında peyğəmbərlərə iman gətirməyənlər ba­rədə belə buyurur: “Allahı və Onun elçilə­ri­ni in­­kar edənlər­, Allahı Onun el­çi­lə­rin­dən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tut­maq is­tə­yən­lər, məhz onlar əsl kafirlər­dir. Biz kafirlər üçün al­çal­dıcı bir əzab hazır­la­mışıq” (ən-Nisa, 150-151). Bu ayədə Rəbbi­miz pey­ğəmbərləri yalan sayanları, habelə onların bəzilərinə iman gətirib di­gərlərini inkar edənləri kafir adlandırır. Sonda onların əsl kafir ol­duq­larını bildirir. Belə ki, onların kafir olması açlq-aydın və inkar­olun­mazdır. Növbəti ayədə isə Uca Allah onlara iman gətirənlərin mövqei barədə belə buyurur: “Allaha və Onun elçilə­rinə iman gəti­rən və onlardan heç bi­rinin ara­sın­da fərq qoy­mayan­la­ra Allah Öz müka­fat­larını verə­cək­­dir. Allah Bağış­la­yan­dır, Rəhm­li­dir” (ən-Nisa, 152). Bu ayədə Uca Allah möminlərin Allaha və Onun göndərdiyi peyğəm­bər­lərinin hamısı­na iman gətirdiklərini bildirir. Möminlər onların ara­sında fərq qoymurlar. Əksinə, hamısının Allah tərəfindən göndəril­diklərinə yəqinliklə iman gətirirlər.

Sünnədə də, Quranda olduğu kimi peyğəmbərlərə iman gətir­mə­­yin imanın əsasla­rın­dan olmasına dair kifayət qədər dəlillər var­dır. Mə­ləklərə iman fəslində qeyd etdiyimiz Cəbrail hədisində Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Cəbrailin u iman barədə verdiyi suala cavab verərkən demişdir: “İman Allaha, Onun mələk­lərinə, Onun kitablarına, Onun elçilərinə, Axirət günü­nə və qədərə – onun xeyrinə və şərinə iman gətirməkdir.” Hədisdə peyğəmbərlərə iman gətirmək imanın digər əsasları ilə birgə qeyd olunur.

Digər bir hədisdə deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namazında tə­həccüd duası edərkən deyərdi: “Allahım! Həmd Sənədir. Sən göylərin və yerin nu­ru­san. Həmd Sə­nə­dir. Sən göylərin və ye­rin Ha­misi­sən. Həmd Sənədir. Sən göylərin, ye­rin və on­lar­da olan­ların Rəbbisən. Sən Haqsan. Verdiyin vəd haqdır. Dedi­yin söz haq­dır. Sənə qovuşmaq haqdır. Cənnət haq­dır. Cə­hənnəm haq­dır. Peyğəm­bərlər haqdır. Qiyamət haqdır.”1

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) imanın əsaslarını qeyd edərək duasının əvvə­lin­də Allaha imanla, Cənnət və Cəhənnəmin, habelə Qiyamətin haqq olması ilə yanaşı peyğəm­bərlərə də imanı qeyd etməsi peyğəmbərlərə və elçilərə iman gətirməyin nə qədər mühüm olduğunu və dində xü­su­si bir yer tutduğunu göstərir.

Bundan aydın olur ki, peyğəmbərlərə iman gətirmək vacibdir, həmçinin o da aydın olur ki, onlara iman gətirmək bu dinin ən böyük dəyərlərindən və onun ən əzəmətli xislətlərindəndir. Və o da aydın olur ki, peyğəmbərlərin hamısını və ya onlardan birini inkar edən kəs imanın rüknlərindən olan bu əzəmətli rüknü inkar etməklə Allaha qarşı böyük küfr işlətmiş olur və kafir sayılır.

 

Peyğəmbərlərə iman gətirməyin faydaları.

Peyğəmbərlərə iman gətirmək mömin qəlbinə yaxşı təsir və ona fayda verir. Onlardan bəziləri aşağıdakılardır:

1. Bununla insan Allahın mərhəmətli olduğunu, Onun Öz qul­larına qayğı göstərdiyini anlayır. Çünki Allah insanlara hidayət ver­mək və onları doğru yola yönəltmək üçün onlara elçilər göndərmişdir.

2. Bu böyük nemətin müqabilində insan Allaha şükür edir.

3. İnsan peyğəmbərləri sevir, onlara ehtiramla yanaşır və onları layiqli şəkildə tərifləyir. Ona görə ki, onlar Allahın göndərdiyi seçilmiş qullardır. Həm də ona görə ki, onlar Allahın risaləsini təbliğ et­miş, öz qövmlərinə nəsihət etmiş və onların əziyyətlərinə səbr etmiş­lər.



1 "Səhih əl-Buxari", 7499.

 


Baxılıb: 16255


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”