Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Nəbi və rəsul sözlərinin mənası və onlar arasındakı fərq.

II mövzu. Nəbi və rəsul sözlərinin mənası və onlar arasındakı fərq.

 

II mövzu. Nəbi və rəsul sözlərinin mənası

 və onlar arasındakı fərq.

 

Lüğəti mənada "nəbi" ərəbcə "nəbə" – yəni böyük faydası olan xə­bər sözündən götürülmüşdür. Uca Allah buyurur: “Onlar nə barə­də bir-bi­rin­dən so­ru­şurlar? Böyük bir xəbər barə­sin­də” (ən-Nəbə, 1-2). Peyğəmbər ona görə nəbi adlandı­rılıb ki, o öz Rəbbindən xəbərlər verir.

Bəziləri isə "nəbi" sözünün "nəbava" yəni hündür bir şey sö­zün­dən qaynaqlandığını bildirmişlər. Nəbi sözünə bu yöndən yanaşsaq, bunu hər bir peyğəmbərin digər insanlardan daha uca məqamda ol­duğunu deyə bilərik. Uca Allah buyurur: “Biz onu yüksək bir mə­qa­ma ucaltdıq” (Məryəm, 57).

"Rəsul" sözünün lüğəti mənasına gəlincə, bu, ərəbcə "irsal" sö­zün­dən götürülmüşdür ki, bu da "göndərilmək" deməkdir. Uca Allah Səba hökmdarı barədə buyurur: “Mən onlara bir hədiyyə gön­də­rə­cə­yəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar (ən-Nəml, 35).

Alimlər rəsul və nəbi sözlərinin istilahi mənalarında ixtilaf et­mişlər. Onların içərisində ən məşhur rəylər aşağıdakılardır:

Nəbi o adama deyilir ki, Allah ona vəhy edərək müəyyən əməl­ləri yerinə ye­tirməyi buyurmuş, o da bunları möminlərə əmr etmişdir.

Rəsul isə o adama deyilir ki, Allah ona vəhy edərək onu Allahın əmrinə asi olanlara Allahın risaləsini çatdırması üçün göndərmişdir.

Nəbi və rəsul arasındakı fərq.

Nəbi o kimsədir ki, Allah ona, möminlərə xitab etsin və Öz buy­ruqlarını onlara təbliğ etsin deyə, əmr və qadağaları barədə ona xəbər vermişdir. Allah onları kafirlərə xitab etməsi üçün göndərməmişdir.

Rəsul isə həm möminlərə, həm də kafirlərə göndərilmiş olur və Allahın risaləsini təbliğ edərək insanları yalnız Allaha ibadət etməyə çağırır.

Onu da qeyd edək ki, yeni bir şəriət gətirmək rəsul olmaq üçün şərt deyil. Belə ki, Yusuf u İbrahimin u dini üzərində olmuşdur. Da­vud u və Süleyman u da – hər ikisi Tövrata tabe olmuşlar, lakin bununla belə onlar rəsul idilər. Uca Allah buyurur: “Daha öncə Yu­suf sizə açıq-aydın dəlillər gətir­mişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcəkdir!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar” (Ğafir, 34). O, həmçinin buyurur: “Biz Nuha və ondan son­ra­kı pey­ğəm­bər­lərə vəhy etdi­yi­miz kimi sənə də vəhy etdik. Biz İb­rahimə, İs­mailə, İs­ha­qa, Yaquba və onun nəsli­nə, İsa­ya, Əy­yuba, Yunusa, Ha­runa və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik. Daha öncə bir qisim el­çi­lər ba­rə­sində sənə söylədik, di­gər el­çi­lər barə­sin­də isə sənə heç nə söyləmədik. Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı” (ən-Nisa, 163-164).

Bəzən nəbi olan kimsəyə rəsul da deyilir. Uca Allah buyurur: “Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə, şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar” (əl-Həcc, 52).

Bu ayədə Rəbbimiz rəsul və nəbi göndərdiyini buyurur. Belə ki, Uca Allah möminləri nəyəsə dəvət etməyə əmr etdikdə həmin şəxs Allah tərəfindən göndərilmiş olur. Lakin bu mütləq rəsulluq sayılmır. Mütləq rəsulluq peyğəmbərlərin bütün insanlara, o cümlədən mö­min­lərə və kafirlərə göndərilmələrinə deyilir.


Baxılıb: 17792


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”