Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III mövzu. Peyğəmbərlərə iman gətirməyin məğzi

III mövzu. Peyğəmbərlərə iman gətirməyin məğzi

III mövzu.
Peyğəmbərlərə iman gətirməyin məğzi

 

Peyğəmbərlərə iman, Allahın Kitabında və Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) sün­nəsində xülasə və təfsilatı ilə xəbər verilənlərə etiqad etməyə deyilir.

Xülasəsi.

Bu, insanın hər bir ümmətə Allah tərəfindən peyğəmbər göndə­rilməsinə etiqad etməsinə deyilir. Həmin peyğəmbərlər insanları tək Allaha ibadət etməyə, Ona heç nəyi şərik qoşmamağa, habelə Allah­dan savayı bütün məbudları inkar etməyə çağırmışlar. Uca Allah bu­yurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik” (ən-Nəhl, 36). Həmçinin bütün pey­ğəmbərlərin sadiq, təqvalı, etimad olunası, etibarlı və hidayət göstə­rən olmalarına da etiqad edilməlidir. Uca Allah buyurur: “Onlar deyəcəklər: “Vay ha­lımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyir­lərmiş” (Yasin, 52). Başqa bir ayədə Uca Allah bir çox peyğəm­bərlər haqqında söhbət açdıqdan sonra belə buyurur: “Onların atalarından, nə­sil­lərin­dən və qardaş­larından bəzilə­ri­ni də. On­ları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından is­tə­di­yi şəx­si doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əl­bəttə, et­dik­ləri əməllər puç olar­dı” (əl-Ənam, 87-88).

Həmçinin etiqad olunmalıdır ki, onların hamısı açıq-aydın haqq və hidayət üzərində olublar, üstəlik Allahın buyuruqlarını insanlara çatdırıblar. Uca Allah Cənnət əhlinin haqda xəbər verir ki, (onlar belə demişlər): “Əlbəttə, Rəb­bi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər” (əl-Əraf, 43). Həmçinin buyurur: “Biz elçilərimizi aydın də­lillərlə gön­dərdik və onlarla bir­lik­də Kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli ol­sun­lar” (əl-Hədid, 25).

Eyni zamanda bilmək lazımdır ki, peyğəmbərlərin hamısı eyni əqidəyə – TəkAllahlığa dəvət etmişlər. Fəqət onların şəriətləri müxtə­lif olmuşdur. Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə iba­dət edin!”– deyə vəhy et­mə­yək” (əl-Ənbiya, 25). O, həmçinin buyu­rur: “Siz­lərdən hər biriniz üçün bir şə­riət və bir yol təyin etdik” (əl-Maidə, 48).

Onu da bilmək lazımdır ki, onlar özlərinə nazil olunmuş vəhyi tam olaraq insanlara çatdırmaqla onların üzərində hüccəti qal­dır­mış­lar. Uca Allah buyurur: Hər kəs onların, Rəbbi­nin göndər­dik­lərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti al­tında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır” (əl-Cin, 28). O, həmçinin buyurur: Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın” (ən-Nisa, 165).

Hər bir müsəlman etiqad etməlidir ki, peyğəmbərlər yaradılmış insandırlar, heç bir rübubiyyət xüsusiyyətlərinə (ilahi qüvvəyə) malik deyillər və adi Allah bəndəsidirlər. Sadəcə olaraq Allah onları seçib rəsul göndərməklə onlara ehtiram göstərmişdir. Uca Allah buyurur: “Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. Lakin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik” (İbrahim, 11).

Uca Allah Nuh u barəsində belə buyurur: “Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm. Mən sizə demirəm ki, mən mələyəm” (Hud, 31).

Digər bir ayədə Allah Muhəmmədə (sallallahu aleyhi və səlləm) öz qövmünə belə deməyi buyurur: “De: “Mən sizə demirəm ki, Alla­hın xəzinələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm. Mən sizə demirəm ki, mən mə­lə­­yəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram” (əl-Ənam, 50).

Peyğəmbərlər barədə etiqad olunması vacib olan mə­sələlərdən biri də, Allahın onlara yardım etməsinə və onlara dəstək verməsinə, habelə gözəl aqibətin məhz peyğəmbərlərə və onların ardıcıllarına nəsib olmasına iman gətirməkdir. Uca Allah buyurur: “Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik” (Ğafir, 51).

Həmçinin, Allahın xəbər verdiyi kimi peyğəmbərlərin bir-birin­dən üstün olmasına iman gətirmək vacibdir. Uca Allah buyurur: “Biz o elçilərin bəzisini di­gərlə­rindən üstün etdik. On­lar­dan bəzisi ilə Allah danış­mış, bə­zisini isə dərəcələrə yük­səltmişdir” (əl-Bəqərə, 253).

Bütün bunlara, habelə Quran və Sünnədə peyğəmbərlər barədə varid olan bütün məsələlərə iman gətirmək labüddür.

Təfsilati iman isə Allahın Öz kitabında və Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) sün­­nəsində onlardan adları çəkilənlərə, onların adları, xəbərləri, fəzi­lət­ləri və xüsusiyyətlərinə iman gətirməyə deyilir.

Qurani Kərimdə iyirmi beş peyğəmbərin adı çəkilmişdir. Onlar­dan on səkkizinin adı Uca Allahın aşağıdakı ayələrində qeyd olunur: “Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə verdiyimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb­­həsiz ki, Rəb­bin Müd­rikdir, Bi­lən­dir. Biz ona İshaqı və Ya­qubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmiş­dik. Onun nəslindən olan Da­vudu, Süley­manı, Əy­yubu, Yusufu, Mu­­sanı və Ha­runu da. Biz yaxşı əməl sa­hib­lərini belə mükafatlan­dırırıq. Zəkəriyyanı, Yəhyanı, İsa­nı və İl­yası da. Hamısı əməli­saleh­lər­dən idilər. İsmaili, Əlyəsəni, Yunu­su və Lu­tu da. Hamısını aləm­lərdən üstün et­dik” (əl-Ənam, 83-86). Digər peyğəmbərlərin adları isə başqa ayələrdə qeyd olunur. Uca Allah buyurur: “Ad qövmünə də qardaş­ları Hu­du göndərdik (əl-Əraf, 65). O, həmçinin buyurur: “Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik(əl-Əraf, 73). Həm­çinin buyurur: “Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik(əl-Əraf, 85). O, həmçinin buyurur: “Allah Adəmi, Nuhu, İb­ra­­himin mömin nəs­lini və İmranın mömin nəs­lini seçib aləm­lər­dən üstün et­di” (Ali İmran, 33). Həmçinin buyurur: “İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər” (əl-Ənbiya, 85). Həmçinin buyurur: “Muhəmməd Allahın El­çi­sidir. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər” (əl-Fəth, 29). Hər bir müsəlman adları sadalanan bu peyğəmbərlərə və elçilə­rə mü­fəs­səl şəkildə iman gə­tir­məli, Allahın və Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) xə­bər ver­di­yi kimi onların hər birinin nəbi və ya rəsul olduğuna etiqad etməlidir.

Bundan başqa, dəlillərdə göstərilən peyğəmbərlərə məxsus fə­zilətlərə, xüsusiyyətlərə və xəbərlərə də iman gətirmək vacibdir. Buna Allahın İbrahimi u və Muhəmmədi (sallallahu aleyhi və səlləm) Özünə dost seçdiyini misal çəkmək olar. Uca Allah buyurur: “Allah İb­ra­himi se­vimli dost tutmuş­dur” (ən-Nisa, 125). Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Uca Allah İbra­himi Özünə dost seç­di­yi kimi, məni də Özünə dost seçmişdir.” Hədisi Muslim rəvayət et­miş­dir.1

Uca Allahın Musa u ilə bilavasitə danışması da buna misaldır. Allah buyurur: “Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı” (ən-Nisa, 164). Həmçinin Uca Allahın quşları və dağları Davud u üçün ram etməsi və onların Allahı zikr etmələri də buna misaldır. Uca Allah buyurur: “Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökm­ran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik” (əl-Ənbiya, 79). Dəmirin Davud u üçün yumşaldılması barədə Uca Allah buyurur: “Biz Davuda Özümüz­dən bir lütf bəxş etdik və buyur­duq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər de­yin!” Biz dəmi­ri onun üçün yumşaltdıq” (Səba, 10). Kü­lək­lərin və cinlərin Sü­leymana u ram edilməsi barədə isə Uca Allah be­lə buyurur: “Sə­hər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq mə­sa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qay­nağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi“ (Səba, 12). Quşların dilinin Süleymana u öyrədilməsi barədə isə Rəbbimiz belə buyurur: “Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rə­dildi və bizə hər şeydən verildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür” (ən-Nəml, 16).

Bütün bunlarla yanaşı Uca Allahın Kitabında peyğəmbərlər və onların qövmləri barədə, onların arasında baş vermiş mücadilə barə­də, sonda isə Allahın peyğəmbərlərinin zəfər çalmaları barədə verilən xə­bərlərə də iman gətirmək vacibdir. Buna Musanın Fironla mübahi­sə­sini, İbrahimlə qövmünün, Nuh, Hud, Saleh və Lutun öz qövmləri ilə etdikləri mücadilələri, Uca Allahın Yusuf və onun qardaşları ilə bağlı bizlərə verdiyi xəbərləri, Yunusla qövmü­nün və Allahın Kita­bın­da, Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) sünnəsində peyğəmbərlərlə bağlı varid olan bütün xəbərləri misal çəkmək olar. Bütün bunlara təf­silatı ilə iman gətirmək vacibdir. Bununla da peyğəmbərlərə imanın xülasə və təfsi­lati olan hər iki qismini sizlərə bəyan etmiş olduq. Daha doğrusunu isə Allah bilir.



1 "Səhih Muslim", 532.

 


Baxılıb: 16312


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”