Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / V mövzu. Ulul-əzm elçilər.

V mövzu. Ulul-əzm elçilər.

V mövzu.

Ulul-əzm elçilər.

 

Ulul-əzm elçilər deyildikdə, əzmkar və səbirli olanlar nəzərdə tu­tulur. Uca Allah buyurur: “Elçilərdən möhkəm iradə sahib­­lə­rinin sə­bir etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35).

Alimlər onlar barədə ixtilaf etmişlər. Bəziləri burada bütün elçi­lərin nəzərdə tutulduqlarını bildirmişlər. Ayədə “elçilərdən” deyil­dik­­də, onların bəziləri deyil, hamısı nəzərdə tutulur. İbn Zeyd de­miş­dir: “Yəni bütün elçilər. Çünki Allahın göndərdiyi bü­tün pey­ğəmbərlər möhkəm səbir, iradə və kamil bir ağıl sahibi ol­muş­lar.”

Bəzi alimlər isə onların sayının beş olduğunu söyləmişlər – bun­lar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun!). İbn Abbas demişdir: “Ulul-əzm peyğəm­bərlər bun­lardır: Peyğəmbərimiz, Nuh, İbrahim, Musa və İsa (Allahın onların salavatı və salamı olsun!)” Mücahid və Əta əl-Xorasani də bu rəyə üs­tünlük vermişlər. Əksər elm əhli də sonradan bunu daha məqsədəuy­ğun saymışlar. Onların beşinin adı birlikdə Qurani Kərimdə iki yerdə şəkilir. Onlardan birincisi "əl-Əhzab" surəsindədir: “Bir zaman Biz pey­ğəm­bərlərdən əhd almışıq; səndən də, Nuh­dan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa­dan da! Biz onlar­dan möh­kəm bir əhd almışıq” (əl-Əhzab, 7). İkinci ayə isə "əş-Şura" surəsindədir: Allah Nuha töv­siyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğ­ru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sə­nin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər” (əş-Şura, 13). Bəzi təfsirçilər demişlər: “Onların adlarının xüsusi olaraq qeyd olun­ması onların məşhur şəriətlərə sahib olduqlarının, xüsusi şərəf və fəzilətə layiq olduqlarının göstəricisidir.

Bu beşi peyğəmbərlərin ən fəzilətləsi, Adəm övladlarının ən xe­yirlisidir. Əbu Hureyra (radiyallahu anhu) demişdir: “Adəm övladlarının ən xeyirlisi beş nəfərdir: Nuh, İbrahim, İsa, Musa və Muhəmməd (Allahın onlara salavatı və salamı olsun!) Onların arasında ən xeyirlisi isə Muhəm­məddir (sallallahu aleyhi və səlləm).”1

Onların ən xeyirlisinin Muhəmməd (sallallahu aleyhi və səlləm) olması barədə Buxari Əbu Hureyradan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mən Qiyamət günü Adəm övladlarının ən şərəflisi, qəbirdən ilk çıxan şəxs, şəfaət diləyənlərin və şəfaətçi olanların birincisi olacağam.”2



1"Kəşf əl-astar", 3/114; "Məcmə əz-zəvaid", 8/255; "Müstədrək əl-Hakim", 2/546.

2 "Səhih Muslim", 2278; "Sünən Əbu Davud", 4673.

 


Baxılıb: 16504


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”