Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / VI mövzu. Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) xüsusiyyətləri, onun ümməti üzərindəki hüquqları və yuxuda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görməyin haqq olmasının bəyanı.

VI mövzu. Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) xüsusiyyətləri, onun ümməti üzərindəki hüquqları və yuxuda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görməyin haqq olmasının bəyanı.

 

VI mövzu. Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) xüsusiyyətləri,

onun ümməti üzərindəki hüquqları və yuxuda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görməyin haqq olmasının bəyanı.

 

Birinci. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xüsusiyyətləri.

Əzəmətli və Uca Allah Peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi və səlləm) bir sıra fəzilət və xüsusiyyətlər əta etməklə, onu digər peyğəmbərlərdən və in­sanlardan üstün etmişdir. Bu xüsusiyyətlərdən bəziləri aşağıdakılardır:

1. Onun şəriəti bütün insanlar və cinlər üçündür və hamı onun risaləsinə tabe olaraq ona riayət etməlidir. Uca Allah buyurur: “Biz sə­ni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir” (Səba, 28). Həmçinin buyurur: “Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah necə də xe­yirxahdır!” (əl-Furqan, 1). İbn Ab­bas demişdir: “Burada aləmlər deyildikdə insanlar və cinlər nəzərdə tutulur.” Əbu Hureyra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmiş­dir: “Mən altı xüsusiyyətlə digər peyğəmbərlərdən üstünəm: mənə hik­mətli ifadələr verilib, qorxu halında mənə qələbə verilib, qənimət­lər mənə halal olunub, bütün yer üzəri mənə pak səcdəgah buyuru­lub, mən bütün məxluqata göndərilmişəm və mənimlə peyğəmbərli­yə möhür vurulub”1`1 İmam Muslim "Səhih" əsərində Əbu Hureyradan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, bu ümmət­dən hər han­sı bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndə­ri­lənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar.”2

2. Ayə və hədislərdə göstərildiyi kimi, o, peyğəmbərlərin və el­çilərin sonuncusudur. Uca Allah buyurur: “Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yildir. La­kin o, Allahın Elçisi və pey­ğəm­bərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40). Bu­xa­ri və Muslim, Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rə­va­yət etmişlər: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və hey­rətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsə­nin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəc­cüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyul­mayıb?” (Sonra) Peyğəmbər (sallallahu aleyhi və səlləm) davam edib dedi: “O kərpic mənəm və mən peyğəm­bər­lərin sonuncusuyam.”3 Bütün bu sadalanan dəlillərə əsaslanaraq sə­ləflər və onlardan sonra gələnlər də bu mövqedə olmuş və ondan sonra peyğəmbərlik iddia edən hər kəsin kafir olduğunu, habelə bun­da israrlı olarsa öldürül­məli olduğunu bildirmişlər. Əl-Əlusi demiş­dir: “Muhəmmədin (sallallahu aleyhi və səlləm) pey­­ğəmbərlərin sonuncusu olması Quranda xə­bər verilmiş, Sünnə ilə təs­diq­lənmiş, ümmət tərəfindən yekdilliklə qə­bul olunmuşdur. Odur ki, bunun əksini iddia edən hər kəs təkfir olunmalı, bunda israrlı olanlar isə qətlə yetirilməlidir.”

3. Uca Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) möcüzələrin ən əzəmətlisi olan, bü­tün təhrif­lərdən qorunan və Allah diləyənədək insanların arasında qa­lacaq Qurani Kərimi bəxş etmişdir. Uca Allah buyurur: “De: “Əgər insan­lar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər” (əl-İsra, 88). Həmçinin buyurur: “Onlara oxunan Kitabı sə­nə na­zil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­dır” (əl-Ənkəbut, 51). Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Peyğəmbərlərin hər birinə insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Ümid edirəm ki, Qiya­mət günü mənim ardıcıllarım onların hamısından çox olacaq.”4

4. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) ümməti ən xeyirli ümmət və Cənnət əhli­nin əksəriyyətini təşkil edirlər. Uca Allah buyurur: “Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz” (Ali İmran, 110). Müaviyə ibn Heydə əl-Quşeyri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yuxarıdakı: “Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz” ayəsi barədə belə buyurduğunu eşit­mişdir: “Siz yetmiş ümmətin sonuncusu olma­nıza rəğmən Allah yanında onların ən xeyirlisi və ən şərəflisisiniz.” Buxari və Muslimin "Səhih" əsərlərində Abdullah ibn Məsudun belə dediyi rəvayət olu­nur: “Bir dəfə biz peyğəmbərlə birlikdə bir qübbədə idik. O (sallallahu aleyhi və səlləm) dedi: “Cənnət əhlinin dörddə biri olmanıza razısı­nızmı?” Biz: “Bəli”– deyə cavab verdik. Sonra o dedi: “Cənnət əhlinin üçdə biri olmanıza razı olarsınızmı?” Biz: “Bəli”– deyə cavab verdik. O yenə dedi: “Cənnət əh­linin yarısı olmanıza razı olarsınızmı?” Biz yenə: “Bəli”– deyə ca­vab verdik. O dedi: “Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Belə ki, Cənnətə yalnız müsəlman olanlar daxil olacaqlar. Sizinlə şirk əhlinin misalı qara öküzün tükləri arasındakı bir ağ tük kimi və ya ağ öküzün tükləri arasındakı qara tük kimidir.”5

5. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Qiyamət günü Adəm övladının ən hörmət­lisi ola­caqdır. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mən Qiyamət günü Adəm övladlarının ən hörmətlisi, qəb­ri hamınınkından qabaq açılan, ən birinci şəfaət diləyən və şəfaətçilik edənəm.”6

6. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) əzəmətli şəfaət sahibi olacaqdır. Bu o vaxt baş verəcək ki, insanlar peyğəmbərlərə bir-bir müraciət edəcək və onlardan şəfaət diləyəcəklər. Onların hamısı isə bundan boyun qaçı­racaqdır. Tərifəlayiq məqam da məhz budur. Uca Allah buyurur: “Ola bil­sin ki, buna görə Rəb­bin səni tə­ri­fə­la­yiq bir məqama yük­səlt­sin” (əl-İsra, 79). Bir çox səhabə və tabiinlər, o cümlədən Hüzeyfə, Salman, Ənəs, Əbu Hureyra, İbn Məsud, Cabir ibn Abdullah, İbn Ab­bas, Mücahid, Qətadə və başqaları buradakı tərifəlayiq məqamın şə­faət olduğunu bildirmişlər. Qatədə demişdir: “Elm əhli tərifəlayiq mə­qa­mın onun şəfaətçi olması qənaətində olmuşlar. Sünnədə Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) şəfaətiçi olması barədə bir çox dəlillər vardır. Onlardan biri də şəfaətçilik barədə rəvayət olunmuş uzun hədisidir. Buxari və Mus­limin "Səhih" əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan həmin hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın, sonra da İsanın şəfaətdən üzrxahlıq edə­cəklərini və: “mən buna layiq deyiləm”– deyəcəklərini bildirmiş və de­miş­dir: “Sonra on­lar mənim yanıma gələcəklər, mən Rəbbimdən izn istə­yə­cə­yəm və mənə izn veriləcəkdir. Mən Rəbbimi gördükdə Ona səc­də edəcəyəm, O da məni bir müddət beləcə tərk etdikdən sonra bu­yu­racaq: “Ey Muhəmməd! Başını qal­dır, danış, sənə qulaq asılacaq, istə, sənə istə­diyin veriləcək, havadar­lıq et, ha­va­dar­lığın qəbul olu­nacaq. Sonra Allah mənə indi bilmədiyim həmd-sə­naları təlqin edəcək və mən o həmd-sənalarla Ona təriflər deyəcəyəm və bundan sonra şəfaət­çilik edəcəyəm... ”7

7. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmd bayrağını daşıyacaq. Bu, həqiqi bay­raqdır ki, Qiyamət günü onu ancaq Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) daşıyacaqdır, insanlar da onun arxasınca gedəcək və o bayrağın altında olacaqlar. Allah bu xüsusiyyəti ona yalnız ona görə nəsib etmişdir ki, o, Allahı heç kimin tərif etmədiyi şəkildə həmd-səna ilə tərif etmişdir. Bunu bəzi elm əhli də bildirmişdir. Sünnədə də bu əzəmətli xüsu­siyyətə dair dəlillər vardır. Əbu Səid əl-Xudri (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi­ni rəvayət etmişdir: “Qiyamət günü mən Adəm övladlarının sey­yidi olacağam və əlimdə həmd bayrağı olacaqdır, lakin mən bununla lovğalıq etmirəm. Hə­min gün Adəmdən bəri bütün peyğəmbərlər mənim bayrağımın al­tında duracaqlar və Qiyamət günü yer ən bi­rin­ci mənim üçün yarılacaqdır. Lakin mən bununla lovğalıq etmirəm.”8

8. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cənnətdə uca bir dərəcə olan və yalnız bir nəfərə verilən vəsilənin sahibidir. Qeyd edək ki, vəsilə Cənnətin ən uca yeridir. Abdullah ibn Amr ibn Asdan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Mü­əz­zinin azan verdiyini eşitdiyiniz zaman siz də onun dediklərini təkrar edin. Sonra mənə salavat oxuyun. Hər kim mə­nə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər. Sonra Allahdan mənim üçün vasitəçilik haqqı diləyin. Çünki, vasitə­çi­lik Cən­nətdə Allahın qulların­dan yalnız birinə məxsus olan bir məqa­mdır. Ümid edirəm ki, o qul mənəm. Hər kim mənim üçün Allahdan vasitə­çilik haqqı diləyərsə, şəfaətimə nail olar.”9

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu kimi bir çox xüsusiyyətlərə və üstünlüklərə ma­likdir ki, bu da, onun həm bu dünyada, həm də axirətdə Rəbbi ya­nın­da uca məqamda və yüksək dərəcədə olduğunu göstərir.

İkinci. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümməti üzərindəki hüquqları.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz ümməti üzərində bir çox hüquqları vardır ki, bunlardan bəzilərini artıq əvvəldə xatırlatmışıq. İndi isə həmin hü­quq­lardan yalnız Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özünə aid olanları nəzərinizə çatdıraq:

1. Onun peyğəmbərliyinə qətiyyətlə iman gətirmək və onun şəri­ətinin bütün digər şəriətləri nəsx etməsinə etiqad etmək. Bunun üçün də onun dediklərini təsdiq etmək, onun qadağan etdiyi şeylər­dən uzaq­laşmaq və Allaha yalnız Onun buyurduğu şəkildə ibadət etmək lazım­dır. Quran və Sünnədə bunu təsdiqləyən bir çox dəlillər vardır. Uca Allah buyurur: “Elə isə Allaha, Onun El­çisinə və nazil etdiyimiz Nura (Qu­ra­na) iman gətirin!(ət-Təğabun, 8). Həmçinin buyurur: “Elə isə Allaha və Onun El­çisinə – yazıb-oxu­maq bil­mə­yən, həm də Allaha və Onun kəlmələri­nə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yö­nə­lə­si­niz” (əl-Əraf, 158). O, həmçinin buyurur: “Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin” (əl-Həşr, 7). İbn Ömər Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə de­diyini rəvayət etmişdir: “İnsanlar Allahdan baş­qa ibadətə haqqı olan mə­budun olmadığına və Muhəmmədin Onun elçisi ol­du­ğu­na şəhadət gə­tirməyincə, namaz qılıb zəkat verməyincə onlarla vu­ruş­maq mə­nə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, – İslam haqqı (ci­na­yətə gö­rə veriləcək cəza) istisna olmaqla, – canlarını və mallarını mən­dən qo­ru­muş olar­lar. Onların (gizli əməllərinin) haqq-hesabı isə Allaha aiddir.”10

2. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz missiyasını yerinə yetirməsinə, əmanəti üm­­mətə çat­dırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək lazımdır. Elə bir xeyirli əməl yoxdur ki, o ümmətinə onu göstərmiş olmasın. Həm­çinin, elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib onların ondan çəkindirməsin. Uca Allah buyurur: “Bu gün di­ninizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və bir din olaraq sizin üçün İslamı bəyənib seç­dim” (əl-Maidə, 3). Əbu Dərdə (radiyallahu anhu) Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allaha and olsun ki, sizlərə ge­cəsi gündüzündən fərqlənməyən ağappaq (aydın) bir yol qo­yub gedirəm.”11 Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) üm­mə­ti­nə hər şeyi çatdır­masına çoxsayda səhabələr də şahid­lik et­miş­lər. Be­lə ki, Vida həcci zamanı Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə verərkən insanlara vacib buyurulanları və haram olanları xatırladaraq onları Allahın Kitabına tərəf çağırmış, sonrada belə buyurmuşdur: “Sizdən mənim barəmdə soruşacaqlar. Nə cavab verəcəksiniz?” Səhabələr dedilər: “Şahidlik edəcəyik ki, sən həqiqətən, (bu dini) təbliğ etdin, öz missiyanı yerinə yetirdin və (üm­mətinə) nəsihət etdin.” Onda Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) şəhadət barmağını göyə qaldırıb insanlara tərəf işarə edərək dedi: “Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol!”12 Əbu Zərr demişdir: “Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) bizə hər şey haqqında, hətta göydə qanad çalan quş barəsində belə bir elm qoyub get­miş­dir.”13 Bu xüsusda sələflərdən bir çox dəlillər vardır.

3. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) (Allahdan başqa) hamıdan, hətta özündən belə çox sevmək. Sözsüz ki, bütün peyğəmbərləri sevmək bizə vacibdir. Lakin Pey­ğəm­bərimiz Muhəmmədi (sallallahu aleyhi və səlləm) xüsusilə sevməliyik. Gərək in­sanlar Pey­ğəm­bəri (sallallahu aleyhi və səlləm) bütün insanlardan, övladlarından, yaxınların­dan, hətta özlə­rin­dən belə çox sevsinlər. Uca Allah buyurur: “De: “Əgər ata­la­rınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humla­rınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sin­dən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz” (ət-Tövbə, 24).

Uca Allah Özünə olan sevgini Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sevgisi ilə birgə qeyd edərək, malını, yaxınlarını və övladlarını Allah və Onun rəsu­lundan daha çox sevənləri hədələyərək buyurur: “Allah Öz əmrini verincəyə qədər gözlə­yin” (ət-Tövbə, 24). Buxari və Muslimin "Sə­hih" əsərlərində Ənəsdən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olu­nur: “Sizdən biriniz məni valideynindən, övladından və bütün insan­lardan çox is­tə­mə­­yin­cə, iman gətirmiş olmaz.”14 Ömərdən (radiyallahu anhu) rəvayət olunur ki, bir dəfə o, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: “Ya Rəsulullah! Mən səni özümdən savayı hamıdan çox sevirəm.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr, canım Əlində olan Allaha and olsun ki, sən məni özün­dən də çox sevməlisən.” Ömər dedi: “Vallahi ki, indi mən səni ha­mıdan, hətta özümdən də çox sevirəm.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bax indi (sən vacib buyurulanı yerinə yetirdin), ey Ömər!”15

4. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) ehtiram göstərmək və hörmətlə yanaşmaq. Bu da Allahın Öz Kitabında vacib buyurduğu, hər bir müsəlmanın üzəri­nə düşən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) haqların­dandır. Uca Allah buyurur: Biz belə etdik ki, siz Alla­ha və Onun Elçisinə iman gətirə­si­niz, ona kö­mək edəsiniz, onun hörmətini sax­layasınız” (əl-Fəth, 9). Həmçinin buyurur: “Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır” (əl-Əraf, 157). İbn Abbas demişdir: “Dəs­təkləyən, yəni ehtiram göstə­rən və kömək edən.” Qətadə demiş­dir: “Dəstəkləyən, yəni yardım edən, eh­ti­ram göstərən. Uca Allah onun rəhbər kimi qəbul olunma­sını buyur­muşdur. Uca Allah buyu­rur: “Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçi­sini qa­baq­lamayın” (əl-Hucurat, 1). Həm­çinin buyurur: “Peyğəmbəri, öz ara­­nız­da bir-biri­nizi çağırdı­ğınız ki­mi ça­ğır­mayın” (ən-Nur, 63). Müca­hid demişdir: “Allah bu ayə­də mü­səlmanlara Peyğəmbəri (sallallahu aleyhi və səlləm) mülayim və müti şəkildə: “Ey Allahın rəsulu”– deyə çağırmağı buyurur və onlara qaşqabaqlı olduqları hal­da onu: “Ey Muhəmməd!”– deyə çağırmamağı əmr edir.” Səhabələr Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) ehti­ram göstərməkdə insanlara nümunə olmuşlar. Usa­mə ibn Şərik de­miş­dir: “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldikdə səhabə­lər onun ətra­fın­da sanki başlarının üstündə quş oturmuş kimi əyləş­mişdilər.” Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) sağlığında ikən ona ehtiram göstərildiyi kimi ölümündən sonra da ehtiram göstərilmə­lidir. Qazi İyad de­miş­dir: “Bil ki, Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) sağlığında ikən ehtiram göstərildiyi kimi, ölümündən sonra da ehtiram göstərilmə­li­dir. Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm), onun adı çəkildikdə, onun hədislərini və sünnədə varid olanları yada sal­dıqda, onun adı və həyat tərzi barədə eşitdikdə ehtiram göstərilməli­dir. Habelə onun ailəsinə və onların nəslinə, əhli-beytinə və səhabələ­rinə də ehtiram göstərilməli­dir.”

5. Allahın buyurduğu kimi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat və salam oxu­maq, üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur: “Hə­qiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua ve­rir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib onu kamil ədəb-ərkanla sa­lam­la­yın” (əl-Əhzab, 56). Əl-Mübərrid demişdir: “Əs­lində salavat diləmək rəhmət diləmək anla­mındadır. Allahın salavatı rəhmət, mələklərin salavatı isə Allahdan onun üçün rəhmət diləmək mənasındadır.” Abdullah ibn Amr ibn As Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dedi­yini rəvayət etmişdir: “Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər.”16Əli (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə de­diyini rəvayət etmişdir: “Paxıl o kimsədir ki, yanında mənim adım çəkildikdə mənə salavat gətirmir.”17 Bütün peyğəmbərlərə salavat de­mək lazım olduğu halda, öncə qeyd etdiyimiz kimi, Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) salavat demək xüsusi olaraq vacib hesab olunur və bu, qeyd etdiyi­miz hüquqlardan biridir. Alimlər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat deməyi va­cib hesab etmiş, hətta bəziləri bu barədə alimlərin yekdil rəydə oldu­ğunu bildirmişlər. Qazi İyad demişdir: “Biləsən ki, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat demək vacibdir və bunun üçün xüsusi bir vaxtın təyin edil­məsinə də gərək yoxdur, çünki Uca Allah bunu bizə belə əmr etmiş­dir. İmamlar və alimlər də yekdilliklə vacib saymışlar.”

6. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şanlı fəzilətləri, dəyərli xüsusiyyətləri və yük­sək dərəcələri barədə varid olan bütün mötəbər rəvayətləri təsdiq etmək gərəkdir. Bu haqda artıq bu fəsilin əvvəlində danışmışdıq. Hər bir müsəlman bunu təsdiqləməli, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tərif etməli və bunla­rı insanlar arasında yaymalıdır. Həmçinin bun­ları azyaşlı uşaqlara öy­rədərək onu sevdirməli, şənini uca tutmalı və Rəbbi yanında hansı məqama sahib olduğunu uşaq­ların qəlbinə salmalıdır.

7. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) olan münasibətdə ifrata varmamaq və bundan uzaq olmaq, çünki bu münasibət həqiqi mənada ona əziyyət verir. Uca Allah Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) ümmətinə belə müraciət etməyi buyu­rur: “De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110). O, həmçinin buyu­rur: “De: “Mən sizə demirəm ki, Alla­hın xəzi­nələri mənim ya­nım­dadır. Mən qeybi də bil­mirəm. Mən sizə demi­rəm ki, mən mə­lə­­yəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram” (əl-Ənam, 50).

Bu minvalla Rəbbimiz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən göndə­rildiyini, Rəbb və ya mələk olmadığını, sadəcə Allahın buyruq­larını yerinə yetirdiyini bildirir. Həmçinin, Rəsulullah (sallallahu aleyhi və səlləm) ümmətinə ona olan münasibətdə ifrata varmağı, onu təriflədikdə həddi aşmağı qa­dağan etmişdir. Buxarinin “Səhih” əsərində Ömər ibn Xəttabdan (radiyallahu anhu) Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət edilir: “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşit­mişəm: “Xristianlar Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirt­mə­yin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!”- deyin.”18 Burada şişirtmək dedikdə həddən artıq tərif olunmaq nəzərdə tutulur. Bunu İbn Əsir belə izah etmişdir. İbn Abbas rəvayət etmişdir ki, bir dəfə bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanı­na gəlib onunla söhbət edərkən dedi: “Allah və sən istədin.” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bunu eşitdikdə ona dedi: “Məni Allaha tay tutursan?! Xeyr, yalnız Allah istədi (de)!”19 Beləliklə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu şişirtməyi, habelə Rəbinin onu layiq bildiyi məqamdan üstün tutmağı qada­ğan etmişdir. Bu dəlil Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münasibətdə olan hər növ ifrata aiddir, çünki Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münasibətdə ifrata varmaq hər bir halda haram sayılır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) xüsusunda ifrata varmanın biri də ona dua et­məkdir ki, bu da şirk sayılır. Məsələn bəziləri deyirlər: “Ya Rəsulul­lah, mənə filan, filan işdə kömək ol!” Bu müraciət duadır, dua isə iba­dətdir və onu Allahdan qeyrisinə yönəltmək qadağandır. Həddi aş­manın başqa növləri də Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qurban kəsmək, ona nəzir de­mək, qəbrini təvaf et­mək, namaz qıldıqda və ibadət etdikdə onun qəbrinə tərəf üz tutmaqdır ki, bütün bunlar ibadət növləri olduğun­dan (bunları Allahdan qeyrisinə yönəltmək) haram hesab olunur. Uca Allah buyurur: “De: “Şübhəsiz ki, mə­nim na­ma­­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür! Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm” (əl-Ənam, 162-163).

8. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüquqlarından biri də onun səhabələrini, əhli beytini, zövcələrini sevmək və onları dost tutmaqdır. (Müsəlman) on­ların haqqını tapdalamamalı, onları söy­məməli və onlara tənə vurma­malıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, onlar üçün bağışlanma diləməyi və qəlblərində onlara qarşı kin-küdurətə yer ver­məməyi diləməyi əmr etmişdir. Uca Allah mühacir və ənsarları qeyd etdikdən sonra buyurur: Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaş­larımızı ba­ğışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və hə­sədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən də, Sən Şəf­qətlisən, Rəhm­lisən!” (əl-Həşr, 10). Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qohumları və əhli-beyti barədə Rəbbi­miz buyurur: “De: “Mən sizdən bunun əvəzində qo­hum­luq sev­gisindən başqa bir şey is­təmirəm” (əş-Şura, 10). Ayənin təfsirində deyilir: “Sənə tabe olan möminlərə de ki, mən sizlərə çat­dır­dığım hi­dayətin müqabilində qohumluq sevgisindən savayı bir şey istəmi­rəm.” Muslim “Səhih” əsərində Zeyd ibn Ərqam­dan rəva­yət etmişdir ki, bir dəfə Rəsulullah (sallallahu aleyhi və səlləm) insanlara nəsihət edib demişdir: “Sonrasına gəlincə, ey insanlar, (bilin ki,) mən də bir insanam, tezliklə Allahın el­çisi gələcək və mən onun çağırışını qəbul edəcəyəm. Mən sizə iki də­yərli şey qoyub gedirəm, onlardan birincisi içəri­sində hidayət və nur olan Kitabdır. Allahın Kitabını tutub ondan möh­kəm yapışın.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) insanları Allahın Kita­bına sarılmağa çağırdıdan sonra dedi: “Və əhli-beytim! Odur ki, Allah xatirinə əhli-beytimlə (gözəl) rəftar edin! Allah xatirinə əhli-beytimlə (gözəl) rəftar edin! Allah xatirinə əh­li-beytimlə (gözəl) rəftar edin!”20 Beləcə Peyğəmbər (sallallahu aleyhi və səlləm) əhli-beytə qayğı göstərməyi, onlara ehtiram göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Çünki onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxınları, habelə şərəfli və hörmətli insanlar hesab olunurlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmçinin, səha­bələrinə də ehtiram göstərilməsini əmr etmiş, onları söyməyi və onla­ra tənə vurmağı qadağan etmişdir. Əbu Səid əl-Xudri (radiyallahu anhu) Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) be­lə dediyini rəvayət etmişdir: “Mənim səha­bə­lərimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlar­dan bi­rinin verdiyi bir ovuc sədəqəyə, hətta yarısına belə çata bilməz.” Hədisi Bu­xa­ri və Muslim rəvayət etmişlər. 21 Əhli-Sünnənin yekdilliklə qəbul etdiyi əsaslarından biri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrinə, əhli-beyti­nə və zövcələrinə ehtiram göstərməkdir. Əhli-Sünnə alimləri onlara tənə vuranı azğınlıq əlaməti hesab etmişlər. Əbu Zura demişdir: “Ki­minsə sə­habələrdən birini söydüyünü görsən, bil ki, o zındıqdır.” İmam Əh­məd demişdir: “Əgər bir kimsənin səhabələrdən biri haqda pis fikir söylədiyini görsən, onu müsəlman olmamaqda ittiham et.”

Bu yığcam və müxtəsər şəkildə sadaladıqlarımız, Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) ümməti üzərində olan bəzi hüquqlarıdır. Uca Allah bizi və qar­daşlarımızı bunlara riayət etməyə müvəffəq eləsin!

Üçüncü. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuxuda görməyin həqiqət olmasının bəyanı.

Sünnədə göstərilir ki, insan yuxuda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görə bilər və onu yuxuda görən həqiqətdə görmüş olur.

Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məni yuxuda görən həqiqətən görmüşdür. Çünki şeytan mənim qiyafəmə girə bilməz.” Hədisi Muslim rəvayət etmişdir.22 Başqa bir rə­vayətdə isə Buxari və Muslim Əbu Hureyradan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Məni yuxuda görən, oyaq olarkən də gö­rəcək. Şeytana gəlincə isə o mənim qiyafəmə girə bilmir.”23 Buxari, İbn Sirinin belə dediyini rəvayət etmişdir: “Əgər onu öz surətində gör­müş olsa,..” Cabir ibn Abdullah Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məni yuxuda görən məni görmüşdür, belə ki, şeytanın mə­nə oxşaya bilməz.” Hədisi Muslim rəvayət etmişdir.24

Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuxuda görməyin mümkünlüyü barədə bir çox səhih hədislər varid olmuşdur. Onu yuxuda görən həqiqətən onu gör­müş sayılır və şeytan rəsulullahın (sallallahu aleyhi və səlləm) qiyafəsinə girə bilmir. Onu da xü­susi olaraq qeyd edək ki, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) onun sünnədə vəsf olunmuş həqiqi surətində görmək müm­kündür. Əks təqdirdə isə bu, onu gör­mək hesab olunmur. İbn Sirin demiş­dir: Buxarinin "Səhih"ində deyil­diyi kimi, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) həqiqi qiyafəsində görmüş olarsa... Buna gö­rə də Buxari hədisi qeyd etdikdən sonra buna şərh olaraq İbn Siri­nin sö­zünü də qeyd etmişdir. Daha bir hədisi buna dəlil göstərmək olar, Ha­kimin, Asim ibn Kuleybdən rəvayət etdiyi hədisdə deyilir: “Atam mə­nə belə rəvayət etmişdir: “Mən İbn Abbasa Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuxum­da gör­düyümü xəbər verdim. O mənə: “Peyğəmbəri (sallallahu aleyhi və səlləm) mənə vəsf et”– dedi. Dedim: “O, Əlinin oğlu Həsənə bənzəyirdi.” İbn Abbas dedi: “Doğru­dur, ona bənzəyirdi.” İbn Həcər demişdir: “Bu, hədisin isnadı yaxşıdır.”

Əyyub demişdir: “Kimsə Muhəmməd ibn Sirinə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuxuda gördüyünü xəbər versəydi, İbn Sirin həmin adama:  “Gördü­yün adamı mənə vəsf et.” deyərdi. Və əgər adam Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xas olmayan bir xüsusiyyəti qeyd edərdisə, ona belə deyilərdi: “Sən onu görməmisən.” Bu rəvayəti İbn Həcər “Fəthul-Bari” əsərində nəql et­miş və isnadının səhih olduğunu bildirmişdir.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm): “Məni yuxuda görən kəs oyaq halda da görə­cəkdir” sözünə gəlincə, alimlər bu məsələyə dair müxtəlif rəylər söy­ləmişlər. Bu rəylərin ən məşhuru üçdür:

Birinci: Burada oxşatma və bənzətmə nəzərdə tutulur. Musli­min, Əbu Hureyradan rəvayət etdiyi hədis buna dəlildir: “Məni yuxuda görmüş kimsə, məni ayıq ikən görmüş kimidir.”

İkinci: Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında yaşayanlara, onu gör­məz­dən öncə iman gətirənlərə aiddir.

Üçüncü: Bu, Qiyamət günü olacaqdır. Yəni Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuxu­da görən­lərin durumu onu görməyənlərdən fərqli olacaqdır. Daha doğrusunu isə Allah bilir.



1"Səhih Muslim", 523.

2 "Səhih Muslim", 153.

3 "Səhih əl-Buxari", 3535; "Səhih Muslim", 2286.

4 "Səhih əl-Buxari", 4981; "Səhih Muslim", 152.

5 "Səhih əl-Buxari", 6528; "Səhih Muslim", 221.

6 "Səhih Muslim", 2278.

7 "Səhih əl-Buxari", 3340; "Səhih Muslim", 193.

8 "Sünən ət-Tirmizi", 3615; "Müsnəd Əhməd", 3/2. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir.

9 "Səhih Muslim", 384.

10 "Səhih əl-Buxari", 25; "Səhih Muslim", 22.

11 "Sünən İbn Macə. Müqəddimə", 5.

12 "Səhih Muslim", 1218.

13 "Müsnəd Əhməd", 5/153.

14 "Səhih əl-Buxari", 15; "Səhih Muslim", 44.

15"Səhih əl-Buxari", 6632.

16 "Səhih Muslim", 384.

17 "Sünən ət-Tirmizi", 3546; "Müsnəd Əhməd", 1/201. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir.

18 "Səhih əl-Buxari", 3445; "Müsnəd Əhməd", 1/23.

19 "Müsnəd Əhməd", 1/214; "Sünən İbn Macə", 2117.

20 "Səhih Muslim", 2408.

21 "Səhih əl-Buxari", 3673; "Səhih Muslim", 2541.

22 "Səhih Muslim", 2266.

23 "Səhih əl-Buxari", 6993; "Səhih Muslim", 2266.

24 "Səhih Muslim", 2268.

 


Baxılıb: 16478


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”