Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / VII mövzu. Peyğəmbərliyin xətm edilməsi və özündən sonra peyğəmbər gəlməyəcəyinin bəyan edilməsi.

VII mövzu. Peyğəmbərliyin xətm edilməsi və özündən sonra peyğəmbər gəlməyəcəyinin bəyan edilməsi.

VII mövzu.

Peyğəmbərliyin xətm edilməsi və özündən sonra peyğəmbər gəlməyəcəyinin bəyan edilməsi.

 

Bu məsələ barədə əvvəldə – Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xüsusiyyətlərindən danışarkən kifayət qədər dəlilləri zikr etmişdik. Bildirmişdik ki, Mu­həm­məd (sallallahu aleyhi və səlləm) peyğəmbərlərin sonuncusudur. Bu fəsildə peyğəmbərli­yin xətm edilməsi məsələsinə başqa yöndən yaxınlaşacaq, bu əqdinin müsəlmanların dininə nə cür təsir etdiyini və bunun onlara nə qədər faydalı olduğunu açıqlayacağıq. Bu faydalardan bəziləri aşağıdakılardır:

1. Müsəlmanlar özlərinin şəriətinin və dininin kamil olduğu­na əmin olur və bu əqidə onların həyatına dərin iz buraxır. Uca Allah İs­lam ümmə­tinə bu lütfü xatırladaraq buyurur: “Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və bir din ola­raq sizin üçün İslamı bəyənib seç­dim” (əl-Maidə, 3).

Bu ayə məşhur rəvayətlərə görə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) vəfatından qa­baq, Vida həccində nazil olmuş və beləliklə də bu din tamam­lan­mış­dır. Elə buna görə də yəhudilər müsəlmanlara qibtə edirdilər. Buxari və Muslimin rəvayət etdiyi hədisdə deyilir ki, bir yəhudi Ömərin (radiyallahu anhu) yanına gəlib de­yir: “Sizin Kitabınızda oxuduğunuz elə bir ayə var­dır ki, əgər o, biz yəhudilərə na­zil olsaydı, həmin günü bayram elan edə­rdik.” Ömər: “Bu hansı ayədir elə?”– deyə so­­ruş­du. Yəhudi: “Bu gün dini­nizi sizin üçün kamil etdim...”1 ayəsidir dedi...”

Başqa bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) əvvəlki şəriətləri bircə kərpici çatmayan tikilmiş qəsrə bənzədir və özü­nün gəlişi ilə həmin binanın tamamlandığını bildirir. Bununla o de­mək istəmişdir ki, həmin binaya tamamlandıqdan sonra bir şey artırmaq mümkün olmadığı kimi, bu dinə də nə isə əlavə etmək qeyri-mümkündür. Bu hədisi Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) xüsusiyyətlərinə dair fəsildə qeyd etmişdik.2

2. Ümmətimiz əmindir ki, Bu din və Muhəmmədin (sallallahu aleyhi və səlləm) şəriəti başqa bir pey­ğəmbərin göndərilməsi ilə nəsx edilə bilməz. Muhəm­mədin (sallallahu aleyhi və səlləm) peyğəmbər­lərin sonuncusu olması o deməkdir ki, onun pey­ğəmbərliyindən və şəriətindən sonra nə bir peyğəmbər, nə də bir şə­riət gələ bilər. Qaldı ki İsanın u (Qiyamət yaxın) peyğəmbər olaraq nazil olmasına, bu, pey­ğəmbərimizin sonuncu peyğəmbər olması ilə ziddiyət təşkil etmir. Çünki İsa peyğəmbər u nazil olduğu zaman Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) şəriətinə tabe olacaq və onunla hökm verəcəkdir. Özünün keçmiş şəriəti nəsx olunduğuna görə, həmin vaxt o, istər di­nin əsasları, istərsə ikinci dərəcəli məsələlər olsun, bu xüsusda yalnız İslam şəriətinə tabe olacaqdır.

3. Heç bir tərəddüdsüz və araşdırmadan peyğəmbərlik iddia­sında olan hər kəsin iddiası rədd olunmalıdır. Bu isə – yəni Peyğəm­bərimizin (sallallahu aleyhi və səlləm) sonuncu peyğəmbər olması imanın əsas faydalarından biridir. Belə ki, bununla müsəlmanlar bütün yalançı peyğəmbərləri ifşa etmiş olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də buna xüsusi olaraq diqqət çəkər, özün­dən sonra peyğəmbərlik iddiasında olan otuz nəfərin peyda ola­cağını bildirərdi. Sonra da özünün sonuncu peyğəmbər olduğunu, ya­lançı­lara isə tabe olmaqdan və onlara inanmaqdan həzər etməyin gərək­li­yini bəyan edərdi. Sövbanın (radiyallahu anhu) fitnələr barədə rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ümmətim arasında peyğəmbərlik iddiasın­da olan otuz nəfər yalançı ola­caqdır. (Biləsiniz,) peyğəmbər­lərin so­nuncusu mənəm və məndən sonra pey­ğəmbər olmayacaq­dır.”3

4. Bu ümmətdən olan əmirlərin və alimlərin fəziləti bəlli olur. Belə ki, onlar həm dini, həm də dünyəvi işlərdə siyasət irəli sürə bi­lər­lər. İsrail oğullarında isə yalnız peyğəmbərlər siyasət yürüdə bilər­di­lər. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İs­rail oğullarının arasında peyğəmbərlər siyasət yürüdürdülər və hər dəfə bir pey­ğəm­bər dünyasını dəyişdikdə, digəri ilə əvəz olunurdu. Məndən son­ra isə peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır.” Səhabələr dedi­lər: “Bizə nə əmr edirsən, (ya Rəsulullah)?” Dedi: “Ara­larından birinci seçilmiş olana beyət edərək onların haq­l­a­rını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir.”4 Bu ümmə­tin xəlifələri siyasət yürütmək və insanları idarə etmək baxımından İsrail oğul­la­rı­nın pey­ğəm­bərləri kimidirlər. Başqa bir hədisdə Əbu Hureyra (radiyallahu anhu) Pey­ğəm­­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Uca Allah hər yüz ilin əv­və­lin­də ümmətinə Öz dinini dirçəldəcək şəxslər gön­dərər.”5 Üm­­mə­ti­mi­zin bu günkü durumu da buna açıq-aydın sübut­dur. Dini­miz indi də in­san­lar arasında əmirlər, rəhbərlər və alimlərin şəriətə uyğyun yürütdüyü rəylər sayəsində qo­run­­maq­­da­dır. Uca Allah əsrlər boyu hər yüz ilin əvvəlində dinini tə­zə­lə­yən, Allahın Kitabını təhriflərdən, cahillərin açıqlamalarından qo­ru­yan in­san­lar göndər­mişdir. Məhz onların sayəsində Allahın dini ol­du­ğu kimi qalmaqda­dır. Bu da Uca Allahın ümumən ümmətimizə ver­­diyi bir lütfü, xüsusi olaraq isə bu məqama layiq olanların şə­rə­fi­dir.

Hər bir halda peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sonuncu olması əqidəsi və onun bu dində dərin iz buraxması bu ümmətin xüsusiyyətlərindəndir ki, bunun da imanın artmasında əvəzolunmaz rolu vardır.



1 “əl-Maidə” surəsi, 3.

2 Bax: səh, 150.

3 "Sünən ət-Tirmizi", 2219. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir.

4 "Səhih əl-Buxari", 3455; "Səhih Muslim", 1842.

5"Sünən Əbu Davud", 4291; "Müstədrək əl-Hakim", 4/522.

 


Baxılıb: 16181


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”