Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / VIII mövzu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə səfəri, onun gerçəkliyi və dəlilləri.

VIII mövzu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə səfəri, onun gerçəkliyi və dəlilləri.

VIII mövzu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə səfəri,

onun gerçəkliyi və dəlilləri.

 

İsra sözünün lüğəti və istilahi mənası.

Lüğəti mənada "İsra" ərəbcə "sura" sözündən əmələ gəlmiş, ge­cə vaxtı, çox hissəsini və ya ha­mı­sını səyahət etmək deməkdir. Buna Həssanın şeirini misal çəkmək olar. O demişdir: "Səni gecə ikən apardılar, lakin sən özün səyahət etmədin."

İstilahi mənada "isra" deyildikdə isə, Rəsulul­lahın (sallallahu aleyhi və səlləm) bir gecədə Məkkədəki Məscidulhəramdan Yerusəlimdəki Beytulməqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur.

İsranın gerçəkliyi və dəlilləri.

İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) bir gecədə Məs­ci­dul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniklə, Cəbrailin u müşayiəti ilə aparması sayəsində ona verdiyi böyük bir möcüzədir. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Beytul-Məqdisə çatdıqda Buraqın ipini məscidin qapı­sının tutqacına bağlamış, sonra da məscidə daxil olub orada peyğəm­bərlərə namaz qıldırmışdır. Sonra Cəbrail u, birinin içərisində şərab, digərində isə süd olan iki qab gətirmiş, o da südü seçmişdir. Onda Cəbrail u ona demişdir: “Fitrətə müvafiq seçim etdin.”

İsraya dair Quran və Sünnədə bir çox dəlillər vardır.

Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini Pey­ğəmbə­rə gös­tərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və mü­qəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir” (əl-İsra, 1).

Muslimin "Səhih" əsərində Ənəs ibn Malik, Sabit əl-Bunanidən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mənim yanıma Bu­raq – uzunqulaqdan böyük, qatırdan alçaq olan uzun, ağ rəngli bir heyvan gətirdilər. O, ad­dı­mı­nı gördüyü son nöqtəyə qo­yur­du. Mən ona minib Beytul-Məqdisə gəldim və onun ipini peyğəmbərlərin öz miniklərinin iplərini bağla­dıqları həlqəyə bağladım. Sonra məscidə daxil olub orada iki rükət namaz qıldım. Sonra da çölə çıxdım və Cəbrail u mənə birində şərab, digərində isə süd olan iki qab gətirdi. Mən südü seçdim. Cəbrail u də mənə: “Sən fitrətə müvafiq seçim et­din”– dedi.”1 Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədisin qalanını danışıb meraca qalxdığını bildirdi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə səfəri barədə bir neçə hə­dis varid olmuşdur. Buxari və Muslimin “Səhih” əsərlərində, habelə "Sü­nən"lərdə və digər əsərlərdə nəql edilmişdir ki, otuza yaxın səhabə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bü möv­zuda hədis rəvayət etmişdir. Həm sələflər, həm də onlardan sonrakı­lar yekdilliklə gecə səfərinin həqiqət olduğu­nu bildirmişlər. Qazi İyad "əş-Şifa" əsərində, Səffərayəni isə "Ləvami­ul-Ənvar" əsərində bu barədə alimlərim yekdil fikirdə olduğunu bil­dirmişlər. Səhih dəlillər əsasən, habelə səhabələrin, sünnə alimlərinin və elm əhlinin yekdil rəyinə görə Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) gecə səfəri həm bədəni, həm də ruhu ilə olduğunu, yuxuda yox, oyaq ikən baş verdi­yi­ni bildirmişlər.

İbn Əbul-İzz əl-Hənəfi demişdir: “İsra hədisindən aydın olur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) oyaq ikən cismi ilə Məscidul-Həramdan Məscidul-Əq­sa­ya getmişdir.” Qazi İyad da bunun səhabələrdən və onlardan sonra gələnlərin əksəriyyətindən nəql olunduğunu bildirərək belə demiş­dir: “Əksər müsəlmanların rəyinə görə İsra, cismlə və oyaq ikən olmuşdur.” Bu həqiqətən belə olmuşdur. Bu fikri İbn Abbas, Cabir, Ənəs, Hüzeyfə, Ömər, Əbu Hureyra, Malik ibn Səsəa, Əbu Həbbə əl-Bədri, İbn Məsud, Dəhhak, Səid ibn Cubeyr, Qətadə, İbn Museyyib, İbn Şi­hab, İbn Zeyd, Həsən, İbrahim, Məsruq, Mücahid, İkrimə, İbn Cu­reyc, Aişə, Təbəri, İbn Hənbəl, habelə bir çox müsəlmanlar, əksər təfsir və fiqh alimləri də dəstəkləmişlər.

Alimlərdən biri İsranın iki dəfə baş verdiyini iddia edənlərə be­lə cavab vermişdir: “Alimlərin mövqeyi ondan ibarətdir ki, İsra bir də­fə, Məkkədə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəsul göndərilməsindən sonra baş ver­mişdir. Bunun iki dəfə olmasını iddia edənlərin bu fikri çox əcaibdir. Belə çıxır ki, birinci dəfə ona əlli namaz fərz edilmiş, Musa ilə Rəbbi arasında gedib-gəlməklə Uca Allah bunun sayını on-on azaltmış, nə­hayət: “Mən əzəldən yazdığım hök­mü vacib buyurdum, sonra da qul­la­rı­mın yükünü yüngül­ləşdirdim”– deyə ona cəmi beş vaxt namaz qıl­mağı fərz buyurmuş, daha son­ra yenidən əlli namaza qaldırıb, sonra yenidən azalmışdır?!”

Merac və onun həqiqət olması.

İsra və merac hadisələri hədislərdə və alimlərin dediklərində yanaşı qeyd olunur. Odur ki, bu yerdə onu da qeyd etmək yerinə düşər və faydalı olardı.

"Merac" sözü ərəbcə "uruc" kəlməsindən əmələ gəlmişdir və qalx­maq, ucalmaq mənasını verir. Bu, pilləkən misalında olsa da onun keyfiyyəti bizlərə bəlli deyil. Şəriətdə isə Merac deyildikdə Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) Cəbrailin u müşayiəti ilə Beytül-Məqdis­dən dünya sə­ma­sı­­na, da­ha sonra isə səmanın digər qatlarına qatlarına qalxaraq ta yed­­dinci səmaya qədər qalxmasına, bu səmalarda pey­ğəmbər­lərlə görü­şüb onları salamlaması, sonra da Sidratul-Muntəhaya (son həddəki Sidr ağacının yanına) qalxması, orada Cəbraili u xəlq edildiyi surə­tində görməsi, həmin gecə Allahın onunla danışması və ona beş vaxt namazı fərz buyurması və nəhayət, yerə enməsi nəzərdə tutulur. Sə­hih budur ki, Merac hadisəsi İsra gecəsi baş vermişdir.

Quran və Sünnədə Meracın baş verməsinə dair bir çox dəlillər var­dır. Qurana gəlincə, Meracda baş vermiş bəzi hadi­sələr Quranda belə xatırlanır. Uca Allah buyurur: “İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz? Onu bir daha öz surə­tin­də enər­kən gördü – son həddəki Sidr ağacı­nın yanın­da. Məva bağı da onun ya­nın­da­dır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Pey­ğəmbərin gözü ya­yın­madı və həddi aşmadı. O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü“ (ən-Nəcm, 12-18). Bu ayələrdə Uca Allah Merac zamanı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gördüyü hadisələri qeyd edir. O, Cəbraili u, Sidratul-Muntəhanı bürümüş şəkildə görmüşdü. İbn Abbas və Məsruq demişdir: “Onu qızıl çəyirtkələr bürümüşdü.”

Sünnədə isə merac barədə bir sıra hədislər müfəssəl şəkildə va­rid olmuşdur. Bunlardan biri də İsra hadisəsi fəsilində qeyd etdiyi­miz Ənəs­dən (radiyallahu anhu) rəvayət olunan hədisdir. Həmin hədisdə Peyğəm­bər (sallallahu aleyhi və səlləm) demişdir: “Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılma­sını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”– deyə soruş­dular. O: “Cəbrailəm”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruş­dular. O: “Muhəmməddir”– dedi. Onlar: “Ona peyğəmbərlik verildi­mi?”– deyə soruş­dular. O: “Bəli, verildi”– dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi.” Sonra Peyğəm­bər (sallallahu aleyhi və səlləm) göyün o biri qatlarına qalx­dığını və orada peyğəmbərlərlə görüşdü­yünü qeyd etdi. Son­ra (hədi­sinə davam edib) dedi: “Daha sonra biz Sidratul-Muntəhaya qalxdıq. Onun yarpaqları fil qulaqlarına, meyvələri isə saxsı səhənglərə bənzə­yirdi. Allah tərəfindən bu ağacı bürüyən bürü­dükdə onun görünüşü dəyişdi. Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz. Sonra Allah mənə bir çox əmrləri vəhy etdi və mənə gün ər­zində əlli vaxt namaz qılmağı əmr etdi. Mən Musa­nın yanına qayıt­dıqda o məndən soruşdu: “Rəbbin sənin ümmətinə nəyi fərz buyur­du?” Dedim: “Əlli vaxt namaz qılmağı.” Dedi: “Rəbbinin yanına get və ondan bu əmri yüngülləşdirməyini dilə, çünki sənin ümmətin bu­nu yerinə yetirə bilməyəcək. Mən artıq İsrail oğullarından gördüyü­mü görmüşəm.” Sonra mən Rəbbimin yanına qayıdıb dedim: “Ey Rəb­­bim, verdiyin əmri ümmətim üçün yüngülləşdir.” O da bundan beşi­ni azaltdı. Mən yenə Musanın yanına qayıtdım və ona bunu xəbər verdim. O dedi: “Sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Rəb­binin yanına qayıt və ondan bu əmri yün­gülləşdirməsini dilə.” Beləcə, mən Rəbbimlə Musanın arasında gedib-gəlməyə başladım. Axırda Uca Allah belə buyurdu: “Ey Muhəmməd! Bu beş nama­zın hər biri on namaza bərabərdir və (ümumilikdə) əlli namaz kimidir...” Hədisi Muslim rəvayət etmişdir.3 Merac barəsində Buxari və Musli­min əsərlə­rində buna yaxın ləfzlərdə Malik ibn Səsəadan, Əbu Zər­dən, İbn Abbas­dan və qeyrilərindən rəvayətlər də vardır.

Qeyd. İsra və Merac hadisələri Uca Allahın Öz Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) bəxş etdiyi iki əvəzolunmaz nemətdir və hər bir müsəlman bu hadi­sələrin həqiqət olduğuna eti­qad etməli və bilməlidir ki, Allah bu iki ha­disə sayəsində Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) digər peyğəmbərlərdən üstün et­mişdir. Lakin heç bir müsəlmana, bəzi avam müsəlmanların bu hadi­sələrin baş verdiyi gecəni bayram etmələri və həmin gecədə xü­susi namazlar qılmaları yolverilməzdir. Üstəlik bütün bunlar inkarolunan bidət hesab edilir. Bunu da nə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuş, nə sələf­lərdən bir kimsə belə bir şey etmiş, nə də ki elminə etimad olunası bir alim belə bir şeyi tövsiyə etmişdir.

Əhli-Sünnə alimləri bəyan etmişlər ki, Rəcəb ayının iyirmi yed­dinci gecəsində qılınan ayrıca namaz və başqa bu kimi xüsusiləşdi­rilmiş ibadətlər Allahın dininə artırılmış bidətlərdir. İslam alimlə­rinin  yekdil rəyinə görə belə əməllər yol vermək olmaz və bunu edənlər yalnız cahillər və bidətçilərdir.”

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim bizim dinimizə ondan olmayan bir şeyi əlavə etsə, bu əlavə rədd edilər.”3Yəni bu əməl qəbul olunmaz.



1 "Səhih Muslim", 162.

2 "Səhih Muslim", 162.

3 "Səhih Muslim", 2697.

 


Baxılıb: 16511


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”