Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / IX mövzu. Peyğəmbərlərin sağ olub-olmamaları haqqında.

IX mövzu. Peyğəmbərlərin sağ olub-olmamaları haqqında.

 

IX mövzu.

Peyğəmbərlərin sağ olub-olmamaları haqqında.

 

Bir çox dəlillərdə peyğəmbərlərin vəfat etdikləri öz əksini tap­mışdır. Yalnız İsa peyğəmbərdən başqa. O, ölməmişdir və Uca Allahın yanına qaldırılmışdır. Bu haqda bir qədər sonra danışacağıq. Pey­ğəmbərlərin öldüklərinə isə aşağıdakı ayələri dəlil göstərmək olar. Uca Allah buyurur: “Yoxsa siz Yaquba ölüm gəl­dikdə onun yanında idiniz?” (əl-Bəqərə, 133). O, həmçinin buyurur: “Daha öncə Yusuf si­zə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­mək­də davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah on­dan sonra elçi gön­dər­məyəcəkdir!” Allah həd­di aşan, şübhə edən kim­səni beləcə az­ğınlığa salar” (Ğafir, 34). Süleyman u barədə Rəb­bi­miz buyurur: Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar” (Səba, 14). Peyğəmbə­ri­miz Muhəmmədə (sallallahu aleyhi və səlləm) xitabən isə Uca Allah belə buyurur: “Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər” (əz-Zumər, 30). Bəzi təfsirçilər demişlər: Bu ayə həm Peyğəmbərin (sallallahu aleyhi və səlləm), həm də digər insanların ölə­cəklərini göstərir və səhabələrə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öləcəyini xəbər verir­di. Uca Allah hər bir insanın öləcəyini xəbər verərək buyurur: “Hər bir kəs ölümü da­da­caqdır” (Ali İmran, 185).

Bu ayələr peyğəmbərlərin adi insanlar kimi öldüklərini sübuta yetirir. Yalnız İsa peyğəmbər müstəsnadır ki, Allah onu Öz dər­gahına qaldırmışdır. Uca Allah buyurur: “O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıraca­ğam, səni kafirlər­dən təmizlə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qə­dər kafirlərdən üstün edə­cə­yəm” (Ali İmran, 55).

Bu ayə İsanın ölmədiyini, həm ruhu, həm də cəsədi ilə birlikdə Allahın yanına qaldırıldığını göstərir. Ayədəki “həyatına son qoyub” ifadəsinə gəlincə, bu belə təfsir olunur: “İsanın Allah dərga­hına qaldı­rıl­ması, elə onun həyatına son qoyulması deməkdir. Bu, İbn Cərir Tə­bərinin rəyidir. Əksər təfsir alimləri isə buradakı vəfat sözünün yuxu mənasını ifadə etdiyini bildirmişlər. Necə ki, Uca Allah buyurur: “Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır” (Zumər, 42).

Demək, İsa peyğəmbər ölməyib və hal-hazırda səmalardan bi­rin­də yaşayır. Uca Allah onun Qiyamət qopmamışdan öncə öləcəyini belə xəbər verir: “Kitab əhlindən elə kim­sə yoxdur ki, öz ölümün­dən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirməsin. Qiya­mət günü isə İsa onla­rın əleyhinə şa­hid ola­caqdır” (ən-Nisa, 159).

Burada İsanın Qiyamət qopmazdan öncə öləcəyi nəzərdə tutu­lur. İsa peyğəmbərin axır zamanda yerə enməsi barədə varid olmuş mətəbər hədislərdə bildirilir ki, o yerə endikdən sonra xaçları sın­dı­ra­caq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaqdır. Bütün bunlar imam Buxari və Muslimin "Səhih" əsərlərində və başqa hədis kitablarında varid olmuşdur.

Bəziləri İdrisin də ölmədiyini bildirmişlər. Həmin alimlər onun İsa kimi göyə qaldırıldığını bildirərək bu ayəni dəlil gətirmişlər: Ki­tabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi. Biz onu yüksək bir mə­qama ucaltdıq (Məryəm, 56-57).

Mücahid demişdir: “İdris də İsa kimi ölməyib və göyə qaldırı­lıb.” İbn Abbas demişdir: “O göyə qaldırılıb və orada ölmüşdür.” Di­gər­lə­ri isə belə demişlər: “O dördüncü səmaya qaldırılmışdır və onun ba­rəsində elm yalnız Allaha məxsusdur.” Alimlər arasındakı ixtilafın səbəbi İd­ri­sin ölüb-ölməməyi barəsindədir. Çünki aşağıdakı ayəyə görə hər bir insan öləcəkdir. Uca Allah buyurur: “Hər bir nəfs ölümü da­da­caq­­dır” (Ali İmran 185).

Elm əhlindən heç kim İsa u ilə İdrisdən u savayı peyğəmbər­lərdən heç birinin ölmə­diyini deməmişdir. Çünki bu mövzuda açıq-aydın dəlillər vardır, üstəlik onların bəlli mövqeyi də buna dəlalət edir. Təəssüflər olsun ki, müsəlmanlardan bəziləri bu mövzuya dair varid olmuş bəzi hədisləri düzgün başa düşmürlər. Məsələn, merac hədislərindən deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səmada bəzi peyğəm­bərlərlə görüşmüş və onlarla danışmışdır. Buxari və Muslimin, Ənəsdən (radiyallahu anhu) rəvayət etdikləri hədisdə deyilir: “Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılma­sını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”– deyə soruş­dular. O: “Cəbrailəm”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruş­dular. O: “Muhəmməddir”– dedi. Onlar: “Ona peyğəmbərlik verildi­mi?”– deyə soruş­dular. O: “Bəli, verildi”– dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi. Sonra biz ikinci səmaya qalxdıq, Cəbrail qapının açılma­sını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”– de­yə soruş­dular. O: “Cəbrailəm”– dedi. Onlar: “Yanındakı kimdir?”– de­yə soruş­dular. O: “Muhəmməddir”– dedi. Onlar: “Ona peyğəmbərlik verildi­mi?”– deyə soruş­dular. O: “Bəli, verildi”– dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən xalauşaqlarını – Məryəmi oğlu İsanı u və Zəkəriyya oğlu Yəhyanı u gördüm. Onlar məni salamladılar və mənə xeyir-dua etdilər...”1 Həmin hədisdə Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) üçüncü səmada Yusufu gördüyü və Yusufa gözəlliyin yarısı bəxş edildiyi, dördüncü səmada İdrisi, beşinci səmada Harunu, al­tıncı səmada Musanı və yeddinci səmada İbrahimi kürəyini Beytul-Məmura söykə­miş vəziyyətdə gördüyü bildirilir. Onların hamısı Pey­ğəmbəri (sallallahu aleyhi və səlləm) sa­lam­la­yaraq ona xeyir-dua vermişdir.

Həmçinin Buxari və Muslimin "Səhih" əsərlərində, İbn Abbas­dan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunmuşdur: “Mən isra gecəsin­də Musanı gördüm. Qarabuğdayı, hündürboylu və qıvrım­saç­lı bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsa­nı da gördüm. Orta­boy­lu, al­yanaq, ağbəniz və nazik saçlı bir adam idi. Həmçinin, Cəhənnəmin gözətçisi Maliki və Allahın mənə göstər­diyi əlamətlərə uyğun şəkildə dəc­ca­lı gördüm.”2

Bəzi insanlar bu kimi hədislərdən peyğəmbərlərin ölmədiyi qə­naətinə gəlmişlər. Həqiqətdə isə, dəlillərdəki kimi, İsa və barəsində ixtilaf edilsə də, İdris istisna olmaqla, peyğəmbərlərin hamısı ölmüş­dür. Lakin bunlardan başqa hamısının ölümü dəqiqdir və buna heç bir şübhə yoxdur. Bu xüsusda dəlilləri artıq qeyd etmişik. Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) merac gecəsi digər peyğəm­bər­lərlə görüşməsi və bu mənada varid olan dəlillərə gəlincə, bunların hamısı haqdır və bunlar arasın­da heç bir ziddiyyət yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların surətləri qiyafəsin­də olan ruhları ilə görüşmüşdür. Əhli-Sünnə alimlərinin fikrincə on­ların bədənləri yer üzərindədir. Yalnız göyə qaldırılması barədə dəlil olan peyğəmbərlər başqa.

Mötəbər alimlərdən biri bu məsələni araşdırarkən belə demiş­dir: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) merac gecəsi digər peyğəmbərləri görməsi – dün­ya səmasında Adəmi, ikinci səmada Yəhyanı və İsanı, üçüncü səma­da Yusufu, dördüncü səmada İdrisi, beşinci səmada Harunu, altıncı sə­mada Musanı, yed­dinci səmada İbrahimi və ya tərsinə altıncı sə­mada İbrahimi, yed­dinci səmada Musanı3 görməsi onların surətləri qi­yafəsində olan ruhlarını görməsi ilə baş vermişdir. Bəziləri isə de­miş­lər: Ola bilsin ki, o həmin pey­ğəm­bərlərin dəfn olunmuş bədənlə­rini görmüşdür. Lakin, bu rəy əsas­sızdır. İsa­ya gəlincə, o, həm ruhu, həm də bədəni ilə göyə qaldırıl­mışdır. Bu söz­ləri bəziləri İdrisə də şa­mil etmişlər. O ki qaldı İbrahim, Musa və digər pey­ğəm­bərlərə, onla­rın hamısı yerdə dəfn olunmuşlar.”

Onu da bilmək lazımdır ki, Uca Allah peyğəmbərlərin ruhunu şərəfləndirərək göylərə qaldırdığı və onlara istədiyi qədər nemətlər bəxş etdiyi kimi, onların bədənlərini də hifz etmiş və torpağa onları yeməyi haram etmişdir. Ovs ibn Ovs rəvayət etmişdir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Sizin ən fəzilətli günlərinizdən biri cümə günüdür. Odur ki, həmin gün mənə çoxlu salavat deyin. Bilin ki, si­zin salavatlarınız mənə çatdırılır.” Səhabələr soruşdular: “Ya Rəsulul­lah, bədənin çürüdükdən sonra salavat sənə necə çata bilər?!” Dedi: “Qüdrətli və qüvvətli Allah yerə peyğəmbərlərin bədənlərini yeməyi haram buyurmuşdur.”4

Bununla da bu mühim məsələdə haqq bəyan edilmiş və hər bir müsəlmanın bu mövzuda nəyə etiqad edəcəyinin vacib olduğu aydın olur. Daha doğrusunu isə Allah bilir!



1 "Səhih əl-Buxari", 3570; "Səhih Muslim", 162.

2 "Səhih əl-Buxari", 3239; "Səhih Muslim", 165.

3 "Səhih Muslim", 415.

4 "Müsnəd Əhməd", 4/8; "Sünən Əbu Davud", 1047; "Sünən əd-Darimi", 1580.

 


Baxılıb: 16433


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”