Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / X mövzu. Peyğəmbərlərin möcüzələri və onlarla övliyaların kəraməti arasındakı fərq.

X mövzu. Peyğəmbərlərin möcüzələri və onlarla övliyaların kəraməti arasındakı fərq.

 

X mövzu. Peyğəmbərlərin möcüzələri və

onlarla övliyaların kəraməti arasındakı fərq.

 

Möcüzənin tərifi.

Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olma­maq" mənasını ifadə edir. Əl-Qamus əsə­rində bildirilir: “Peyğəmbə­rin möcü­zələri insanların onları etməkdə aciz olduqları şeylərə deyi­lir.”

İstilahi mənada isə möcüzə, peyğəmbərlərin əli ilə onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Hə­­min hadisələrin bənzərini heç kəs edə bilməz.

“Fövqəladə” deyildikdə, peyğəmbərlərin adi halda etdikləri əməl­­lər istisna olunur. Bu kimi əməllər möcüzə sayılmır.

“Peyğəmbərlərin əli ilə baş verən” deyildikdə, övliyaların əli ilə baş verən fövqəladə əməllər istisna olunur. Belə ki, övliyaların əli ilə baş verən fövqəladə əməllər kəramət adlanır. Bu da onlara, pey­ğəm­bər­lərin yolunu tutub getdiklərinə görə verilir. Sehrbaz və kahinlərin etdiyi əməllər isə, əlbəttə ki, buna aid edilmir və bunları etdiyikləri şar­latanlıq sayılır. Bununla da ən pis insanlar məşğul olurlar.

“Onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz” deyildikdə, sehrbazlar və kahinlərin etdiyi əməllər istisna olunur. Çün­ki bu cür sehrlərin bənzərini digər sehrbazlar da edə bilir.

Peyğəmbərlərin bəzi möcüzələrinə misallar.

Peyğəmbərlərin bir çox möcüzələri olmuşdur. Məsələn, Saleh peyğəmbərdən müşriklər özlərinin təyin etdiyi bir qayadan dəvə çı­xar­masını istəmiş, hətta sonradan həmin dəvəni vəsf də etmişdilər. Saleh də Uca Allaha dua edərək bunu Ondan istəmişdi. Uca Allah da həmin qayadan onların istədikləri xüsusiyyətlərə malik bir dəvəni çı­xarmışdı.1 Uca Allah bu barədə buyurur: “Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Si­zin Ondan başqa məbudunuz yox­dur. Rəbbinizdən sizə açıq-ay­dın dəlillər gəldi. Allahın qaya­dan çı­xart­dığı bu dişi dəvəsi sizin üçün bir mö­cüzədir. Onu buraxın Alla­hın tor­pa­ğında otlasın. Ona bir pis­lik et­məyin, yoxsa sizi ağ­rı­lı-acılı bir əzab yaxalayar” (əl-Əraf, 73).

İbrahim peyğəmbərin u möcüzəsi isə qövmünün ona əzab ver­mək və onu məhv etmək məqsədilə qaladıqları, sonrada içinə atdıqları odun onun üçün soyuq və salamat olmasıdır. Uca Allah buyurur: “On­lar dedi­lər: “Əgər on­­dan əvəz çıxmaq istəyir­siniz­sə, onu yan­dırın ki, məbud­la­rı­nı­za kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, la­kin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq” (əl-Ənbiya, 68-70).

Musa peyğəmbərin u möcüzələrindən biri onun əsası idi. O, əsanı yerə atdıqda, əsa Allahın izni ilə böyük bir ilana çevrilirdi. Uca Allah buyurur: “Sağ əlin­dəki nədir, ey Musa?” Musa dedi: “Bu mə­nim əsamdır. Ona söy­kə­nir və onun­la qo­yunlarıma yarpaq silkələ­yirəm. Bu, mənim üçün baş­qa işlərə də ya­rıyır”. Allah buyurdu: “At onu yerə, ey Mu­sa!” Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sü­rün­mə­yə baş­la­dı. Allah buyurdu: “Götür onu, qorx­ma! Biz onu əvvəlki halına qay­­ta­raca­ğıq” (Ta ha, 17-21). Onun digər bir mö­cüzəsi isə əlini köynəyinin yaxasına salıb çıxardıqda əlinin ay parçası tək par-par parıldaması idi. Uca Allah buyurur: “Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi lə­kə­siz, ağap­paq çıxsın(Ta ha, 22).

İsa peyğəmbərin u möcüzəsi isə bu idi ki, o palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdükdə o əsl quşa dönürdü. Bundan başqa o kor və cüzam xəstəliyinə mübtəla olana Allahın izni ilə əlini sürtər, o da sağalardı, qəbirdəki ölüləri çağırar, onlar da onun çağı­rı­şına cavab verər və dirilərdilər. Uca Allah buyurur: Sən Mə­nim iz­nimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri di­rildirdin” (əl-Maidə, 110).

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) möcüzələrindən biri də əzəmətli Qurandır ki, bu da bütün peyğəmbərlərə verilmiş möcüzələrin ən əzəmətlisidir. Uca Allah buyurur: “Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsi­nizsə, on­da ona bən­zər bir surə gətirin və əgər doğru de­yirsiniz­sə, Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın!” (əl-Bəqərə, 23). O, həmçi­nin buyurur: “De: “Əgər insanlar və cin­lər bu Qurana bən­zər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər” (əl-İsra, 88). Onun daha bir mö­cüzəsi Məkkə əhlinin ondan möcüzə göstərməsini istədiyi zaman ayı iki yerə bölməsi idi. Uca Allah buyurur: “Qiyamət və ay bölün­dü. Onlar bir möcüzə gör­dük­də üz dön­dərib: “Bu, tez keçib-ge­dən bir sehrdir” deyirlər” (əl-Qəmər, 1-2). Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bir başqa mö­cüzəsi də İsra və Merac hadisəsi idi. Uca Allah buyurur: “Dəlilləri­mizdən bəzisini Pey­ğəmbə­rə göstərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və müqəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir” (əl-İsra, 1).

Peyğəmbərlərin, ələlxüsus da Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) möcüzələri çoxdur. Burada qeyd etdiklərimiz isə onlardan bir neçəsidir.

Kəramətin tərifi.

Kəramət, peyğəmbərlik iddiası və buna yaxın bir əlaqəsi olma­yan, yaxşı işlər görən dürüst əqidəli, əmə­lisaleh bir möminin əli ilə baş verən fövqəladə hadisəyə deyilir.

“Fövqəladə” deyildikdə, adi insanın edə biləcəyi əməllər istisna olunur.

“Peyğəmbərlik iddiasın olmayan” deyildikdə, peyğəmbərlə­rin möcüzələri istisna olunur.

“buna yaxın bir əlaqəsi olma­yan” deyildikdə, İrhas istis­na olu­nur. İrhas – peyğəmbər olacaq şəxsin peyğəmbərlikdən öncə başına gələn fövqəladə hadisəyə deyilir.

“Əməlisaleh bir kəsin əli ilə baş verir” dedikdə, sehrbaz və ka­hinlərin etdikləri əməllər istisna olunur.

Övliyaların kəramətləri çoxdur. Onlardan bəzilərinin keçmiş ümmətlərdə olması xəbər verilir. Buna misal olaraq Məryəm haq­qında nazil olmuş ayəni göstərmək olar. Uca Allah buyurur: “Zəkə­riyya hər dəfə onun yanına ibadət­gaha daxil ol­duqda, onun ya­nında ruzi oldu­ğu­nu görərdi. O dedi: “Ey Mər­yəm! Bu, sə­nin üçün haradan­dır?” Mər­yəm de­di: “Bu, Allah tərəfin­dəndir. Hə­qi­qə­tən, Allah is­tədiyi kim­sə­yə hesab­sız ruzi verir” (Ali İmran, 37).

Uca Allahın Mağara camaatı barəsində verdiyi xəbərlər də bu qəbildəndir.

Ümmətimizdən olan kəramətlərə misal olaraq Useyd ibn Hudey­rin (radiyallahu anhu) əhvalatını göstərmək olar. Rəvayət olunur ki, o, "əl-Kəhf" surə­sini oxuduqda göydən buluda bənzər bir şey, içində də qəndilə bən­zər məxluqlar olurdu. Bunlar Quranın oxunuşuna qulaq asmaq üçün enən mələklər idi. Həmçinin, mələklər İmran ibn Husaynla (radiyallahu anhu) salam­laşardılar. Salman və Əbu Dərda N qabdan yemək yeyər­kən, həmin qab və ya onun içindəki yemək Allahı zikr etmişdir. Xəbib ibn Ədiy (radiyallahu anhu) Məkkədə müşriklərin əlində əsir olarkən Allah onu şərəfləndirər və ona vaxt­aşırı üzüm gətirilərdi. Halbuki, Məkkədə o zaman üzüm yox idi.

Əla əl-Hədrəmi öz ordusu ilə birlikdə dənizin üstü ilə yerimiş və onların atlarının yəhərlərinə su dəyməmişdir. Əbu Muslim əl-Xövlani, peyğəmbərlik iddiasında olan Əsvəd əl-Ənsiyə əsir düşdük­də Əsvəd ondan soruşmuşdu: “Mənim Allahın rəsulu olmağıma şahidlik edir­sənmi?” Əbu Muslim: “Eşitmirəm”– demişdir. Soruş­muşdu: “Muhəmmədin Allahın elçisi olmasına şahidlik edirsənmi?” O: “Bəli!”– deyə cavab verdikdə, Əsvəd əmr etmişdi ki, bir çuxurda od qalasınlar və onu həmin odun içinə atsınlar. Əsvədin əlaltıları onu oda atdıqdan sonra gəlib görmüşdülər ki, o orada namaz qılır və od ona təsir etməyib. Tarixdə bu kimi bir çox hadisələrin baş verməsi bizlərə müxtəlif kitablar vasitəsilə nəql olunmuşdur.

Möcüzə ilə kəramət arasındakı fərq.

Möcüzə yalnız peyğəmbərlərin əli ilə baş verir. Kəraməti edən kəs isə əsla peyğəmbərlik iddiasında olmur. O, peyğəmbərə tabe ol­duğuna və onun gətirdiyi şəriətə əməl etdiyinə görə, onun əli ilə bu kəramət baş verir. Möcüzə peyğəm­bərlərə, kəramət isə övliyalara məx­susdur. Lakin bunların hər ikisinin fövqəladə hadisə olması onların birgə xüsusiyyətidir.

Bəzi alimlər demişlər ki, övliyaların kəraməti əslində elə pey­ğəmbərlərin möcüzələrinə aidir. Çünki onlar peyğəmbərlərə tabe ol­duqları üçün bunu edə bilmişlər. Demək, övliyanın etdiyi hər bir kəra­mət onun tabe olduğu peyğəmbərlərin möcüzələrindən hesab olunur.

Beləliklə, aydın olur ki, möcüzə və kəramət sözləri, Quran və Sünnədə varid olmasa da, lakin alimlər ayə və hədislərdən çıxan mə­nalara görə o hadisələrə bu adları vermişlər.

Möcüzə və kəramətlərə iman gətirməyin hökmü.

Peyğəmbərlərin möcüzələrinə və övliyaların kəramətinə iman gə­tirmək imanın əsaslarından sayılır. Buna da Quran, Sünnə və real­lıq dəlildir. Odur ki, hər bir müsəlmanın bunun səhihliyinə etiqad et­məsi vacibdir. Bunları yalan sayaraq inkar etmək isə əslində ayə və hədisləri inkar etmək, müsəlman­lar alimlərinə zidd mövqedə ol­maq və real faktları danmaqdan başqa bir şey deyildir. Daha doğrusunu isə Allah bilir.

 


1 "Təfsir İbn Kəsir", 3/436.

 


Baxılıb: 16872


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”