Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / XI mövzu. Övliyalar barədə.

XI mövzu. Övliyalar barədə.

XI mövzu. Övliyalar barədə.

 

Vəli və İslamda vilayət sözünün mənası.

"Vilayət" sözü ərəbcə "ədavət" sözünün əksi olub dostluq məna­sını ifadə edir. Bu söz əsasən yaxınlıq və sevgi sözlərindən qaynaq­lanır. Ədavət isə uzaqlıq və nifrət sözlərindən götürülmüşdür.

İstilahi mənada isə "vilayət" Allaha itaət etməklə Ona yaxın ol­maq deməkdir.

İstilahi mənada "vəli" isə iki xüsusiyyəti – imanı və təqvanı özün­də birləşdirən kimsəyə deyilir. Uca Allah buyurur: “Həqiqətən, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədərlənməyəcək­lər. Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar” (Yunus, 62-63).

Övliyalar arasındakı fərq.

Övliyalar mömin və müttəqi olduqları üçün, imanlarına və təq­valarına görə Allah yanında da müxtəlif məqamlarda yaxın olurlar. İmanı və təqvası daha kamil olanlar, Allaha daha çox yaxın olurlar. Odur ki, insanlar imanlarına və təqvalarına görə vilayət xüsusunda bir-birlərindən fərqlənirlər.

Allahın ən üstün övliyaları Onun peyğəmbərləridir. Peyğəm­bər­lərinin ən fəzilətlisi isə rəsullardır. Rəsulların da ən əfzəli Ulul-əzm peyğəmbərlərdir. Bunlar – Nuh, İbrahim, Musa, İsa və Muhəm­məd­­dir (Onlara Allahın salavatı və salamı olsun!) Ulul-Əzm peyğəm­bər­lərin ən üstünü isə Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm), sonra da İbrahim pey­ğəmbərdir u. Digər üç peyğəmbərin hansının daha əfzəl olması ba­rədə isə alimlər arasında fikir ayrılığı vardır.

Övliyaların qisimləri.

Allahın övliyaları iki qismdir:

Birinci qisim. Dində hamını ötüb keçmiş Allaha yaxın olanlar.

İkinci qisim. Sağ tərəf sahibləri.

Uca Allah buyurur: “Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O, bəzilərini alçaldacaq, bə­zilərini də ucalda­caqdır. Yer şiddətlə titrədiyi za­man, Dağlar parça-parça olub ovxa­lan­dığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman, siz üç dəs­təyə ayrılacaq­sınız. Sağ tərəf sahibləri. Nə xoş­bəxtdir sağ tərəf sahib­ləri! Sol tərəf sahibləri. Nə bəd­bəxtdir sol tərəf sahibləri! Xeyirxah işlərdə öndə ge­dənlər, Cən­nətdə də öndə­dirlər! Onlar Allaha yaxın olan­lar, Nəim bağlarında qala­caq kimsələr­dir(əl-Vaqiə, 1-12).

Burada üç sinif insan qeyd olunur. Bunlardan biri, yəni sol tə­rəf sahibləri Cəhənnəmlik, digəri ikisi isə Cənnətlikdir. Bunlar da sağ tə­rəf sahibləri və bir də yaxşı işlərdə hamını ötüb keçən kimsələr. Vaqiə surəsinin sonunda Uca Allah onları bir daha qeyd edərək buyurur: “Amma əgər o, Allaha ya­xın olan­lardandırsa, onda rəhmətə, gözəl ru­ziyə və Nəim bağına yeti­şər. Əgər o, sağ tərəf sahib­lərin­dən­dir­sə, ona: “Sağ tərəf sahib­lə­rindən sə­nə salam olsun!”– de­yilə­cək­dir(əl-Vaqiə, 88-91). Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) bu iki qismi övliyalarla bağlı olan məş­hur qüdsi bir hədisdə qeyd etmişdir. Buxarinin Əbu Hureyradan (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Uca Allah buyu­rur: “Kim Mənim dostumla düş­mənçilik edərsə, Mən ona hərb elan edərəm. Qu­lu­mun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxın­laşdığı ən gözəl əməl ona vacib buyurduğum əməl­lərdir. Qulum na­filə ibadətləri yerinə ye­tir­­məklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təq­dir­də onun eşidən qulağı, görən gözü, tu­tan əli və yeriyən ayağı olaram. Mən­dən diləsə, ona dilə­diyini verə­rəm, sığınacaq is­təsə, ona sığınacaq ve­rə­rəm...”1

Sağ tərəf sahibləri olan əməlisaleh insanlar fərz buyrulmuş əməl­ləri yerinə yetirməklə Allaha yaxınlaşan kimsələrdir. Onlar Allahn onlara vacib buyurduqlarını yerinə yetirir və haram buyurduqlarını isə tərk edirlər. Onlar nə müstəhəb sayılan nafilə ibadətlərini yerinə yetirməyi öz öhdələrinə götürür, nə də mübah sayılan (özlərinə nə günah, nə də savab qazandıran) əməlləri yerinə yetirməyə can atırlar. Öndə gedən, Allaha yaxınlaşan əməlisalehlərə gəlincə, onlar fərz buy­rulanları yanaşı nafilə­ ibadələrini yerinə yetirməklə Uca Allaha ya­xınlaşır, vacib və müstəhəb əməlləri yerinə yetirir, haram və məkruh buyrulanları isə tərk edirlər. Onlar əllərini gələn yaxşı işləri görüb Allaha yaxınlaşdıqlarına görə Allah da onları tam bir sevgi ilə sevir, onları günahlardan qoruyur və onların dualarını qəbul edir. Uca Allah qüdsi hədisdə belə buyurur: “Qulum nafilə ibadətləri yerinə ye­tir­­məklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm....”2

Övliyalar müəyyən bir libas və ya zahiri görünüşlə başqa in­sanlardan seçilmirlər.

Əhli-Sünnə alimlərinin rəyinə görə, Allaha yaxın olan övliyalar, nə libasları, nə də zahiri görünüşləri ilə digər insanlardan seçilmirlər.

Övliyalara haqqında kitab yazan müəlliflərdən biri de­mişdir: “Allah dostları zahirən, mübah sayılan işlərdə digər insanlardan se­çilmirlər. Onlar nə mübah sayılan xüsusi bir libası geyməklə, nə də şəriətin icazə verdiyi qaydada saçlarını qırxmaq, yaxud qısaltmaq, ya­xud da hörməklə di­gər insan­lardan fərqlənmirlər. Yaxşı deyiblər: “Nə çox abid insan var ki, kaftan3 geyir və nə çox zındıq4 var ki, əba­da gəzir.” Bidət əhli xaric olmaqla, onlar Mu­həm­məd ümmətinin hər bir təbəqəsində mövcuddurlar – Quran əh­lində, elm əhlində, cihad əhli arasında, ticarət, sənaye və əkinçiliklə məş­ğul olanlar ara­sında be­lə vardır.”

Onları iftar dərəcədə ucaltmağın batil olması.

Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də ki məxlu­qatın işlərini səhmana salmağa və onlara ruzi verməyə qadirdi­lər. Onlar insanları öz­lə­rinə təzim etməyə və ya var-dövlətlərindən on­lara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, ya­lançı, iftiraçı və şeytanın dostu sayılır. Daha doğrusunu isə Allah bilir.

 


1 "Səhih əl-Buxari", 6502.

2"Səhih əl-Buxari", 6502.

3 Uzunətəkli qədim kəndli paltarı.

4 Allahı inkar edən dinsiz adam.

 


Baxılıb: 17386


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”