Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / IV fəsil. AXİRƏT GÜNÜNƏ İMAN I mövzu. Saatın əlamətləri və onların növləri.

IV fəsil. AXİRƏT GÜNÜNƏ İMAN I mövzu. Saatın əlamətləri və onların növləri.

IV fəsil.

AXİRƏT GÜNÜNƏ İMAN

I mövzu.

Saatın əlamətləri və onların növləri.

 

Saatın əlamətlərinin tərifi.

Əlamət və ya nişanə bir şey baş verməmişdən öncə onu qabaq­layan hadi­sə­yə deyilir.

Əslində saat zamanın bir hissəsidir, lakin burada "Saat" deyil­dikdə Qiyamət günü nə­zərdə tutulur. Uca Allah buyurur: “O Saat haqqında bil­gi Ondadır(əl-Zuxruf, 85). Saat – Qiyamət gününün ayə və hədislərdə varid olmuş və danışıq dilində tez-tez rast gəlinən ən məşhur adlarından biridir. Qiyamət günü qəfil qopacağına və in­sanları ansızın yaxalayacağına görə belə adlandırılmışdır. Burada Qi­yamətin əlamətləri deyildikdə, o Saat gəlməmişdən əvvəl baş verəcək hadisələr nəzərdə tutulur. Uca Allah buyurur: “Məgər kafirlər o Saatın qəfil onlara gəlməsin­dən başqa bir şeymi göz­ləyirlər?! Artıq onun əlamətləri gəl­miş­dir(Muhəmməd, 18).  

Qiyamətin əlamətlərinin növləri.

Qiyamətin əlamətləri üç qismə bölünür:

Birinci qismi, uzaq əlamətlərdir ki, bunlarartıq baş vermişdir.

Bu əlamətlərdən biri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) göndərilməsidir. Buxari və Muslimin "Səhih" əsərlərində Ənəs ibn Malikin belə rəvayət etdiyi nəql edilmişdir: “(Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) orta barmağıyla işarə bar­mağını birləşdirib dedi: “Qiyamət Saatı insanlara, bu iki barmaq qədər yaxın olduğu zaman mən peyğəmbər göndərildim.”1

Digər bir əlamət Allahın Öz Kitabında xəbər verdiyi kimi, ayın parça­lan­ması­dır. Uca Allah buyurur: “O Saat yaxınlaşdı və ay bö­lündü (əl-Qəmər, 1).

Həmin əlamətlərdən biri də Hicaz ərazisindən alovun çıxması və Busradakı dəvələrin boyunlarına belə işıq düşməsidir. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Hicaz torpağın­dan od çıxıb Busradakı2 dəvə­lərin boyunlarını işıqlandırmayınca, Qiyamət qop­maya­caq.”3 Bu od Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) dediyi kimi, hicrətin 654-cü ilində Cumadəl-Axira ayı­nın əv­vəllə­rində Mədinənin şərqindən çıxmışdır. O zaman vadilərdən lava4 ilə dolmuş və insanlar bundan dəhşətə gəlmişlər. Odun işığını Şam və Busra əhli gör­müş­dür, oradakı dəvələrin boyun­larını isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyi kimi işıqlanmışdır.

İkinci qisim, orta əlamətlərdir ki, bunlar da zahir olub, lakin hələ bitməyib, əksinə getdikcə çoxalmaqdadır. Bu növ əlamətlər çoxdur.

Həmin əlamətlərdən biri məşhur Cəbrail u hədisində deyil­diyi kimi kənizin öz ağasını doğması, ayaqyalın, çılpaq çobanların hündür bina tikməkdə yarışmalarıdır.

Muslimin rəvayət etdiyi həmin hədisdə deyilir: “Sonra Cəbrail so­ruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver.” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bu­yur­du: “Bu haqda soruşulan soru­şandan çox bilmir.” O soruş­du: “Mənə onun əlamətləri haq­qında xəbər ver.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcək­sən.”5

Həmin əlamətlərdən biri də peyğəmbərlik iddiasında olan otuz yalançının meydan gəlməsidir. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahın rəsulu olduğunu iddia edən otu­za yaxın yalan­çı dəccallar meydana gəlməyincə Qiyamət qopmaz.”6 Əbu Davudun və Tirmizi­nin "Sünən" əsərlərində Sövban, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ümmətim arasında otuz ya­lançı olacaq­ və onların hər biri peyğəmbər olduğunu iddia edəcəkdir. Lakin  mən pey­ğəmbərlərin sonuncusuyam və məndən sonra pey­ğəm­bər gəlməyəcəkdir.”7

Bir əlaməti də budur ki, Fərat çayının suyu çəkiləcək və yerində qızıldan bir dağ peyda olacaq ki, insanlar onun üstündə bir-birilərini qıracaqlar. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət et­mişdir: “Furat çayının suyu çəkilib oradan qızıl bir dağ çıxmayınca və insanlar onun uğrunda müharibə etməyincə, Qiyamət qopmaz. Hər yüz nəfərdən doxsan doqquzu məhv olacaq və onlardan hər biri: “Bəlkə xilas oldum”– deyəcəkdir.”8 Bu əlamət hələ ki, baş vermə­yibdir.

Üçüncü qisim, Qiyamətin böyük əlamətləridir ki, bu əlamətlər baş verdikdən dərhal sonra Qiyamət qopacaqdır. Bunların isə sayı ondur və onların heç biri hələ üzə çıxmayıb. Muslim "Səhih" əsərində Huzeyfə ibn Useydin belə dediyini rəvayət etmişdir: “Bir gün biz bir-birimizlə söhbət edərkən Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizim yanımıza gəldi və: “Nə haqda danışırsınız?”– deyə soruşdu. Biz: “Qiyamət saatı barədə danı­şırıq”– dedik. Onda o: “Doğrusu, on əlamət baş vermə­yincə Qiyamət qopma­yacaqdır”– dedi və bu əlamətləri zikr etdi: tüstünün gəlməsi, Dəccalın peyda olması, heyvanın zühur etməsi, günəşin məğrib­dən çıx­ması, Məryəm oğlu İsanın yerə enməsi, Yəcuc və Məcucun axışıb gəlməsi, üç yerdə – məşriqdə, məğribdə və bir də Ərəb yarımadasın­da yerə batma və bir də Yəməndən alovun çıxıb insanları məhşərə qovması.”9 Bəzi başqa hədis­lərdə Mehdinin çıxması, Kəbənin viran edilməsi, Quranın göyə qaldırılması da qeyd olunmuşdur.

Təhqiqat aparmış əksər alimlərin rəyinə görə bu üç əlamət də on böyük əlamətə daxildir. Huzeyfə ibn Useydin (radiyallahu anhu) hədisindəki üç yerdə baş verən bat­malar bu on əlamətdən qabaq baş verəcəkdir. Hüzeyfə ibn Useyddən rəvayət olunan digər rəvayətlər buna sübut­dur. Muslimin rəvayət etdiyi hədisdə üç yerdə batma məsələsi digər­lərindən öncə qeyd olunmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “On əlamət olmayınca Qiyamət qopmayacaqdır: məşriqdə, məğribdə və Ərəb ya­rımadasında batma hadisələrinin baş verməsi, tüstünün gəlməsi, Dəc­calın çıxması...”10 Sonra da qalan əlamətləri qeyd etmişdi. Qurtubi de­mişdir: “İlk əlamətlər hədisdə qeyd olunduğu kimi üç batma hadisə­ləridir ki, İbn Vəhbin dediyinə görə bunun bəziləri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) za­manında baş vermişdir.” İndi isə bu on əlaməti təfsilatı ilə qeyd edək.

Birinci əlamət: Mehdinin gəlməsi.

Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (radiyallahu anhumə) nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) adı kimi, atasının adı da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) atasının adı kimi olacaq. Əbu Davud və Tirmizi, Abdullah ibn Mə­suddan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəva­yət etmişdir: “Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etmə­yincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zaman­da o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək.”11

İkinci əlamət: Məsihi Dəccalın üzə çıxması.

Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə ya­xın çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. Allahın izni ilə o bir sıra fövqəladə əməllər etmək bacarığına malik olacaq. O, həm­çinin Allahlıq iddiasında olacaq, lakin onun elədikləri möminlərə təsir etməyəcək.  Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cən­nəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Dəccalın çıxmasına dəlalət edən bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən biri Muslimin "Səhih" əsərində Abdul­lah ibn Amr ibn Asın rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ümmətimdən Dəccal çıxacaq və bilmirəm, ya qırx gün, ya qırx ay, ya da qırx il yer üzündə qalacaqdır. Sonra Allah Məryəm oğlu İsanı göndərəcək. O, Urva ibn Məsuda oxşayır. Nəhayət, İsa Dəccalı tapıb öldürəcəkdir.”12

Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Ömər de­mişdir: “Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha – Ona la­yiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini on­dan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcə­yəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, tək­göz­dür. Allah isə təkgöz deyildir.”13

Üçüncü əlamət: Məryəm oğlu İsanın yerə enməsi.

Quran və Sünnədə göstərildiyi kimi İsa peyğəmbər u ədalətli bir hökmdar olaraq göydən yerə enəcək, xaçları sındıracaq, donuzları öldürəcək və Dəccalı məhv edəcəkdir. Uca Allah buyurur: “Həqiqə­tən, İsanın yer üzü­nə enmə­si Saatın yaxınlaş­ması­nın əla­məti­dir” (əz-Zuxruf, 61).

Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa peyğəmbərin u yerə enəcəyinə işarə olduğunu bildirmişlər. Əhmədin “Müsnəd” əsə­rində İbn Abbasın bu ayənin təf­si­ri barəsində belə dediyi nəql olunur: “Burada Qiyamətdən öncə İsa­nın enməsi nəzərdə tutulur.”14 İsanın enməsi barədə bir çox səhih hədislər varid omuşdur. Buxari və Musli­min "Səhih" əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) belə de­diyi rəvayət olunur: “Canım Əlində ola­n Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni ara­dan qal­dıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O za­man bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır.”15

Dördüncü əlamət: Yəcuc və Məcucun çıxması.

Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı müba­rizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə, onlar Nuhun u övladı Yafəsin nəslindəndirlər. Quran və Sünnədə onların çıxmasına dəlillər vardır. Uca Allah buyurur: Nəhayət, Yəcuc və Mə­­cuc səddi açıl­dığı və onlar tə­pə­lərdən axı­şıb gəl­dikləri zaman; haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələ­cək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!” (əl-Ənbiya, 96-97).

Buxari və Muslimin "Səhih" əsərlərində, Zeynəb bint Cəhş O rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəfil onun (otağına) daxil olub: “Allahdan başqa məbud yoxdur! Yaxınlaşmış şərdən do­layı vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda də­lik açıldı”– dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək (on­la­rı) halqa şəklinə saldı.”16

Beşinci əlamət: Kəbənin viran edilməsi.

Sünnədə bildirilir ki, bunu nazik ayaqlı bir həbəşi edə­cəkdir. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq.”17 İmam Əhməd də səhih isnadla Abdullah ibn Amrdan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq, onun bəzəyini oğurlayacaq və üstündəki örtü­yünü çıxaracaqdır. Mən sanki onun keçəl və əyribarmaq bir adam olduğunu, əlindəki bel və külünglə Kəbəni uçurduğunu görürəm.”18

Altıncı əlamət: Tüstünün gəlməsi.

Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və in­sanları bürüməsi nəzərdə tutulur. Quran və Sünnədə bunu təsdiqlə­yən neçə-neçə dəlillər vardır. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə. O tüstü ki, insan­ları bü­rüyəcək­dir. Bu, ağrılı-acılı bir əzab­dır” (əd-Duxan, 10-11).

Sünnədən isə dəlil olaraq öncə qeyd etdiyimiz Huzeyfə ibn Useyddən rəvayət olunan hədisi göstərmək olar. Həmin hədisdə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “On əlaməti görməyincə Qiyamət qopmaya­caq­dır: tüstünün gəlməsi, Dəccalın çıxması, heyvanın çıxması...”19

Yeddinci əlamət: Quranın yerdən səmaya qaldırılması.

O zaman nə yazılarda, nə də hafizələrdə Qurandan bir ayə belə qalmayacaqdır. Buna dair Sünnədə bir çox dəlillər vardır. İbn Macə və Hakim, Hüzeyfədən (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Paltarın naxışları silindiyi kimi, İslam da yox olacaqdır. İş o yerə gəlib çatacaq ki, insanlar namazın, orucun və qurbanın nə olduğunu bilmə­yəcəklər. Bircə gecənin içərisində Allahın Kitabı göyə qaldırılacaq və yer üzündə Ondan bircə ayə belə qalmaya­caqdır...”20

Səkkizinci əlamət: Günəşin günbatan tərəfdən çıxması.

Quran və Sünnədə buna bir çox dəlillər vardır. Uca Allah buyu­rur: “Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyə­cək­dir” (əl-Ənam, 158).

Bir sıra təfsirçilər ayədəki “Allahın ayələri” ifadəsini günəşin bat­dığı etdiyi yerdən çıxması kimi açıqlamışlar.

Təbəri bu ayə barədə təfsirçilərin rəylərini qeyd etdikdən sonra demişdir: “Bu barədə varid olan rəylərdən ən güclüsü odur ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) bunu günəşin günbatandan çıxacağını bəyan etdikdə de­miş­dir.”21 Buxari və Muslim Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə de­diyini rəvayət etmişdir: “Günəş batdığı yerdən doğmayınca qiya­mət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görə­cək, yəni hamısı bu hə­qiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt: “....əv­vəl­cə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cəkdir.”22

Doqquzuncu əlamət: Heyvanın çıxması.

Bu, böyük bir məxluqdur. Deyilənə görə, həmin heyvan altmış ərəş23 uzunluğunda olacaq. Onun möhkəm ayaqları, özü də olduqca tüklü olacaqdır. Həmçinin, onun bir neçə məxluqa oxşa­dı­ğı da bildi­rilir. Onun Qiyamətə yaxın çıxacağına Quran və Sünnədəki dəlillər sübutdur. Uca Allah buyurur: “O söz (Qiyamət) onların başla­rı­nın üs­tünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxar­darıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqla­rı­nı söy­lə­yər” (ən-Nəml, 82). Muslimin Əbu Hureyradan (radiyallahu anhu) rəvayət et­diyi hədisdə Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Üç əlamət vardır ki, onlar zühur etdiyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda vermə­yəcəkdir; (bu,) günəşin məğribdən doğması, Dəccal və yer heyvanıdır”24 İmam Əhmədin, Əbu Üma­mədən (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Heyvan çıxıb insanların burunlarına dağ basdıqdan sonra on­lar sizlərin arasında yayı­lacaqlar. Onlardan biri bir qatır al­dıqda ondan: “Bunu kimdən almısan?”– deyə soruşacaqlar və o: “Damğalanmışların birindən”– deyə cavab verəcəkdir.”25 Bu hədisin isnadını Heysəmi və başqaları səhih hesab etmişlər.

Onuncu əlamət: Əzəmətli bir odun çıxması.

Həmin od Ədəndən çıxacaq və insanları məhşərə toplaya­caq­dır. Bu da böyük əlamətlərin sonuncusudur. Bu əlamətə Sünnədə bir çox dəlillər vardır. Muslimin Huzeyfə ibn Useyddən (radiyallahu anhu) rəvayət etdiyi hədisdə deyilir: “Sonra Yəməndən od çıxaraq insanları məhşərə top­layacaqdır.”26 Hüzeyfədən (radiyallahu anhu) rəvayət olunan bu hədisin digər bir rə­vayətində deyilir: “Ədəndəki bir çuxurdan od çıxacaq və insanları məhşərə toplayacaqdır.”

Bütün bu əlamətlər Qiyamətdən öncə Allahın izni ilə baş verə­cəkdir. Həmçinin, bildirilir ki, bu əlamətlər zəncirvari şəkildə ardıcıl­lıqla baş verəcəkdir. Təbərani “Əvsat” əsərində Əbu Hureyradan (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bu əlamətlər bir-birinin dalınca, zəncirvari ardıcıllıqla baş verəcəkdir.”27



1 "Səhih əl-Buxari", 6504; "Səhih Muslim", 2951.

2 Busra: Suriyanın cənubunda yerləşən şəhərdir.

3 "Səhih əl-Buxari", 7118; "Səhih Muslim", 2902.

4 Vulkanın ağzından çıxan ərgin odlu kütlə.

5 "Səhih Muslim", 8.

6 "Səhih əl-Buxari", 3609.

7 "Sünən Əbu Davud", 4252; "Sünən ət-Tirmizi", 2219.

8 "Səhih əl-Buxari", 7119; "Səhih Muslim", 2894; "Müsnəd Əhməd", 2/261.

9 "Səhih Muslim", 2901.

10 "Səhih Muslim", 2901.

11 "Sünən Əbu Davud", 4282; "Sünən ət-Tirmizi", 2230.

12 "Səhih Muslim", 2940.

13 "Səhih əl-Buxari", 3057; "Səhih Muslim", 169.

14 "Müsnəd Əhməd", 1/318.

15 "Səhih əl-Buxari", 2222; "Səhih Muslim", 155.

16 "Səhih əl-Buxari", 3346; "Səhih Muslim", 2880.

17 "Səhih əl-Buxari", 1591; "Səhih Muslim", 2909.

18 "Müsnəd İmam Əhməd", 2/220.

19 "Səhih Muslim", 2909.

20 "Sünən İbn Macə", 4049 və başqaları.

21 "Təfsir İbn Cərir", 8/97.

22 "Səhih əl-Buxari", 4636; "Səhih Muslim", 157.

23 Dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü.

24 "Səhih Muslim", 158.

25 "Müsnəd Əhməd", 5/268.

26 "Səhih Muslim", 2901.

27 "əl-Mücəm əl-Ausət", 4283.

 


Baxılıb: 16951


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”