Ana səhifə / Əqidə / İman ağacı / Müəllifin müqəddiməsi

Müəllifin müqəddiməsi

Müəllifin müqəddiməsi

 

İman ağacını ən xeyirli qullarının qəlbində əkən, onu su­va­raraq faydalı elmlərlə qidalandıran, gecə-gündüz onu zikr et­di­rən və bol-bol nemətlərlə hər an onun xeyir bərəkə­tini  verən Allaha həmd olsun!

Şəhadət verirəm ki, Allahdan başqa ibadət haqqına layiq məbud yoxdur, O təkdir və Onun şəriki də yoxdur. O Tək olan, hər şeyə Qalib gələn, Səxavətli, Rəhmli və Bağışlayan­dır. Həm­çi­nin şəhadət verirəm ki, seçilmiş peyğəmbər Mu­həmməd (sallallahu aleyhi və səlləm) Onun qulu və elçisidir.

Allahım, Muhəmmədə, onun ailəsinə və səhabələrinə sa­la­vat və salam çatdır!

Bu kitab dinin əsas mövzularından, haqqın və yəqinliyin ən böyük əsaslarından olan iman mövzusu ilə bağlıdır. Bu araş­dır­manı Uca Allahın Kitabı – Qurani Kərim, habelə Onun Pey­ğəm­bəri Muhəmmədin (sallallahu aleyhi və səlləm) sünnəsi ilə araşdırdıq. Belə ki, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsi, Quranı təfsir edərək açıqlayır, onun qısa məzmununu şərh edir və bir çox yığcam ayələrinin təf­silatına varır. Kitabda:

  • İlk olaraq imanın açıqlaması qeyd olunur.
  • İkinci onun əsasları, qisimləri və nədən qaynaqlandığı açıq­lanır.
  • Üçüncü isə imanın faydasından və səmərələrindən, ha­be­lə bununla bağlı olan əsaslarından bəhs edilir.

Uca Allah buyurur: “Allahın necə məsəl çək­di­yini gör­mür­sənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimi­dir. O ağac Rəb­binin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar”. (İbra­him, 24-25)

Bu ayədə Uca Allah ən gözəl kəlmə olan iman kəlməsini mi­sal göstərərək onu möhtəşəm bir ağaca bənzədir və onu bu cür gö­zəl vəsf edir: kökü yerdə möhkəm olan, davamlı inkişaf edən, hər zaman və hər an bəhrə verən, öz sahibinə və qeyrisinə hər zaman cürbəcür faydalar və faydalı məhsul­lar verən bir ağac.

Bu ağac Allahın verdiyi bu vəsflərin miqdarına görə mö­min­lərin qəlbində müxtəlif ölçülərdə olur. 

Gərək hər bir müvəffəq insan bunları mənimsəməyə, onun vəsf­lərinə, səbəblərinə, əsaslarına və fəri məsələlərinə bələd ol­ma­ğa, həm elmi, həm də əməli cəhətdən onu yaşatmağa səy gös­tərsin. Çünki insanın bu ağacdan olan payı nə qədər­dirsə, dün­ya və axirətdə əldə edəcəyi xeyir və səadətin payı da o qə­dər olacaqdır.


Baxılıb: 16158


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”