Ana səhifə / Əqidə / İman ağacı / Birinci fəsil İmanın tərifi və açıqlaması

Birinci fəsil İmanın tərifi və açıqlaması

Birinci fəsil

İmanın tərifi və açıqlaması

 

Hər bir şeyin əhkamlarından öncə onun tərifi və açıqla­ması qeyd olunur ki, onun mahiyyəti aydın olsun. Çünki hər hansı bir şey barəsində verilən hökm həmin şey barəsində müəyyən tə­səvvürün bir qoludur. Odur ki, kim bir məsələ barəsində ye­tə­rincə elmə yiyələnmədən, onu başqa şeylər­dən fərqləndirəcək dərəcədə təsəvvürə sahib olmadan hökm verərsə, çox kobud bir səhvə yol vermiş olar.

İmanın tərifi və açıqlaması:

İman: Allah və Onun Rəsulu tərəfindən iman gətirilməsi əmr olunan bütün şeyləri qətiyyətlə təsdiq etmək, onları tam ola­raq etiraf etmək, həm zahirdə, həm də batində onlara tabe ol­mağa deyilir.

İman qəlbin təsdiqi və etiqadıdır. O etiqad ki, bədənin və qəlbin əməllərini özündə əhatə edir. Ümumilikdə iman dini tam şəkildə yerinə yetirməyi ehtiva edir.

Bu baxımdan sələf alimləri deyirdilər: “İman: qəlbin və di­lin sözü, habelə qəlbin, dilin və bədən üzvlərinin etdiyi əməl­lərdir.”

İman: söz, əməl və etiqaddır. İman itaətlə artır, asiliklə isə azalır.

İman aşağıdakı şeyləri özündə əhatə edir:

1 – Əqidə.

2 – Əxlaq.

3 – Əməl.

Allahın gözəl adlarını, kamil və uca sifətlərini, ad və sifət­lər­dən qaynaqlanan fellərini təsdiq və etiraf etmək imanın ən əzə­mətli əsaslarındandır.

Həmçinin, Allahın həm zahirdə, həm də batində ilahiləş­di­ril­məsi və Ona ibadət olunması kimi xüsusi haqlarını etiraf et­mək də imanın əsaslarındandır.

Bundan savayı Allahın Öz mələkləri, ordusu, keçmişdə ol­muş və gələcəkdə olacaq yaradılışları barədə verdiyi bütün xə­bərləri etiraf etmək və Axirət gününü təsdiqləmək də bu­na aid­dir.

Bütün bunlar imanın əsaslarındandır:

Həmçinin Quran və sünnədə gözəl bir şəkildə vəsf olun­muş bütün peyğəmbərlərə – onlara Allahın salavatı və sala­mı olsun – iman gətirmək lazımdır.

Bütün bunlar imanın əsaslarındandır:

Həmçinin imanın əsaslarından:

1 – Allahın vəhdaniyyətini qəbul etmək və ona ibadət et­mək­lə Allahın təkliyini etiraf etmək.

2 – Yalnız heç bir şəriki olmayan Allaha ibadət etmək.

3 – Dini yalnız Allah üçün etmək.    

4 – İslamın zahiri qanunlarına və batini həqiqətlərinə əməl et­mək.

Bütün bunlar imanın əsaslarındandır: 

Buna görə də Allah imanı Cənnətə daxil olmaq və Cə­hən­nəm­dən yaxa qurtarmaq üçün səbəb etmişdir.

Həmçinin Uca Allah Öz razılığını, zəfər və xoşbəxtlik qa­zanmaq üçün imanı səbəb etmişdir.

Bütün bunlar da yalnız qeyd etdiyimiz kimi əqidə, qəlbi əməl­lər, bədən üzvlərinin əməlləri olduğu təqdirdə baş ve­rir. Bunlardan biri olmadıqda isə naqislik baş verir, savab azal­mış olur və müvafiq cəza verilmiş olur.

Uca Allah bildirmişdir ki, kamil iman vasitəsilə insan dün­ya­da ən yüksək məqamlara və axirətdə ən uca mənzillərə nail olur.

Uca Allah buyurur: “Allaha və Onun elçilə­ri­nə iman gəti­rən­lər – məhz on­lar doğ­ru olan­lar­dır.” (əl-Hədid, 19)

Doğru olanlar: Peyğəmbərlərdən sonra dünyada ən yük­sək dərəcədə, Axirətdə də ən uca mənzildə olanlardır.

Bu ayədə xəbər verilir ki, kim Allaha və Onun Rəsuluna la­yi­qincə iman gətirərsə bu məqama nail olar.

Bu ayəni aşağıdakı hədis açıqlayır:

Buxari və Muslimin səhih əsərlərində qeyd olunur ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Cənnət sakin­ləri, bir-birilərindən üstün ol­duq­ları üçün (onların alt mərtəbədə olanları) üst mərtəbədəki otaq­larda yerləşmiş möminləri, şərq və ya qərb isti­qa­mə­tində axıb ge­dən parlaq ulduzu seyr etdikləri kimi seyr edəcəklər.”

Soruşdular: “Ey Allahın rəsulu, məgər o peyğəmbərlərin mən­zili deyilmi? Onlara kimsə çata bilərmi?”

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bəli, nəfsim Əlində olana and ol­sun ki, Allaha iman gətirib peyğəmbərləri təsdiqləyən kəslər onlara çata bilərlər.1

Onların Allaha iman gətirmələri, həm zahirdə, həm də ba­tində peyğəmbərləri təsdiqləmələri, əqidələri, əxlaqları, əməl­ləri, Allaha və Onun Rəsuluna kamil şəkildə itaət etmələri və bütün bunları layiqincə yerinə yetirmələri, ayə və hədisdə qeyd olu­nan, Allaha iman gətirib peyğəmbərləri təsdiqləmə­lərindən xə­bər verir.

Uca Allah Öz Kitabında bu ümumi və hər şeyi əhatə edən imanı, onunla bağlı olan itaəti və təslimçiliyi əmr edərək bu­nu edənləri tərifləmişdir.

Uca Allah imanla bağlı ən əzəmətli ayələrindən birində bu­yu­rur: “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olana, Mu­sa və İsa­ya ve­ri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəm­bərlərə ve­ri­lən­lə­rə iman gə­­tirdik. Biz on­la­rın ara­sında fərq qoy­mu­ruq. Biz yal­nız Ona təs­lim olanla­rıq!” (əl-Bəqərə, 136)

Uca Allah: “Biz yalnız Ona təs­lim olanla­rıq”– deyə bu­yu­ra­raq  qullarına bütün bu böyük əsaslara iman gətirməyi, o cüm­lə­dən Allahın nazil etdiyi bütün kitablara, göndərdiyi bü­tün el­çi­lə­rə iman gətirməyi, Allaha qarşı ixlaslı (səmimi) ol­mağı, Ona təs­lim olmağı və yalnız Ona itaət etməyi əmr edir.

Həmçinin surənin sonunda bunlara əməl edən möminləri tə­rif­ləyərək buyurur: “Peyğəmbər öz Rəbbin­dən ona nazil edi­lə­nə iman gə­tirdi, mö­minlər də iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoy­mu­ruq!” On­lar de­dilər: “Eşitdik və itaət et­dik! Ey Rəb­bimiz! Səndən ba­­ğış­­lanma diləyirik, dönüş də yal­nız Sə­nədir!” (əl-Bəqərə, 285)

Rəbbimiz bu ayədə xəbər verir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun­la bir­likdə olan möminlər bu əsaslara iman gətirmiş, pey­ğəm­bər­lərin arasında heç bir fərq qoymayaraq onların ha­mı­sına iman gətirmiş və onların Allah tərəfindən gətirdiklərini təsdiq­lə­miş­lər.

Onlar “Eşitdik və itaət et­dik!”– deməklə itaət etmiş, Uca Allahdan bu ibadətdə onlara yardımçı olmağı diləmiş və ima­nın haqlarında yol verdikləri bəzi səhvləri əfv etməsini istə­miş­lər.

Əvvəl-axır məxluqatın hamısının dönüş yeri Allahadır və O, imanın əməl olunmuş və olunmamış haqlarına görə in­sanlara bunun əvəzini verəcəkdir.

Uca Allah İsanın və digər peyğəmbərlərin ardıcıllarının belə dediyini buyurur: “Ey Rəbbimiz! Biz sənin na­zil et­di­yinə iman gə­tirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bi­zi də şahid­lər­lə bir yer­də yaz!” (Ali İmran, 53)

Onlar qəlbləri ilə həm iman gətirmiş, həm də ona riayət et­miş, bədən üzvləri ilə itaət etmiş, Allahdan da onları Onun tək­liyinə şahid olan tövhid əhli ilə birlikdə yazmalarını və on­ları dil­də, əməldə və etiqadda tövhidi həyata keçi­rən­lərdən etmələrini diləmişlər.

Uca Allah buyurur: “Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri on­lara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvək­kül edər,  na­maz qılar və Bizim on­lara ver­di­yimiz ruzidən Allah yo­lun­da xərclə­yər­lər. Məhz onlar həqiqi mö­min­lərdir. On­lar üçün Rəbbi ya­nın­da də­rə­cələr, bağış­lan­ma və bolluca ru­zi vardır.” (əl-Ənfal, 2-4)

Bu ayədə Uca Allah möminləri dinin həm zahirdə, həm də batində olan əsas və fəri məsələlərinə əməl etmələri ilə vəsf et­mişdir.

Rəbbimiz onları əlamətləri zahiri və batini əqidələrində, ha­be­lə, söz və əməllərində təzahür edən imanla vəsf etmişdir.

İman onların qəlblərində qərar tutduqca və Allahın ayə­ləri oxunduqca onların imanı artar, hər dəfə Allah anıldığı zaman on­ların qəlbi qorxuya düşər.

Onlar həm qəlblərində, həm də gizlində Allaha təvəkkül edər, bütün işlərində yalnız Ona etimad göstərər və işlərini Ona həvalə edərlər.

Bununla yanaşı onlar həm zahirdə və həm də batində ol­maq­la fərz və nafilə namazlarını qılarlar.

Həmçinin zəkat verər, vacib və müstəhəb sədəqələr ödə­yərlər.

Kim bu vəsflərə malik olmuş olsa hər bir xeyrə yiyələn­miş və hər bir şərdən uzaqlaşmış olar. Buna görə də Uca Allah ayə­nin sonunda belə buyurur: “Məhz onlar həqiqi mö­min­lərdir.” Yəni həqiqətdə bu vəsfə yalnız onlar layiq­dirlər. Çünki onlar zahirdə və batində həmin əməlləri layi­qincə yerinə yetirirlər. Sonra Uca Allah onlara veriləcək mü­kafatları sadalayır:

1 – Hər bir şəri dəf edən bağışlanma.

2 – Allah yanında yüksək dərəcələr.

3 – Bol ruzi. Elə bir ruzi ki, onu heç bir göz görməmiş, heç bir qulaq onun barəsində eşitməmiş, hətta heç kəsin ağlına belə gəl­məmişdir.

- Uca Allah buyurur: “Möminlər həqiqətən də ni­cat tap­mış­lar; o kəslər ki, namazlarında mü­tidir­lər, o kəslər ki, sözbazlıq­dan qaçır­lar, o kəslər ki, zəkat ve­rirlər, o kəslər ki, öz cinsi or­qan­larını həmişə qoruyurlar, zövcələri və sahib ol­duq­ları cari­yə­lər istisnadır. Onlar buna gö­rə heç qı­nanmaz­lar. Bundan ar­tı­ğı­na can atan­lar isə həd­di aşanlardır. O mö­min kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar. O kəs­lər ki, namazlarını  öz vaxt­­larında qılırlar. Məhz onlar – va­ris olan­lardır. O kəslər ki, Fir­dovs cən­nətinə va­ris ola­caq­lar; onlar ora­da əbə­di qala­caq­lar.” (əl-Muminun, 1-11)

Uca Allah bu ayələrdə imanı bütün bu xüsusiyyətlərlə vəsf etmişdir.

Əvvəlcə O, möminlərin nicata çatdıqlarını xəbər verir, sonra onları vəsf edərək buyurur: “O kəslər ki, namazların­da mü­ti­dir­­lər...” və digər vəsflər.  Bütün bu vəsfləri özündə daşıyan kəs­lər əsl mömindir.

Əsl mömin dedikdə həm zahirdə, həm də batində vacib­lə­rə əməl edib, məkruh və haramlardan çəkinənlər qəsd olu­nur. Məhz kamil iman sayəsində onlar Cənnətin ən yüksək təbə­qəsi olan Firdovs cənnətlərinə varis olacaqlar. Bununla yanaşı onlar ən yüksək kamilliyə də nail olmuş hesab olu­nurlar.

Bununla açıq-aydın görünür ki, iman aşağıdakılara şamil olu­nur:

1 – Dini etiqadlar.

2 – Əxlaq.

3 – Zahiri və batini əməllər.

Onu da bilmək lazımdır ki, bu vəsflərin artması ilə iman da artır, azalması ilə də azalır. İnsanların bu vəsflərə az və ya çox yi­yələnmələrinə görə imanları da müxtəlif dərəcələrdə olur.

Beləliklə insanlar üç dərəcədə olurlar:

1 – Allaha yaxın olmaqla ­xeyir işlərdə bir-birilərini ötüb ke­çənlər: Bunlar vaciblərə və müstəhəblərə əməl edib, ha­ram, mək­ruh və gərəksiz mübahları tərk edənlərdir.

2 – Orta yolda olanlar: Bunlar yalnız vacibatları yerinə ye­ti­rib, haramları tərk edənlərdir.

3 – Özlərinə zülm edənlər: Bunlar imanın bəzi vaciblərini tərk edib,  bəzi haramlara yol verənlərdir.

- Uca Allah bu üç sinfi xatırladaraq  buyurur: “Sonra, Kitabı qullarımız içəri­sin­dən seçdiklərimizə mi­ras et­dik. Onlar­dan ki­misi özü­nə zülm edər, kimisi or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə yax­şı işlərdə öndə gedər. Bö­yük lütf də bu­dur.” (Fatir, 32)

Bəzən Uca Allah saleh əməlləri, təqvanı və səbri imana bağ­layır ki, heç kəs imanın yalnız qəlbdə olduğu qənaətində ol­ma­sın.

Quranda bir çox yerlərdə buyurulur ki: “İman gətirib xe­yir­xah əməl­lər işləyənlər...” (əl-Kəhf, 107). Sonra həmin xe­yirxah əməllər barəsində xəbər verilir. Beləliklə, saleh əməl­lər iman­dan­dır və imanın vaciblərindəndir. Elə yaxşı əməllə­rin sayə­sin­də iman mövcud olur.

Kim Allahın və Onun rəsulunun əmr etdiyi vacib əməllə­rə riayət etmədən və haram buyurduqlarından da çəkinmə­dən mö­min olduğunu iddia edərsə, həmin kəs imanında sa­diq deyildir. Belə ki, imanla təqva bir-birinə bağlıdır.

Uca Allah buyurur: “Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər. Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar.” (Yunus, 62-63)

Qeyd olunur ki, iman qəlbdəki etiqadlara, yaxşı niyyətlə­rə və saleh əməllərə şamil olunur.

Buna da mömin yalnız Allahın qəzəbinə səbəb olan küfr, fa­siqlik və asiliklərdən uzaq olmaqla nail ola bilər. Buna görə də Uca Allah buyurur: “və Allah­dan qorxmuşlar.”

- Digər ayədə Uca Allah ən xeyirli insanları vəsf edə­rək bu­yurur: “Bilin ki, Allahın Elçisi ara­nız­da­dır. Əgər o, bir çox iş­lər­də si­zə güzəştə get­səydi, çə­tin­liyə düşərdiniz. Lakin Allah si­zə imanı sev­dirmiş, onu qəl­bi­nizə gö­zəl gös­tərmiş, sizdə küf­rə, gü­­naha və asi ol­mağa qarşı nifrət oyat­mışdır. Doğ­ru yolda olan­lar da bun­lar­dır. Bunlar Allahın lütfü və neməti sa­yə­sin­dədir. Allah Bi­ləndir, Müd­rikdir.” (əl-Hucurat, 7-8).

Bu Uca Allahın ən böyük lütflərindəndir ki, O, imanı insa­­na sevdirir, onu insanın qəlbinə gözəl göstərir, imanın şirin­liyini ona daddırır, onun bədən üzvlərini İslamın qanunları­na riayət et­məyə yönəldir, Allahın haram buyurduqlarına qar­şı onda nif­rət yaradır. Həqiqətən, Allah kimlərin bu fəzi­lətə layiq olmasını daha yaxşı biləndir və bu neməti kimlərə bəxş etməsində də hikmət sahibidir.

- Buxarinin "Səhih" əsərində Ənəsdən (radiyallahu anhu) nəql olunur ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Üç xislət vardır ki, bunlar kimdə olsa, o kim­sə bu xislətlər sayəsində ima­nın şi­rinliyini dad­mış olar: Allahı və Onun elçisini başqalarından daha çox sev­mək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfrdən qur­tar­dıqdan sonra yenidən küfrə qayıt­mağı, oda atılmağı xoşla­ma­dı­ğı ki­mi, xoşlama­maq.”2

Bu hədisdə Peyğəmbər (sallallah(aleyhissalam) aleyhi və səlləm), imanın əsası olan Allah və Rəsu­lu­nu (sallallah(aleyhissalam) aleyhi və səlləm) sevməyi qeyd edərək bildirir ki, sadəcə olaraq sev­mək bəs eləmir. Gərək Allaha olan sevgi bütün digər sevgi­lərə olan sev­gi­ni üstələsin və Allah üçün sevib, Onun üçün də nifrət edəsən. Həmçinin mömin olan kəs peyğəmbərləri, şəhidləri, siddiqləri və əməlisalehləri sevməlidir. Çünki on­lar Allahı layiqincə sev­miş və Allah da onları məxluqatın arasından seçmişdir. Sonra hədisdə imanı pozan və onu in­kar edən əməli dəf etmək zikr olu­nur. Belə ki, mömin olan kəs oda atılmağı xoşlamadığından daha da çox dinindən dön­məyi xoşlamamalıdır.

Hədisdə həmçinin bildirilir ki, qəlbdə imanın şirinliyi var­dır. İnsan həmin şirinliyi hiss edərsə digər dünyəvi sevgi­lər və nəf­si istəklər gözündən düşər və gözəl bir həyata qə­dəm qoyar.

Şübhəsiz ki, Allah və Rəsulunu sevən kəs daim Allahı zikr et­məklə məşğul olar. Çünki insan bir şeyi çox sevdikdə onu çox anar. Beləliklə də Allah və rəsulunu sevən onlara tabe olur və bu­nu hər şeyə, o cümlədən nəfsin istəklərinə tərcih edir.

Belə olan şəxsin qəlbi rahatlıq tapır, itaətlərlə bəzənir, qəlbi İs­lam üçün açılır və Rəbbi tərəfindən əta edilən nur üzərində olur.

Bir çox möminlər bu uca məqama çata bilmirlər. Uca Allah buyurur: “Hər kəsin etdiyi əməl­lə­rə görə dərəcələri vardır.” (əl-Ənam, 132)

Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət olunur: “İman yet­miş və bir neçə şöbədən ibarətdir, ən yüksəkdə olanı “Lə ila­hə illəllah” kəlməsi, ən aşağıda olanı isə yoldakı əziyyət veri­ci bir şeyi aradan qaldırmaqdır. Həya da imanın bir şöbə­sidir.”3

Bu hədisdə göstərilir ki, iman dillə deyilən sözlərə, bədən üzvləri ilə yerinə yetirilən əməllərə, etiqadlara, əxlaqi keyfiy­yət­lərə, Allahın haqlarının ödənilməsinə və məxluqlara qarşı yax­şılıq etmək kimi əməllərə də şamil olunur.4

Bu hədisdə həmçinin imanın ən yüksək mərtəbəsi, onun əsa­sı və qaydası olan “Lə iləhə illəllah” kəlməsini səmimi qəlb­dən de­yib buna etiqad etmək və ən aşağı mərtəbəsi olan yol­dakı sümük, tikan və bu kimi əziyyət verici hər hansı bir şeyi aradan qaldırmaq qeyd olunur. Həyalı olmaq isə məx­susi ola­raq qeyd olunur. Çünki həyanın sayəsində iman möv­cud olur, məhz onun vasitəsilə insan hər bir xoşagəlməz əməli tərk edir və onun sa­yəsində hər bir gözəl əxlaq həyata keçirilir.

Hədisdə qeyd olunan bu şöbələr dinin həm zahirdə, həm də batində olan bütün qanunlarını ehtiva edir.

Bu da açıq-aydın göstərir ki, insan bu şöbələrə nə qədər çox yiyələnirsə, bir o qədər də imanı artır və əksinə nə qədər az yi­yələnirsə, bir o qədər də azalır. Məlumdur ki, insanlar imanın ar­tıb-azalması məsələdə bir-birilərindən müxtəlif dərəcədə fərq­lənirlər.

Kim imanın artıb azalmadığını etiqad edərsə, şəriətin də­lil­ləri ilə bərabər reallığa qarşı da çıxmış olur.

Peyğəmbər (sallallah aleyhi və səlləm) İslam və iman barəsində məşhur Cəbrail hə­disində də söhbət açmışdır. Həmin hədisdə bildirilir ki, Cəbrail səhabələrin önündə ondan iman barəsində soruş­duqda o belə bu­yurur: “İman odur ki, Allaha, Onun mələk­lərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirə­sən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən.”5

Qeyd olunduğu kimi İslam beş zahiri qanunla açıqlan­mış­dır. Belə ki, imanla islam kəlmələri birlikdə işləndikdə iman qəlbdəki dini etiqadlar, islam isə zahiri qanunlar kimi şərh olu­nur. Ayrılıqda mütləq bir şəkildə qeyd olunduqda isə iman bü­tün bu sadalananlara şamil olunur.

- Buxari və Muslimin "Səhih" əsərlərində Ənəsdən (radiyallahu anhu) Pey­ğəm­­bərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Sizdən biriniz məni öz va­li­deynindən, övladından və bütün insanlardan çox sev­mə­yin­cə iman gətirmiş olmaz.”6

Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər vermişdir ki, iki məhəbbət bir-birinə zidd olduğu zaman kim Peyğəmbərin (sallallah aleyhi və səlləm) sevdiyi şeyi öndə tu­tar­sa imanında sədaqətli sayılar. Əks təqdirdə həmin şəxsin imanı naqis hesab olunur. Uca Allah buyurur: “Xeyr! Sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim hesab etməyincə, sonra da ver­di­yin hökmlərə görə öz­lə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar.” (ən-Nisa, 65).

Rəbbimiz bəyan edir ki, baş verən ixtilaflarda Peyğəmbəri (sallallah aleyhi və səlləm) hakim təyin etməyənlər, sonra da onun verdiyi hökmlərin­dən heç bir sıxıntı duymayanlar, onun əmrlərinə tam bir əmin­liklə ita­ət etməyənlər və hökmündən səmimi qəlbdən razı qal­mayanlar iman gətirmiş hesab olunmurlar. Bu dinin əsas və fəri mə­sələ­lə­rinə, habelə ümumi və cüzi məsələlərinə də şamil olunur.

- Buxari və Muslimin "Səhih" əsərlərində Ənəsdən (radiyallahu anhu) Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Biriniz özünə istə­di­yi­ni qardaşına da istəmə­yincə iman gətirmiş olmaz.”7

Hədisdən belə başa düşülür ki, imanı olan kəs gərək mü­səl­man qardaşlarının ümumi və xüsusi haqlarını ödəmiş ol­sun, çün­ki bu imandan sayılır.

Bunu etməyən və özünə istədiyini qardaşı üçün istəmə­yən va­cib buyurulan şəkildə iman gətirmiş sayılmaz. Həmin haqla­rı nə qədər naqis ödəyərsə bir o qədər də imanı naqis olar.

- Muslimin “Səhih” əsərində Abbas ibn Abdul-Muttalib­dən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (sallallah aleyhi və səlləm) demişdir: “Allahın Rəbb, İs­la­mın din və Muhəmmədin peyğəmbər olduğundan razı qalan kimsə imanın tamını dadmış olar.”8

Bunlardan razı qalan hər kəs gərək buna görə sevinsin və Allahın rəbb olmasından, işlərini sahmana salmasından se­vinc duysun. İslamdan da bir din kimi razı qalaraq bundan fərəh duy­sun, Allahın onu ən böyük neməti olan İslam dini­nə mü­vəf­fəq etdiyinə görə Ona şükür etsin və Muhəmmədin (sallallahu aleyhi və səlləm) də pey­ğəm­bərliyindən razı qalsın. Çünki o, məxluqatın ən kamili, bü­tün kamillik sifətlərində insanlardan ən üstün olanıdır. Onun ümməti isə digər ümmətlər arasında ən yük­sək­də duran, dünya və axirətdə də ən yüksəkdə olan bir üm­mətdir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), onun gətirdiklərindən, onun ardı­cıllarından razı qalmaqla in­san həqiqi imana nail olur və onun şirinliyini dadmış olur.

Uca Allah buyurur: “Allah möminlərə, öz ara­ların­dan on­la­ra Allahın ayə­lə­ri­ni oxu­yan, on­ları günahlar­dan tə­miz­ləyən, on­lara Ki­tabı və Hik­məti öy­rədən bir Elçi gön­dərməklə mər­hə­­mət göstər­miş­dir. Hal­buki əv­­vəl­­lər onlar açıq-ay­dın az­ğın­lıq­da idilər.” (Ali İmran, 164)

Başqa bir ayədə isə belə buyurur: “Sizə özünüzdən elə bir El­çi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O si­zə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir.” (Tövbə, 128)

Belə olduğu halda mömin qayğıkeş, şəfqətli və rəhmli olan bir Peyğəmbərdən (sallallahualeyhi və səlləm) necə narazı qala bilər. Axı Uca Allah onun ba­rəsində and içmişdir ki, həqiqətən o çox böyük bir əx­laqa sa­hib­dir. İnsan üçün ən şərəfli məqam onun Allaha qul olması, pey­ğəmbərinə tabe olması, onu sevib itaət etməsidir ki, bu da Allaha qarşı olan sevginin təzahürlərindəndir. Bu ol­duqda sevgi və iman da olur. Uca Allah buyurur: “De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da sizi sevsin və gü­nah­­la­rı­nızı bağışlasın. Allah Bağış­la­yan­dır, Rəhmlidir.” (Ali İmran, 31)

- Muslimin “Səhih” əsərində Sufyan ibn Abdullah əs-Səqə­fi­dən (radiyallahu anhu) belə rəvayət olunur: “Bir dəfə mən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) de­­dim: “Ey Allahın rəsulu! Mənə İslamdan elə bir söz söylə ki, ar­tıq sən­dən sonra heç kəsdən bu haqda soruşmayım.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Allaha iman gətirdim” de, sonra da düz yol tut.”9

Bununla Peyğəmbər (sallallahu aleyhi və səlləm) böyük bir tövsiyəni aydınlaşdırmış olur. İnsan həm zahirdə, həm də batində iman gətirərək, sözdə, əməldə, əmrlərə əməl etməkdə və qadağaları tərk etməkdə doğ­ru yola yönələrsə əməlləri kamilləşər və doğru yola müvəffəq olar.

Ümid edirik ki, bunları edən kəs Allahın aşağıdakı ayəsində qəsd olunanlardan olsun: “Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­sinizin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır.” (Fussi­lət, 30-31)

- Buxari və Muslimin İbn Abbasdan (radiyallahu anhmə) rəvayət etdikləri hədisdə belə deyilir: “Abdul-Qeys qəbiləsinin nümayəndələri Pey­ğəmbərin (sallallah aleyhi və səlləm) yanına gəldikdə dedilər: “Bizə (haqqı batildən ayırd edən) bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xə­bər verək, onun sa­yə­sində Cənnətə girək.” Onlar Peyğəm­bər­dən (sallallahu aleyhi və səlləm) içkilər barədə də soruş­du­lar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara dörd şe­yi əmr etdi, dörd şeyi qada­ğan etdi. Onla­ra Tək Allaha iman gə­tirməyi əmr etdikdən sonra so­ruş­du: “Bilirsiniz­mi, Tək Alla­ha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyur­du: “(Bu) – şə­ri­ki olmayan Tək Allahdan baş­qa (ibadətə haqqı olan) heç bir mə­budun olma­dığına və Muhəm­mədin Onun elçisi olduğuna şə­ha­dət ver­mək, namaz qılmaq, zəkat vermək, Ramazan oru­cunu tutmaq və qəni­mətlərdən beşdə birini (xüms10) verməyinizdir.” (Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm)) onlara dörd şeyi – həntəmi11, dubbanı12, nəqiri13 və müzəffəti (yaxud müqəyyəri)14 qada­ğan etdi. Sonra dedi: “Bu­yur­duqlarımı yadda saxlayın və bun­ları özünüz­dən sonra gə­lən­lərə xəbər verin.”15

Bu hədis açıq-aşkar sübutdur ki, namaz, zəkat, oruc və qə­ni­mətin beşdə birini vermək kimi zahiri şəriət qanunları iman­dan­dır.

Bütün bunlar imanı bizə elə bir şəkildə açıqlayır ki, bununla iman barəsində olan bütün dolaşıqlar aradan qalxır. Belə ki, qəlbi etiqadlar imana daxil olduğu kimi, bədən üzvləri ilə edilən əməllər də imana daxildir.

Beləliklə insanı Allaha yaxınlaşdıran hər bir söz, əməl və eti­qadlar imandan hesab olunur.

- Əbu Davudun “Sünən” əsərində Əbu Ümamədən (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Kim Allah üçün sevib, Allah üçün nifrət edib, Allah üçün verib, Allah üçün saxlayarsa imanı kamil olar.”16

Sevgi və nifrət qəlbdə və batində olur, vermək və saxlamaq isə zahirdə olur.

Bunların hər birini etdikdə imanın ruhu və məğzi olan ix­la­sın olması şərtdir.

Allah üçün sevmək: Yəni Allahı, Onun sevdiyi əməlləri, vaxtları, zamanları və halları sevmək, habelə Onun sevdiyi pey­ğəmbərləri və onların ardıcıllarını sevmək.

Allah üçün nifrət etmək: Yəni küfr, fasiqlik və asilik kimi Allahın nifrət etdiyi bütün əməllərə, bunları edənlərə və bun­la­ra səsləyənlərə nifrət etmək.

Allah üçün vermək: Burada Allahın verilməsini əmr etdiyi hər bir şeyi öz istəyi ilə vermək nəzərdə tutulur. Uca Allah bu­yu­rur: “Kim haqqını verir və Al­lah­dan qor­xursa,  və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə, Biz onu ən asan olana na­il edə­cəyik.” ( əl-Leyl, 5-7)

Burada Allahın insana verdiyi bütün əmrlər qəsd olunur və yalnız maddi sərvətdən sərf etmək nəzərdə tutulmur. Əksinə, maddi sərvətlər “vermək” anlayışının bir hissəsidir. Bunun əksi olan verməyib saxlamaq da belədir.

Bu dörd şeyə əməl etməklə insanın dini və imanı tamam­lanmış olur:

Tirmizi və Nəsai Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə de­diyini rəvayət etmişdir: “Mömin o kəsdir ki, insanlar öz qan­larını və mallarını ona etibar etsinlər.”17

Bu hədis dəlildir ki, səhih iman, sahibini əmanəti qorumağa və xəyanət etməməyə sövq edir ki, insanlar ondan arxayın ol­sunlar və malik olduqları ən qiymətli şeyləri qanlarını və mal-döv­lətlərini ona etibar etsinlər.

Bütün bu dəlillər imanın mənasını və həqiqətini aydınlatmış olur. Həsən və qeyriləri bu barədə belə demişlər: “İman tə­mən­na və var-dövlətlə əldə olunmur, iman qəlbdə qərar tutur və əməllər də onu təsdiqləyir.”

Yəni zahiri və batini əməllər imanı təsdiq edir və onun sa­yəsində mövcud olur.

- Uca Allah bu barədə buyurur: “Hər kəs Allaha iman gə­tir­sə, Allah onun qəlbini haqqa yö­nəldər.” (Təğabun ,11)

İnsanın başına hər hansı bir müsibət gəldikdə o iman gətirsə ki, həmin müsibət Allah tərəfindəndir, Allah Öz əzəli hök­mün­də hikmətli, rəhimlidir və O Öz qullarına nəyin daha xeyirli olduğunu biləndir, onda Allah onun qəlbinə razılıq, səbir, təs­lim və rahatlıq üçün xüsusi hidayət verər.

- Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər işlə­dən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər.” (Yunus, 9)

Ayə ümumi şəkildə olduğu üçün onu göstərir ki,  Uca Allah iman əhlini məhz imanlarına görə hər bir xeyirli əməli yerinə ye­tirməyə və hər bir şər əməldən çəkinməyə yönəldər.

Əməllər bir tərəfdən imandandır, digər tərəfdən isə imanın səmərələrindəndir. Müvəffəq edən isə yalnız Allahdır.

- Uca Allah buyurur: “Allah sizin ima­nı­nızı puç et­məz. Həqi­qətən də, Allah in­sanlara qarşı Şəfqət­lidir, Rəhm­­lidir.” (Bəqərə, 143)  

Əksər təfsirçilər ayədəki iman kəlməsini müsəlmanların nəsx olunmamışdan öncə Beytül Məqdisə tərəf qıldıqları namaz kimi açıqlamışlar. Belə ki, bir sıra müsəlmanlar qiblə Məscidül Hərama tərəf yönəlməmişdən öncə dünyalarını dəyişmişdilər. Onların aqibəti barəsində bəzi müsəlmanlarda anlaşılmazlıq ya­randıqda Uca Allah bu ayəni nazil etmişdi.

Çünki o zaman onların Beytül Məqdisə tərəf yönələrək qıl­dıq­ları namaz Allaha və Rəsuluna etdikləri itaətdən irəli gəlirdi ki, bu da imanın elə özüdür.

Bu ayədən hansı faydalar götürülür:

Böyük müjdə: Uca Allah az və ya çox olmasından asılı ol­ma­yaraq möminlərin imanını əsla itirən deyildir. Buxari və Mus­limin rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qəl­bində xardal dənəsi ağırlığından daha az imanı olan kəsi Allah Cəhənnəm odundan çıxaracaqdır.”18

Bu müjdə Allaha və Onun Rəsuluna itaət məqsədilə edilən hər bir əməl sahibi üçündür. Həmin şəxs bu əməli öz yozumu ilə etdikdə, əməldə səhvə yol verdikdə və ya həmin əməl nəsx olunduqda belə bu qeyd olunduğu kimidir. Çünki o həmin əməli Allaha iman gətirərək, Ona itaət etmək məqsədilə etmiş və sadəcə ictihadında səhv etdiyinə görə onun bu xətası ba­ğış­lanır. Çünki insan həmin əməli Allaha tərəf yönəlmək və Ona ita­ət etmək məqsədilə etdiyinə görə Uca Allah onun bu niy­yə­tinə görə qazandığı savabı əsla itirmir. Ona görə də Uca Allah möminlər barəsində belə buyurur: “Möminlər dedilər: “Ey Rəb­­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəza­lan­dırma!” (Bə­qə­rə, 286)

Uca Allah möminlərin bu duasından sonra peyğəmbərinin dili ilə onlara belə demişdir: “İstədiyinizi yerinə yetirdim.”19

Başqa bir səhih hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Əgər ha­kim hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm düz çıxsa, iki savab qazanar. Əgər hökm verdiyi zaman ictihad et­sə, sonra da verdiyi hökm səhv olsa, bir savab qazanar.”20

Həmçinin kim yaxşı bir əməli niyyət edib onu həyata ke­çir­məyə səy göstərsə, lakin xəstəlik, səfər, acizlik və ya digər ma­ne­ələr ucbatından həmin əməli etməyə müvəffəq olmazsa hə­min əməli etmiş kimi ona savab yazılar.

Buxarinin “Səhih” əsərində Əbu Musadan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “(Mömin) bəndə xəstə­ləndiyi və ya səfərdə olduğu zaman ona evində, həm də sağlam olarkən et­di­yi əməllərin savabı qədər savab yazılır.”21

Yaşlanması səbəbindən əməlləri edə bilməyən kəs də buna aiddir.



1 Buxari, 3256; Muslim, 2831. Hədis Əbu Səid əl-Xudrinin (radiyallahu anhu) rəvayətidir.

2 Buxari, 16; Muslim, 43, 67; Tirmizi, 2624; Nəsai, 8/78; İbn Macə, 4033.

3 Buxari, 9; Muslim, 57, 35; Əbu Davud, 4676; Tirmizi, 2614; Nəsai, 8/96; Əhməd, 2/414.

4 Qazı İyad (rahiməhullah) demişdir: “Bəzi alimlər ictihad edib burada bəhs edilən ima­nın şöbələrini sadalamağa çalışmışlar. Lakin hədisdə qəsd edilənin məhz bunlar olduğunu söyləmək çox çə­tindir. Burada sayı göstərilən şöbələri izah­lı şəkildə bilməmək imana xələl gətirməz”.

Alimlərin bu xüsusda söylədiklərini bir araya gətirərək imanın şöbələrini aşağıdakı şəkil­də açıqlayıram. Bu şöbələr qəlbin, dilin və bədənin əməlləri ola­raq üç qismə bölünür:

 

I. Qəlbin əməlləri: qəlbə aid olan əməllər etiqad və niyyətlə bağlı xü­sus­ları əhatə edir. Bu qismə iyirmi dörd xislət aiddir.

1. Allaha iman gətirmək; Allahın zatına, sifətlərinə, Tək olduğuna, Onun heç bir bənzəri olmadığı­na, Ondan başqa hər bir şeyin yaradılmış olduğuna iman gətirmək də buna aiddir.  

2. Mələklərə iman gətirmək;

3. Allahın nazil etdiyi kitablara iman gətirmək;

4. Allahın göndərdiyi peyğəmbərlərə iman gətirmək;

5. Qədərə – xeyir və şərin Allahdan olmasına iman gətirmək;

6. Axirət gününə iman gətirmək; Qəbirdə sorğu-sual olunmağa, öldük­dən sonra dirilmə­yə, məhşərə toplanmağa, haqq-hesaba çəkilməyə, tərəziyə, qıl körpüsünə, Cənnət və Cəhənnə­mə iman gətirmək də buna aiddir.

7. Allahı sevmək;

8. Allah üçün sevmək və Allah üçün qəzəblənmək;

9. Muhəmməd Peyğəmbəri r sevmək və onun böyüklüyünü qəbul et­mək; Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək və onun yolunu tutub getmək də buna aiddir.

10. İxlas. Riyanı və nifaqı tərk etmək də buna aiddir;

11. Tövbə etmək;

12. Allahdan qorxmaq;

13. Allahın mərhəmətinə ümid bəsləmək;

14. Şükür etmək;

15. Vəfalı olmaq;

16. Səbir etmək;

17. Qəzavü-qədərə razı qalmaq;

18. Allaha təvəkkül etmək;

19. Rəhmli olmaq;

20. Təvazökar olmaq; Böyüyə hörmət etmək və kiçiyə mərhəmət gös­tər­mək də buna aiddir.

21. Təkəbbürlü olmaqdan və özünü bəyənməkdən çəkinmək;

22. Həsəd və paxıllıqdan həzər etmək;

23. Kin saxlamamaq;

24. Qəzəblən­məmək;

 

II. Dilin əməlləri. İmanın bu qismi yeddi növdür:

1. Tövhid kəlməsini tələffüz etmək;

2. Quran oxumaq;

3. Faydalı elm öyrənmək;

4. Faydalı elm öyrətmək;

5. Dua etmək;

6. Zikr etmək. Allahdan bağışlanma diləmək də buna aiddir;

7. Boş sözlər danışmaqdan çəkinmək;

 

III.  Bədənin əməlləri. İmanın bu qismi otuz səkkiz növdür:

a) Bunlardan on beşi insanın şəxsən özünə aiddir:

1. Zahirən və batinən təmizlənmək; Murdar şeylərdən təmizlənmək də buna aiddir.

2. Ayıb yerləri örtmək;

3. Fərz və nafilə namazlarını qılmaq;

4. Zəkat vermək;

5. Qul azad etmək;

6. Comərd olmaq; Allah yolunda yemək vermək və qonağa hörmət etmək də buna aiddir.

7. Fərz və nafilə oruclarını tutmaq;

8. Həcc və ümrə ziyarətlərini yerinə yetirmək;

9. Kəbəni təvaf etmək;

10. Etikaf etmək, (Ramazan ayının axırıncı on gününü məsciddə qalmaq);

11. Qədr gecəsini axtarmaq;

12. Dinini fitnələrdən qorumaq; Allaha şərik qoşulan diyardan hicrət et­mək də buna aiddir.

13. Nəzir etdikdə, onu yerinə yetirmək;

14. Andları pozmamaq;

15. Kəffarələri (günahın bağışlanılması üçün şəriətin buyurduğu qay­dada müəyyən edil­miş müəyyən cəriməni) ödəmək;

 

b) Bunlardan altısı isə insanın tabeçiliyində olanlara qarşı münasibətdə yerinə yetirməsi gə­rəkli olan əməllərdir:

16. Evlənmək vasitəsilə iffəti qorumaq;

17. Ailəni dolandırmaq;

18. Valideynlərin qayğısına qalmaq və onlara asi olmamaq;

19. Uşaqları tərbiyə etmək;

20. Qohumluq əlaqələrini möhkəmlən­dirmək;

21. Ağaya itaət etmək, habelə kölələrlə mülayim rəftar etmək;

 

c) Bunlardan on yeddisi isə topluma qarşı yerinə yetirilməsi gərəkli olan əməllərdir:

22. Ədalətlə hökm vermək;

23. İxtiyar sahiblərinə itaət etmək;

24. İnsanların arasını düzəltmək. Xəvariclərlə, habelə yolunu azmış digər firqələrlə mübarizə apar­maq da buna aiddir;

25. Xeyirxah işlərdə bir-birinə yardım etmək. Yaxşılığı əmr etmək və pis iş­lərdən çəkindirmək də buna aiddir;

26. Şəriətin qoyduğu cəzaları yerinə yetirmək;

27. Cihad etmək. İslam ölkəsinin sərhədlərini qorumaq da buna aiddir;

28. Əmanətə xəyanət etməmək. Əldə edilmiş qənimətlərin beşdə birini bey­tülmala qoymaq;

29. Borc vermək, habelə borc aldıqda onu qaytarmaq;

30. Qonşuya yaxşılıq etmək;

31. İnsanlarla gözəl rəftar etmək;

32. Halal yolla var-dövlət qazanmaq və bunu lazımi yerlərə (faydalı iş­lə­rə) xərcləmək;

33. İsraf etməmək;

34. Verilən salamı almaq;

35. Asqırıb “əlhəmdulilləh” deyənə “yərhəmukəllah” demək;

36. İnsanlara əziyyət verməmək;

37. Boş söhbətlərdən və faydasız işlərdən qaçmaq;

38. Əziyyət verən bir şeyi yoldan kənar etmək.

 

Bunların cəmi altmış doqquz edir. Lakin yuxarıda iki-iki zikr edilmiş xislətləri tək-tək sadalamaqla onların sayını yetmiş doqquza çatdırmaq mümkündür. (“Fəth əl-Bari”, 1/73-74)

5 Muslim, 8; Əbu Davud, 4695; Tirmizi, 2610; Nəsai, 8/88; İbn Macə, 63; Əhmə, 1/28. Hədis Ömər ibn Xəttabdan (radiyallahu anhu) rəvayət olunmuşdur.

6 Buxari, 15; Muslim, 70, 44.

7 Buxari, 13; Muslim, 71; Tirmizi, 2515; Nəsai, 8/101; İbn Macə, 76; Əh­məd, 3/177.

8 Muslim, 34; Tirmizi, 2623.

9 Muslim, 38; Tirmizi, 2410; Nəsai, 11489; İbn Macə, 3972; Əhməd, 3/413.

10 Xüms – hərbi qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlin­də qalır, qalan beş­də dörd hissə isə Quran bölgüsünə uyğun ola­raq Mu­həm­məd Peyğəm­bərin r qohumları – Haşimin zürriyyəti, yetimlər, kasıblar və ehtiyac için­də olan müsafirlər arasında paylanır.

11 Həntəm – tərkibinə yun və qan qatılmış gildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qab­lar­­da şərab saxlayardılar.

12 Dubba – şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab.

13 Nəqir – şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən dü­zəl­dil­miş qab.

14 Müzəffət, yaxud müqəyyər – şərab saxlamaq üçün yanları qatranla ma­la­lanmış qab­.

15 Buxari, 53; Muslim, 24,17; Əbu Davud, 4677; Tirmizi, 2611; Nəsai 8/105; Əhməd, 1/228.

16 Əbu Davud, 3681. Albani bu hədisi səhih hesab etmişdir. “Sahih əl-Ca­mi” əsəri, 5841.

17 Tirmizi, 2636; Nəsai, 5005. Albani bu hədisi səhih hesab etmişdir. “Sahih əl-Cami” əsəri, 6534.

18Buxari, 7439; Muslim, 302, 183.

19 Muslim, 200, 126. Muslim “Səhih” əsərində “İman” kitabının “Pak və Uca Allahın bəndələrini yalnız qüvvələri çatdığı qədər mükəlləf etməsinin bəyan olun­ması” fəslində bu hədisi belə qeyd edir: İbn Abbas(radiyallahu anhumə) demişdir: “(Allahın): “Siz içərinizdə olanı üzə çı­xarsanız da, gizlət­sə­niz də Allah buna görə sizi hesaba çəkə­cək” (“əl-Bəqərə” surəsi, 284) ayəsi nazil olduqda, (hələ) sə­ha­bə­lə­rin qəlblərinə girməyən bir şey bu səbəbdən onların qəlbinə girdi. (Bu ayə­dən sonra səhabələrin qəlbləri təşvişə düşdü və onlar elə güman etdilər ki, qəlb­lə­rindən keçən hər bir şeyə görə haqq-hesaba çəkiləcəklər.) Onda Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “Deyin: “Eşit­dik, itaət etdik və qəbul etdik!” (Beləliklə də) Allah imanı onların qəlbinə yer­­ləşdirdi, sonra da bu ayəni nazil etdi:  “Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta etsək, bizi cəzalan­dırma!” (“əl-Bəqərə” su­rəsi, 286).

Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi.

“Ey Rəbbimiz, biz­dən əv­vəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yük­­ləmə!” (“əl-Bəqərə” surəsi, 286).

Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi.

“...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­darı­mızsan!” (“əl-Bə­qərə” surəsi, 286).

Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi.

20Buxari, 7352; Muslim, 1716; Əbu Davud, 3574; Nəsai, 5918; İbn Macə, 2314; Əhməd, 4/197. 

21 Buxari, 2996; Əbu Davud,  3091; Əhməd 4/410, 418.

 


Baxılıb: 16460


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”