Ana səhifə / Əqidə / İman ağacı / İmanın artıb azalması fəsli

İmanın artıb azalması fəsli

İmanın artıb azalması fəsli

 

Quran və Sünnədəki dəlillər əsasında bizlərə iman sözünün mənası – yəni iman İslam qanunlarının toplumudur – onun əsas­ları, ehsanın mahiyyəti, bunlarla əlaqəli olan dinin digər mə­sələləri, hətta imanın ümumilikdə dinə şamil olunduğu ay­dın olduqdan sonra bilmək olur ki, iman artıb azalır, güclənib zəifləyir.

Bu məsələ istər şəri, istər hissi, istərsə də reallıq baxımından heç bir vəchlə şübhə qəbul etmir.

Çünki Quran və Sünnədə imanın artıb azaldığını sübut edən açıq-aydın dəlillər vardır.

Misal üçün Uca Allah buyurur:

“Möminlərin imanı üstünə iman ar­tırmaq üçün onların qəl­­bi­nə rahatlıq gön­dərən Odur.” (əl-Fəth, 4)

“Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın.” (əl-Müddəssir, 31)

Bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­dır, onlardan qor­xun!”– de­di­lər. Bu, onların imanını da­ha da ar­tır­dı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər.” (Ali İmran, 173)

“Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, han­sı­nızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lə­rə gəl­dik­də isə, o surə onla­rın ima­nını artırır və onlar bir-bir­lərini müj­də­­lə­yirlər.” (Tövbə, 124)

Beləcə bir çox ayələri misal göstərmək olar.

Həmçinin hiss və reallıq baxımından da insanların iman­la­rı­nın artıb azalması aşkardır. Belə ki, insanlar iman elminin, əx­la­qi keyfiyyətlərin, zahiri və batini əməllərin çox və güclü olması baxımından, habelə həmin əməllərdə imanın əlamətlərinin və ma­neələrinin olub-olmamağı baxımından bir-birilərindən kəs­kin şəkildə fərqlənirlər. Kamil möminlərdə iman elmlər, məri­fə­ti və əməlləri sıravi möminlərə nisbətdə daha təfsilatı ilə olur. Ha­belə kamil möminlərin əməlləri və əxlaqları da bu şə­kil­də­dir. Deməli əksər adi möminlərdə iman elmi zəif və qısa, əməl­lər isə az və çox zəif olur.

Adi möminlərin çoxunun yiyələndikləri biliklərdə vaxtaşırı müxtəlif ziddiyyətlər, şübhələr və nəfsi istəklər olur ki, bunlar da nəticə etibarı ilə imanın azalmasına və dərəcələrinin aşağı düşməsinə səbəb olur. Hətta bəzən elə olur ki, möminlər iman elmlərindən öyrəndikləri müəyyən bir elmdə belə müxtəlif sə­viyyədə olurlar: 

Birinci: Bəziləri həmin elmi mükəmməl bir şəkildə qavrayır və bu barədə onlarda heç bir şəkk şübhə olmur.

İkinci: Digərlərinin isə bu barədə elmi zəif olur və imanını azaldan bir çox ziddiyyətlərə malik olur. İmandan irəli gələn əx­laqi dəyərlər də belədir. İnsanlar bu barədə də müxtəlif sə­viy­yədə olurlar.

Misal üçün mülayimlik, səbir, əxlaq və bu kimi digər key­fiy­yətlərdə insanlar müxtəlif səviyyədə olurlar. Hətta namaz kimi zahiri ibadətlərdə də bu belə olur.

Görürsən ki, iki nəfər eyni namazı qılır. Onlardan biri həmin namazın həm zahiri, həm də batini haqlarını verərək Allaha san­ki Onu görürmüş kimi ibadət edir, çünki bilir ki, o Allahı gör­məsə belə Allah onu görür. Digərinin isə yalnız zahirən na­maz qıldığı görünür, batini isə tamamilə başqa bir işlə məşğul olur. Digər ibadətlər də belədir.

Bu baxımdan möminlər üç mərtəbədə olurlar:

1 – Xeyir işlərdə ­bir-birini ötüb keçənlər.

2 – Orta mövqedə olanlar.

3 – Özlərinə zülm edənlər.

Hər bir mərtəbənin nümayəndələri də bir-birindən kəskin də­rəcədə fərqlənirlər.

İnsanın elə vaxtları, elə halları olur ki, onun əməlləri çox və güclü olur, elə halları da olur ki bunun tam əksi olur. Bütün bun­lar imanın artıb azalması, güclənib zəifləməsi səbə­bindən­dir.

Ümmətin ən xeyirli olanları və imanlarına daha çox önəm verənləri hər zaman imanlarını təzələməyə, onu daim artırıb güc­ləndirməyə, onu azaldan amillərdən uzaqlaşmağa səy gös­tə­rirdilər. Onlar həmişə Allahdan diləyirdilər ki, Allah onları iman üzərində sabit etsin, onun elm, əməl və hallarını artırsın.

Biz də Allahdan diləyirik ki, Ona olan etimadımızı, Onu zikr etməyimizi və sadiq imanımızı artırsın.

Həmçinin ümmətin ən xeyirli olanları yəqinlik elminə yiyə­lən­dikdən sonra yəqinliyin özünə və mahiyyətinə çatmaqdan ötrü bir-biri ilə yarışardılar.

Uca Allah İbrahim (alehyissalam) barədə buyurur:

“Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– dedi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­di. İb­rahim dedi: “Əlbəttə ina­nıram! Amma istəyirəm ki, qəlbim rahat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları özünə tə­rəf çəkib tikə-tikə et. Sonra hər dağın ba­şı­na on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin ya­nı­na gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (əl-Bə­qə­rə, 260)

Həmçinin buyurur: “Beləcə, Biz, İbrahimə göy­­lərin və ye­rin səltənətini gös­tərdik ki, yəqin­lik­lə inanan­lar­dan olsun.” (əl-Ənam, 75)

Həmçinin İsa Məsihin (alehyissalam) həvariləri Allah tərəfindən onlara bir süfrə göndərilməsini istəmiş İsa (alehyissalam) da onlara bu barədə töv­siyələr vermişdi. Uca Allah buyurur: “Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun.” Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq.” (əl-Maidə, 112-113)

Beləliklə onlar süfrə istəməklə özlərinin həm dünyəvi eh­ti­yac­la­rını, həm də elmə və imana olan ehtiyaclarını istəmişlər.

 


Baxılıb: 16628


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”