Ana səhifə / Əqidə / İman ağacı / İkinci fəsil İmanın nədən əxz edilməsi məsələlərinin bəyanı.

İkinci fəsil İmanın nədən əxz edilməsi məsələlərinin bəyanı.

 

İkinci fəsil

İmanın nədən əxz edilməsi məsələlərinin bəyanı.

 

Bu çox faydalı bir fəsildir və ona böyük ehtiyac vardır. Hətta deyə bilərik ki, bu fəsli öyrənib bilmək və ona riayət etmək zə­ruridir.

Hər şeydən əvvəl bilmək lazımdır ki, iman insanın kamil­li­yi­dir və məhz imanın sayəsində o həm bu dünyada, həm də axi­rətdə yüksəlir. İman həm bu dünyada, həm də Axirətdə hər bir xeyrə nail olmaq üçün bir səbəb və bir yoldur. İmanın nədən əxz olunduğunu, mənbəyini, səbəblərini və yollarını bilmədən iman nə hasil olur, nə də güclənir. Uca Allah hər bir mətləbə çat­maq üçün bir səbəb və yol təyin etmişdir.

İman da insana gərəkən məsələlər arasında ən əhəmiyyətlisi, ən mühümü və ən geniş olanıdır. Rəbbimiz imana səbəb olub onu artıran, habelə onu azaldıb yox edən amillər yaratmışdır.

İmana səbəb olub onu artıran amillər iki növdür: İcmali və təfsilatı ilə olan.

İcmali olan növə gəlincə:

- Uca Allahın Quran və Sünnədə tilavət olunan ayələri ba­rə­sində dü­şünmək.

- Allahın kainatdakı müxtəlif növlü dəlilləri barədə düşün­mək.

- Haqqı öyrənməyə can atmaq, hansı ki, insanlar məhz bu­nun üçün yaradılmışlar.

- Haqqa əməl etmək, əslində bütün səbəblər bu böyük əsas­dan qay­naqlanır.

Təfsilatı ilə bəyan olunan növə gəlincə, iman bir sıra səbəb­lər vasitəsilə hasil olur və güclənir. Onlardan ən əzəmətlisi: Allahın Quran və Sünnədə varid olan gözəl adlarını bilmək, on­la­rın mənalarını dərk etməyə çalışmaq və bunun vasitəsilə Allaha ibadət etməkdir.

Buxari və Muslimin səhih əsərlərində Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Allahın doxsan doqquz - yüzdən bir əs­kik - adı var. Kim onları sadalasa, Cənnətə daxil olar.”1

 Yəni kim onların mənalarını dərk edərək onları əzbər­lə­yər­sə, onlara etiqad edərsə və onlar vasitəsilə Allaha ibadət edərsə Cənnətə daxil olar.

Məlum məsələdir ki, Cənnətə yalnız möminlər daxil ola­caq­lar. Bununla da aydın olur ki, bu, imanın hasil olması, onun güc­lənməsi və sabit olması üçün ən böyük səbəblərdəndir.

Allahın gözəl adlarını qavramaq imanın əsasıdır və iman da ona qayıdır. Onu bilmək tövhidin üç növünü özündə əhatə edir:

1 – Rübubiyyə tövhidi.

2 – Üluhiyyə tövhidi.

3 – Ad və sifətlərin tövhidi.

Bu növlər imanın ruhu, onun əsası və qayəsi hesab olunur. Mömin olan kəs nə qədər Allahın ad və sifətləri barəsində dərin elmə yiyələnmiş olsa bir o qədər imanı artar və yəqinliyi güc­lə­nər.

Odur ki, gərək mömin bacardığı qədər Allahın ad və sifət­lə­rini öyrənsin və bu barədə olan bilikləri inkardan və bən­zət­mə­dən uzaq olsun. Bidət əhlinin çoxu peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətir­dik­lə­ri­nə müxalif olaraq məhz bu xəstəliyə mübtəla olublar. Əksinə bu barədə elm yalnız Quran və Sünnədən, habelə səhabə və ta­biinlərdən nəql olunan xəbərlərdən götürülməlidir.

Beləliklə bu faydalı elmə malik olmaqla insan imanının art­masına, yəqinliyinin güclənməsinə və əhvalının rahatlaşmasına səbəb olur.

- İmanı artıran digər bir amil də ümumən Quran barəsində düşünmək­dir.

Quran barəsində düşünən kəs onun elmlərindən və bilik­lə­rindən nə qədər faydalanarsa bir o qədər də imanı artar.

Uca Allah buyurur: “Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri on­lara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvəkkül edər.” (əl-Ənfal, 2)

Həmçinin Qurandakı ardıcıllığa, əhkamlara, ayələrin bir-bi­rini təsdiq etməsinə, bir-biri ilə uyğun gəlməsinə, orada heç bir ziddiy­yət və ixtilafın olmamasına nəzər salan kəs əmin olur ki, bu yenilməz hikmət sahibi və həmdi-sənaya layiq olan Allah tə­rəfindən nazil olunmuşdur, ona nə önündən, nə də arxasından heç bir batil nüfuz edə bilməz və əgər Allahdan qeyrisi tə­rə­fin­dən göndərilmiş olsaydı içərisində çoxsaylı ixtilaflar və zid­diy­yətlər olardı.

Uca Allah buyurur: “Məgər onlar Quran ba­rə­­sində dü­şün­mür­lərmi? Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbət­tə, onda çoxlu ziddiy­yət ta­pardılar.” (ən-Nisa, 82)

Bu da imanı gücləndirən amillərdən ən əzəmətlisidir və ima­nın bir çox cəhətdən qalxmasına səbəbdir.

Mömin bir kəs Allahın ayələrini sadəcə oxuyan kimi, ora­da­kı dürüst xəbərləri və gözəl əhkamları öyrənərək imanını ar­tır­mış olur. Gör indi Quranı oxuyarkən ən gözəl bir tərzdə dü­şü­nərsə, onun məqsədlərini və sirlərini anlayarsa həmin şəxsin imanı necə artır?!

Ona görə də kamil möminlər Uca Allahın bu ayəsindəki ki­mi belə deyirlər: “Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik.” (Ali İmran, 193)

- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədislərini öyrənmək də imanı artırır.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədislərini öyrənərək, oradakı iman ba­rəsin­dəki elm və əməllərlə tanış olmaq da imanı hasil edən və onu artıran amillərdən hesab olunur.

İnsan Allahın kitabı və peyğəmbərinin sünnəsindən nə qə­dər çox elm alarsa onun imanı və yəqinliyi də bir o qədər artmış olar. Hətta ola bilsin ki, onun elmi və imanı yəqinlik mər­tə­bəsi­nə­dək qalxsın.

Uca Allah şəkk və şübhələri dəf edəcək güclü və tam bir elmə sahib olan elmdə qüvvətli olanları vəsf edərək onların ma­lik olduqları elmin tam yəqinlik olduğunu bildirmişdir.

Məhz bu səbəbdən Uca Allah şübhə edənlərə və inkar edən­lərə möminlərin ən hörmətli olanlarını, elmdə qüvvətli olanlarını nümunə göstərmişdir.

Uca Allah buyurur: “Kitabı sənə nazil edən Odur. O Ki­ta­bın bir qismi mə­nası ay­dın ayələrdir ki, bunlar da Ki­ta­bın ana­sıdır. Digərləri isə mənası ay­dın olmayan ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad tö­rətmək və is­tə­dikləri kimi yoz­maq məq­sə­dilə mənası aydın ol­ma­yanın ar­dınca düşərlər. Onun yozu­munu isə Allahdan başqa heç kəs bil­məz. Elmdə qüvvətli olan­lar isə deyərlər: “Biz on­lara iman gətir­dik, ha­mı­sı bi­zim Rəb­bi­mizdən­dir”. Bunu isə an­caq ağıl sa­hib­ləri dərk edərlər.” (Ali İmran, 7) 

Elmdə qüvvətli olanlar cahillikdən və şəkk-şübhələrdən  uzaq olur, mənası aydın olmayan ayələri tərk edib, mənası aydın olan ayələri götürürlər. Sonra da onlar: “Biz on­lara iman gətir­dik, hamısı bi­zim Rəb­bi­mizdən­dir”- deyirlər. Uca Allahın ayə­lə­ri, Onun kəlamları və verdiyi hökmlər doğru və haqdır.

Uca Allah buyurur: “Lakin onlardan elmdə qüv­vətli olan­lar və möminlər sənə na­zil edilənə və səndən əv­vəl nazil olan­lara inanır, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gəti­rirlər.” (ən-Nisa, 162) 

Həmçinin buyurur: ”Allah Özündən başqa iba­dətə la­yiq olan məbudun ol­­ma­dı­ğı­na şahidlik etdi, mələklər və elm sa­hib­ləri də şahid­lik et­dilər. Allah əbədi olaraq ədalətli ol­maq­da­dır. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüd­rətlidir, Müd­rik­dir.” (Ali İmran, 18)

Elm əhli Quran barəsində tam bir elmə malik olduqlarına və onlara səhih bir şəkildə iman gətirdiklərinə görə həm dünyada, həm də axirətdə şahid gətirilir.

Uca Allah buyurur: “Bilik və iman nəsib edil­miş kim­sələr isə (günahkarlara) deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz.” (Rum, 56)

Uca Allah bir çox ayələrdə bəyan etmişdir ki, Quranda yə­qinliklə iman gətirən möminlər üçün əlamətlər vardır. Belə ki, Quranın ayələrini aramla oxuyub onun barəsində düşünməklə onlar Allahın dilədiyi qədər elm, yəqinlik və iman əldə etmiş olurlar. Bu minvalla onların elmləri, yəqinlikləri və imanları artmaqda davam edir. Beləliklə də Quran barəsində düşünmək imanı hasil edən və onu qüvvətləndirən ən böyük yollardan və vasitələrdən biri sayılır.

Uca Allah buyurur: Bu mübarək Kitabı, in­sanların onun ayələrini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ib­rət gö­tür­məsi üçün sənə nazil et­dik.” (Sad, 29)

Bu ayədə göstərilir ki, Quranın bərəkətini – bu bərə­kət­lər­dən də ən mühümü olan imanı əldə etmək üçün ən başlıca yol onun ayələrini oxuyub, onlar barəsində düşünüb ibrət almaq­dır. Həmçinin göstərilir ki, Quran barəsində düşünmək onu in­kar edəni inkarından çəkindirir və dinə qarşı düşmən mövqe nü­mayiş edənin bu düşmənçiliyinə mane olur.

Uca Allah buyurur: “Məgər kafirlər bu Söz haq­qında dü­şün­mür­lər­mi?” (əl-Muminun, 68)

Yəni, əgər onlar Quranı düşünərək oxumuş olsaydılar bu onların küfrlərinə və Quranı təkzib etmələrinə son qoyar, Qu­ra­na iman gətirməyə və onu gətirənə tabe olmağa sövq edərdi.

Uca Allah buyurur: “Xeyr! Onlar elmini qav­raya bil­mə­dik­ləri və hələ yo­zumu on­lara gəl­məmiş Quranı yalan hesab et­di­lər.” (Yunus, 39)

Yəni əgər onlar Quran elminə yiyələnmiş olsaydılar bu on­la­rın Quranı təkzib etmələrinə son qoyar və imanı onlara vacib edərdi.

- İmanı hasil edən səbəblərdən biri də: Peyğəmbəri (sallallahu aleyhi və səlləm) ta­nı­maqdır.

Yəni Peyğəmbərin (sallallahu aleyhi və səlləm) necə ülvi bir əxlaqa və kamil vəsflərə malik olduğunu bilməkdir.

Çünki kim onu layiqincə tanıyarsa, onun gətirdiyi Quranın, Sünnənin və haqq dinin doğru olmasında heç bir şübhəyə düş­məz. Uca Allah buyurur: “Yoxsa onlar özlərinə gön­dərilmiş El­çi­ni tanımayıb buna gö­rə də onu in­kar edirlər?” (əl-Muminun, 69)

Yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqqında düşünüb daşınsaydılar bu on­la­rın dərhal iman gətirmələrinə, iman gətirmiş olanların isə iman­larının qalxmasına səbəb olardı.

Uca Allah insanları, Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) imana səsləyən halları barəsində düşünməyə təşviq edərək buyurur: “De: “Mənim si­zə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir də­li­lik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi an­caq xəbərdar edən­dir.” (Səba, 46)

Başqa bir ayədə Uca Allah bu peyğəmbərin (sallallahu aleyhi və səlləm) kamil bir in­san və böyük bir əxlaq sahibi və məxluqatın ən xeyirlisi ol­du­ğu­nu bildirərək buyurur: “Nun. And olsun qələmə və qələ­mə alı­nan­lara! Məhz Rəbbinin mərhə­mə­tinə görə sən dəli de­yil­sən. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır. Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!” (əl-Qaləm, 1-4)

Məhz Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərifəlayiq vəsfləri, gözəl xüsusiyyətləri, dürüst və faydalı sözləri və yaxşı əməlləri sayəsində insanları imana çağıran ən böyük dəvətçidir. İnsanlar üçün ən böyük rəh­bər və ən kamil nümunə də odur. Uca Allah buyurur: “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.” (əl-Əhzab, 21) Həmçinin buyurur: “Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin.” (əl-Həşr, 7)

Uca Allah insanlar arasında xüsusi yerləri olan ağıl sahib­lə­ri­nin dilindən buyurur: “Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəb­bi­nizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir kimsənin çağı­rı­şını eşidib iman gətirdik.” (Ali İmran, 193)

Burada “...imana çağıran bir kimsənin...” deyildikdə Pey­ğəm­­bər (sallallahu aleyhi və səlləm) nəzərdə tutulur. Yəni o, sözü, əxlaqı, əməli, dini və özü­nün bütün halları ilə bizi imana səslədi, biz də onun ça­ğı­rı­şı­nı qəbul etdik. Elə bir imana ki, orada heç bir şəkk-şübhəyə yer yoxdur.

Allahın ən çox sevdiyi əməl və insanı Allaha yaxınlaşdıran ən böyük vasitə məhz iman olduğuna görə ağıl sahibləri onun vasitəsilə təvəssül edərək günahlarının bağışlanmasını və onları ən yüksək məqama çatdırmalarını diləyərək belə dedilər: Uca Allah buyurur: “Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir kimsənin çağırışını eşi­dib iman gətirdik. Ey Rəbbimiz! Günah­ları­mızı bi­zə ba­ğış­la, təqsirləri­mizdən keç və ca­nımızı itaət­kar­larla bir yer­də al!” (Ali İmran, 193)

Buna görə də yalnız haqqı tapıb ona tabe olmaq istəyində olan insaflı adam Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözünü eşidər-eşitməz imana tələsir, onun peyğəmbərliyi­nə şübhə ilə yanaşmır. Hətta əksər insanlar onun üzünü görən kimi onun yalançı olmadığı qə­naə­tinə gələrdilər.

Deyilənə görə birindən soruşurlar ki; “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətir­dik­ləri ilə tanış olmamış nə üçün ona iman gətirməyə tələsdin?”

Həmin şəxs də cavabında dedi: “Elə bir şey yoxdur ki, onu Peyğəmbər (sallallahu aleyhi və səlləm) əmr etsin, insan ağlı isə kaş ki, bunu nəhy edər­di”- desin, yaxud bir şeyi nəhy etsin, insan ağlı isə kaş ki, bunu əmr edərdi”- desin.”

Beləliklə də bu aqil insan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəriətinin gözəl və sağlam məntiqə uyğun olduğunu dəlil gətirmiş və buna görə də imana tələsmişdir.

Elə Rum imperatoru Herakla da Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun bu­yur­duğu əmr və qadağalar vəsf olunduqda onun ən möhtəşəm peyğəmbərlərdən biri olduğu qənaətinə gəlmiş və bunu aşkar­ca­sına etiraf etmişdi. Lakin rəhbər olması və taxt-tacını itirmək qorxusu - peyğəmbərin haqq olduğu özlərinə bəlli olan bir çox­larının tabe olmalarına mane olduğu kimi, ona da mane ol­muş­du. Bu yuxarıda qeyd olunanlar iman gətirməyə ən böyük ma­neə­lərdəndir.

Bəsirət və sağlam düşüncə sahiblərinə gəlincə isə onlar bü­tün bu cür maneələrin, hökmdarlığın, şübhə və şəhvətlərin mü­vəq­qəti olduğuna əmin olur, haqla ziddiyyət təşkil edən bu amil­lərin dəyərsiz olduğunu bilir və haqqın bu dünyada və Axi­rətdə insana səadət bəxş edəcəyini anlayırlar.

Elə bu böyük səbəbə görə də Quranı və səhih hədisləri öy­rə­nib əzbərləyən kəslərin iman, yəqinlik və əməlləri adətən qey­ri­lə­rindən daha üstün olur.

- İmanın hasil olma səbəblərindən biri də kainat barəsində düşünməkdir:

Şübhəsiz ki, göylərin və yerin yaradılması, oradakı müxtəlif məxluqlar, insanın yaradılışı və onun malik olduğu sifətlər ba­rə­də düşünmək imanın artmasına səbəb olur. Çünki bu məx­lu­qa­tın yaradılışının nə qədər əzəmətli olmasına nəzər salmaqla insan onları Yaradanın nə qədər qüdrətli və əzəmətli olduğunu, məxluqatın insanı heyrətləndirən və Allahın böyüklüyünə də­la­lət edən dərəcədə dəqiqliklə yaradılmasını, Allahın rəhmətinin sübutu olan saysız hesabsız müxtəlif çeşiddə nemətlərin xəlq olunmasını bilməklə, insan öz Rəbbinə daha da təzim edərək şü­kür edir, Onu daim zikr edir, Ona ixlasla ibadət edir ki, bu da imanın ruhu və sirri hesab olunur.

Bütün məxluqatın, o cümlədən insanın özünün də hər cə­hət­dən Allaha möhtac olmasına  nəzər salmaq da bu qəbildəndir.

Qeyd olunan məsələlər barəsində düşünmək insanı, Allaha olan mütiliyi kamilləşdirməyə, duaları çoxaltmağa, dini və dün­yası üçün faydalı olan ehtiyaclarını mənimsəmək, habelə dininə və dünyasına zərər verən şeyləri də dəf etmək üçün Allaha bo­yun əyməyə məcbur edir. Həmçinin insanı məcbur edir ki, Rəb­binə olan təvəkkülü gücləndirsin, Onun vədinə olan inamını kamilləşdirsin və Onun yolunda yaxşı işlər görmək istəyini ar­tır­sın. Bütün bunların  sayəsində iman həyata keçir və ibadətlər də güclənir. Çünki dua ibadətin özəyidir2 və əsasıdır.

  - Həmçinin insanların mütəmadi ehtiyacda bulunduqları Allahın müxtəlif nemətləri barədə düşünmək də imanı ar­tı­ran amillərdəndir.

Uca Allah Öz Rəsulunu və möminləri şükür etməyə çağı­ra­raq buyurur: “Ey iman gətirənlər! Si­zə ruzi kimi ver­diyimiz pak şey­lər­dən yeyin və əgər Alla­ha ibadət edirsinizsə, Ona şü­­kür edin! ” (Bəqərə, 172)

Beləkilə, iman insanı şükür etməyə sövq edir, şükür etməklə isə insanın imanı artır. Deməli bunların hər ikisi bir-birinə gə­rəklidir və bir-biri ilə sıx bağlıdır.

- İmanı artıran amillərdən biri də insanın hər vaxt Allahı zikr et­məyi çoxaltmasıdır.

İbadətin özəyi olan dua və Allahı zikr etməklə insanın qəl­bin­də iman ağacı əkilmiş olur, sonra bunların vasitəsilə o bö­yü­yüb inkişaf edir. İnsan Allahı nə qədər çox zikr etsə bir o qədər imanı  artar.

İman da insanı çoxlu zikr etməyə sövq edir. Çünki Allahı se­vən kəslər Onu çox zikr edir, Allahı sevmək isə imanın hasil ol­ma səbəblərindəndir.

- İmanın hasil olmasına gətirib çıxaran səbəblərdən biri də dinimizin gözəlliklərinə bələd olmaqdır. 

Şübhə yoxdur ki, İslam dini bütünlüklə gözəlliklərdən iba­rət­dir. Əqidəsi ən səhih, ən düzgün və ən faydalı, əxlaqı ən təri­fə­layiq və ən gözəl, əməl və hökmləri isə ən yaxşı və ən ədalətli olanıdır.

Bu böyük səbəblərə görə də Allah imanı insanın qəlbində gö­zəlləşdirir və onu insana sevdirir. Odur ki, Uca Allah imanı məx­luqatın ən xeyirlilərinə bəxş etmişdir. Uca Allah buyurur: “La­kin Allah si­zə imanı sev­dirmiş, onu qəl­bi­nizə gö­zəl gös­tər­miş, sizdə küf­rə, günaha və asi ol­mağa qarşı nifrət oyat­mış­dır.” (əl-Hucurat, 7)

Beləliklə qəlbdəki iman ən gözəl və ən sevimli nemət sayılır.

İnsan bunun vasitəsilə imanın ləzzətini dadmış olur və bunu hiss edir. Onun batini, imanın həqiqəti və əsasları ilə, bədən üzv­ləri isə imanın əməlləri ilə gözəlləşir.

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan hədisdəki duada belə de­yi­lir: “Allahım! Bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et.”3

- İmanı gücləndirən ən böyük amillərdən biri də həm Allaha ibadətdə, həm də insanlarla davranışda Ehsan məqa­mına nail olmağa çalışmaqdır.

İnsan Rəbbinə ibadətdə ehsan mərtəbəsinə nail olmaq üçün Allaha sanki Onu görürmüş kimi ibadət etməlidir. İnsan ibadət edərkən Allahı görə bilməsə belə bilməlidir ki, Allah onu mü­şa­hidə edir və onu görür. Odur ki, həmin şəxs etdiyi əməli kamil­ləşdirməyə və düzgün şəkildə yerinə yetirməyə çalışmalıdır. Bu uca məqama çatmaqdan ötrü isə mömin o qədər çalışmalıdır ki, sonda onun imanı və yəqinliyi güclənsin. Bu zaman o, yə­qin­li­yin ən yüksək pilləsi olan “həqqul yəqin” məqamına çataraq itaətlərin ləzzətini dadmış, davranışlarının səmərəsini tapmış olur ki, bu da kamil iman sayılır.

Həm sözlə, həm də əməllə insanlara yaxşılıq etmək də bu­na aiddir.

Şübhəsiz ki, mal-dövlət, şan-şöhrət və digər mənfəətlər kimi xüsusiy­yətlər imandandır və imanın yaranmasına səbəb olan əməllərdəndir. Şübhə yoxdur ki, mükafat və ya cəza edilən əmə­lin növünə uyğun olur. Ona görə də var-dövlət sahibi im­kanı çatdı­ğı qədər Allahın qullarına yaxşılıq etdiyi kimi, Allah da ona yaxşılıq edər.

Bu xeyirxahlıqların da ən əfzəllərindən biri yaxşı işlər gör­mə­yə can atmaq, bu məsələdə ixlaslı olmaq və bununla Uca Allaha yaxınlaşmaqdır. Mömin bunları etməklə Allah və Onun bəndələri üçün edilən nəsihəti yerinə yetirmiş olur. Çünki din nə­sihətdir. Kim Allaha edilən ibadətdə və insanlarla rəftarında bu ehsan mərtəbəsinə müvəffəq olarsa həmin nəsihəti layiqincə etmiş olur.

Bu barədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Biriniz özü üçün istə­di­yi­ni (müsəlman) qardaşı üçün istəmədikcə iman etmiş ol­maz.”(Hədisi Buxari və Muslim rəvayət etmişdir.)4

Həmçinin Uca Allah buyurur: “Möminlər, həqiqətən də, ni­cat tap­mışlar; o kəslər ki, namazlarında mü­tidir­lər, o kəslər ki, sözbazlıq­dan qaçır­lar, o kəslər ki, zəkat ve­rirlər, o kəslər ki, öz cinsi or­qan­larını həmişə qoruyurlar, zövcələri və sahib ol­duq­ları cari­yələr istisnadır. Onlar buna gö­rə heç qı­nan­maz­lar. Bundan artığına can atan­lar isə həd­di aşanlardır.  O mö­min kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar. O kəslər ki, namazlarını öz vaxt­larında qılırlar. Məhz onlar – varis olan­lardır.O kəslər ki,Firdovs cən­nətinə va­ris olacaqlar ;onlar ora­da əbə­di qalacaqlar.” (əl-Muminun, 1-11)

Bütün bu sadalanan səkkiz amil imanı artırır, onun vəsf­lə­rin­dən sayılır və onun açıqlaması hesab olunur.

Namazda qəlbin iştirak etməsi, insanın özü ilə mübarizə apa­raraq söz və əməllərinə, qiraətinə, zikr və dualarına, qiya­mı­na, rukusuna və səcdəsinə fikir verməsi imanı artıran səbəb­lər­dən hesab olunur.

Öncə qeyd etmişdik ki, Uca Allah namazı iman adlan­dır­mış­dır. O buyurur: “Allah sizin ima­nı­nızı puç et­məz.” (əl-Bəqərə, 143)

Uca Allah həmçinin buyurur: “Kitabdan sənə vəhy olu­nan­ları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir.” (əl-Ənkəbut, 45)

Doğrudan da namaz insanı imanın əksi olan hər bir çirkin və yaramaz işlərdən çəkindirən ən böyük ibadətdir. Bununla ya­naşı namaz Allahı zikr etməkdən ibarətdir ki, bu da imanı qi­dalandıraraq onun artmasına səbəb olur. Buna görə də ayənin so­nunda Uca Allah : “Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir.”– deyə buyurur.

Zəkat da eyni qaydada imanı inkişaf etdirib onu qaldırır. Bu­rada həm fərz olan zəkat, həm də müstəhəb olan sədəqə nə­zərdə tutulur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu barədə demişdir: “Sədəqə bir də­lildir.56

Yəni sədəqə sahibinin imanına dəlildir. O, imanı artıraraq onu inkişaf etdirir.

Boş-boş söhbətləri tərk etmək də imandan hesab olunur. Boş-boş söhbətlər dedikdə bura hər bir xeyirsiz sözlər və hər bir xeyirsiz əməllər daxildir. Gərək insan hər zaman xeyirli sözlər söy­ləsin və hər zaman xeyirli əməllər etsin. Həmçinin şər söz­lə­ri və əməlləri tərk etsin. Şübhə yoxdur ki, bunların hamısına əməl etmək imandandır və bu imanı artırır və bəhrələndirir. Bu səbəbdən bəzən səhabələr və onların ardınca gələnlər özlərində bir passivlik hiss etdikdə bir-birlərinə deyirdilər ki; “Gəl bir saat iman gətirək.” Bunu deyib onlar Allahı zikr edir, Onun di­ni və dünyəvi nemətlərini xatırlayırdılar ki, bunun sayəsində imanları yenilənsin.

Pis əməllərdən çəkinmək, ələlxüsus da zinadan uzaq olmaq imanın artmasına səbəb olan ən böyük səbəblərdən biridir. Be­ləcə mömin olan kəs Rəbbinin hüzuruna gələcəyindən qorx­du­ğu üçün nəfsinə ehtirası yasaq etmişdir ki, bunun sayəsində imanı hasil edib onu artırsın.

Əmanətləri və əhdləri qorumaq da imanın əlamət­lərin­dən­dir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Əmanəti olmayanın imanı da yox­dur.”7

Əgər birisinin imanının və dininin hansı səviyyədə oldu­ğu­nu öyrənmək istəsən onun bütün əmanət növlərinə, o cümlə­dən mal-dövlət, söz və əmanət hüquqlarına nə dərəcədə riayət etdiyinə nəzər sal. Gör o, özü ilə Rəbbi arasındakı, habelə özü ilə insanlar arasındakı hüquqlara, əhdlərə və sövdələşmələrə nə dərəcədə riayət edir.

Əgər bunlar öz qaydasındadırsa bil ki, onun dini və imanı da qaydasındadır. Yox əgər qaydasında deyilsə bil ki, bu na­qis­li­yin miqdarı qədər onun dini və imanı da naqisdir.

Bir də namazları mühafizə edib vaxtlı-vaxtında və haqqını ve­rərək qılmaqdır. Namazları vaxtında və layiqincə qılmaq iman üçün bostana axıdılan su tək önəmlidir. Həmin su bos­ta­nın inkişaf etməsinə və vaxtaşırı bar verməsinə səbəb olur.

İman ağacı da beləcə mütəmadi olaraq suvarılmalıdır. Bu da gün ərzində edilən ibadət və itaətləri mühafizə etməklə olur. Həmçinin iman ağacının dibini tez-tez ona zərər verə biləcək daşlardan və kol-kosdan təmizləmək lazımdır ki, bu da həm sözdə, həm də əməldə haram işlərdən çəkinməklə olur.

Bütün bu sadalananlara nə zaman riayət edilərsə onda bos­tan da bolluca növbənöv məhsul verib inkişaf edər.

- İmanı yaradan amillərdən biri də Allaha və Onun dininə dəvət etməkdir.

İnsan haqqı və səbri tövsiyə etməklə, dinin əsaslarına dəvət etməklə, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək kimi di­ni qanunlara davamlı əməl etməklə həm özü kamilləşir, həm də başqalarını kamilləşdirir.

Uca Allah Qurani Kərimdə axşam çağına and içir ki, dörd xü­susiyyətə malik şəxslərdən savayı bütün insanlar ziyan için­də­dirlər: insanı kamilləşdirən iman və saleh əməllər, faydalı elmdən və saleh əməllərdən sayılan haqqa və dinə tövsiyə et­mək, bir də bütün  bunlara səbir etmək və onu tövsiyə etməkdir ki, bununla da digərləri kamilləşmiş olur.

Ümumən Allahın yoluna dəvət edib, insanlara tövsiyələr ver­mək imanı gücləndirən əsas əlamətlərdəndir.

Allahın yoluna dəvət edən kəs bu dəvətin zəfər çalmasına ça­lışaraq dəvətini dəlil və sübutlarla əsaslandırmağa çalış­ma­lı­dır. Hər şeyin bir üsulu və metodu olduğu kimi imanın da üsul və metodu budur.

Həmçinin bilmək lazımdır ki, mükafat və ya cəza insanın et­di­yi əməllərin növünə uyğun olur. İnsan da başqalarına nəsihət edib, onlara haqqı tövsiyə edərsə və bu yolda meydana çıxan bü­tün əngəllərə səbir edərsə, Allah tərəfindən ona nur, dəstək, güclü iman və təvəkkül əta ediləcəkdir.

İman gətirib Allaha təvəkkül etməklə insan həm insan­lar­dan, həm də şeytanlardan olan düşmənlərinə qalib gəlmiş olur. Uca Allah bu barədə buyurur: “Şübhəsiz ki, şeytanın, iman gə­ti­rib yalnız öz Rəbbinə təvək­kül edənlər üzərində heç bir hökm­ranlığı yoxdur.” (Nəhl surəsi, 99)

Bundan savayı Allahın dininə dəvət edən şəxs haqqın qalib gəl­məsinə çalışmış olur. Kim də bir şeyə can atarsa Allah onu ix­laslı və sadiq olduğu qədər elmdə və imanda müxtəlif nailiy­yət­lərə çatdırar.

- İmanı gücləndirən digər mühüm bir amil imanla zid­diy­yət təşkil edən bütün məsələlərə qarşı müqavimət göstər­mək­dir.

Burada küfrlə nifaqın növləri, fasiqlik və asilik nəzərdə tu­tu­lur. Yəni imanın hasil olması üçün onu gücləndirən bütün amil­lərin mövcud olması şərt olduğu kimi, imana zidd olan bütün amillərin dəf olunması da gərəkdir. Həmin amillər də aşa­ğı­da­kı­lardır:

1 – Günahlara son qoymaq və edilən günahlara da dərhal töv­bə etmək.

2 – Bütün bədən üzvlərini haramlardan qorumaq.

3 – İman elmlərinə yiyələnərkən qarşıya çıxan, onu zəiflədən fitnəli şübhələrə və şəhvətlərə qarşı müqavimət göstərmək. Çün­ki yaxşı işlərə rəğbət bəsləyərək onları sevmək və bu istiq­amətdə səy göstərmək kimi istəklər, yalnız onların əksi olan nəf­sin pis iş görməyə rəğbət bəsləməsi kimi pis istəklərlə mü­ba­rizə aparmaqla mümkündür.

Beləcə insan nə zaman şübhə və şəhvətlərin toruna düş­mək­dən qorunarsa imanı kamil olar, yəqinliyi isə qüvvətlənər. Bu lap iman bostanına bənzəyir. Uca Allah buyurur: “Mallarını Allahın razı­lığı­nı qa­zanmaq və nəfslərini möh­kəm­lən­dir­mək üçün xərc­ləyənlə­rin məsəli təpə üzərin­dəki bağın mə­səlinə bən­zəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rə­si­ni iki qat verər. Hərgah ona şid­­dətli ya­ğış düşməzsə, narın ya­ğış da bəs edər. Allah sizin nə etdiklə­ri­nizi görür.” (əl-Bə­qə­rə, 265)

Əks təqdirdə isə, yəni pis işləri əmr edən nəfs ona qalib gəl­dik­də şübhə və ya şəhvətlərin, ya da hər ikisinin fitnəsinə mə­ruz qaldıqda aşağıdakı ayədə çəkilən məsəl ona şamil olunar. Uca Allah buyurur: “Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma ağac­ların­dan və üzüm­lüklərdən iba­rət, ağac­ları altın­dan çay­lar axan və için­də də onun üçün hər cür mey­vələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özü­nün də o bağa möh­tac olan uşaq­ları ol­duğu bir halda bu bağa od­lu bir qasırğa düşüb onu yan­dır­sın? Allah ayələri sizə belə bə­­yan edir ki, bəlkə fikirləşə­siniz.” (əl-Bəqərə, 266)

Uca Allahın müvəffəq etdiyi kəs iki şey üçün çalışır:

Birincisi: İmanın əsaslarını və fəri məsələlərini elm, əməl və hal baxımından yaşamaq.

İkincisi: İmanla ziddiyyət təşkil edən, onu inkar edən və azaldan zahiri və batini fitnələri dəf etməyə çalışmaq. Beləcə bi­rincidəki çatışmamazlıqları bərpa etmək, ikincidə isə buraxılan nöqsanlardan səmimi qəlbdən tövbə etmək lazımdır ki, lazımi iş vaxtında görülmüş olsun. Uca Allah buyurur: “Allahdan qor­xanlara şey­tandan bir vəsvəsə toxun­duğu za­man Allahı xa­tırlayar və dər­hal gerçəyi görərlər.” (əl-Əraf, 201)

Yəni onlar insanların ən qatı düşmənləri olan şeytanlardan gələn vəsvəsələr səbəbindən düçar olduqları çatışmamazlıqları və naqislikləri yaxşıca görürlər. Gördükdən sonra da bu ça­tış­ma­mazlığı və fitnəni aradan qaldırır və beləliklə də əvvəlki ka­mil vəziyyətə qayıdırlar. Onların düşmənləri olan şeytanın dost­ları isə zəlil və məyus halda geri dönərlər. Uca Allah bu­yu­rur: Şeytanlar öz qardaşla­rın­da az­ğın­lığı artırarlar. Sonra da on­lar­dan əl çəkməzlər.” (əl-Əraf, 202)

Şeytanlar durmadan onların səslərinə səs verən dostlarının azğınlığını artırmaq, onları həlaka məhkum etmək və onları xə­sarətə uğratmaq istəyirlər.

Allahım! İmanı bizlərə sevdir, onu qəlbimizə gözəl göstər, biz­də küfrə, fasiqliyə və asiliyə qarşı nifrət yarat, bizi Öz fə­zi­lətin və lütfünlə doğru yolda olanlardan et, həqiqətən də Sən elm və hikmət Sahibisən.



1Buxari, 6410; Muslim, 2677; Tirmizi, 3506; İbn Macə, 3860; Əhməd, 2/258. Hədisi Əbu Hureyra (radiyallahu anhu) rəvayət etmişdir.

2 Tirmizi bu hədisi “Duanın fəziləti barəsidə gələnlər” fəslində (3382) rə­va­yət etmiş və “bu hədis qəribdir”- demişdir. Albani hədisin bu ləfzini Daif əl-Cami əsərində (3003), həmçinin Mişkət əsərinin təxrici zamanı (2331) zəif saymışdır. 

3 Əhməd, 4/264; Nəsai, 3/55; Hakim, 1/524. Albanibu hədisi “Mişkət” əsə­rin­də səhih saymışdır (2497). Hədisi Ammar ibn Yasir (radiyallahu anhu) rəvayət etmişdir. Hə­disin əvvəli bu dua ilə başlayır: “Allahım! Qeybi bilməyinlə və yaratma qüd­rətinlə yaşamağın mənim üçün xeyirli ol­du­ğunu bildiyin qədər məni yaşat...”.

4 Bu hədisin təxricini öndə qeyd etmişik.

5 Yəni o, sahibinin səmimi olmasına dəlildir. Çünki mömin sədəqə ver­mək­lə Allaha yaxın­laşmaq və bunun sayəsində də savab qazanmaq istəyir. Beləliklə də, o, özünə əziz olan bir şeyi ona daha əziz olan Allahın yolunda sərf etmiş olur. Bu da onun imanının təmiz olduğuna dəlalət edir.

6 Muslim, 223; Tirmizi, 3512; Nəsai, 5/5; İbn Macə, 280; Əhməd, 5/342. Hə­di­si Əbu Malik əl-Əşari (radiyallahu anhu) rəvayət etmişdir. Hədis tam olaraq belədir: “Tə­miz­lik imanın yarısıdır. Əlhəmdulillah tərəzini doldurur. Subha­nəllah vəl­həm­dulillah göylərlə yer arasını doldururlar. Namaz bir nurdur. Sədəqə bir də­lildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhi­nə bir hüc­cət­dir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəf­sini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər.”

7 Əhməd, 3/135; Malik, 27; İbn Əbu Şeybə, 11/11; Əbu Nueymin “Hu­liy­yə” əsəri, 3/220; Təbərani, 8/230; Beyhəqi, 6/288. Albani Mişkət əsərinin təx­ri­cin­də bu hədisə həsən hökmü vermişdir. “Mişkatul-Məsabih”, 355. Hədisi Ənəs (radiyallahu anhu) rəvayət etmişdir.

 


Baxılıb: 16120


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”