Ana səhifə / Əqidə / İman ağacı / Son

Son

Son

Bütün bu qeyd olunanlardan anlaşılır ki, ən bərəkətli, ən fay­dalı və ən davamlı ağac iman ağacıdır.

Bu ağacın kökü, əsası və budaqları: iman, onun elmi və bi­lik­ləridir.

Bu ağacın gövdəsi və budaqları: İslam qanunları, saleh əməl­lər, Allaha ixlasla birlikdə olan gözəl əxlaqi dəyərlər, bir də Allahın Rəsuluna (sallallahu aleyhi və səlləm) tabeçilikdir.

Bu ağac mütəmadi olaraq bəhrə verir: gözəl məqsəd, düz­gün hidayət, gözəl əxlaq, Allahı zikr edib Ona şükür və təriflər et­mək, imkan dairəsində insanlara elmlə, nəsihətlə, bədənlə, şan-şöhrətlə, mal-dövlətlə və başqa şeylərlə yardım etmək onun bəh­rələrindəndir.

Bütünlüklə iman ağacı Allahın və insanların bütün hüquq­la­rı­nı ödəməyə şamil olunur.

Bu ağac möminlərin qəlbində onların bu vəsflərə nə də­rə­cə­də yiyələnmələrinə görə müxtəlif formada olur və onların Axi­rət­də çatacaqları məqamlar bunun müqabilində olacaqdır.

İnsanları bütün bu fəzilətlərə müvəffəq etmək tək olan Allaha aiddir. Uca Allah buyurur: Bilin ki, əslində Allah sizi ima­na gə­tir­mək­lə sizə mərhə­mət göstərmişdir!” (əl-Hucurat, 17)

Cənnət əhli ora daxil olduqdan və öz mənzillərində qərar tut­duqdan sonra Allahın fəzilətini dilə gətirərək deyəcəklər: “On­lar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yö­nələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətir­miş­di­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sa­yə­sin­də va­ris oldu­ğu­nuz Cən­nət budur!” (əl-Əraf, 43)

Bu ayədə bildirilir ki, möminlər Cənnətdə Allahın nemət və fəzilətini etiraf edərək Onu tərifləyəcəklər. Onlar Uca Allahın fəziləti, bir də etdikləri yaxşı əməllərin müqabilində bu uca mə­qamlara nail olacaqlar.

Uca Allahdan diləyirik ki, bizləri sadiq imana yönəltsin, bir göz qırpımı belə bizləri başlı-başına buraxmasın, bizi hidayət yo­luna yönəltdikdən sonra qəlbimizi sapdırmasın, bizə Öz tə­rə­findən mərhəmət bəxş etsin. Həqiqətən O Bəxşedəndir.

Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.

Bu kitabın müəllifi Allaha möhtac bəndə Abdur-Rəhman ibn Nasir ibn Abdullah ibn Nasir əs-Sə'didir. Allah onu, valideyn­lə­rini və bütün müsəlmanları bağışlasın.

Hicrətin 1374-cü ili, Zil-hiccə ayının 8-i.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun.


Baxılıb: 16096


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”