Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

Şükür və tərif Allaha məxsusdur, biz Ona şükür edir, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!1

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əla­qələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»2

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar»3

Müsəlman qardaş və bacılar!

Bu risaləni yazmaqda məqsədim budur ki, İslam xəlifələri barədə sizə qısa, ancaq imkan daxilində hərtərəfli məlumat verim və onların ba­şqalarına nisbətdə olan üstünlüklərini aşkara çıxarım. Bunu etməklə də Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara qarşı məhəbbəti bir az da artırım.

Ümumiyyətlə, xilafət 30 il olub.

Səfiyənin ( radıyallahu anhə ) rəvayət etdiyi hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm ) demişdir: «Pe­y­ğəm­­bərlik (yəni sonrakı) xilafəti otuz il olacaq» (Əbu Davud, «Sünnə» kitabı, «Xəlifələr» fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis).

Bu hədisin səhih (mötəbər) olduğunu aşağıda adları çəkilən alimlər təsdiqləmişlər:

1. Əhməd bin Hənbəl; 2. İbn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmi­zi; 5. İbn Əbi Asim; 6. İbn Teymiyyə; 7. İbn Cərir ət-Tabəri; 8. İbn Hibbən; 9. əz-Zəhəbi; 10. İbn Hacər əl-Əsqaləni; 11. əl-Albani.

Bu məlumatın səhih olmasını isbat etmək üçün bax: «Səhih hədislər silsiləsi», 1-ci cild, səh.820-827, 459-cu hədisin şərhi.

Xilafətin müddəti:

1. Əbu Bəkr (radiyallahu anhu)      – 2 il 3 ay 10 gün;

2. Ömər (radiyallahu anhu)             – 10 il 6 ay 8 gün;

3. Osman (radiyallahu anhu)          – 11 il 11 ay 9 gün;

4. Əli (radiyallahu anhu)                 – 4 il 9 ay 7 gün;

5. Həsən (radiyallahu anhu) –  6 ay

Kitabda istifadə olunan ərəbcə sözlərin izahı:

səlləllahu əleyhi və alə alihi və səlləm – Allahın salamı və xeyir-duası onun və ailəsinin üzərinə olsun!

 əleyhissəlam – Allahın salamı onun üzərinə olsun!

(radiyallahu anhu)– Allah ondan razı olsun! (kişi cinsində)

(radiyallahu anhumə)– Allah onların hər ikisindən razı olsun!

(radıyallahu anhə) – Allah ondan razı olsun! (qadın cinsində)

Allahdan istəyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, buna qadirdir!



1«Ali İmran» surəsi, 102.

2 «ən-Nisa» surəsi, 1.

3 «əl-Əhzab» surəsi, 70-71.

 

 


Baxılıb: 16414


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”