Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / I XƏLİFƏ: ƏBU BƏKR ƏS-SİDDİQ (radiyallahu anhu)

I XƏLİFƏ: ƏBU BƏKR ƏS-SİDDİQ (radiyallahu anhu)

I XƏLİFƏ:

ƏBU BƏKR ƏS-SİDDİQ (radiyallahu anhu)

 

Adı: Abdullah ibn Osman

Atasının adı: Osman ibn Amir

Anasının adı: Səlmə bint Saxr

Künyəsi1: Əbu Bəkr

Ləqəbi: əs-Siddiqx2

Anadan olduğu tarix və yer: Əbu Bəkr Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) 2 il və bir neçə ay sonra (təxminən 572-ci il) Məkkə şəhərində anadan olmuşdur.

Məhəmmədə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr olmuşdur. O, peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən, hicrət yoldaşı və cənnətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Xilafət zamanı İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:

1) Peyğəmbər (sallallahu aleyhi və səlləm) Şamın şərqini fəth etmək üçün ordu hazırlayır və Usamə bin Zeydi (radiyallahu anhu) bu orduya başçı təyin edir. Qoşun Mədinədən çıxmazdan əvvəl Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat edir. Bir çox səhabələr bu ordunu Üsamənin (çox gənc, 17 yaşında olduğundan) başçılığı ilə göndərilməsinə etirazını bildirirlər. Lakin Əbu Bəkr (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrini yerinə yetirərək, qoşuna məhz Üsamənin başçılığı ilə Şama getməyi əmr edir. Beləliklə, bu qoşun öhdəsinə düşəni yerinə yetirərək Şamı fəth edir.

2) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra mürtəd olanlara (dindən çıxanlara) qarşı vuruşur və onları məğlub edir. Bununla müsəlman ümmətini parçalanmaq təhlükəsindən qurtarır.

3) Yəmamə döyüşündə bir çox qarinin (Quran hafizi) şəhid olduğunu görən Əbu Bəkr (radiyallahu anhu) Zeyd bin Sabitə (radiyallahu anhu) xurma lifləri üzərin­də yazılmış Quran ayələrini cəm etməyi tapşırır. Zeyd bin Sabit (radiyallahu anhu) onun əmri ilə Quranı cəm edir (ayrı-ayrı mənbələrdən bir yerə toplayır).

Əbu Bəkrin (radiyallahu anhu) zövcələri və övladları3:

1. Quteylə bint Abdu-l-uzzə. Övladları: Abdullah, Əsmə.

2. Ummu Rumən bint Amir. Övladları: Əbdürrəhman, Aişə.

3. Əsmə bint Umeys. Övladı: Məhəmməd.

4. Həbibə bint Xaricə. Övladı: Ummu Kulsum.

Vəfat etdiyi tarix: hicrətin 13-cü ili, cumədəl-axər ayının 21-i (və ya 22-i) vəfat etmişdir.



1 Ad və ləqəbdən başqa hər hansı bir şəxsə verilən xüsusi əlamət.

2Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ləqəbi Əbu Bəkrə (radiyallahu anhu) isra və Merac səfərini təsdiqlədiyi

  üçün vermişdir.

3Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm va-l-muluk»

   kitabında qeyd etmişdir (3-cü cild, səh.425-426).

 


Baxılıb: 17901


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”