Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / III XƏLİFƏ: OSMAN BİN ƏFFAN (radiyallahu anhu)

III XƏLİFƏ: OSMAN BİN ƏFFAN (radiyallahu anhu)

III XƏLİFƏ:

OSMAN BİN ƏFFAN (radiyallahu anhu)

 

Adı: Osman bin Əffan

Atasının adı: Əffan bin Əbi-l-As

Anasının adı: Ərva bint Kureyz

Künyəsi: Əbu Amr

Ləqəbi: zi-n-Nureyn1

Anadan olduğu tarix: Fil ilindən altı il sonra (təxminən 576-cı il) Məkkə şəhərində anadan olmuşdur.

Osman (radiyallahu anhu) Əbu Bəkrin (radiyallahu anhu) dəvəti ilə islamı qəbul etmiş ilk on müsəlmandan biridir. O, 34 yaşında islam dinini qəbul etmiş və Həbəşistana hicrət etmiş ilk müsəlmanlardan olmuşdur. O, peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən və cənnətlə müjdə­lənmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə işqtirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Ömər (radiyallahu anhu) şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçil­mişdir. O, 11 il 11 ay xəlifə olmuş və islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:

1. Dəniz donanmasını yaratmışdır.

2. Fars imperiyasının qalan hissəsini, Nil çayının Nobə diyarını və Məğribi fəth etmişdir.

3. Quranı cəm etmişdir (yəni kitab halına salmışdır).

Osmanın zövcələri və övladları.2

1. Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızları Ruqiyyə (radiyallahu anhə)-(vəfat et­dik­dən) sonra isə Ummu Gülsüm (radiyallahu anhə) ilə evlənmişdir. Ruqiyyədən (radiyallahu anhu) olan övladı: Abdullah.

2. Ummu Amr bint Cundəb. Övladları: Amr, Xalid, Əbən, Ömər, Məryəm.

3. Fatimə bintu-l-Valid. Övladları: Valid, Osman.

4. Ummu əl-Bənin bint Uyeynə. Övladı: Abdullah.

5. Nailə bintu-l-Fərafisa. Övladı: Məryəm.

Vəfatı: hicri tarixi ilə 35-ci il zi-l-hiccə ayının 18-i cümə günü Osman (radiyallahu anhu) evində Quran oxuduğu zaman xaricilər3 zorla onun evinə girdilər. Onların arasında Sədus qəbiləsindən Cəbələ adlı birisi onu qılıncla vurduqda, Osman (radiyallahu anhu) müdafiə olunmaq üçün əlini uzatdı və qılınc onun əlini kəsdi. Osman: «Allaha and olsun ki, bu əl ilə Quran yazılıb» – dedi. Onun əlindən axan bir damla qan bir ayənin üzərinə düşdü. Bu ayədə Uca Allah buyurur:

«Belə olduqda sən onların düşmənçiliyindən qorxma! Allah sənə (tezliklə sənin intiqamını onlardan almağa) kifayət edər. O (hər şeyi) eşidən və biləndir»4

Sonra onu qılıncla vurub şəhid etdilər.



1Peyğəmbərin (sallallahu aleyhi və səlləm) iki qızını – Ruqiyyə (radiyallahu anhə) və Ummu Gülsümü (radiyallahu anhə) aldığına görə Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bu ləqəbi ona vermişdir.

2 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm val-muluk» kitabında (4-cü cild, səh.420) qeyd etmişdir.

3 İslam camaatından ayrılıb onlara qarşı vuruşanlar.

4 «əl-Bəqərə» surəsi, 137.

 


Baxılıb: 17607


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”