Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / Əlinin (radiyallahu anhu) fəzilətlərinə dair ayə və hədislər

Əlinin (radiyallahu anhu) fəzilətlərinə dair ayə və hədislər

 

Əlinin (radiyallahu anhu) fəzilətlərinə dair

ayə və hədislər:

 

1) Uca Allah buyurur:

«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»1

İbn Abbas (radiyallahu anhumə) İbn Məsud (radiyallahu anhu) İbn Ömər (radiyallahu anhumə) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) və başqalarının olduqlarını təfsir etmişlər.2

2) Uca Allah buyurur:

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»3

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (radiyallahu anhu) üçün nazil olub və Əli (radiyallahu anhu) də daxil olmaqla bütün möminlərə şamil edilir.4

3) Uca Allah buyurur:

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»5

 Onu təsdiq edənlər Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) və başqa möminlərdir.6

4) Əli bin Əbu Talib (radiyallahu anhu) Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni oxudu:

"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"7»8

5) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»9.

6) Səhl bin Sə‘d (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əli bin Əbu Talibin harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bayrağı ona verdi».10

Başqa bir rəvayətdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm».11

7) Sə‘d bin Əbi Vəqqas (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan"»12

8) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir».13

9) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir».14

10) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar"».15

11) Ummu Sələmə (radiyallahu anhə) demişdir: «Mən peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə eşitdim: "Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur"».16

12) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər».17

13) İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, «Ömər (radiyallahu anhu) demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir"».18

14) Cabir bin Abdullahdan (radiyallahu anhu) Əli (radiyallahu anhu) haqqında soruşduqda o demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi».19

15) Əbu Harun deyir ki, İbn Ömərlə (radiyallahu anhumə) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət edirəm». İbn Ömər (radiyallahu anhumə) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!»20

16) Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (sallallahu aleyhi və səlləm) başqa səhabələrinə verilməmişdir».21

17) Müdrik olmağı da onun fəzilətlərindən biridir. Bunu ondan rəvayət olunan çoxsaylı kəlamlar22 da təsdiq edir:

– Elm peyğəmbərlərdən, mal isə (xüsusən) Qarun və Fironlardan mirasdır.

– Elm sahibini, malı isə sahibi qoruyur.

– Elm sahibinin dostu, mal sahibinin isə düşməni çox olar.

– Elmin oğrudan qorunmasına lüzum yoxdur, malın isə qorunması vacibdir.

– Elm sahibi şərəfli ünvanlar, mal sahibi isə (çox vaxt) simic və xəsis kimi ad qazanar.

– Xərclədikcə elm artar, mal isə azalar.

– Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur.

– Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir.

– Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir.

– Elm insanda mərhəmət, mal isə (çox vaxt) xəbislik (tamah­karlıq) doğurur.

 



1 «ət-Təhrim» surəsi, 4.

2 «Təfsir ibn Kəsir», 4/500.

3 «əl-Leyl» surəsi, 17-21.

4 «Təfsir ibn Kəsir», 4/762.

5 «əz-Zumər» surəsi, 33.

6Ət-Tabəri, «Camiul bəyan», 3/24.

7 «əl-Hicr» surəsi, 47-ci ayə.

8 Əhmədin «Müsnəd» əsəri, 1/453.

9 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.

10 «Səhihu-l-Buxari», 7/87, 3701-ci hədis.

11 «Səhihu-l-Buxari, «7/87, 3702-ci hədis.

12 «Səhih Muslim», 15/169, 6167-ci hədis.

13 «Səhih hədislər silsiləsi», 5/373, 2295-ci hədis.

14 «Səhih hədislər silsiləsi», 5/263.

15 «Səhih hədislər silsiləsi», 5/643, 2488-ci hədis.

16«Səhih hədislər silsiləsi», 3/287, 1299-cu hədis.

17 «Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis.

18 «Səhihu-l-Buxari», 3/99.

19 Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82.

20 Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82.

21«Müstədrək», 3/107.

22 «101 sual», səh.72.

 


Baxılıb: 17714


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”