Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / V XƏLİFƏ: HƏSƏN BİN ƏLİ (radiyallahu anhumə)

V XƏLİFƏ: HƏSƏN BİN ƏLİ (radiyallahu anhumə)

V XƏLİFƏ:

HƏSƏN BİN ƏLİ (radiyallahu anhu)

 

 

Adı: əl-Həsən bin Əli (radiyallahu anhumə)

Atasının adı: Əli bin Əbu Talib (radiyallahu anhu)

Anasının adı: Fatimə (radiyallahu anhə) bint Məhəmməd (sallallahu aleyhi və səlləm)

Künyəsi: Əbu Məhəmməd

Anadan olduğu tarix: hicrətin 3-cü ilində ramazan ayının ortalarında Mədinə şəhərində anadan olmuşdur.

O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən və cənnətlə müjdə­lən­­­miş­­­lər­­dən­dir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə islam dininə yardım etmişdir. Əli (radiyallahu anhu) şəhid olduqdan sonra, səhabələrin şu­ra­­sı tərəfindən xəlifə seçilmişdir. O, 6 ay xəlifə olmuş və islam dininə fa­yda verən bir çox xeyirli işlər görmüşdür.

Gördüyü işlərin ən fəzilətlisi, iki müsəlman tayfasının arasına düşə­cək qardaş qırğınının qarşısını almasıdır1. Artıq bu barədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) sağlığında xəbər vermişdir: Əbu Bəkr (radiyallahu anhu) rəvayət edir ki, «Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Həsəni (radiyallahu anhu) göstərib demişdir: "Bu övladım (nəvəm) se­yid­dir2. Allah təala onun əli ilə müsəlmanlardan olan iki tayfanı islah edəcək"».3

Vəfat etdiyi tarix: Həsən (radiyallahu anhu) hicri tarixi ilə 50-ci ildə zəhər­lən­di­ri­lə­rək şəhid olmuşdur.4

 

Həsənin (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər:

1) Uca Allah buyurur:

«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»5

İbn Abbas (radiyallahu anhumə) İbn Məsud (radiyallahu anhu) İbn Ömər (radiyallahu anhumə) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) Həsən (radiyallahu anhu) və başqalarının olduqlarını təfsir etmişlər.6

2) Uca Allah buyurur:

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»7

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (radiyallahu anhu) üçün nazil olub və Həsən (radiyallahu anhu) də daxil olmaqla bütün möminlərə şamil edilir.8

3) Uca Allah buyurur:

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»9

Onu təsdiq edənlər Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) Həsən (radiyallahu anhu) və başqa möminlərdir.10

4) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz."»11

5) Bəra bin Azib (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həsəni (radiyallahu anhu) boynunda otuzdurub demişdir: "Allahım, həqiqətən mən onu sevirəm və Sən də onu insanlara sevdir!"»12

6) Uqbə ibnu-l-Haris rəvayət edir ki, «Əbu Bəkr (radiyallahu anhu) Həsəni (radiyallahu anhu) qucağına götürüb dedi: "Bu, Əlidən çox Peyğəmbərə (sallallahu aleyhi və səlləm) oxşayır". Bunu eşidən Əli gülümsədi».13

7) İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Əbu Bəkr (radiyallahu anhu) demişdir: «Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) əhli-beytini (ev əhlini) qorumaqla on­la­­rı mühafizə edin!»14

8) İraq əhli ibn Ömərdən (radiyallahu anhumə) həcc zamanı milçəyin (başqa rəvayət­də: ağcaqanadın) öldürülməsi haqqında soruşduqda o demişdir: «Onlar milçək haqqında soruşurlar, halbuki Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) reyhan kimi nəvəsini qətlə yetirmişlər. Həsən və Hüseyn (radiyallahu anhumə) onun reyhan qoxulu nəvələri idi».15

9) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həsən və Hüseyn cənnətdə olan cavanların seyyididir (yüksək mərtəbədədir)»16

10) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həsən məndəndir».17

11) İbn Kəsir rəvayət edir ki, «Həsən (radiyallahu anhu) sübh namazını qıldıq­dan sonra gün çıxana qədər Allahı zikr edib, sonra da gedib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinə salam verərdi».18



1 Bu hadisə hicrətin 41-ci ilində baş vermişdir.

2 Bu ləqəb Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəslindən olan şərəfli insanlara verilir. Bax: «əl-Mucəmu-l-Vasit», 1/461.

3 «Səhihu-l-Buxari», 7/118, 3746-cı hədis.

4 «Təqribu-t-Təhzib», səh.240 (1270-cı tərcümə).

5 «ət-Təhrim» surəsi, 4.

6 «Təfsir ibn Kəsir», 4/500.

7 «əl-Leyl» surəsi, 17-21.

8 «Təfsir ibn Kəsir», 4/762.

9 «əz-Zumər» surəsi, 33.

10 Ət-Tabəri, «Camiu-l-bəyan», 3/24.

11 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.

12 «Səhihu-l-Buxari», 7/119, 3749-cu hədis.

13 «Səhihu-l-Buxari», 7/119, 3750-ci hədis.

14 «Səhihu-l-Buxari», 7/119, 3751-ci hədis.

15 «Səhihu-l-Buxari», 7/119, 3753-cü hədis.

16«Səhih hədislər silsiləsi», 2/423, 796-cı hədis.

17«Səhih hədislər silsiləsi», 2/450, 811-ci hədis.

18 «əl-Bidəyə va-n-Nihəyə», 8/40.

 


Baxılıb: 19314


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”