Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / Dahi şairlərin şerlərindən

Dahi şairlərin şerlərindən

Dahi şairlərin

şerlərindən

 

Mürsəl nəbidən sonradır mötəbər,

Əbu Bəkrə tay olmamış bir nəfər.

Ömər dini-islama verdi rəvac,

Müsəlmanlığın başına qoydu tac.

Çatıb vəsf üçün Osmanın növbəti,

Həmi izzəti vardır, həmi isməti.

Xəlifə olub növbət ilə Əli,

Məhəmməd onu vəsf edibdir, bəli!

Demiş ki: «Əli olmasaydı əgər,

Qazanmazdı islam bunca zəfər».

 

Firdovsi

«Şahnamə», səh.19

 

 

Bu evə yeddi səqf yaratdın yenə,

Tapşırdın onu da dörd xəlifənə.

Siddiq1 sədaqətə olmuşdur rəhbər,

Faruqi2 fərq-dən uzaq bildilər.

O, Allahdan qorxan həyalı qoca3,

Tanrının şiriylə4 həmdərs olunca.

Dördü də bir yolun sarbanı oldu,

Dördü də bir ləkin reyhanı oldu.

Bu dörd xəlifəylə güldü məmləkət,

Hər ev dörd divarla qurular, əlbət.

Bu dördlük birləşdi qoca dünyada,

Bu dördbucaq evi gətirdi dada.

 

Nizami Gəncəvi,

«Leyli və Məcnun», səh.35

 

       

          Gözəldir, səpərək can gövhərini,

          Tərifə başlasam dörd yavərini.   

          Dörd gövhər satan var, dörd gövhər alan,

          Artıq-əskiyinə qarışmaz satan.

          Əlinin eşqinidə sabitqədəməm,

Ömər sevgisindən uzaq deyiləm.

Hər ikisi nur ilə nurlanır dimaq:

Əbu Bəkr bir şamdır, Osman bir çıraq.

Bu dərviş sifətli dörd böyük soltan,

Dünyaya olmuş dörd təkbir oxuyan.

 

Nizami Gəncəvi,

«İskəndərnamə», səh.28

 

 

 

«Quran» xəzinədir, şair, gərək sən,

Hər sözü alasan bu xəzinədən.

«Quran»a inandı Məhəmməd, Osman,

Özlərini ona etdilər qurban.

«Quran»ı bəzədi Osmanın qanı5,

Din yolunda şəhid etdi o canı.

Şəriətdən kənar elm yoxdur, bil,

Varsa qara xaldır, heç bilik deyil.

Qara xalı üzə heç çıxarma sən,

Gizlət ağ xal kimi iman əhlindən.

 

Xəqani Şirvani

«seçilmiş əsərlər» səh. 52



1 Əbu Bəkr (radiyallahu anhu) nəzərdə tutulur.

2 Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) nəzərdə tutulur.

3 Osman bin Əffana (radiyallahu anhu) işarədir.

4 Əli bin Əbu Talibə (radiyallahu anhu) işarədir.

5 Osman (radiyallahu anhu) öz evində xaricilər tərəfindən öldürülərkən qanı oxuduğu (öz əli ilə yazmış) «Quran»ın üzərinə tökülmüşdür.

 


Baxılıb: 17697


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”