Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / Son söz

Son söz

Son Söz

 

Peyğəmbərlər1 və elçilər2 bir-biri ilə qardaş olduğu kimi, səhabə­lər, xüsusən də xəlifələr bir-biri ilə qardaş idilər. Baxmayaraq ki, onlar­dan sonra çox fitnələr olmuş, lakin onlar öz zamanında bir-birinə qarşı çox mehriban, rəhmli olmuşlar. Uca Allah peyğəmbərlərin, elçilərin bi­ri­ni digərindən üstün etdi:

«Biz peyğəmbərlərin bə‘zisini digərlərindən üstün etdik»3

«Biz elçilərin bə‘zisini digərindən üstün etdik.4

Allah eləcə də səhabələrdən bəzilərini digərlərindən üstün etdi. Xü­su­sən də xəlifələr digərlərindən seçilirdi. İrbad bin Səriyə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəsiyyət edib demişdir: «Sizə Allahdan qorx­­­mağı və əmirə (xəlifəyə) qulaq asıb, ona itaət etməyi tövsiyə edi­rəm. Həqiqətən, məndən sonra çox ixtilaflar görəcəksiniz. O zaman mə­nim və xəlifələrimin sünnəsinə5 riayət edin».6 Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmri ilə Mədinə şəhərinə hicrət etmiş və beləliklə də bir-birinə qar­daş olmuşlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: «Mühacirlər dünya və axi­­rət­­də bir-birinin vəlisidir7».8

Bu müsəlman ümmətinin hər bir fərdinə səhabələrə münasibətdə mə­həb­bət, itaət, tabeçilik nümayiş etdirmək, onlardan nümunə götürmək, on­lar­la fəxr etmək, haqlarını müdafiə etmək və onlar üçün Allahın razı­lı­ğı­­nı diləmək vacibdir. Bu onların müsəl­manlar üzərindəki haqlarıdır. Çünki onlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra bu ümmətin yolunu işıqlandı­ran çıraqlardır.

Məhz onlar barəsində Uca Allah buyurur:

«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mü­ha­­cirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca ge­dən­­lərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdılar. Allah on­­lar üçün əbədi qalacaq­ları, (ağacları) altından çaylar axan cənnətlər ha­zırlamış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»9

Bu qısa oçerkdə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən olan, cən­nət­lə müjdələnən, nübuvvət məktəbində tərbiyə alan, islam həyatını onun ilk çağlarından yaşayan, otuz il islam ümmətinə rəhbərlik edən beş raşidi xəlifə barəsində danışdıq. Onların hamısı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xət­tini davam etdirmiş, onun sünnəsini rəhbər tutmuş və yolu ilə get­miş­lər.

Biz həmçinin öyrəndik ki, Əbu Bəkrdən (radiyallahu anhu) başlayaraq Həsənə (radiyallahu anhu) kimi onlardan heç biri hakimiyyətə öz istəyi ilə gəlməmiş, bu mə­su­liy­yətli işi onlara müsəlmanların şurası tapşırmışdır.

Allah onlardan razı olsun və yaxşı işlərdə bizi onların davamçısı etsin! Amin!



1 Nəbilər.

2 Rəsullar.

3 «əl-İsra» surəsi, 55.

4 «əl-Bəqərə» surəsi, 253.

5 Sünnənin lüğəti mənası «yol» deməkdir.

6 Əbu Davud. «Sünən», 12/234, 4594-cü hədis.

7 Burada: qardaşı, sevimlisi.

8 «Səhih hədislər silsiləsi», 3/30, 1036-cı hədis.

9 «ət-Tövbə» surəsi, 100.

 

 


Baxılıb: 16210


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”