Ana səhifə / Səhabələr / İmam Hüseyn / Ön söz

Ön söz

 

Ön söz

Həqiqətən, şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağış­lan­ma və bizi doğru yola yö­nəlt­­məyi dilə­yir, nəfs­imizin şərin­dən və pis əməl­lərimiz­dən qo­runmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah ki­mə hidayət verərsə, o, doğ­ru yol­da olar, kimi az­dırarsa, onu doğru yo­la yönəl­dən tapıl­maz. Mən şahidlik edirəm ki, Allah­dan başqa ibadə­tə haqqı olan mə­bud yoxdur, Onun şəri­ki yox­dur və şa­hid­lik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir.

 “Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğunuz halda ölün!”1

 “Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­cəsini ya­radan və on­lardan da bir çox kişi və qa­dın tö­rədib yer üzünə yayan Rəb­biniz­dən qorxun! Adı ilə bir-biriniz­dən cür­bəcür şeylər istə­diyiniz Allah­dan və qo­humluq əla­qələ­ri­ni kəsməkdən çəkinin! Həqi­qətən, Allah sizə nəzarət edir”.2

“Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz danı­şın ki, O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­lasın. Kim Alla­ha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qa­zanar”.3

Hörmətli oxucu, dəyərli müsəlman bacı və qardaşla­rım! Biz müsəlmanlar digər etiqad sahiblərindən Uca Allaha heç bir kəsi şərik qoşmadan şükrü və həmd sənanı yalnız Ona aid etdiyimizə görə fərqlənirik. Bu xüsusiy­yəti daşımağımızın özünün xüsusi bir şükrə ehtiyacı var. Biz, nemət gələndə şükr edir, müsibət üz verəndə də səbir edən toplumuq. Bizi belə Yaradan Allaha Həmd olsun! Bu risa­ləni də İslam tarixində baş vermiş ən böyük müsi­bətlərdən birinin mərkəzində dayanan, bu müsibətin bü­tün ağırlığını öz çiyinlərinə alan, amma, bir an olsun belə Allaha təvək­külünü itirməyən və səbir edən, özündən sonra gələcək ye­ni nəsil üçün bir örnək olan müsəlman qardaşımız İmam Hüseynə həsr etmişik. İmam Hüseyn o dərəcədə böyük şəxsiyyət olub ki, onun həyat və qəhrə­manlığını bu kiçik risaləyə yerləşdirməyin özü ciddilik­dən kənardır. Lakin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ailəsinin bu qəhrəman nümayəndəsinə olan sevgi və hörmətimizi kiçik risalə vasitəsi ilə də ifadə etmə­yimizi özümüzə şərəf və borc bilirik deyə səhih mənbələr­də bəzi araşdırmalar apardıq. İnsanlıq xislətimizdən irəli gələrək bu risalədə edə biləcə­yimiz səbəbsiz şişirtməyə və başqa xətalara görə Uca Allahdan qabaqcadan bağışlanma diləyir və bu risaləni yetişən nəslin tərbiyəsində onlara aşılanması vacib olan təvəkkül, səbir və Allah yolunda hətta canını belə vermə­yə hər an hazır olma kimi keyfiy­yətlərin formalaşmasında bir vasitə olmasını arzu edirik. İmam Hüseyn bu sadala­nan keyfiyyətləri həm qəlbində olan imanı, həm də konk­ret əməli ilə sübut etmiş bir qardaşımız olduğundan düşünürük ki, inşallah ona aid edilən bu risalə də gənc­lərimizin dəyanətli, səbirli və imanlı bir müsəlman kimi yetişməsinə az da olsa öz töhfəsini verə­cəkdir.

Əziz oxucu! Kitabın tərtibatı ilə bağlı bəzi məsələ­ləri diqqətinizə çatdırmaq istərdik. Bilirik ki, peyğəmbər­lərin, səhabələrin adlarını çəkərkən onlara hörmət əlaməti olaraq bəzi dualar edirik. Bunları onların adlarına bitişik şəkildə yerləşdirdik. Bunlardan, məsələn:

  “salləllahu aleyhi və səlləm”, mənası “ona Allahın sala­vatı və salamı olsun” bildirir.

 “radıyallahu anhu”   “Allah ondan razı olsun” mənasını verir, kişi cinsinə aid edilir.

 “radıyallahu anhə”   “Allah ondan razı olsun” mənasını verir, qadın cinsinə aid edilir.

 “radıyallahu anhumə”   “Allah onların ikisindən də razı olsun” mənasını verir.

Uca Allahdan başına müsibət gəlmiş bütün müsəl­man qardaşlarımız üçün səbir diləyir və onlara üz verən bu sıxıntıya səbir etmələrinin əcrini həm bu dünyada, həm də axirətdə verməsini arzu edirik.

 

Ə.Musayev

09.09.2009

 



1 “Ali-İmran” surəsi, 102.

2 “ən-Nisa” surəsi, 1.

3 “əl-Əhzab” surəsi, 70-71.

 


Baxılıb: 16288


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”