Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) fəzilətinə dair rəvayət edilmiş bəzi hədislər

İmam Hüseynin (radiyallahu anhu) fəzilətinə dair rəvayət edilmiş bəzi hədislər

İmam Hüseynin (radiyallahu anhu) fəzilətinə

dair rəvayət edilmiş bəzi hədislər

 

İmam Hüseynin barəsində bir çox hədislər rəvayət edilmişdir ki, bu hədislərin hamısı onun Peyğəmbərə (sallallahu aleyhi və səlləm), onun əhli-əyalına və onun səhabələrinə nə qədər əziz oldu­ğunu, onların Hüseyni nə qədər çox sevdiyini göstərir. Gə­lin bu hədislərdən bəzilərinə diqqət yetirək:

Rəvayət edilir ki, bir nəfər ibn Ömər­dən (radiyallahu anhumə) ağcaqa­nadın qanı barədə fitva istədi. İbn Ömər soruşdu: “Sən kim­lərdənsən?” Adam: “Mən İraq əhlin­dənəm”- de­yə cavab verdi. İbn Ömər de­di: “Buna bir baxın! Mən­dən ağcaqanadın qanı barədə fitva istəyir. Hal­buki, onlar Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsini öl­dürmüşlər. Mən Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Bu dün­yada Həsən və Hüseyn mənim üçün iki reyhan bitkisi kimi­dirlər”.1

Digər rəvayətdə deyilir ki, həcc ziyarətində bir nəfər Abdul­lah ibn Ömərdən ih­ramda2 olan adamın milçək öl­dürməsi ba­rədə soruşdu? İbn Ömər dedi: “Ay camaat! İraq əhalisi mil­çək haq­qında soruşur. Halbuki, onlar Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) qız nəvəsini3 öl­dürmüşlər. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) de­mişdir: “Bu dünya­da bunlar4 mə­nim üçün iki reyhan bit­kisi kimi­dirlər”.5

Səd ibn Əbu Vəqqas (radiyallahu anhu) rəvayət edir ki, Uca Allahın: “De: “Gəlin oğul­la­rımızı və oğulla­rını­zı, qadın­ları­mızı və qadınla­rını­zı, özümüzü və özünüzü çağı­raq, sonra isə dua edib yalan­çılara Allahın lənət etmə­sini dilə­yək”6 ayəsi nazil olduqda, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Əlini, Fati­məni, Həsəni və Hüseyni çağırıb dedi: “Alla­hım, bun­lar mə­nim əhli-beytimdır!”7

Aişə rəvayət edir ki, bir səhər Peyğəmbər (sallallahu aleyhi və səlləm) əynin­də qara yundan əba evdən bayıra çıxdı. Bu vaxt Əlinin oğlu Həsən, onun ardınca Hüsey­n, onun dalınca Fatimə, onun dalınca da Əli Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi və o, onları əbasının al­tına alıb bu ayəni8 oxudu: “Ey ev əhli! Allah sizdən gü­nahınızı silib apar­maq və sizi tərtəmiz etmək istəyir”9.

Rəvayət edilir ki, Əbu Hureyra (radiyallahu anhu) demişdir: “(Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əqra ibn Habisin yanında Hüseyni öpdü. (Bunu görən) Əqra dedi: “Siz uşaq­larınızı öpürsü­nüz?! Mənim on övladım var, amma mən onlardan heç birini öpmə­mişəm”. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona ba­xıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.10

Bureydə rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə verər­kən Hə­sən və Hü­seyn əyinlərində qırmızı köynək, özləri də büdrəyə-büdrəyə ona tərəf gəldi­lər. Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) minbərdən düşüb on­ları qucağına aldı, sonra da önündə oturdub dedi: “Allah doğru buyurmuşdur: “Həqi­qətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır”11 Mən bu körpələ­rə baxıb büdrəyə-büdrəyə gəldiklərini gö­rüb dözmə­dim, sözümü yarım­çıq qoyub onları yanıma qal­dırdım”.12

Yələ ibn Murra demişdir: “(Bir dəfə) biz Peyğəm­bərlə (sallallahu aleyhi və səlləm) birgə yola çıxdıq və yemək süfrəsinə dəvət olun­duq. O zaman Hüseyn yolda oynayırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) camaatın önündə yüyü­rərək əllərini Hüseynə tərəf açdı, gah o yana, gah da bu yana (sağa-sola) keçərək və uşağı güldürərək onu qucağına aldı. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bir əli ilə onun çənəsinin al­tından, o biri əli ilə də onun başından tutub onu (yün­gülcə) sıxaraq öp­dü. Sonra dedi: “Hüseyn məndəndir, mən də Hüseyndən! Həsən və Hüseyni sevən hər kəsi Allah da sevər. Onlar nəvələrin nəvəsidir.”13

Rəvayət edilir ki, Usamə ibn Zeyd demişdir: “Bir dəfə gecə mən bir işdən ötrü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ya­nına gəl­dim. O, evdən bayıra çıxdıqda əbasının altında nəsə var idi, lakin mən bunun nə olduğunu ayırd edə bilmədim. Mən işimi həll etdikdən sonra dedim: “(Ya Rəsulullah!) Əbanın altında saxladığın nədir?” O, əbasını qaldırdıqda mən Həsən və Hüseynin onun dizləri üstündə oturduğu­nu gördüm. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bunlar mənim nəvələrim, qızımın övladlarıdır! Allahım, mən onları sevi­rəm, Sən də həm onları, həm də onları sevən kəsləri sev!”14

Rəvayət edilir ki, Əbu Hureyra (radiyallahu anhu) demişdir: “(Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həsən və Hüseyni götürüb bizim yanı­mıza gəldi. Uşaqlardan biri onun (sağ) çiynində, o biri isə (sol) çiynində oturmuşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) (növbə ilə) gah bunu, gah da onu öpürdü. Nəhayət, gəlib bizim yanı­mıza çatdıqda bir nəfər dedi: “Ya Rəsu­lullah, sən, həqi­qətən də, onları çox istəyirsən!” Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­di: “Kim onları sevərsə, məni sevmiş olar, kim də onlara nifrət edərsə, mənə nifrət etmiş olar”.15

Rəvayət edirlir ki, ibn Abbas demişdir: “(Bir dəfə) mən günorta yatıb yuxuda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) gördüm. Saçla­rı dağınıq, üst-başı toz-torpaq içində idi, əlində də qanla do­lu bir şüşə tutmuşdu. Dedim: “Atam-anam sənə qur­ban, ya Rəsulullah, bu nədir?” Dedi: “Bu, Hüseynin və onun məsləkdaşlarının qanıdır. O gündən bəri əlimdə tutmu­şam.” Elə yuxuda gördüyüm gündə Hüseyni qətlə ye­tirdilər.”16

Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət etmişdir ki, Pey­ğəmbər bayram namazlarına gedərkən Fədl ibn Abbası, Abdullah ibn Abbası, Əlini, Cəfəri, Həsəni, Hüseyni, Üsamə ibn Zeydi, Zeyd ibn Harisəni və Əymən ibn Ummu Əyməni özü ilə aparar, yol boyu uca səslə təhlil və təkbir gətirərd17...”18



1 Səhih Ədəbul-Müfrəd, 85.

2 İhrama girmək – həcc və ya ümrə ziyarətini niyyət etmək.

3 Onların xəyanəti nəticəsində Hüseyn (radiyallahu anhu) Kərbəlada şəhid edilmişdir.

4 Burada Həsən və Hüseyn (radiyallahu anhumə) nəzər­də tutulur.

5Səhih əl-Buxari, 3753.

6 “Ali-İmran” surəsi, 61

7 Səhih Muslim, 2424.

8 “əl-Əhzab” surəsi, 33.

9 Səhih Muslim, 2404.

10 Tərğib vət-Tərhib, 2262.

11“ət-Təğabun” surəsi, 15.

12 Sünən ət-Tirmizi, 4143; Mişkatul-Məsabih, 6159.

13 Ədəbul-Müfrəd, 364.

14 Səhih Sünən ət-Tirmizi, 8/269.

15 Müsnəd imam Əhməd, 2/440; Müstədrək əl-Hakim, 3/166; Silsilətul Əha­­dis əs-Səhihə, 2895.

16 Müsnəd imam Əhməd, 1/283; Mişkatul-Məsabih, 6172.

17 Yəni, “Allahu Əkbər, Allahu Əkbər lə ilahə illəllah, Allahu Əkbər, Allahu Əkbər və lillahil-həmd” deyərdi.

18 Sünən əl-Beyhəqi, 3/279; Silsilətul Əhadis əs-Səhihə, 1/170.

 


Baxılıb: 17379


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”