Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) şəninə deyilən təriflər

İmam Hüseynin (radiyallahu anhu) şəninə deyilən təriflər

İmam Hüseynin (radiyallahu anhu) şəninə

 deyilən təriflər

 

İslam alimlərinin əksəriyyəti öz kitablarında həz­rəti Hüseyni tərifləmiş, onun necə böyük şəxsiyyət ol­duğu­nu göstərmiş və beləliklə də, ona olan sevgilərini açıq-aydın bəyan etmişlər.   

İbn Sirin demişdir: “Yəhya1 əleyhissəlamdan sonra göylər Hüseyndən (radiyallahu anhu) başqa heç kəsin ölümünə ağlama­mış­dır.”2

İbn Teymiyyə demişdir: “Həsən və Hüseyn Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) əhli-beytinin ən hörmətlilərindəndir. Be­lə ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Əlini, Fatiməni, Həsəni və Hüseyni əbası­nın altına alıb demişdir:3 “Alla­hım, bun­lar mənim əhli-beytimdır! Onların günahlarını sil apar və onları tər­tə­miz et!”4

İbn Teymiyyə həmçinin demişdir: “Aşura günü Allah Hüseynə (radiyallahu anhu) şəhid olmağı nəsib etməklə onun hör­mə­tini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə on­lara köməklik göstərənləri və bundan məmnun qalan­ları isə alçaltmış­dır. Hüseyn (möminlərə) gözəl nümunə ol­muş­dur. O da, qardaşı Həsən də Cənnətdəki cavanla­rın ən hörmətlisi olacaqlar. Həsən və Hüseyn İslam iz­zəti al­tında tərbiyə almış, üstəlik Uca Allah (Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm)-in) bu iki nəvəsini daha yüksəklərə ucaltmaq üçün onlara şəhid olmağı nəsib etmişdir. Hüseynin qətlə yeti­rilməsi, həqi­qətən də, böyük bir müsibətdir...”5

Yenə o demişdir: “Hüseyn ibn Əli Aşura günü qətlə yetirilmişdir. Onu həddini aşmış zalım bir tayfa qətlə yetirmişdir. Allah Həmzəyə, Cəfərə, Əli ibn Əbu Talibə və digərilərinə şəhidlik nəsib edib onların hörmə­tini ucalt­dığı kimi, Hüseynə də şəhid olmağı nəsib edib onun hör­mə­tini ucaltmışdır. Uca Allah bu minvalla onun məqa­­mını və dərəcəsini yüksəltmişdir. O da, qar­daşı Həsən də Cənnətdəki cavanların ən hörmətlisi ola­caqlar. Əlbət­tə ki, yüksək məqama ancaq sınaqlardan keçə-keçə nail olmaq olar. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm): “İnsanlar­dan ən çox kimlər sınağa çəkilir?”- deyə soruşduqda o demişdir: “İnsanlar arasın­da ən çox sınağa çəkilənlər peyğəmbər­lər, sonra əməlisa­lehlər, sonra da (əməllərin­də onlara) oxşa­yanlardır. Hər kəs imanına görə sınağa çəkilər. Əgər adam dinində möh­kəm olarsa, (əlbəttə ki,) başına gələn müsibətlər də çoxalar. Yox əgər zəif olarsa, onda imanı­na görə imtahana çəkilər. Möminin xətaları azaldıqca başına gələn müsibətlər də artar.” Hədisi Tirmizi və baş­qaları rəvayət etmişlər...”6

İbn Abdul-Bər demişdir: “Hüseyn olduqca hörmət­li, dindar, çoxlu oruc tutan, namaz qılan və həcc edən birisi idi.”7

Zəhəbi demişdir: “Əbu Abdullah Hüseyn ibn Əbul Həsən Əli ibn Əbu Talib ibn Abdulmuttəlib ibn Haşim, ibn Abdumənaf ibn Qusey əl-Qurəşi əl-Haşimi şərəfli imam, kamil əxlaq sahibi, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dünyadakı reyhan qoxulu sevimli nəvəsidir.”8

İbn Kəsir demişdir: “Hüseyn Peyğəm­bərdən (sallallahu aleyhi və səlləm) gözəl tərbiyə almış və hələ uşaq ikən Peyğəm­bəri (sallallahu aleyhi və səlləm) itir­mişdir. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ondan çox razı idi. Əbu Bəkr əs-Siddiq ona ehtiram göstərər və onu çox istəyərdi. Ömər və Osman da həmçi­nin. Hüseyn atasının yanında böyü­yüb boya-başa çatmış, ondan bir çox hədislər rəvayət et­miş, onunla birlikdə bü­tün döyüşlərdə iştirak etmiş­dir...”9

 

 

 

 

 



1 Yəhya əleyhissəlam yüz iyirimi dörd min peyğəmbərdən biridir. Atası Zəkəriyya və xalası oğlu İsa da peyğəmbər idi. Bu adı ona Allah Özü qoy­muşdur. Quranda deyilir: “Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam. Mən özümdən sonra gə­lən qo­hum­larımdan dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!” Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!” Məryəm surəsi, 3-7.

2 Siyər Əlam ən-Nubəla, 3/312.

3 Səhih Sünən ət-Tirmizi, 2979.

4 Minhac əs-Sünnə, 4/561.

5 Məcmu Fətava, 4/511.

6 Məcmu Fətava, 4/201.

7 əl-İstiyab, 1/377.

8 Siyər Əlam ən-Nubəla, 3/280.

9 əl-Bidayə vən-Nihayə, 11/476.

 


Baxılıb: 16657


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”