Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) Cənnətlə müjdələnməsi

İmam Hüseynin (radiyallahu anhu) Cənnətlə müjdələnməsi

İmam Hüseynin (radiyallahu anhu)

Cənnətlə müjdələnməsi

 

Həqiqətən, insanın dünyada ikən, qulağı eşidə- eşidə Allahın Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tərəfindən Cənnətlə müj­dələnməsi böyük uğur və əvəzolunmaz bir nemətdir. Bu isə ancaq bəzilərinə nəsib olmuşdur. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sevim­li nəvəsi Hüseyn də belələrindən olmuşdur. Xoş onun halına! Bir dəfə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Hüseyni göstərib de­mişdir:

“Kim Cənnət­dəki cavanların ən hör­mətlisini gör­mək istəyirsə, buna baxsın”.1

O həmçinin demişdir:

 “Həsən və Hüseyn Cənnət­dəki cavanların ən hör­mətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirli­dir”.2

O həmçinin demişdir:

“Həsən və Hüseyn Cənnətdə­ki cavanların ən hör­mətlisi olacaqlar. Yalnız xala uşaq­ları – Məryəm oğlu İsa və Zəkəriyya oğlu Yəhya istisna­dır. Fatimə də Cən­nətdəki qadınların ən hörmətlisi olacaq. Yalnız İmra­nın qızı Məryəm istisnadır”.3

İmam Hüseyn (radiyallahu anhu) Allah yolunda şəhid olmuşdur. Şəhidlər haqqında isə Uca Allah Qurani Kərimdə belə buyurur:

“Allah yolunda öldürü­lən­ləri əsla ölmüş sanma. Əksi­nə, on­lar diridirlər, özlə­rinin Rəbbi yanında onla­ra ruzi ve­rilir. Onlar Allahın Öz lüt­fün­dən on­lara ver­di­yi nemət­lərə se­vi­nir, ar­xala­rınca gəlib hələ on­la­ra çat­­ma­mış kəs­lərin heç bir qor­xu ilə qar­şılaşmaya­caqları­na və onla­rın kədərlən­mə­yə­cəklə­ri­nə fə­rəh­lə­nirlər. Onlar Allahın nemə­ti­nə, lütf­kar­lı­ğına, həm də Alla­hın mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağına se­vinirlər”.4



1Müsnəd Əbu Yələ, 1874; Səhih ibn Hibban, 237; Silsilətul-Əhadis əs-Səhi­hə, 4003.

2Müstədrək əl-Hakim, 3/167; Silsilətul-Əhadis əs-Səhi­hə, 796; Səhih əl-Cami, 47.

3 Sünən ən-Nəsai, 8169; Müstədrək, 4778; Mocəm əl-Kəbir, 2610; Səhih ibn Hibban, 6959; Şərh əs-Sünnə, 14/138; Silsilətul Əhadis əs-Səhihə, 796; Səhih əl-Cami, 5492.

4 “Ali-İmran” surəsi, 169-171.

 


Baxılıb: 16403


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”