Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) yaxınlarının Mədinəyə göndərilməsi

İmam Hüseynin (radiyallahu anhu) yaxınlarının Mədinəyə göndərilməsi

İmam Hüseynin (radiyallahu anhu) yaxınlarının

Mədinəyə göndərilməsi

 

Baş vermiş bu müsibətdən sonra Yezid ibn Müaviyə Hüseynin yaxınlarına istədikləri hər bir şeyi verib Mədi­nəyə gön­dərdi. Yezid Nomən ibn Bəşirə onların bütün ehti­yaclarını ödəməyi tapşırdı. Əhli-beyt yola düşmək istə­diyi vaxt Ye­zid Hüseynin oğlu Əlini (Zeynalabidini) yanına çağırıb dedi: “İstəyirsənsə, bizim yanımızda qal, sənin haqqını layiqincə ödəyək?” Lakin Əli ibn Hüseyn Mədi­nəyə qayıtmağı üstün tutdu. Əli ibn Hüseyn çıxıb getmək is­tədikdə Yezid ona üzrxahlıq edib dedi: “Allah ibn Mərca­nəyə1 lənət eləsin! Vallahi, Hüseyn məndən nə istəsəy­di, ona istədiyini verərdim, həmçinin onu müda­fiə et­mək üçün də əlimdən gələni edərdim. Lakin bu, Allahın qəza­vü-qədəridir. Sənin də nəyə ehtiyacın olsa, mənə yaz!”

Bundan sonra Yezid otuz nəfər atlı təyin edib Hüsey­nin ailəsini Mədinəyə qədər müşayiət etməyi onlara tap­şır­dı. Beləliklə də, onları sağ-salamat Mədinəyə çatdır­dılar.2

İbn Kəsir yazır ki: “Yezid Hüseynin yaxınlarına is­tədikləri hər bir şeyi vermiş, əhli-beytə böyük ehtiram göstərərək onları Mədinəyə yollamış, üstəlik onun öz ailəsi Hüseynə və Kərbəlada onunla birgə şəhid olanlara ağlamışlar”.3

 



1 Yəni Ubeydullah ibn Ziyada.

2Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/393; Minhac əs-Sünnə, 4/559.

3əl-Bidayə vən-Nihayə, 8/232.

 


Baxılıb: 16189


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”