Ana səhifə / Səhabələr / İmam Hüseyn / O dövrdəki bəzi əmirlərin mövqeyi

O dövrdəki bəzi əmirlərin mövqeyi

 

O dövrdəki bəzi əmirlərin mövqeyi

 

– Müaviyənin dövründə Mədinənin valisi olmuş Vəlid ibn Utbə ibn Əbu Süfyanın mövqeyi:

Vəlid ibn Utbə Hüseynə qarşı sərt və kobud olma­yacağını, ona qarşı güc tətbiq etməyəcəyini və əllərini onun qanına bulamayacağını bildirib demişdir: “Vallahi, mən istəmərəm ki, dünya dolusu var-dövlətə sahib olam, əllərim də Hüseynin qanına bulaşmış olsun. Süb­hanəllah! Hüseyni qətlə yetirməkmi olar?! Xeyr, mən bu işə qol qoymayacağam. Vallahi, Hüseynə əl qaldıranların günahları Qiyamət günü Allahın hüzurunda olan əməl tərəzisinə qoyulacaqdır.1

Budur, Mədinənin əmiri Vəlid ibn Utbənin ürəkaçan mövqeyi. Hərçənd o, yəqin bilirdi ki, bu mövqeyinə görə Yezid onu tutduğu vəzifədən kənarlaşdıra bilər, hətta atdığı bu addım onun edam edilməsi ilə də nəticələnə bi­lər, lakin bununla belə malını-mülkünü və tutduğu vəzi­fəni itirməyi, Hüseynə qarşı çıxmaqdan üstün tutmuşdur.2

– Müaviyənin dövründə Kufənin əmiri olmu­ş No­mən ibn Bəşir əl-Ənsarinin mövqeyi:

Nomən ibn Bəşir Hüseynin Kufəyə yollandığını, Muslim ibn Əqilin də artıq kufəlilərdən beyət aldığını bildikdə camaatı bir araya yığıb onlara gözəl bir xütbə vermiş, onları fitnə-fəsad törətməkdən və firqələrə bö­lünməkdən çəkindirmiş, onlarla olduqca yumşaq rəftar edəcəyini, heç kəsin barəsində pis zənn etməyəcəyini və heç kəsi ittiham etməyəcəyini söyləmişdir. Əməvilər ona etirazlarını bildirib: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən”- de­yəndə, Nomən ibn Bəşir demişdir: “Allahın itaətində duraraq zəiflərdən olmaq mənim üçün Allaha asi olub “hörmət sahiblərindən” olmaqdan daha xoşdur”.3

Əlbəttə ki, Allah təbarəkə və təalənin razılığını qa­zanmaq müsəlmanın çatdığı ən yüksək məqamdır. Bu da Allahın Cənnətdə Öz mömin qullarına bəxş etdiyi ən böyük mükafatdır. Bu xüsusda Uca Allah buyurur:

“Allah mömin kişilərə və mömin qa­dınlara ağac­la­rı al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları Cən­nət bağları və Ədn bağ­la­rın­da gözəl məskən­lər vəd et­miş­dir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğur­dur.”4 Peyğəm­bərimiz (sallallahu aleyhi və səlləm) isə bu xüsusda belə demişdir:

 

Ulu və Uca Allah Cənnət əhlini çağırıb buyuracaq: “Ey Cənnət əhli!” Onlar: “Bu­yur, ey Rəbbimiz, əmrinə müntə­zirik!”– deyə cavab verəcəklər. Allah soruşacaq: “Razı qaldınız­mı?” Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qal­mayaq?! Axı Sən bizə, yaratdıq­larından heç kəsə vermə­diyin ne­mət­ləri bəxş etmisən!” Allah buyuracaq: “Mən sizə bun­dan da yaxşısını verəcəyəm!” Onlar deyə­cək­lər: “Ey Rəbbi­­miz! Bundan yaxşı nə ola bilər ki?” Allah buyuracaq: “Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mə­nim sizə heç vaxt qəzəbim tutmayacaq”.5

– Hur ibn Yezidin mövqeyi:

Hur ibn Ye­zid ibn Ziyadın adamlarına: “Allah sizi islah etsin! Siz bu kişi6 ilə vuruşmaq istəyirsiniz?!”- de­yib Hüseynin camaatına qoşuldu və uca səslə dedi: “Ey Kufə əhli! Hüseyni bura çağırmışdınız ki, onu (bu zalım­lara) təslim edəsiniz?! Əvvəlcə onun yolunda canı­nızdan keçəcəyinizi söyləyirdiniz, indi isə ona qarşı vuruşmağa hazırlaşırsınız?! Onun xoşluqla çıxıb getməyinə də mane oldunuz. Siz Muhəmməd Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) nə pis xələflər oldunuz!” Sonra Hur əks hücuma keçərək düş­mənlə vu­ruşub şəhid oldu.7

Allah ona rəhmət eləsin!

 



1 Tarix Xəlifətu ibn Xayyat, 234; Rəyu şeyxul-İslam, 6/259.

2 əl-Əməviyyin beynəş-Şərq vəl-Ğərb, 1/239.

3 Tarix Xəlifətu ibn Xayyat, 234; Rəyu şeyxul-İslam, 6/277.

4 “ət-Tovbə” surəsi, 72.

5 Səhih əl-Buxari, 6549.

6 Həqiqətən də, Hüseyn Allahın Öz müqəddəs Kitabında təriflədiyi əsl kişilərdən idi. “O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar”. ən-Nur, 37; “Mö­min­lərin içərisində Alla­hla bağladıqları əhdə sadiq qa­lan ki­şi­lər vardır. Onlar­dan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər”. əl-Əhzab, 23; Mömin kişilərə zülm etmiş: “Günahkarlar isə deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adam­lar saydı­ğımız kişiləri burada (Cəhənnəmdə) görmürük? Biz onları haqsızcası­namı məsxə­rə­yə qoyurduq? Nə isə, onlar gö­zə dəy­mirlər?” Sad, 62-63. 

7 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/355-356.

 


Baxılıb: 16474


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”