Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) qətlinə bais olan zalımlar

İmam Hüseynin (radiyallahu anhu) qətlinə bais olan zalımlar

İmam Hüseynin (radiyallahu anhu) qətlinə

bais olan zalımlar

 

a) Kufəlilər:

Məhz kufəlilər Hüseynə yüzlərlə məktub yazıb on­dan Kufə­yə gəlməyi tələb etmişdilər. Lakin ibn Ziyad Kufəyə əmir təyin edildikdən sonra hamısı ondan üz döndərmiş, ona köməklik göstərməkdən boyun qaçır­mış, hətta bəziləri ibn Ziyadın ordusuna qoşulub ona qarşı vuruşmuşdur. İbn Kəsir öz kitabında1 kufəlilərin Hüseynə olan münasibətini belə açıqlamışdır: “Kufəlilə­rin demək olar ki, hamısı onu qoyub qaçmışdı. O zaman Hüseyn kufəlilərin ordusu ilə üzbə-üz gəldikdə onların böyüklərinə xitab edib demişdi: “Ey Şəbis ibn Rəbi! Ey Hicar ibn Əbcər! Ey Qeys ibn Əşəs! Ey Yezid ibn Haris! Məgər siz mənə yazmırdınız ki, artıq meyvələr dəyib, vahə yaşıllaşıb, vadilər su ilə dolub?!” Onlar isə cavabın­da: “Xeyr, biz heç nə yazmamışıq”- dedilər. Hüseyn təəccüblə: “Sübhanəllah! Vallahi ki, bunları siz yazmısı­nız”- dedi, sonra əlavə etdi: “Ay camaat! Əgər məni istə­mirsinizsə, qoyun çıxım gedim”.2 Bu deyilənlərə mə­həl qoymayan zalım kufəlilər onu qətlə yetirdilər.

Hüseyn ibn Əlinin ölüm xəbəri Ummu Sələməyə yetişdikdə o, İraq əhlini lənətləyib demişdir: “Onlar onu öldürdülər, Allah onları öldürsün! Ona xəyanət etdilər, Onu aldatdılar, Allah onlara lənət eləsin!”3

Bağdadi öz “əl-Fərq beynəl-Firəq” kitabında deyir ki: “Kufənin rafiziləri aldatmaqda və paxıllıqda məşhur­durlar. İnsanlar bu yaramaz sifətlərə misal çəkəndə on­ları misal çəkirlər və deyirlər: “Filankəs kufəlidən be­tər paxıl adamdır” və ya “kufəlidən betər xəyanətkardır”4

b) Kufə valisi Ubeydullah ibn Ziyad:

İbn Ziyad Muslim ibn Əqili, dalınca da Hani ibn Urvanı qətlə yetirdikdən sonra bu əməlinə görə Yezid onu qınamamış ona etiraz etməmişdi. Elə bu səbəbdən də ibn Ziyad bir az da azğınlaşmış və Hüseynə belə əl uzat­maqdan çəkinməmişdir. 5

İbn Ziyad əmir olduğundan özünü çox dartırdı. Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsi Hüseyn hara, ibn Ziyad hara. Heç ibn Ziyad ona tay ola bilərdimi?! Elə bu səbəbdən də Hüseyn ona beyət etmək istəməmiş və etirazını bildirib demişdir: “Mən alçaq adamın əlini sıxmayacağam”.6

İbn Ziyad, həqiqətən də, zalım və qaba xasiyyətli bir adam idi. Bir dəfə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsi Aiz ibn Amr əl-Muzəni (radiyallahu anhu) onun yanına gəlib dedi: “Oğlum! Mən Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Hökmdarların ən pisi qəddar və amansız olanı­dır!” Sən onlardan olma! İbn Ziyad isə cavabında ona demişdir: “Gəl otur! Sən sa­dəcə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabə­lərinin kəpəyindən birisən.7” Aiz dedi: “Məgər onların kəpəyi olub?! Kəpək onlardan sonra meydana gəlmiş­dir.”8 İbn Ziyadın bu ko­bud rəftarı onun nə cür yaramaz insan olduğundan xəbər verir.

İbn əs-Səlah demişdir: “Hüseynin (radiyallahu anhu) öldürülməsi­nə dair əmri məhz ibn Ziyad vermişdir.”9

Yusuf demişdir: “Biz deməliyik ki, Hüseynin (radiyallahu anhu) qətlinə görə məsuliyyəti Şimr və Ubeydullah ibn Ziyad daşıyır.”10

Danılmaz həqiqətdir ki, bu hadisəyə görə ən böyük günah ibn Ziyadın boynuna düşür. Çünki məhz o, Hüseynin təkliflərini rədd etmiş, onun sakitcə çıxıb get­məyinə əngəl törətmişdir. Tarix onun etdiyi əməllərini həddən ziyadə pisləmiş, onun nə qədər azğın və nə qə­dər qəddar olduğu­nu göstərmişdir.11

Zəhəbi Ubeydullahın tərcümeyi-halının axırında de­mişdir: “Ona və onun kimilərinə lənət oxumaqla heç nə dəyişən deyil. Biz ancaq onlara nifrət etməli və onlardan uzaq ol­duğumuzu göstərməli, fərdlərə lənət oxumamalı və onları Allaha tapşırmalıyıq”.12

c) Ordu başçısı Ömər13 ibn Səd ibn Əbu Vəqqas:

Hüseynin (radiyallahu anhu) qətlinə görə məsuliyyət həmçinin or­du başçısı Ömər ibn Sədin boynuna düşür. O cür sələfin bu cür xələfi – o cür atanın bu cür oğlu.14

Bir həqiqəti etiraf etmək lazımdır ki, Ömər ibn Səd dörd minlik qoşunla Hüseynlə vuruşmağa çıxmamışdır. Əksinə, o, deyləmlərlə vuruşacaqdı. Lakin sonradan ibn Ziyad Ömərə xəbər göndərib ordunu Hüseynə qarşı çe­virməyi əmr etmiş və demişdir: “Əvvəlcə Hüseynin üs­tünə get! Onun məsələsini həll etdikdən sonra Deylə­mə gedərsən”. Əvvəl-əvvəl Ömər buna boyun olmasa da, ibn Ziyad ona hədə-qorxu gəldikdən sonra razılıq ver­mişdir. Ömər ibn Sədin bacısı oğlu Həmzə ibn Muğira ibn Şöbə onun bu mövqeyinə etirazını bildirib ona de­mişdi: “Dayı, səni and verirəm Allaha, Hüseynin üstünə getmə, Rəbbinin qəzəbinə gələrsən. Vallahi ki, sənin üçün dünyanı, var-dövlətini və vəzifəni itirmək, Allahın hüzuruna əlin Hüseynin qanına bulaşdığı halda getmək­dən daha xeyirlidir”.15

Lakin Ömər ibn Səd bu nəsihətə məhəl qoymayıb nəfsinə uymuşdur. Onun nəfsi dünyaya və vəzifəyə bağ­lı olduğundan o cür insana əl qaldırmışdır. Həqiqətən də: “...nəfs adama pis işləri əmr edər”.16

 



1 əl-Bidayə vən-Nihayə, 8/179.

2 Ənsab əl-Əşraf, 3/227.

3 Məcmə əz-Zəvaid, 15145; Fədail əs-Səhabə, 2/782.

4 əl-Fərq beynəl-Firəq, 1/26.

5 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 293.

6 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/342.

7 Burada ibn Ziyad səhabələri un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntılarına bənzədir.

8 Səhih Muslim, 6/9-10; Səhih ibn Hibban, 4494; Müsnəd Əhməd, 5/64; Silsilətul Əhadis əs-Səhihə, 2885.

9 əl-Qeyd əş-Şərid, 13-cü vərəq.

10 Dövlə əl-Əməviyyə, 2/173.

11 Abdul Məlik ibn Mərvan vəd-Dövlətul-Əməviyyə, 105.

12 Siyər Əlam ən-Nubələ, 3/549.

13 “(Vaxtı ilə) Səd ibn Əbu Vəqqas ((sallallahu aleyhi və səlləm)adiyallahu anhu) (fitnə-fəsaddan uzaq durmaq məq­sədilə) çöldə dəvələrini otararkən oğlu Ömər onun yanına gəldi. Səd ibn Əbu Vəqqas onu görəndə: “Bu gələn atlının şərindən Allaha sığınıram!”- dedi. Oğlu onun yanına gəlib çatdı və atdan enib ona dedi: “Sən (burada) dəvə və qoyun otarırsan, camaat isə öz aralarında xilafət üstündə mübahisə edirlər”. Onda Səd (yavaşca) onun sinəsindən vurub dedi: “Sus! Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Allah, Ondan qorxan, (aza) qane olan və xəlvətə çəkilib (öz işi ilə məşğul olan) qulunu sevər”. Səhih Muslim, 7621.

14 Yəni Allahın razı qaldığı, Cənnətlə müşdələnmiş Səd ibn Əbu Vəqqas kimi nümunəvi səhabənin belə naxələf oğlu olmuşdur. Bu, heç də təəccüblü deyildir. Çünki Allahın ilk elçisi olmuş Nuh Peyğəmbərin oğlu da naxələf olmuşdur. Quran onların hekayəsini bizə belə anladır: “Nəhayət, əmrimiz gəl­di­yi və tən­dir qaynayıb daşdığı za­man Biz Nuha dedik: “Hey­vanların hər növündən bir cüt, ba­rə­­lə­rin­də söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gə­­ti­rən­ləri gəmiyə min­dir”. Lakin, onunla bir­likdə az adam iman gə­tirmişdi. Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhm­lidir”. Gəmi onları dağlar kimi dal­ğalar içə­risində apardığı za­man Nuh kə­nar­da du­ran oğlu­nu səs­ləyib dedi: “Oğ­lum! Bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma!” O dedi: “Məni sudan qo­ru­yacaq bir dağa sığınaca­ğam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bil­­məz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda bo­ğu­lanlardan oldu. Sonra deyildi: “Ey yer, su­yunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: “Məhv olsun zalım adamlar!” Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin ən hik­mətlisisən!” Allah buyurdu: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, o, pis bir iş tutmuşdur. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən olmamağı tövsiyə edirəm”. Nuh dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram”.

15 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/335.

16 “Yusuf” surəsi, 53.

 


Baxılıb: 16841


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”