Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseyni (radiyallahu anhu) qətlə yetirənlərin cəzası

İmam Hüseyni (radiyallahu anhu) qətlə yetirənlərin cəzası

İmam Hüseyni (radiyallahu anhu)

qətlə yetirənlərin cəzası

 

 

İbn Kəsir demişdir: “Hüseyni qətlə yetirənlərin ba­şına gələn müsibətlərə dair nəql edilmiş rəvayətlərin əksəriyyəti səhihdir. Demək olar ki, onların hamısı dün­yada ikən cürbəcür bəlalara düçar olmuş, kimisi xəstəlik tapmış, kimisi də dəli olmuşdur”.1

İbn Teymiyyə demişdir: “Zuhrinin: “Hüseyni qətlə yetirənlərin hər biri hələ dünyada ikən cəzasına çatmış­dır” sözündə həqiqət var...”2

Ayni demişdir: “Uca Allah fasiq, zalım Ubeydul­lah ibn Ziyadın cəzasını vermişdir. Allah onu hicrətin altmış yeddinci ilində Mövsuldan beş fərsəx3 uzaqda yerləşən əl-Cazir deyilən bir yerdə İbrahim ibn Əştər ən-Nəxəinin əli ilə məhv etmişdir. Onu da ibn Ziyadın üstünə Muxtar ibn Əbu Ubeydə əs-Səqəfi göndərmişdir. İbn Ziyad öl­dürül­dük­dən sonra həm onun, həm də tərəfdarlarının başları Mux­tarın hüzuruna gətirildi. Bu vaxt bir ilan gə­lib ibn Ziya­dın ağzından girib burnundan çıxdı, sonra burnun­dan girib ağzından çıxdı. Sonra Muxtar onların başlarını Məkkəyə Muhəmməd ibn əl-Hənəfiyyəyə, bəzi rəvayət­lərə görə Abdullah ibn Zubeyrə göndərdi, cəsəd­lərini isə yandırdı...”4

İbn Abdul-Bər demişdir: “Hüseyn hicrətin 61-ci ilində aşura günü qətlə yetirilmişdir. (Onun qətlinə bais olmuş zalım) Ubeydullah ibn Ziyad hicrətin 67-ci ilində aşura günü öldürülmüşdür. Onu İbrahim ibn Əştər öldürmüş, sonra da başını kəsib Muxtara göndərmişdir. Muxtar da onu Abdullah ibn Zubeyrə, o da Əli ibn Hüseynə (Zeynalabidinə) göndərmişdir.”5

Muxtar Əşəs ibn Rəbinin, Amr ibn Həccacın, Mu­həm­məd ibn Əşəsin və Ömər ibn Sədin kufə ziyalıları ilə birlikdə Bəsrəyə yollandığını biləndə onların ardınca adam göndərdi, onlar da Ömər ibn Sədi tutub Muxtarın yanına gətirdilər. Muxtar dedi: “Səni tutmağa bizi mü­vəffəq edən Allaha həmd olsun! Vallahi ki, mən səni qanına qəltan etməklə Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əhli-beytinin qəlbini şad edəcəyəm.” Sonra: “Ey Keysan, bu­nun boynunu ver!”- dedi, Keysan da onun boynunu vur­du. Muxtar onun başını götürüb Mədinəyə - Muhəmməd ibn əl-Hənəfiyyəyə göndərdi. Bundan sonra Muxtar Şimr ibn zil-Cövşənin dostları ilə birlikdə Bəsrənin yaxın­lığında qaldığını öyrəndi və öz adamlarını onların üstü­nə göndər­di. Beləliklə də, Muxtar onların hamısının axırına çıxdı.6

Rəvayət edilir ki, Əbu Rəca əl-Utaridi demişdir: “Heç vaxt Əlini ((sallallahu aleyhi və səlləm)adiyallahu anhu) və ya onun əhli-beytindən bir kimsəni söy­məyin. Bi­zim Bəlhəcimdən olan bir qonşumuz var idi. Bir dəfə o: “Gördünüz, fasiq Hüseyn ibn Əlini Allah ne­cə öldür­dü?!”- dedi. Elə bu vaxt göydən iki şölə düşüb onun gözlərini kor elədi”.7

 



1 əl-Bidayə vən-Nihayə (Dövhə ən-Nəbəviyyədən), səh: 129.

2 Minhac əs-Sünnə, 4/560.

3 Bir fərsəx 5760 metrə bərabərdir.

4 Tohfətul Əhvəzi, 10/178; Siyər Əlam ən-Nubələ, 3/549.

5 əl-İstiyab, 1/82.

6 Əxbar ət-Tival, 1/301-303.

7 Mocəm əl-Kəbir, 3/119. Heysəmi bu rəvayətin isnadının səhih olduğu­nu demişdir.

 


Baxılıb: 16548


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”