Ana səhifə / Səhabələr / İmam Hüseyn / Yezidə münasibət

Yezidə münasibət

Yezidə münasibət

 

Əksər tarixçilər Yezid ibn Müaviyənin Hüseynin qətlinə hökm vermədiyini söyləmişlər. Lakin danıl­maz həqi­qətdir ki, o, ibn Ziyada mək­tub yazıb Hüseynin İra­qa girməyinin qarşısını almağı ona tapşırmışdır. Ye­zid Hüseynin qətlə yetirildiyini eşitdik­ə məyus ol­muş, hət­ta ağlamışdır, üstəlik onun qadınları və uşaqları ilə hör­mətlə davran­mış, onları öz adamlarının müşayiəti ilə Mədinəyə göndərmişdir. O ki qaldı, Yezi­din Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) əhli-beytindən olan bu qa­dınlardan cari­yə1 kimi is­ti­fadə etməsinə, onları Şama gön­dərib orada on­larla­ pis rəftar etməsinə və başqa bu kimi cəfəngiyat­lara, bütün bunlar uydurma yalanlardır...”2

Düzdür, Yezid Hüseynin qətlə yetirilməsinin əley­hinə ol­muş, hətta ibn Abbasa məktub yazıb Hüseyni bu iş­dən çə­kindirməyi xahiş etmiş, üstəlik Hüseynin ölüm xəbə­rini eşitdikdə ağlayaraq ibn Ziyadı lənətləmişdir, la­kin bütün bunlar onu törədilmiş bu cinayətin məsuliyyə­tindən azad etmir. Belə ki, o, açıq-aydın bir məktub yazıb Hüseynə toxunmamağı, onunla mülayim rəftar etməyi ibn Ziyada əmr edə bilər­di.3

Yezid ibn Müa­viyəyə münasibət bəsləyənlər üç qis­mə bölünür. Kimisi onu lənətləyir, kimisi onu sevir kimi­si də orta mövqe tutaraq onu nə sevir, nə də lənətləyir.

– Bir tərəf onu kafir, münafiq adlandırır, onu Pey­ğəmbərimizin (sallallahu aleyhi və səlləm) sevimli nəvəsinin ölümündə günahlan­dı­rır, Bədr döyüşündə Əlinin, Həmzənin və Ubeydənin əli ilə qətlə yetirilmiş ana babası Utbə ibn Rəbiənin, onun qardaşı Şeybə ibn Rəbiənin və dayısı Və­lid ibn Utbənin inti­qamını aldığını iddia edir.

– Digər tərəf Yezidin əməlisaleh insan, ədalətli rəh­bər, üstəlik Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabəsi olduğunu, onun zama­nında dünyaya gəldiyini, onun xeyir-duasına nail olduğunu iddia edir.4

– Üçüncü tərəf  isə onun digər hökmdarlar kimi adi bir hökmdar olduğunu, özünə layiq yaxşı və pis işlər gördü­yünü, kafir olmadığını, Hüseynin ölümündə əli ol­duğu­nu, Mədinə əhlini amansızcasına qırdığını, nə səha­bə, nə də ki Allahın sevimli əməlisaleh qullarından oldu­ğunu deyir. Bu da İslam alimlərinin əksəriyyətinin fikri­dir. Bu alimlər onu nə lənətləyir, nə də sevirlər.

İmam Əhməd ibn Hənbəlin oğlu Saleh demişdir: “(Bir dəfə) mən atama dedim ki, bəzi adamlar Yezidi sevdiklərini söyləyirlər. Atam dedi: “Oğlum! Heç Allaha və Axirət günü­nə iman gətirmiş adam Yezidi sevə bilərmi?!” De­dim: “Ata­can! Bəs niyə onu lənətləmirsən?” Dedi: “Oğ­lum! Sən heç mənim kiməsə lənət oxuduğumu görmü­sənmi?!”

Digər rəvayətdə deyilir ki, o, atasından Yezid barə­sində soruşduqda atası demişdir: “Yezid Mədinədə çox günahlar işlətmişdir”. Oğlu ondan: “O, nələr etmişdir?”- deyə soruşduqda o, demişdir: “O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) neçə-neçə səha­bəsini qətlə yetirmişdir.” Oğlu: “Ondan hədis rəvayət etmək olarmı?”- deyə soruşduqda, o: “Xeyr, on­dan hədis rəvayət etmək olmaz”- deyə cavab vermişdir.

Əbu Muhəmməd əl-Məqdisidən Yezid barəsində soruşduqda o demişdir: “Düşünürəm ki, onu nə söymək olar, nə də lənətləmək”.x5

Bu, həqiqətən də, orta mövqedir. Müsəlman heç bir fərdə lənət oxumamalıdır. Və əgər lənət oxumağı labüd sayırsa, onda Allahın bizə öyrətdiyi kimi ümumi şəkildə de­məlidir ki: “Allahın lənəti olsun zalımlara!”6 və ya “Allah kafirlərə lənət eləsin!”7 Aşağıdakı iki hədisə nə­zər salsaq hər şey aydın olar:

   “Ömər ibn Xəttab (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) döv­ründə “uzun­qulaq” ləqəbi ilə tanın­mış Abdul­­lah adlı birisi var idi. Bu adam (arabir) Pey­ğəm­bəri (sallallahu aleyhi və səlləm) güldü­rərdi. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) ona şərab içdiyinə görə şallaq vurmağı əmr etmişdi. (Ye­nə) bir gün onu (şərab içdiyinə görə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gətir­dilər və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmri ilə ona şallaq vurdular. Bu vaxt camaatın arasından bir nəfər: “Allahım, ona lənət et! Onu nə tez-tez bura gətirirlər!”– dedi. (Bunu eşidəndə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyur­du: “Ona lənət oxu­mayın! Vallahi, mən yəqin bilirəm ki, o, Allahı və Onun rəsulunu sevir”.8

 Halbuki digər bir hədisdə demişdir:

                                                                                                                                                                                                                                 

İndicə Cəb­rail mənə xəbər verib dedi ki, Qüdrətli Allah şərabı, onu çəkəni, çəkdirəni, içəni, gətirəni, gətiz­di­rəni, satanı, ala­nı, süzəni və süzdürəni lənətləyir”.9

İbn Teymiyyə demişdir: “O ki qaldı Yezidi sevmə­yə, mö­min bəndə (insanlar arasında) peyğəmbərləri, sid­diqləri, şəhidləri və əməlisaleh in­sanları sevməlidir. Ye­zid isə bunların heç birindən deyil­dir. Həm də ki, kimisə sev­mək, axirətdə də onunla bir yerdə olmaq deməkdir.10 Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

Hər kəs sevdiyi kimsə ilə bir yerdə olacaq”.11

Rəvayət edilir ki,12 (bir dəfə) səhabələrdən biri Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib de­di: “Ya Rəsulullah! Həqiqə­tən, sən mənim üçün həm özümdən, həm ai­ləmdən, həm öv­la­dımdan, həm də var-dövlətimdən sevimlisən. Mən ev­də olarkən səni xatır­layır və səni görüncəyə qədər qəl­bim rahat­lıq tapmır. Hər ikimizin öləcəyini xatır­layanda isə düşünürəm ki, sən Cənnətə girəcək­sən və peyğəm­bərlərə xas olan ən yüksək mərtəbədə olacaqsan. Mən isə ora düşə bilsəm qorxuram bir daha səni görməyim.” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona bir cavab vermədi. Onda Uca Allah bu ayəni nazil etdi:

 

“Allaha və Onun Elçisinə itaət edənlər Allahın on­lara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürək­dən inananlarla, şəhidlərlə və əməlisaleh­lərlə bir­likdə ola­caqlar. Onlar necə də gözəl dostlardır”.13

Allaha və Axirət gününə iman gətirən adam Yezid və onun kimi haqsızlığa yol verən adamları sevməz. Yezidi sevməməyin əsas iki səbəbi vardır:

Birincisi: Yezid elə də yaxşı işlər görməmişdir ki, onu sevmək labüd olsun. O, sadəcə bir padşah olmuşdur.

İkincisi: Yezid Hüseynə və onun yaxınlarına, habelə mədi­nəlilərə qarşı haqsızlıq etmişdir.14

Ğəzali və başqa onun kimi alimlər Yezidə bəraət qazandırmış, onu sevməyi caiz hesab etmiş və demişlər:

Birincisi: o, müsəlman idi və təbii ki, yaxşı işlər də görmüşdür. Etdiyi haqsızlıqlara gəlincə, hər kəs xəta edə bilər, o, ictihad edib xəta etmişdir.

İkincisi: ibn Ömərdən rəvayət edilmiş hədisdə Pey­ğəmbər demişdir: “Konstantinopola yürüş edəcək ilk or­dunu Allah bağışlayacaq”.15 Bu ordu məhz Yezidin başçı­lığı altında Konstantinopola yürüş etmişdir.16

Həqiqət budur ki, bir insanın həm yaxşı, həm pis əməlləri ola bilər, habelə bir kimsəyə həm dua etmək, həm də bəddua etmək olar, həmçinin bir kimsəni həm tərifləmək, həm də pisləmək olar, lakin varid olan dəlil­lərə əsasən və İslam alimlərinin yekdil rəyinə görə arxa­yınlıqla demək olar ki, tək Allahı qəbul edib Ona heç kəsi şərik qoşmayan hər bir fasiq, zalım müsəlman et­diyi günahlara görə Cəhənnəmə düşsə də, gec-tez ora­dan çı­xıb Cənnətə girəcəkdir.17

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Qəlbində arpa dənəsi ağır­lı­ğında iman ola-ola “Allah­dan başqa (haqq) məbud yox­dur!”18 – deyən kəs Cə­hən­nəmdən çıxacaqdır. Qəlbində buğda dənəsi ağırlı­ğında iman ola-ola “Allah­dan başqa (haqq) məbud yox­dur!”– deyən kəs Cəhənnəm­dən çıxa­caq­dır. Qəlbində zərrə ağırlığında iman ola-ola “Allah­dan başqa (haqq) məbud yoxdur!”– deyən kəs Cəhən­nəm­dən çıxacaqdır.”19

O həmçinin demişdir:

“Qiyamət günü insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə ibadət edir­disə, qoy onun ardınca getsin!” Beləliklə, onlardan kimisi günəşin, kimi­si ayın, kimisi də tağutla­rın20 ardınca gedəcək. Axırda bu ümmət, içində olan mü­nafiq­lərlə birlikdə qalacaqdır. Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəb­binizəm!” Onlar (Onu tanı­madıqlarına görə) deyəcəklər: “Rəbbimiz gələ­nə­dək bu­ra bizim yerimiz (olacaq), Rəb­bimiz gələndə biz Onu tanıyacağıq.”

Sonra Allah onların yanına gəlib buyu­ra­caq: “Mən sizin Rəb­binizəm!” Onlar (Onu tanı­yacaq və): “Sən bizim Rəbbimiz­sən!”– deyəcək­lər. (Bundan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzə­rində körpü21 qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçi­lərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: “Alla­hım, xilas et, xilas et!” Cəhən­nəmdə sa­dan22 tikanla­rına bənzər qarmaqlar vardır. Siz sadan ti­kanlarını gör­mü­sünüzmü?” Əsha­bələr: “Bəli”– dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu qar­maq­lar sadan tikan­larına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməlləri­nə görə tuta­caqlar, kimisi əmə­linə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət, Allah Cəhənnəmə vasil olan­lardan dilədiyinə mərhə­mət gös­tərmək istədiyi zaman mə­ləklərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (ora­dan) çıxa­ra­caqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, on­lar Cəhən­nəmdən çıxacaqlar. Od Adəm övla­dının vücu­dunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yan­dırıb-yaxacaq və onlar sümük­lərinə qədər yan­mış halda od­dan çıxa­caq­lar. Bun­dan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətir­diyi toxumun cücərib yetiş­diyi kimi diriləcək­lər. Nəhayət Allah Öz qul­ları üzə­rində mühakiməsini bitirdikdə Cənnətlə Cəhən­nəm ara­sında bir nəfər qala­caq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən kimsə­lərin axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf ola­caq və o deyəcək: “Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərlə­mişdir, alovu da məni yandırıb-yaxmışdır!” Allah deyəcək: “Bu istədi­yin yerinə yetirilsə, başqa bir şey istəyəcəksən­mi?” (Bu adam): “Sənin izzətinə and olsun ki, yox”– deyə­cək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cən­nətə tərəf çevirdikdə o, (Cənnətin) gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxın­laşdır.” Allah ona deyəcək: “Məgər sən and içib söz ver­məmişdin ki, bu istədiyindən başqa heç nə istəməyə­cək­sən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Allah deyəcək: “Bu istədiyin yerinə yetiril­sə, başqa bir şey istəyəcəksənmi?” O (yenə): “Sənin izzətinə and olsun ki, mən başqa heç nə istə­məyə­cəyəm”– deyə­cək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaş­dıra­caq. Cənnətin qapı­sına çat­dıqda onun gözəlliyini, içində­ki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da de­yəcək: “Ey Rəb­bim, məni Cənnətə daxil et!” Allah deyə­cək: “Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər və­dinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmiş­din ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıq­larının ən bəd­bəxti mən olmayım!” Belə olduq­da Qüdrətli və Böyük Allah güləcək, sonra ona Cənnətə daxil olmağa izn verə­cək və deyəcək: “(Nə dilə­yirsən,) dilə!” O adam o qədər diləyəcək ki, axırda (heç bir) dilə­yi qalma­yacaq və Qüd­rətli və Böyük Allah deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəb­bi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalma­dıqda Uca Allah buyuracaq: “Sənə bu istə­dik­lərin və bir o qədəri də (verilmişdir).”23

Yuxarıdakı hədislərdən belə nəticə çıxır ki, qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəmə düşsə belə nə vaxtsa oradan çıxıb Cənnətə girəcək. Odur ki, zahirən müsəlman olan bir kimsəni kafir sayıb əbədi Cəhənnəm­də qalacağını iddia etmək olmaz. Bu, xəvariclərin əqidə­sidir. O zındıqlar24 ki, Allahın razı qaldığı, Cənnətlə müj­dələnmiş, möminlərin əmiri Osman və Əli kimi səhabə­ləri kafir sayıb öl­dürmüşlər. Xəvariclərin əqidəsinə görə haqsızlığa yol verən zalımlar kafir sayılır. Onların bu batil əqidəsinə cavab olaraq Əta ibn Dinarın dediyinə diqqət edin. O demişdir: “Zalımlar kafirdirlər” yox, “Kafirlər za­lımdırlar!”25 deyən Allaha həmd olsun!”26

Həmçinin ibn Teymiyyə ilə monqol-tatarların nü­mayəndəsi Bulaya arasında gedən söhbətə diqqətlə nə­zər salın. Baxın görün onun verdiyi sualları ibn Teymiy­yə necə cavablandırmışdır.

“Bulaya soruşdu:

– Sizin Yezidə münasibətiniz necədir?

İbn Teymiyyə dedi:

– Biz onu sevmirik, lakin söymürük də. O, əməlisa­leh bir adam olmamışdır ki, biz onu sevək. Lakin bunun­la belə biz heç bir müsəlmanı söymürük.

Bulaya soruşdu:

– Yaxşı bəs nə üçün onu lənətləmirsiniz? Məgər o, zalım olmayıb? Məgər Hüseyni o qətlə yetirməyib?

İbn Teymiyyə dedi:

– Biz Həccac ibn Yusuf və onun kimi zalımlar barə­sində ancaq Allahın Quranda dediyi kimi: “Allahın lə­nəti olsun zalımlara!”27 deyir və şəxsən heç kəsi lənətlə­mirik. Düzdür, bəzi alimlər onları lənətləyir, lakin biz fərdi olaraq heç kəsə lənət oxumuruq. O ki qaldı Hü­seyni qətlə yetirənlərə, bu işdə onlara yardım göstərən­lərə və bundan razı qalanlara, onlara Allahın, mələk­lərin və bütün insanların lənəti olsun! Allah onların əməllərini puç eləsin!

Bulaya soruşdu:

– Siz əhli-beyti sevirsinizmi?

İbn Teymiyyə dedi:

– Bizim əqidəmizə görə əhli-beyti sevmək fərzdir.28 Onları sevən müsəlman bu sevgiyə görə savab qazanmış olur. Zeyd ibn Ərqəm demişdir: “Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bizə Mək­kə ilə Mədinə arasında Qədir Xum deyilən bir yerdə xüt­bə verib dedi: “Ey insanlar! Mən sizə Allahın Kitabını və əhli-beytimi qoyub gedi­rəm!”29 Üstəlik biz hər namaz­da dua edib: “Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbra­himə və alə ali İb­ra­him, innəkə həmi­dun məcid. Allahummə barik alə Muhəm­­mədin və alə ali Muhəm­məd, kəmə barək­tə alə İbrahimə və alə ali İbrahim, innə­kə həmidun məcid”30 deyirik.

Bulaya soruşdu: 

– Əhli-beytə nifrət edənlər barədə nə deyə bilərsən?

İbn Teymiyyə dedi:

– Onlara nifrət edənlərə Allahın, mələk­lərin və bütün insanların lənəti olsun! Allah onların əməllərini puç eləsin!

Sonra ibn Teymiyyə oradakılardan soruşdu ki: “Nə üçün bu monqol məndən Yezid barəsində soruşurdu?” Dedilər: “Çünki ona sənin dəməşqlilərin nəvasibi31 oldu­ğunu söyləyiblər.” Onda ibn Teymiyyə səsini qaldırıb dedi: “Onlar yalan danışırlar. Bunu deyənlərə Allahın lənəti olsun! Allaha and olsun ki, Dəməşqdə bir nəfər də olsun nasibi yoxdur.”32

 



1 Cariyə - keçmiş zamanlarda cihadda ələ keçirilib azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadındır.

2 Rəyu şeyxul-İslam, 2/188.

3 Ənsab əl-Əşraf, 3/219.

4 Məcmu əl-Fətəva, 4/294-295.

5 Məcmu əl-Fətəva, 4/295.

6 “əl-Əraf” surəsi, 44.

7 “əl-Bəqərə” surəsi, 89.

8 Səhih əl-Buxari, 6780.

9 Müsnəd imam Əhməd, 1/316; Silsilətul-Əhadis əs-Səhihə, 839.

10 Məcmu Fətəva, 4/296.

11 Səhih əl-Buxari, 6169.

12 Mocəm əs-Səğir, səh: 12; Silsilətul Əhadis əs-Səhihə, 2933.

13 “ən-Nisa” surəsi, 69.

14 Məcmu Fətəva, 4/296.

15 Səhih əl-Buxari, 2934.

16 Məcmu Fətəva, 4/297.

17 Məcmu Fətəva, 4/297.

18 Yəni “La ilahə illəllah” deyən kimsə.

19 Səhih əl-Buxari, 44.

20 9-cu səhifədəki qeydlərə bax.

21 Tərcümədə buna Sirat, qıl körpüsü deyilir.

22 Dadı şirin tikanlı bir bitkidir.

23 Səhih əl-Buxari, 806.

24 Əsil mənası zərdüşti (kafir, dinsiz) olub, canlı dildə söyüş məqamında işlənir.

25 “əl-Bəqərə” surəsi, 254.

26 Təfsir ət-Təbəri, 5/385; Təfsir ibn Əbu Hatim, 2/252.

27 “Hud” surəsi, 18.

28 Dini baxımdan yerinə yetirilməsi vacib və məcburi olan.

29 Müsnəd imam Əhməd, 4/367; Silsilətul-Əhadis əs-Səhihə, 1750.

30 Tərcüməsi: Allahım! İbrahimə və İbrahimin ailə­sinə xe­yir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tə­rifəla­yiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahi­mə və İbrahi­min ailəsinə bərə­kət verdiyin kimi, Mu­həmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rət­li­sən!

31 Nəvasib: ərəbcə nasibi sözünün cəmidir. Bu, Əli ibn Əbu Talibə (radiyallahu anhu) və onun tərəfdarlarına nifrət edən, onları söyən, onları zalım, fasiq hesab edən, onlarla ədavət aparan batil bir firqədir.  

32 Məcmu Fətəva, 4/297-298.

 


Baxılıb: 17002


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”