Ana səhifə / Səhabələr / İmam Hüseyn / “Hüseyn (radiyallahu anhu) əmirə qarşı çıxmışdır” deyənlərə verilən cavab

“Hüseyn (radiyallahu anhu) əmirə qarşı çıxmışdır” deyənlərə verilən cavab

“Hüseyn (radiyallahu anhu) əmirə qarşı çıxmışdır”

 deyənlərə verilən cavab

 

Hadisələri araşdıran bəzi tarixçilər imam Hüseynin əmirə qarşı çıxdığını, başına gələn müsibəti də onun cə­zası olduğunu söyləmiş və beləliklə də, bu xüsusda batil fikir yürütmüşlər. Hələ bir arsızcasına Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hə­disini də dəlil gətirmişlər. Peyğəmbər demişdir:

 

(Vaxt gələcək) araya fitnə-fəsad və ixtilaf düşəcək. O zaman kim müsəlmanların birliyini parçalamaq istə­sə, kimliyindən asılı olmayaraq, qılıncla onun boynunu vu­run”.1

Bu və bu kimi hədislərdən belə nəticə çıxır ki, müsəl­manların əmi­rinə qarşı çıxan kimsənin qaldırdığı fitnəni yatırtmaq və həmin şəxsi öldürmək lazım gələrsə, onu öl­dürmək vacib­dir. Məsələn, kərramilər2 deyirlər ki, Hüseyn Yezidə qarşı çıxmış və bu səbəbdən də qətlə yetirilmiş­dir.

Bəzi tarixçilər də, tam əksinə, Hüseynin Yezidə qarşı çıx­mağının vacib olduğunu, şəriət baxımından düz elədi­yini söyləyirlər.3

Biz bu deyilənləri bir kənara qoyub tarixi faktları təhlil etsək görərik ki, həzrəti Hüseyn Yezidə əsla beyət etməmiş və Yezidin şuranın qərarı ilə deyil, varislliklə xilafətə gəlməyinin əleyhinə olmuşdur. Onun­la bərabər Abdullah ibn Zubeyr də əməvilərin bu addı­mını tənqid etmişdir. Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr öz tərəfdar­larını bir yerə toplayıb ancaq haqqı bərqərar etmək is­təmişlər. Nə Hüseyn, nə də Abdullah bütün bun­ları hakimiyyət uğrunda etməmişdir. Hüseyn şəriət baxı­mından heç bir xətaya yol verməmişdir. Əbu Hurey­radan rəvayət olunmuş hədis buna dəlildir. Həmin hədis­də Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:

 

“Fərz namazı növbəti fərz namazınadək, habelə cümə namazı növbəti cümə namazınadək, ramazan ayı da növ­bəti ramazan ayına­dək arada olan günahların kəf­farəsidir.4 Yalnız üç şey­dən başqa”. Sonra Əbu Hureyra davam edib demişdir: “Mən başa düşdüm ki, bu üç şey: Allaha şərik qoşmaq, sazişi pozmaq və sünnəni tərk et­məkdir. Sazişi pozmaq deyildikdə bir adama beyət et­dikdən sonra qılınc götürüb onunla vuruşmaq nəzərdə tutulur. Sünnəni tərk etmək deyildik­də isə camaatdan ayrılmaq qəsd edilir”.5

Hüseynin Yezidə qarşı vuruşmaq fikri olmamışdı. O düşünürdü ki, İraq əhli onu dəstəkləyəcək və o bu işi Allahın və Onun peyğəmbərinin buyurduğu kimi həll edəcək. İraq əhlinin ona xəyanət etdiyini, onu qo­yub qaçdığını görəndə fikrini dəyişib geri dönmək istə­mişdir.6Lakin ibn Ziyad buna yol verməmiş, onu alçalt­maq üçün Yezidin ona buyurmadığı bir əmri ondan tə­ləb etmişdir. Təbii ki, Hüseyn onun qabağında alçalma­mış və onun bu təklifini rədd etmişdir. Əgər Hüseyn ibn Ziyadın hakimiyyətini qəbul etmiş olsaydı, həm öz adı­na, həm də əhli-beytin adına ləkə yaxmış olardı. Çünki belə təklifləri vaxtı ilə Allahın Rəsulu kafirlərə edərdi. Yoxsa ibn Ziyad özünü mömin, Hüseyni isə kafir sayır­dı?! Axı, ibn Ziyad Hüseynin heç çölə atılan dırnağı ola bilməzdi. Hüseyn hara, ibn Ziyad hara! Bu davra­nışlar bir şeyi açıq-aydın sübut edir ki, nə və­zifə, nə var-dövlət, nə də başqa bu kimi fani şeylər insa­nın hörmətini ucalda bil­məz. Neçə-neçə zalım padşahlar gəlib-getmiş­lər ki, onla­rı heç kəs xatırlamır, xatırlayanda da yalnız qarğışla xatırlayırlar. Amma neçə-neçə əməli­saleh insan­lar ol­muşlar ki, Allah onların təriflərini dillər əzbəri et­mişdir. Allahın rizasını qazanmış Hüseyn də belələrin­dən idi. İbn Ziyad ona qarşı haqsızlıq etdikdə, onu özü­nə tabe etdirmək istədikdə o, ibn Ziyada boyun əymə­mişdir. Həqiqətən də, ibn Ziyad fasiqə layiq bir hərəkət etməklə tarixdə özünə məxsus ad qoymuşdur.

Bir də ki, səhabələrin Hüseynə nəsihət etməsi heç də onun səhv addım atmağı demək deyildir. Səhabələr sadəcə onun qətlə yetiriləcəyindən ehtiyat edirdilər. Bu xüsusda ibn Xəldun demişdir: “Hüseyn İraq əhlindən olan xainlərə inanmaqla dünyəvi bir işdə xətaya yol ver­mişdir. Belə işlərdə də xətaya yol verməyin qorxusu yoxdur. Şəriət baxımından isə Hüseyn heç bir xətaya yol verməmişdir. O, sadəcə (əməvilərin) bu səhvini düzəldə biləcəyini güman edirdi”.7 Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabə­lərinə belə buyurmuşdur:

 “Sizdən biriniz (kimsənin) yaramaz bir iş tutduğu­nu görsə, onu əli ilə düzəltsin. Bunu bacarmasa, dili ilə, onu da bacarmasa, qoy qəlbi ilə bu yaramaz işə nifrət etsin. Bu isə imanın ən zəif yeri­dir”.8

Bundan başqa Hicazda, Misirdə, İraqda, Şamda və digər ölkələrdə məskunlaşmış səhabələr buna görə Hüseynə irad tutmamışlar, onu günahlandırmamışlar, əksinə, onun ictihad etdiyini, beləliklə də, digərlərinə gö­zəl nümunə olduğunu etiraf etmişlər.9

İbn Teymiyyə demişdir: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) camaat­dan ayrı düşən müsəlmanın cəzalandırılmasına dair va­rid olan hədislərini heç bir vəchlə Hüseynə şamil etmək ol­maz. Çünki Hüseynin camaatdan ayrılmaq fikri olma­mış­dır, ək­sinə, onu camaatın yanına qayıtmaq istəyi ol­duğu halda qətlə yetirmişlər.”

 



1Səhih Muslim, 4902.

2Muhəmməd ibn Kərramın davamçılarıdır. Allahın ad və sifətlərini təh­rif edən batil firqələrdən biridir.

3Neyl əl-Əvtar, 7/362.

4Kəffarə: günahların bağışlanılması üçün şəriətin buyurduğu qay­dada verilən cəza, yaxud deyilən söz və ya verilən sədəqə.

5Müsnəd imam Əhməd, 5/44.

6 Minhac əs-Sünnə, 4/42.

7 Müqəddimətu ibn Xəldun, 1/291.

 8Səhih Muslim, 186.

9İstişhad əl-Hüseyn, 1/91.

10Əvvəlki mənbə.

 


Baxılıb: 16509


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”