Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseyn (radiyallahu anhu) harada dəfn edilmişdir?

İmam Hüseyn (radiyallahu anhu) harada dəfn edilmişdir?

İmam Hüseyn (radiyallahu anhu)

harada dəfn edilmişdir?

 

İbn Ziyadın adamları imam Hüseynin başını kəsib apardıqdan sonra onun bədəni Kərbəlada, daha dəqiq desək Taf deyilən yerdə qalmış və çox güman ki, elə ora­daca dəfn edilmişdir.

Onun başının harada dəfn edildiyi­nə gəlincə, bu xüsusda tarixçilər müxtəlif rəylər nəql etmişlər:

– bəziləri onun Dəməşqdə dəfn edildiyini iddia et­miş və bunu da Əbu Kureybin rəvayəti ilə əsaslandır­mışlar. Əbu Kureyb demişdir: “Mən Dəməşqdə Vəlid ibn Yezidin üstünə hücum edənlərin arasında idim. Hə­min vaxt əlimə bir zənbil keçdi və mən öz-özümə: “Bu mənim qismətimdir”- dedim və atıma minib Tumə qapı­sından şəhərdən kənara çıxdım. Zənbili açdıqda onun içində baş, üstündə də “bu Hüseyn ibn Əlinin başıdır” yazısını gördüm və onu elə oradaca dəfn elədim”.1

Bu, olduqca zəif rəvayətdir.2

– bəziləri onun Kərbəlada dəfn edildiyini iddia et­mişlər. Guya ölümündən qırx gün keçdikdən sonra onun başını gətirib bədəninin yanında basdırmışlar. Dediklə­rini əsaslandırmaq üçün isə heç bir dəlil-sübut gətirmə­mişlər. Əbu Nueym Fədl ibn Dukeyn bu rəyi qə­tiyyətlə inkar etmişdir.3

– bəziləri onun Riqqada dəfn edildiyini iddia etmiş­lər. Guya o zaman onun başı Yezid ibn Müaviyənin yanı­na gətirildikdə o demişdir: “Mən bunu Əbu Muitin ailə­sinə göndərəcəyəm. Onlar da Riqqada yaşayırlarmış. Beləliklə, onun başı Əbu Muitin evində qalmış, sonralar isə o evin üstündə məscid bina edilmişdir”.4

Bu, uydurma bir rəvayətdir.5

– bəziləri onun Əsqəlanda dəfn edildiyini iddia et­miş­lər. Lakin islam alimlərinin böyük əksəriyyəti bu xəbəri inkar etmişlər.

– bəziləri onun Qahirədə dəfn edildiyini iddia et­miş­lər. Guya səlib yürüşlərinin birində müsəlmanlar onun başını Əsqəlandan Qahirəyə aparmışlar.7 İbn Dəqiq əl-İd, Əbu Muhəmməd ibn Xələf əd-Dimyati, Əbu Muhəmməd ibn əl-Qəstillani, Əbu Abdullah əl-Qurtubi və digər İs­lam alimləri onun başının Əsqəlanda və ya Qahirədə dəfn edildiyinin yalan oluduğunda həmrəydirlər.8

– bəziləri də onun Mədinədə, anası Fatimeyi-Zəhra­nın qəbrinin yanında dəfn edildiyini rəvayət etmişlər. İbn Səd demişdir: “Yezid onu Mədinənin valisi Amr ibn Səidə göndərmiş, o da onu kəfənləyib Bəqiul-ğarqadda,9 anası Fatimənin yanında dəfn etmişdir”.10 İbn Teymiyyə demişdir: “O dövrdə fitnə zamanı qətlə yetirilmiş belə adamları adətən Bəqidə dəfn edirdilər...”11

Əbu Yələ əl-Həmədani demişdir: “Hüseynin başı anası Fatimənin (radiyallahu anhə) yanında dəfn edilmişdir”.12

Alimlərin daha çox üstün­lük verdiyi rəy məhz bu rəydir. Bu məsələni daha çox araşdırmış Zubeyr ibn Bək­kar özünün “Ənsab Qureyş” adlı kitabın­da qeyd etmiş­dir ki, Hüseyn ibn Əlinin başı Mədinəyə aparılıb orada dəfn edilmişdir.13

 

 

 



1Siyər Əlam ən-Nubələ, 3/316.

2 Mövquf əl-Muarada, səh: 313.

 3Tarix Bağdad, 1/143-144.

 4Şəxsiyyat əl-İslamiyyə, 3/298.

5Siyər Əlam ən-Nubələ, 23/297.

6 ət-Təzkira, 2/295; əl-Bidayə vən-Nihayə, 11/582.

7 Nur əl-Bəsair, səh: 121.

8Ras əl-Hüseyn, səh: 186-187; əl-Bidayə vən-Nihayə, 11/582.

9Bəqiul-ğarqad Mədinə qəbirstanlığının adıdır. Bəqi – içində ağac kötüklə­rinin olduğu ərazi, ğarqad isə bu ərazidə bitən tikanlı bir ağacın adıdır.

10Təbəqat, 5/238; Tarix əl-İslam, səh: 20.

11 Ras əl-Hüseyn, səh: 183.

12ət-Təzkira, 2/295.

13Məcmu Fətəva, 4/509.

 


Baxılıb: 16601


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”