Ana səhifə / Səhabələr / İmam Hüseyn / Müsibət üz verdikdə nə etməli?

Müsibət üz verdikdə nə etməli?

Müsibət üz verdikdə nə etməli?

 

Müsəlmanın başına bir müsibət gəldikdə Allahın və Onun peyğəmbərinin öyrətdiyi kimi olub-keçən­lərə səbir etməli, bu müsibətə səbir etdiyinə görə savabı­nı Allahdan ummalı, razılıq əlaməti olaraq Allaha dua etməli, Allahı qəzəbə gətirəcək küfr sözlər danışmamalı, cahiliyyət dövründə olduğu kimi yaramaz hərəkətlərə yol vermə­məli, müsəlman ümmətinin başına gəlmiş ən böyük mü­sibəti – Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatını xa­tırlamalı, di­gər nemət­lərə baxıb şükür etməli, qəzavü-qədə­rin Allah­dan olma­sına tam yəqinliklə iman gətir­məli, hər bir çətin­likdən sonra asanlığın gələcəyinə ümid etməli və müsi­bətin gəl­məyinə səbəb olmuş insanların gec-tez cəzala­rı­nı alacaq­larına yəqinliklə inanmalıdir. Gəlin bu deyilən­lərə ayrı-ayrılıqda nəzər salaq:

a) Səbir etmək;

Qurani Kərimdə Uca Allah bizləri imtaha­na çəkəcə­yini bildirib deyir: “Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq.”1 Sonra da Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) bu müsibətlərə səbir edən­ləri müjdə­ləməyi əmr edib buyurur ki: “Səbir edən­lərə müjdə ver”.2 Bu ayədən belə nəticə çıxır ki, in­sanla­ra üz vermiş müsibətlərin hamısı Allahdan gəlir. Müdrik Allah bu müsibətlərlə kimisini cəzalandırır, kimisini də çox istə­diyindən imtahana çəkir. İmtahana çəkdiyi müsəl­man bəndələrinin arasında da kimisi buna səbir edir, kimisi də müsəlman olmağına baxmayaraq səbirsizlik edib vay-şivən salaraq Allahın yazdığı qədərə narazılı­ğını bildirir. Səbir edənlərin də hamısı ilk sarsıntı anında səbir edə bilmir. Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir qəbrin başında durub ağlayan qadının yanından keçərkən (ona) buyurdu ki: “Allahdan qorx və səbirli ol!” Qadın onun kim olduğunu bilməyib dedi: “Əl çək məndən! Mənim başıma gələn müsibət sənin başına gəlməyib.” Qadına: “Bu, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) idi”– dedilər. Bundan sonra o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qapısının yanı­na gəldi və orada gözətçilərə rast gəlmədi. Qadın (üzr­xahlıq edib): “Mən səni tanı­ma­mı­şam”– dedi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu:

 

 

“İlk sarsıntı anında səbir etmək la­zım idi!”3

Allahdan gələn müsibətlərə səbir edən mö­minlərə isə “öz Rəbbi tərə­fin­­dən tə­riflər və mərhəmət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır”. 4 Bu böyük nemət isə hər kəsə nəsib olmur. Biləsiniz ki: “Səbir etməyə çalı­şan kimsəni Allah səbirli olmağa müvəffəq edər. Heç kə­sə səbir­dən daha xeyirli və daha böyük ne­mət verilmə­mişdir”.5

b) Müsibətə səbir edib savabı­nı Allahdan ummaq;

Müsibət gəldiyi zaman ona səbir edən və bu səbirin savabını Allahdan uman hər bir mömin Qiyamət günü mükafatanı artıqlaması ilə alar və ona haqsızlıq edilməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

 

“Uca Allah buyu­rur: “Mən mö­min qulumun sevdi­yi yaxın bir adamının canını aldıq­dan sonra o buna (sə­bir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verə­cəyim mükafat ancaq Cən­nət olar”.6

Qiyamət qopduğu zaman Allah Cəhənnəm əhlinə belə buyura­caq:

 

“Həqiqətən, qullarım­dan bir züm­rə var idi ki, onlar: “Ey Rəb­bimiz! Biz iman gətirdik. Bi­zi bağış­la, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısı­san!”– deyir­dilər. Siz isə onları məsxə­rə­yə qoyur­dunuz. Son­da bu məs­xərə Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz onlara gü­lürdünüz. Bu gün Mən səbir et­dik­lə­rinə görə onları mükafat­lan­dır­dım. Şübhə­siz ki, uğur qa­zananlar da onlardır!”7

Digər ayədə Allah buyurur:

“Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar. Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır!”8

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) ba­tan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (hə­min) müsəlmanın günahlarını bağışlamasın”.”

c) Razılıq əlaməti olaraq Allaha dua etmək;

Yəni, “İnna lillahi və inna ileyni raciun”9 demək. Ərəbcə buna istirca deyilir. Allah Quranda Öz mömin bəndələrini vəsf edib belə deyir:

“Səbir edən­lərə müjdə ver. O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­susuq və Ona da qayı­da­ca­ğıq!”– deyirlər. Onlara öz Rəbbi tərə­fin­­dən tə­riflər və mərhəmət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır”.10

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) isə bu xüsusda belə demişdir:

“Başına bir müsibət gəlmiş elə bir müsəlman yox­dur ki, Allahın ona buyurduğu kimi: “Biz, Allaha məx­susuq və Ona da qayı­da­ca­ğıq! Allahım, başıma gələn müsibət sa­yə­sində məni mükafatlandır və əvəzinə on­dan da xeyir­lisi­ni ver!”11- desin, Allah da ona bundan xeyirlisini vermiş olmasın”.12

Həmçinin demişdir:

 

“Başına bir sıxıntı, yaxud bir kədər, yaxud bir xəs­təlik, yaxud da bir çətinlik gəlmiş hər kim dua edib: “Rəb­bim Allahdır, Onun heç bir şəriki yoxdur!”13- desə, başına gələn müsibət aradan qaldırı­lar”.14

Həmçinin o, dua edib deyərdi:

 

“Allahım! Səndən, mənə mərhəmət etməyini diləyi­rəm! Məni bir göz qırpı­mı belə başlı-başına burax­ma! Mənim bütün işlə­rimi yoluna qoy. Səndən başqa ibadətə layiq olan məbud yoxdur!15”.16

ç) Allahı qəzəbə gətirəcək küfr sözlər danışmamaq və cahiliyyət dövründə olduğu kimi yaramaz hərə­kətlə­rə yol verməmək;

Müsibət gəldiyi zaman bəzi adamlar zamanı söyür­lər və heç də anlamırlar ki, zəmanəni söyməklə onlar əslində Allahı söymüş olurlar. Rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir17:

“Qüdrətli və əzəmətli Allah buyurur: “Adəm övladı zamanı söy­məklə Mənə əziyyət verir. Çün­ki dəhr Mə­nəm! Hər şey Mənim Əlimdədir, gecəni gün­düzə, gün­düzü də gecəyə çevirən Mənəm!18”.19

Habelə belə hallarda ifrata varmaqla ölən adamı həddən ziya­də tərif etmək də qadağandır. Baxın Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) öz səhabə­lərinə və əhli-beytinə nə vəsiyyət et­mişdir. O demişdir:

“Xristianlar Məryəm oğlunu tərif­ləyib şişirt­dikləri ki­mi, siz də məni şişirt­mə­yin! Mən sadəcə Allahın qulu­yam. Elə isə mənə: “Allahın qulu və rəsulu!”- deyin.”20 Hədisdən göründüyü kimi heç Allahın Rəsulunu, bəşə­riyyətin ən fəzilətlisini belə həddən ziya­də tərif etmək olmaz.

Habelə müsibət gəldiyi zaman fəryad qoparıb ağla­mağı da şəriət bizə qadağan etmişdir. Bu xüsusda Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Üz-gözünə döyən, pal­tarının yaxa­sını cıran və ca­hiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir.21”.22

Rəvayət edilir ki, bir dəfə Əbu Musa(radiyallahu anhu) ağır xəstə­ləndi və başı zövcə­lərin­dən birinin qucağında ikən bayıl­dı. Bu vaxt zövcəsi fəryad qoparıb ağlamağa baş­la­dı və Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə dedi: “Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) uzaq olduğu kimsədən mən də uzağam. Həqiqə­tən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsibət üz ver­dikdə vay-şivən salıb ağlayan, başını qırxdıran və paltarını cıran kimsə­dən uzaqdır!”23

Habelə rəvayət edilir ki, Ummu Ətiyyə demişdir: “Beyət24 əsnasında Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) ölü üçün vay-şivən salıb ağlamayacağımıza dair bizdən əhd almışdı....”25

d) Müsəlman ümmətinin başına gəlmiş ən böyük müsibəti – Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatını xa­tırlamaq;

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dünyadan köçməsi, həqiqətən də, müsəlman ümmətinin başına gəlmiş ən böyük müsibət­dir. Başına müsibət gəlmiş hər bir müsəlman o müsibəti xatırlamaqla təsəlli tapa bilər. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəsiyyəti də belə olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ölümündən qabaq xəs­tələnib yatağa düşdüyü zaman qapıdan asılmış pərdəni qaldırmış və camaatın Əbu Bəkrin arxasında namaz qıl­dığını görüb demişdir:

 

“Hansı birinizin başına bir müsibət gəl­sə, qoy mənim ölümümü yada salmaqla özünə təsəlli versin; bilsin ki, başına nə cür müsibət gəlmiş olsa da, bu müsibətdən daha böyük ola bilməz”.26 Bu xüsusda şair demişdir:

 

Səbir et müsibətə, sən möhkəm dayan,

Bil, əbədi yaşayan, deyildir insan.

Əgər bir bəlaya, mübtəla olsan,

Gərək Peyğəmbəri, yada salasan.27

 

e) Digər nemətlərə baxıb şükür etmək;

Məsələn birisinin ayağı zədələnmişsə, şükür et­sin ki, sınmamışdır, əgər sınmışdırsa, şükür etsin ki, yerli-dibli kəsilib ayaqsız qalmamışdır. Həqiqətən də, sağlam­lıq elə bir ne­mətdir ki, insanların əksəriyyəti onun qəd­rini bilmir, onu layiqincə qorumur və ondan lazımın­ca istifadə etmir. Əgər biz başına müsibət gəlmiş şikəst in­sanlara diqqətlə baxsaq özümüzün sağlamlığına gecə-gündüz şükür edə­rik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Hər kim müsibətə düçar olmuş birisini görüb: “Sənə üz vermiş müsibətdən məni sala­mat edən və məni yarat­dıqlarının çoxun­dan fə­zi­lətli edərək üstün tutan Allaha həmd ol­sun!28”- desə, Allah onu o bəladan qo­ruyar”.29

Allahın verdiyi nemətlərə şükr etməmək müsibətin gəlməsinə bir səbəbdir. Aşağıdakı ibrətamiz hədisə diq­qətlə nəzər salın:

“(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mə­lək göndərdi. (Mələk insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvə ya da inəkdir30”– deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”

Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən dik­sinirlər.” Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnək­dir”– dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”

Bundan Sonra mələk korun yanına gəlib dedi: “Sə­nin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim.” Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyun­dur”– dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!)”

Bundan sonra bu ikisinin31 heyvanları bala verdi, üçün­cüsünün də (qo­yunu) balaladı. Bir müddət keçdik­dən son­ra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yal­nız Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyi­mə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” (Bu adam cavabında ona) dedi: “Düzü, (özümün) o qədər verəcəyim var ki!” (Mələk) ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəs­təliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyil­dinmi? Sonra da Allah sənə (istə­dik­lərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-baba­larımdan miras qalmışdır.” Mələk dedi: “Əgər yalan danı­şır­sansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əv­vəlki adam ona rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. (Onda Mələk) dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk də­fə gəldiyi gör­kəmdə və qiyafədə korun yanına gəlib de­di: “Mən kasıb ada­mam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükən­mişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bi­lərəm. Sənin gözlərini özünə qayta­ran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” Adam dedi: “(Doğrudur,) mən kor idim, Allah gözlərimi mənə qay­tardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdü­yün şeylərə hədd qoymayaca­ğam.” Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!”32

Əvvəlki ümmətlər nankorluqlarına görə məhv ol­duğu kimi, indiki və gələcək ümmətlər də məhv olacaq. Uca Allah Quranda bizə Səba qövmünü misal çəkir:

 “Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağ­da, digəri də solda olan iki bağça var idi. Onlara: “Rəb­binizin ru­zi­sindən yeyin və Ona şükür edin. Budur gö­zəl diyar və Bağışla­yan Rəbb!”– deyilmişdi. Lakin onlar haqdan üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dərdik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik. Nan­korluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəza­landırarıqmı?”33

Şair Nizami Gəncəvi bu xüsusda demişdir:

 

Mal-dövlət bol idi, millət fərəhli,

Fərəhlə gəlirdi hər təzə ili.

Bu rifahdan sonra gəldi elə gün,

Xalq şükür etməyi unutdu bütün.

Təkəbbür onları çıxartdı yoldan,

Çıxdı yadlarından Böyük Yaradan.

Kim nemət verəni yada salmasa,

Şükür eləməsə, razı qalmasa,

Dar olar başına bu geniş cahan,

Onun ruzusu da çıxar qayadan.34

 

ə) Qəzavü-qədə­rin Allahdan olmasına tam yəqin­lik­lə iman gətirmək;

Mömin adam hər bir müsibətin əzəldən Lövhi-məh­fuza yazıldığını, həm də Allahın əmri ilə baş verdi­yini, üstəlik hər bir müsibətdə hikmət olduğunu düşün­sə, başına gələnlərə görə heç vaxt narahatçılıq keçirməz və sadəcə: “Bu, Allahın qədəridir və O, istədiyini edər”35- deyər. Uca Alla bu xüsusda belə buyurur:

 

Yer üzündə baş verən və sizin ba­şınıza gələn elə bir müsibət yox­dur ki, Biz onu ya­ratmamışdan əvvəl o, Ya­zı­da müəyyən edilmiş olmasın. Şüb­həsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kə­dərlənməyəsiniz və Onun sizə verdi­yi­nə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özün­dən ra­zını, özünü öyəni sevmir.”36

f) Hər bir çətinlikdən sonra asanlıqların gələcəyi­nə ümid etmək;

Uca Allah buyurur:

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir”.37

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu xüsusda ibn Abbasa (radiyallahu anhumə)  gözəl nəsi­hətlər etmişdir:

Abdullah ibn Abbas demişdir: “Bir dəfə mən Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) ar­xasında ikən o mənə buyurdu:

 

“Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru,38 Allah da səni qoru­sun. Allahı qorusan, Onu qarşında taparsan.39 İstə­dikdə, yalnız Allah­dan istə, kömək dilədik­də, yalnız Allah­dan kömək dilə. Bil ki, insanlar sənə fay­da vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından baş­qa bir şeylə sənə fayda verə bil­məzlər. Həmçinin sənə zərər ver­mək üçün bir yerə toplansa­lar belə, Allahın sə­nin əleyhi­nə yazdığından başqa bir şeylə sənə zərər verə bilməzlər40 (Qəzavü-qədəri yazan) qə­ləmlər qaldırıl­mış, səhifələr qurumuşdur”.41

Həmçinin demişdir:

 “Allahı qorusan, Onu qarşında taparsan. Firavan­lıqda Allahı tanı ki, çətinlikdə də O səni tanısın.42 Bil ki, elədiyin xəta düz əməl ola bilməzdi, düz əməlin də xəta ola bilməzdi. Bil ki, hər bir səbirdən sonra zəfər gələr, hər bir sıxıntıdan sonra yüngüllük gələr, hər bir çətin­likdən sonra asanlıq gələr”.43

q) Müsibətin gəlməyinə səbəb olmuş insanların gec-tez cəzalarını alacaqlarına yəqinliklə inanmaq.

Zalımlar elə düşünməsinlər ki, onlara heç kəsin gü­cü çatmayacaq. Yaradılanlardan heç kəsin gücü çatmasa da, Yaradanın güçü mütləq çatacaq. Uca Allah buyurur:

 “Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı”.44

Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

 

 “Qoy birisinin na­musuna toxunmaqla və ya ona baş­qa bir pislik etmək­lə zülm etmiş adam, dinar və dirhəmin fayda ver­məyəcəyi gün – (Qiyamət günü) gəlmə­miş­dən əvvəl ondan halal­lıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qə­dər savabından götürülər (və zülm etdiyi adama verilər), yox əgər savabı ol­mazsa, on­da zülm etdiyi adamın günahlarından götürülüb onun boy­nuna qoyular”.45

Bu haqda Azərbaycanın dahi şairi belə demişdir:

 

Bəlli bir şeydir ki, pislik edənlər,

Öz işindən özü çəkəcək zərər.

Eşitməmişsənmi bu məşhur sözü:

“Hər kim quyu qazsa, düşəcək özü”.46

 



1 “əl-Bəqərə” surəsi 155.

2 Həmin ayə.

3 Səhih əl-Buxari, 1283.

4 “əl-Bəqərə” surəsi 157.

5 Səhih əl-Buxari, 1469.

6 Səhih əl-Buxari, 6424.

7 “əl-Muminun” surəsi, 109-111.

8 “əl-Furqan” surəsi, 75-76.

9 Tərcüməsi: Biz, Allaha məx­susuq və Ona da qayıdaca­ğıq!

10 “əl-Bəqərə” surəsi, 155-157.

11 Ərəbcəsinin transkripsiyası: İnnə lillahi və inna ileyhi raciun, Alla­hummə əcurni fi musibəti və əxlif li xay­ran minhə.

12 Səhih Muslim, 2165.

13 Ərəbcəsinin transkripsiyası: Allahu Rabbi, lə şərikə ləh.

14 əl-Cami əs-Səğir, 10984.

15 Ərəbcəsinin transkripsiyası: Allahummə, rahmətəkə ərcu, fələ tə­kilni ilə nəfsi tarfə­tə aynin, və əslih li şəni kulləh, lə ilahə illə əntə.

16 Səhih Tərğib vət-Tərhib, 1823.

17 Təbərinin təfsirində hədisin əvvəli səhih isnadla belə rəvayət edi­lmişdir: “Cahiliyyət dövründə insan­lar: “Bizi, gecə və gündüz həlak edir! Bizi həlak edən də, öldürən də, diril­dən də odur!”– deyər­dilər.” Allah da Öz kita­bında belə buyurdu: “Onlar dedilər: Həyat ancaq bizim dünya həyatımız­dır. Kimi­miz ölür, kimimiz də doğu­lur. Bizi öldürən ancaq za­mandır.” Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar”– onlar dəhri (yəni zamanı) söyürlər......”

18 “əd-Duxan” surəsi, 10-16.

19 Səhih əl-Buxari, 4826.

20 Səhih əl-Buxari, 3445.

21 Ölüyə ağladıqda həddi aşan hər kəs Peyğəmbərin r sünnəsinə zidd hərəkət etmiş hesab olur.

22 Səhih əl-Buxari, 1294.

23 Səhih əl-Buxari, 1296.

24 Peyğəm­bərin r dəvətini qəbul edərək ona müti və sadiq olmağa dair söz vermək.

25 Səhih əl-Buxari, 1306.

26 Şöəbul-İman, 10152; Səhih əl-Cami, 347.

27 Təfsir əl-Qurtubi, 2/176; ət-Təmhid, 19/323;

28 Ərəbcəsinin transkripsiyası: Əlhəmdulillahilləzi afəni mim­məb­təla­kə bihi və fəddə­ləni alə kəsirin mimmən xələqa təfdilə.

29 Sünən ət-Tirmizi, 2/253; Silsilətul-Əhadis əs-Səhihə, 2/153.

30 Hədisi nəql etmiş İshaq ibn Abdullah tərəddüd edərək cüzam xəstəliyinə tutulmuş kimsənin və keçəlin – ikisindən birinin dəvə, digərinin isə inək istədiyini iki cür rəvayət etmişdir.

 Dəvə və inək verilmiş o iki kimsənin.

31 Səhih əl-Buxari, 3464.

32 “Səba” surəsi, 15-17.

33 “Yeddi gözəl”, səh: 78.

34 Səhih əl-Cami, 6650.

35 “əl-Hədid” surəsi, 22-23.

36 “əş-Şərh” surəsi, 5-6.

38 Yəni Allahın qoyduğu hüdudları aşma, buyruqlarını yerinə yetir, qada­ğan etdiyi şeylərdən çəkin, beləliklə də, Allahın dinini qorumuş olarsan. Uca Allah buyurur: “Möminlərə deyiləcəkdir: “Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Alla­ha üz tu­tan, Onun dinini qoruyan, Mərhəmətli Allah­dan Onu gör­mə­dən qorxan və Allaha yö­nəl­miş qəlblə gələn kimsələr üçün­dür!” Qaf surəsi, 32-33.

39 Yəni həmişə nəzarəti sənin üstündə olar, hər zaman sənin köməyinə gələr. Allah Öz peyğəmbərinə və onun sadiq dostu Əbu Bəkrə köməklik göstərməyini Quranda belə vəsf edir: “Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikin­cisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada i­kən onlardan biri öz dostuna dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı...” ət-Tovbə surəsi, 40. 

40 Uca Allah buyurur: “Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Elə isə bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!” əz-Zumər surəsi, 38.

41 Sünən ət-Tirmizi, 2516; Mişkatul-Məsabih, 5302.

42 Yəni, firavanlıqda Allahı yad et ki, çətinlikdə də Allah səni yad etsin

43 Sünən ət-Tirmizi, 2516; Mişkatul-Məsabih, 5302.

44 “Ğafir” surəsi, 21.

45 Səhih əl-Buxari, 2449.

46 “Xosrov və Şirin”, səh: 361.

 


Baxılıb: 16907


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”