Ana səhifə / Səhabələr / İmam Hüseyn / Allah yolunda səbirli olanların başına gəlmiş bəzi ibrətamiz hekayələr

Allah yolunda səbirli olanların başına gəlmiş bəzi ibrətamiz hekayələr

Allah yolunda səbirli olanların

 başına gəlmiş bəzi ibrətamiz hekayələr

 

– İbrahim peyğəmbərin u hekayəsi;

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İbra­him yal­nız üç dəfə ya­lan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzə­mətli Allah üçün idi. (Birinci dəfə) o demişdir: “Mən xəstə­yəm!”1 (İkin­ci dəfə isə) demişdir: “Xeyr, bunu onların bu böyüyü etmiş olar” 2. (Üçüncü hadisə isə belə olmuş­dur): “Bir gün İbra­him (zövcəsi) Sara ilə qəddar padşahlardan birinin məmlə­kətinə gəl­dikdə (pad­şaha) xəbər verdilər ki, şəhərə bir nə­fər gəlib, yanında da çox gözəl bir qadın var”. Padşah (qa­dının kim olduğunu öyrənmək, ona sa­hib çıxmaq üçün) onun yanına adam göndərdi. Adam gəlib İbrahimdən: “Bu kim­dir?”– deyə soruşdu. İbrahim: “Mənim bacım­dır!”– de­yə cavab verdi, sonra da Saranın yanına gəlib de­di: “Ey Sara! Yer üzündə bizim iki­mizdən başqa mömin olan bir kimsə yoxdur. Bu (padşah) mən­dən (sənin barəndə) soruş­du. Mən də ona xəbər verdim ki, sən mənim bacım­san. Odur ki, mənim dediyimi tək­zib etmə.” Çox keçmə­dən padşah Saranın dalınca adam gön­dər­di. Sara padşahın yanına gəldikdə, o, qadına yaxınlaşıb ona toxunmaq istədi, lakin qıc olub qaldı. Onda o yalvarıb dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik etmə­rəm!” Sara Allaha dua etdi və onun əl­ləri açıldı. Padşah ikinci dəfə ona toxunmaq istə­dikdə onun halı əvvəlkindən betər oldu. O yenə yalva­rıb dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik etmə­rəm!” Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah gözət­çilər­dən bə­zisini çağırıb dedi: “Siz mənim yanıma in­san yox, şeytan gətirmisiniz!” Bundan sonra Pad­şah (Sara­nı buraxdı, üstəlik) ona xidmətçi Həcəri də bağış­ladı. Sara İbrahimin yanı­na gəldik­də, o, namaz qılırdı. Buna görə də əli ilə işarə etdi ki: “Nə oldu?” Sara dedi: “Allah ka­fi­rin, yaxud günahkarın hiylə­sini onun öz başında çatlat­dı, mə­nə də xidmətçi olaraq Həcəri bəxş etdi!”3

 

– Allah yolunda canından keçən uşağın əhvalatı;

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocal­dıqda padşaha dedi: “Mən qocalmışam artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.” Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir rahib yaşayırdı. Bir gün uşaq rahibin yanına gəlib onun danışdıqlarına qulaq as­dı və rahibin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə rahibə də baş çəkirdi. O sehr­bazın yanına gec gəldikdə, sehrbaz: “Nə üçün gecikmi­sən?”- deyib onu döyür, evə gec gəldikdə də evdə­kilər: “Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq rahibə şikayət etdikdə, o dedi:  “Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi. Nəhayət bir gün o, camaatın yolunu kəsmiş böyük və qorxunc bir heyvana rast gəldikdə dedi: “Bu gün mən kimin daha üstün olduğunu – rahibin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir daş götürüb dedi: “Allahım, əgər rahibin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insan­lar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq rahibin yanına gəlib bunu ona xəbər verdikdə rahib dedi: “Oğlum, bu gün sən məndən də fəzilətlisən. Onlar səni tezliklə sınayacaqlar. Səni sınayacaqları vaxt mənim kim olduğumu onlara bil­dirmə.” Bu minvalla uşaq anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmağa, habelə insanlara üz vermiş digər xəstəlikləri də müalicə etməyə başladı. Pad­şahın yaxın adamlarından birinin gözləri kor olmuşdu. O, bu uşağın haqqında eşidəndə çoxlu hədiyyələr götü­rüb onun yanına gəldi və dedi: “Məni sağalda bilsən, bunların hamısı sənin olacaq!” Uşaq dedi: “Mən heç kəsi sağalt­mıram. Sağaldan yalnız qüdrətli və qüvvətli Allah­dır. Əgər sən Allaha iman gətirsən və Ona dua etsən, O sənin gözlərini açar.” O, Allaha iman gətirdi və Ona dua etdi, Allah da onun gözlərini açdı. Sonra o gəlib həmişə­ki kimi padşahın yanında oturdu. Padşah ondan: “Sənin göz­lərini kim sənə qaytardı?”- deyə soruşdu. O: “Mənim Rəbbim!”- deyə cavab verdi. Padşah dedi: “Məgər sənin məndən başqa Rəbbinmi var?” O dedi: “Mənim də Rəb­bim, sənin də Rəbbin – Allahdır!” Padşah ona o qədər işgəncə verdi ki, axırda o, uşağı nişan verdi. Uşağı padşa­hın hüzuruna gətirdilər. Padşah ona dedi: “Oğ­lum! Sən sehrbazlıqda elə bir səviyyəyə gəlib çatmısan ki, anadan­gəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldır, həmçinin başqa xəstəlikləri də müalicə edirsən.” Uşaq dedi: “Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüd­rətli və qüvvətli Allahdır.” Padşah ona da o qədər əzab verdi ki, nəhayət o, rahibin adını verdi. Rahibi padşahın hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Rahib isə buna razı olmadı. Onda padşah mişar gətizdir­di və onu başının tən ortasından mişarlayıb iki hissəyə böl­dülər. Sonra padşahın yaxın adamını onun hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Lakin o buna razı olmadı. Onu da başının tən ortasından mişar­layıb iki hissəyə böldülər. Sonra uşağı onun hüzuruna gətirdilər. Padşah ona: “Dinindən dön!”– dedi. Amma o buna razı olmadı. Padşah əsgərlərindən bir neçəsinə tapşırıb dedi: “Onu filan dağa aparın, o dağın zirvəsinə qaldırın və əgər dinindən dönməsə, onu ora­dan aşağı atın!” Onlar uşağı aparıb dağın başına qaldırdıqda o dedi: “Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu dəmdə dağ silkələndi və padşahın əsgərləri yerə düşdülər. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Pad­şah soruşdu: “Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: “Allah məni onlardan xilas etdi!” Padşah əs­gərlə­rindən bir neçəsinə tapşırıb dedi: “Onu qayığa min­dirib dənizə çıxarın və əgər dinindən dönməsə, onu dənizə atın!” Onlar dənizə çıxanda uşaq dedi: “Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu vaxt qayıq yırğalandı və əsgərlər dənizə düşüb boğuldular. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: “Allah məni onlardan xilas etdi!” Sonra o, padşaha dedi: “Sən mənim dediklərimi yerinə yetirməyincə məni öldürə bil­məyə­cəksən.” Pad­şah soruşdu: “Mən nə etməliyəm?” Uşaq dedi: “Camaatı meydana yığ! Sonra məni ağacın gövdəsində çarmıxa çək. Sonra da mənim ox qabımdan bir ox götürüb onu ya­ya qoy və: “Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu mənə at. Əgər belə etsən, mə­ni öldürə bilərsən.” Padşah camaatı meydana yığdı və uşağı çarmıxa çəkdi. Sonra onun ox qabından bir ox götürüb onu yaya qoydu və: “Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu atdı. Ox uşağın gicgahına batdı və o, əlini gicgahına – oxun batdığı yerə qoyub canını tapşırdı. Meydana toplaşmış adamlar dedilər: “Biz bu uşağın Rəb­binə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik!” Padşahın tərəfdar­ları ona dedilər: “Sənin nədən çəkindiyin yadın­dadırmı? Val­lahi, bu, sənin başına gəldi. Camaatın hamı­sı iman gətirdi”. Onda padşah yolların kənarında xən­dəklər qaz­mağı və bu xəndəklərdə od qalamağı əmr etdi. Sonra da belə buyurdu: “Dinindən dönməyən hər kəsi oda atın!” Nəhayət, qucağında südəmər kör­pəsi olan bir qadını xəndəyin kənarına gətirdilər. Qadın dinindən dönüb geri çəkilmək istədikdə, körpə dil açıb dedi: “Anacan, səbirli ol! Həqi­qətən də, sən haqq yoldasan!”4

 

– Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) çətin günləri;

Rəvayət edilir ki, (bir dəfə) Aişə Pey­ğəm­bər­dən (sallallahu aleyhi və səlləm) so­ruşdu: “Sənin Uhud günündən5 daha ağır bir günün olub­mu?” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Mən artıq ərəblərdən çəkdi­yimi çəkmi­şəm. Ən çox əziyyət çəkdiyim (gün) isə Əqəbə günü6 olmuşdur. O vaxt ki, mən ibn Abdu-Yaleyl ibn Abdu-Kula­lədən7 mənə himayə olmağı xahiş etdim, lakin o mənə dəs­tək ver­mədi. Mən iztirab çəkə-çəkə geri döndüm və ancaq Qərnis-Səalibə8 gəlib çatdıqda özümə gəldim. Həmin vaxt mən başımı yuxarı qaldırıb üstümə kölgə salan bir bulud gördüm. Mən buluda diqqət yetir­dikdə içində Cəbraili gördüm. O məni səs­ləyib dedi: “Allah sənin həmqəbilə­lə­ri­nin nə dediklərini və sənə ne­cə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyi­ni sənin yanına göndərib ki, onları (bəlaya düçar etmək) xüsu­sunda istə­diyini bu mə­lə­yə əmr edəsən”. Dağlar mələyi mənə salam ver­dikdən son­ra dedi: “Ey Muhəm­məd, nə istəyirsənsə, (buyur)! İstəyir­sənsə, bu iki dağı9 onların başına uçur­dum!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Xeyr, mən ancaq onu diləyirəm ki, Allah onların belindən Tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin!”10

– Təbuk döyüşündən yayınmış üç səhabənin başı­na gələnlər;

Kəb ibn Malik ((sallallahu aleyhi və səlləm)adiyallahu anhu) demişdir: “Təbuk döyüşün­dən baş­qa Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) apardığı döyüşlərin heç birindən ya­yınmamışdım. Bədr döyü­şündən yayınm­a­ğıma gəlin­cə, ondan yayınanları Peyğəmbər (sallallahu aleyhi və səlləm) qınama­mışdı. Çünki o zaman Peyğəm­bər (sallallahu aleyhi və səlləm) döyüşə yox, Qureyş karvanının yo­lunu kəsmək üçün çıx­mışdı. Allah da onları vədələş­mə­dikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşat­mağa dair Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) beyət etdik. İnsanlar arasında Bədr döyüşü­nün Əqəbə beyətindən daha üstün sayılmasına baxmayaraq, mənim üçün Əqəbə beyəti daha sevimli idi. Təbuk döyüşünə gəl­dikdə isə, bu döyüşdən yayındığım zaman özümü başqa döyüş­lərdə olduğundan daha qüvvətli və daha gümrah hiss edirdim. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim bir dəvədən artıq miniyim olma­mışdı. Bu döyüş vaxtı isə mənim iki dəvəm var idi. Döyüşə get­mək istədikdə ikibaşlı danışmaqla həqiqi məqsədini bil­dirməmək Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) adəti idi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) Tə­buk döyüşünə şiddətli bir istidə yola düşdü. Bu səfər çox uzun və təhlükəli, (qarşılaşacaqları düşmənin isə) sayı çox olduğundan, Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanlara bütün bun­ları nəzərə alıb hazırlıq görsünlər deyə, məqsədini açıqlayıb gedəcəyi istiqaməti xəbər verdi. O zaman Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında olan müsəlmanların sayı olduq­ca çox idi və o, bu müsəlmanların adlarını xüsusi bir kitabda qeyd etmə­mişdi. Heç kim döyüşdən yayınmaq istəmirdi. Yalnız döyüşdən yayınmaq istəyən az sayda müsəlman elə zənn edirdi ki, vəhy nazil olmayınca onların bu hərəkətindən Peyğəm­bər (sallallahu aleyhi və səlləm) xəbər tutmaya­caq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəl­manlarla birgə hazırlıq görüb meyvələrin yetişdiyi və ağac kölgələrinin xoş olduğu bir isti payız günündə bu döyüşə çıxdı. O zaman onlar döyüşə hazırlaşarkən, mən də hər səhər döyüşə hazır­laşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazır­lıq görmədən evə qayıdıb öz-özümə: “Hazır­lıq görmək üçün hələ vaxt var”– deyir­dim. Camaat döyüşə tam ha­zır olana qədər bu səhlən­karlıq məndə davam etdi. Səhə­ri gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) və müsəl­manlar artıq səfərə yola düşdülər. Mən isə hələ də hazırlıq görməmişdim. Mən yenə öz-özümə dedim: “Bir-iki günə hazırlıq gördükdən sonra gedib onlara çata­ram”. Onlar Mədi­nədən çıxdıq­dan sonra mən yenə də hazırlıq görmək üçün evdən çıx­dım və heç bir iş görmə­dən axşam evə qayıtdım. (Ertəsi gün yenə) hazırlıq gör­mək üçün evdən çıxdım və heç bir iş görmə­dən axşam evə qayıt­dım. Bu hal məndə, onların tez bir zamanda düşmənlə qarşılaş­dıqları anacan davam etdi və mən bu döyüşdə iştirak etmək fürsətini əldən buraxdım. Bütün bun­lara baxmayaraq, mən yenə də on­lara çatmaq fikrin­də idim. Kaş ki, bu fik­rimi doğrulday­dım. Lakin bu mə­nə müyəssər olmadı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinə­dən çıxıb dö­yüşə getdikdən sonra insanlar arası­na çıxdıqda məni ən çox kə­dərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və Allahın döyüşə getməməyə rüsxət verdiyi zəiflər qalmışdı. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) Təbuka gəlib çata­na qədər mənim barəm­də düşünmədi. Təbukda ikən sə­habələr ara­sında olduqda məni xatırla­yıb dedi: “Kəb nə etdi?” Bəni Sələmə qəbiləsindən olan bir nəfər dedi: “Ya Rəsulullah, Kəbi iki gözəl libası və yan-yörəsinə özün­dən razı halda baxması Mədinədə sax­ladı.” Muaz ibn Cəbəl dedi: “Sənin dediyin söz necə də pisdir! Vallahi, ya Rəsulullah, biz Kəbdən yaxşılıqdan başqa bir şey gör­mə­mişik.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) heç nə demə­di. Onla­rın Mədi­nəyə qayıtma xəbə­rini eşitdikdə kədər məni bürüdü. Artıq yalan danış­maq barə­sində düşünmə­yə başladım və öz-özümə dedim: “Mən nə edim ki, sa­bah onun qəzəbin­dən xilas olum?” Sonra mən bu iş barə­sində təcrübəsi olan yaxınlarımla məslə­hət­ləşdim. Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) Mədi­nəyə ya­xınlaşması xəbəri mənə yetiş­dikdə bütün batil fi­kirləri özümdən uzaqlaş­dır­dım və başa düş­düm ki, uy­durduğum yalan fikirlər­lə özümə bəraət qazan­dıra bil­mə­yə­cəyəm. Ona görə də qərara gəl­dim ki, hər şeyi ol­duğu kimi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) söyləyim. Səhəri gün Peyğəm­bər (sallallahu aleyhi və səlləm) Mədi­nəyə gəldi və adəti üzrə məscidə daxil olub iki rükət namaz qıldı. Sonra da orada olan camaatla (hal-əhval tutmaq üçün) birgə oturdu. Bu vaxt Təbuk döyü­şündən yayınan səksəndən artıq kişi gə­lib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) müxtəlif bəha­nələr gətirməklə və and içməklə üzrxahlıq etməyə başladılar. Allahın elçisi onla­rın aşkarda dedik­lərini qəbul etdi, onlar­dan bir daha vəd aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdik­lərini isə Allaha hə­valə etdi. Bu zaman mən də Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) hüzuruna gəlib ona salam verdim. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) məni gör­cək gülümsədi, lakin qəzəbli olduğu hiss olu­nurdu. Peyğəm­bər (sallallahu aleyhi və səlləm): “Gəl!”– deyə məni çağırdı. Mən yaxın­laşıb onun qarşısında otur­dum və o mənə dedi: “Bu döyüşdən yayınmağının səbəbi nə idi? Məgər sən bundan öncə (İslamı yaşatmağa) söz verməmişdin?” Mən dedim: “Elə­dir, (ya Rəsulullah,) vallahi ki, mən başqa birisinin hüzu­runda olsaydım, bir bəhanə gətirməklə onun qəzə­bin­dən canımı necə qurta­racağımı görərdin. Doğru­dan da, mə­nim çox fəsahətli danışıq qa­bi­liyyətim var. Vallahi, mən başa düşdüm ki, əgər mən bu gün ya­lan danış­maqla səni razı salsam, sonra Allah sənə həqi­qəti bildir­dikdə mənə qəzəblənəcəksən, lakin sənə həqi­qəti söyləsəm, sənin mənə qəzəbin tutsa da Allahın məni ba­ğış­la­yacağına ümid edəcəm. Xeyr, vallahi ki, mənim bu döyüşdən yayın­dığıma bəraət qazan­dıracaq heç bir üzürlü səbəbim yoxdur. Çünki mən heç vaxt özümü indiki kimi qüvvətli və gümrah hiss etmə­mişdim.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bu doğru söylədi. Ey Kəb, get, Allah sənin barəndə hökm verənə qədər səbir et.” Mən çıxıb getdikdə Bəni Sələ­mə qəbi­ləsindən olan bir dəstə kişi tələsik arxamca gəlib mə­nə dedi: “Vallahi, biz səni bun­dan əvvəl günah­kar bir şəxs kimi tanımırdıq. Sən döyüş­dən yayınan şəxslər kimi Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) üzrxahlıq etmə­yib aciz qaldın. Halbuki, sənin bu günahın üçün Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) bağışlanma dilə­məyi kifayət edərdi.” Valla­hi, onlar məni o qədər qınadı­lar ki, qayıdıb yalan söylə­diyimi bildirmək istədim. Son­ra da: “Məndən başqa belə hərəkət edən bir kimsə var­mı?”– deyə soruş­dum. Onlar dedilər: “Bəli, iki nəfər də sən dediyin kimi həqiqəti söylədi və sənə deyi­lənlər on­lara da deyildi.” Mən on­ların kim olduğunu soruşduqda onlar: “Bu, Murara ibn Rəbi əl-Amri və Hilal ibn Ümey­yə əl-Vaqifidir”– deyib, Bədr döyüşündə iştirak etmiş, nümu­nəvi olan iki səha­bəni mənə bildirdilər. Onlar bu­nu mənə söylə­dikdən sonra (fikrimdən dönməyib) çıxıb getdim. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) döyüş­dən yayınanlar arasında yal­nız bizim üçümüzlə danışmağı müsəlmanlara qadağan etdi. Camaat bizdən uzaqlaşdı və onların bizə qarşı olan münasibəti dəyişdi. Hətta, bu yerlər mənim üçün qərib­ləşdi. Bu vəziy­yət əlli gün davam etdi. Bu müddət ərzin­də Murara və Hilal Allahın qədərinə bo­yun əyməklə ev­lərində oturub ağla­yırdılar. Mən isə onlardan daha gənc və daha dözümlü ol­du­ğum üçün müsəlmanlarla birlikdə namaz­larda işti­rak edir və bazarlarda gəzib dolaşır­dım, lakin mənimlə heç kəs da­nışmırdı. Namazdan sonra Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib salam verər və öz-özümə de­yərdim: “Görə­sən onun dodaqları tərpəndi­mi, mənim salamımı aldı­mı?” Sonra onun yaxınlığında namaz qılar və gizlincə ona nəzər salar­dım. Namaza gəldiyim zaman Peyğəm­bər (sallallahu aleyhi və səlləm) mənə tərəf baxardı, ancaq mən ona tərəf baxdıqda o məndən üz çevi­rərdi. İnsanların məndən üz çevirməsi və mənə qarşı olan soyuq münasibətləri beləcə davam etdi. Bir gün mən əmim oğlu Əbu Qəta­dənin hə­yət diva­rını aşıb onun yanına gəldim. Əbu Qətadə ən çox sevdi­yim insanlardan biri idi. Mən ona salam ver­dim, ancaq vallahi ki, o, mənim salamımı almadı. Mən dedim: “Ey Əbu Qətadə! Səni Allaha and verirəm, de görüm mənim Allahı və Onun Rəsu­lunu (sallallahu aleyhi və səlləm) sevən bir bəndə olduğumu bilir­sənmi?” O susdu.

Mən bir daha Allaha and verib soruş­duqda, o yenə də cavab vermədi. Mən üçüncü dəfə Allaha and verib soruşdum. O dedi: “Allah və Onun Rəsulu daha yaxşı bilir!” Bu cavabdan sonra gözlərim yaşla doldu, sonra hasarı aşıb oradan uzaqlaşdım. Bir gün mən Mədinə bazarında gəzib dolaş­dığım zaman ora ticarət üçün gəlmiş, Şam əhlindən olan bir nəsrani əkin­çi: “Mən Kəb ibn Maliki necə tapa bilə­rəm?”– deyə soruşduqda, bazar­da­kılar işarə edib məni ona göstərdi­lər. O yaxınlaşıb Ğəssan vilayə­tinin hökm­darı­nın mək­tubunu mənə təq­dim etdi. Orada bu sözlər yazılmışdı: “Sonrasına gəlin­cə... Məndə olan məlumat­lara görə dos­tun səninlə çox sərt davranır. Doğrusu, Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yer­də qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqin­cə hörmət edək.” Bu məktubu oxuduq­dan sonra mən: “Bu da bir im­ta­handır”– deyib, onu tən­dirə atıb yandır­dım. Qırx gün keçdikdən sonra Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) göndər­diyi adam11 gəlib mənə dedi: “Alla­hın elçisi sənə həyat yolda­şın­dan uzaq­laşmağı əmr edir.” Mən dedim: “Onu boşayım, ya yox?” Dedi: “Yox, (boşa­ma), lakin ondan uzaq dur və onunla yaxınlıq etmə!” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu xəbəri Mura­ra və Hilala da göndərmiş­di. Mən həyat yoldaşıma dedim: “Atanın evinə get və Allahın hökmü gələnə qədər orada qal!” Hilal ibn Ümey­yənin zövcəsi Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) yanı­na gəlib dedi: “Ya Rə­sulullah, Hilal artıq qocalmış və əldən düş­müşdür. Ona xidmət edəcək bir kimsə yoxdur. Ona xidmət gös­tərməyimə də qadağa qoyursan?” O dedi: “Xeyr, lakin səninlə yaxınlıq etmə­sin.” Hilalın zövcəsi dedi: “Vallahi ki, onun heç hərəkət etməyə taqəti qalmayıb. Bu hadisə baş verən­dən bəri o, dayanmadan ağlayır.” Mənim də yaxınlarımdan bəziləri mənə dedilər: “Bəlkə sən də Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəyə­sən və o, Hilal ibn Ümeyyənin zöv­cəsinə ona xidmət et­mək üçün izn verdiyi kimi sənin zövcənə də izn versin.” Mən dedim: “Vallahi, mən bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəmə­yəcəm. Mən nə bilim ki, o nə cavab verəcək. Bundan başqa mən hələ gəncəm.” Mən on gün də gözlə­dim və artıq Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) qada­ğan etdiyi günlərin sa­yı əlliyə çatdı. Mən əllinci gün sübh namazını qılıb, evlərimizdən birinin damı­nın üs­tündə Allahın ayədə zikr etdiyi vəziy­yətdə, yəni ürəyim təngə gəlib sıxıl­mış və gen dünya mənə dar olmuş bir halda oturmuşdum ki, birdən Səl dağının üs­tü­nə çıxıb uca səslə çağıran carçı­nın: “Ey Kəb ibn Malik, sevin!”– dediyini eşitdim. Mən dərhal səcdə etdim və anladım ki, artıq sevinc və fərəh gəlmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) sübh nama­zını qıldıqdan sonra Allahın bizim tövbə­lə­rimizi qəbul etdiyi­ni insanlara bə­yan etmiş və onlar da bu şad xəbəri bizə çatdırmağa tələsmişlər. Bəziləri Muraranı və Hilalı müjdə­ləmək üçün onların yanına getmişlər. Onlardan bi­ri atını çapa­raq məni müj­dələməyə gəlmiş, digəri isə Səl dağına qal­xıb oradan bu müj­dəni mənə daha tez çatdır­mışdı. Çün­ki səsin sürəti atın sürətindən daha tez çatır. Səsini eşit­diyim müj­dəçi mənim yanıma gəldikdə libası­mı ona ver­dim. Vallahi, özümün bundan başqa libasım ol­madığı üçün Əbu Qəta­dədən libas aldım və onu geyib Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına get­dim. Əshabələr dəstə-dəstə məni qar­şılayır və tövbə­min qəbul olunması münasibə­tilə məni təbrik edib deyir­dilər: “Allahın töv­bəsi sənə xeyirli ol­sun!” Mən məscidə daxil olduq­da, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) orada oturmuş və camaat da onun ətrafına toplaş­mışdı. Təlhə ibn Ubeydullah qal­xaraq sürətlə mənə tərəf gəlib əlimi sıxdı və məni təbrik etdi. Allaha and olsun ki, ondan başqa müha­cirlərdən heç kəs məni təbrik etmək üçün ayağa qalxmadı. Mən onun bu münasibətini heç vaxt unut­ma­ram. Mən Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) salam verdikdə, o, sevinclə parlayan üzünü mənə tərəf çevirib dedi: “Anan səni dün­yaya gətirdiyi gündən bəri sənin üçün ən xeyirli olan bu günün səadətilə sevin!” Mən: “Ya Rəsulullah, bu müjdə sənin tərəfindəndir, yoxsa Allahın?”– deyə soruş­duqda o dedi: “Xeyr, əksinə bu Allah tərəfindən olan müj­dədir.” Adə­tən Peyğəmbər (sallallahu aleyhi və səlləm) sevindikdə onun üzü ay parçası kimi parla­yardı. Biz də onun sevindiyini bu görkəmindən hiss edərdik. Mən Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) qarşısın­da oturub dedim: “Ya Rəsulullah, tövbəm qə­bul olun­duğu üçün var-dövlətimi Allah və Onun rəsuluna sədə­qə etmək istəyirəm.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Var-dövlətinin bir hissə­sini özündə saxla. Bu sənin üçün daha xeyir­lidir.” Mən dedim: “Xeybər döyü­şündə əldə olunmuş qənimətdən payıma düşən hissəni özüm üçün saxlayı­ram. Ya Rəsu­lullah! Həqiqətən, Allah məni bu sıxıntıdan yalnız doğru danışdığım üçün qurtardı. Elə buna görə də bundan son­ra yalnız doğ­ru danışacağam.” Allaha and olsun ki, Pey­ğəm­bə­rə (sallallahu aleyhi və səlləm) doğru söylədiyim vaxtdan bəri Allahın kimi­sə doğru danış­maqda məni imtaha­na çəkdiyindən daha gözəl imtahana çəkdiyini bilmirəm. Bütün bunları Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) söylədikdən sonra bu günə­dək yalan danış­maq niyyətində olmadım və Allah­dan istəyi­rəm ki, bun­dan sonra da bu işdə mə­ni qoru­sun. Buna görə də Allah Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) bu ayəni nazil etdi:

“Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihad­dan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbə­rin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarların da əvvəlcə töv­bəsini qə­bul et­di, sonra da on­ları bağış­ladı. Çünki Allah on­lara qarşı Şəf­qət­li­dir, Rəhm­lidir. Geri qal­mış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­liyinə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sıxılmış və yəqin bilmiş­dilər ki, Allah­ın əza­bın­dan, ancaq Onun Özünə sığınmaq­dan başqa çarə­ləri yox­dur. Sonra Allah peşman olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edən­dir, Rəhm­lidir. Ey iman gətirənlər! Allah­dan qor­xun və düz danı­şanlarla birlikdə olun”.12

Allaha and olsun ki, İslam nemətindən sonra Allahın mənə bəxş etdiyi nemət­lər­dən ən gözəli Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) doğru danış­maqdır ki, yalan danışıb həlak olanlar­dan ol­mayım. Uca Allah yalan danışanları mə­zəm­mət edərək on­lar barəsin­də bu ayəni nazil etmişdir:

“Yan­larına qayıtdı­ğınız zaman, onlardan əl çəkə­si­niz deyə, qarşı­nızda Allaha and içəcəklər. Siz onlardan üz döndə­rin. Çünki onlar murdardırlar. Qazan­dıqları günah­ların cəzası olaraq sığına­caqları yer Cəhənnəm olacaqdır. Qarşınız­da and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaat­dan razı qalmaz”.13

Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bizim üçü­müzdən başqa döyüşdən yayınanla­rın hər birindən and içib, üzr diləmələrini qə­bul etdi, həmçinin onların beyətini qəbul edib onlar üçün bağışlanma dilədi. Lakin bizim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu haqda Uca Allah belə buyurur: “Geri qalmış üç nəfəri də bağış­ladı...”14. Bu ayədə qeyd olunmuş “geri qalanlar” ifadəsi heç də bizim Təbuk döyü­şündən geri qalmağımıza işarə deyil. Əksinə, bu bizim barə­mizdə olan hökmün, and içərək Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) üzr diləyənlər barəsində olan hökm­dən (əlli gün) geri qal­masıdır”.15

– Əbu Zərin İslam dinini qəbul etməsi;

Əbu Zər belə rəvayət etmişdir: “Mən Ğifar qəbi­lə­sin­dən idim. (İslamın ilk günlərində) bizə xəbər gəlib çat­dı ki, Məkkədə bir adam peyda olub, peyğəmbər ol­du­ğu­nu iddia edir. Onda mən qardaşıma dedim: “Get o ada­mın yanına, onunla danış və mənə ondan bir xəbər gətir!” Qarda­şım (Məkkəyə) gedib onunla görüşdü, son­ra geri qayıtdı. Mən soruşdum: “Nə xəbər (gətirmisən)?” Dedi: “Vallahi, mən (insanlara) yaxşı işlər görməyi buyu­ran və (onları) pis işlərdən çəkindirən birisini gör­düm.” Mən (ona): “Sən mənə lazım olan xəbərləri gətirməmi­sən?”– dedim, sonra da bir cürdək su və bir əl ağacı götürüb Məkkəyə yola düş­düm. Mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tanımırdım və heç bir kimsədən onun haqqında soruş­maq da istəmir­dim. Mən Zəm-zəm suyun­dan içirdim və Məscidül­həramda qalır­dım. (Həmin vaxt) Əli gəlib mə­nim yanım­dan keçdi və (mənə): “Qərib adama oxşayır­san”– dedi. Mən: “Bəli!”– dedim. O (mənə): “Elə isə gedək evə!”– de­di, mən də onunla getdim. O məndən bir söz soruş­madı, mən də ona heç nə demədim. Səhər açıl­dıqda mən Pey­ğəmbəri (sallallahu aleyhi və səlləm) soraqlamaq üçün məscidə gəldim, lakin heç kəs mənə onun haqqında bir söz demə­di. (Yenə) Əli mə­nim yanımdam keçdi və soruşdu: “Sən (qonaq) qalmaq üçün hələ özünə bir yer tapa bilməmi­sən?” Dedim: “Xeyr!” Dedi: “Gedək mənimlə!” (Yolda) məndən soruş­du ki: “Sən nə gəzirsən? Bu şəhərə gəlmə­yinin səbəbi nədir?” Dedim: “Heç kimə deməyəcəksən­sə, sənə (məqsə­dimi) bil­dirim.” Əli: “Baş üstə!”– dedi. Dedim: “Bizə xə­bər çatıb ki, Məkkədə bir adam peyda olub, pey­ğəmbər olduğunu iddia edir. Mən qardaşımı göndərmişdim ki, onunla danış­sın (və onun barəsində mənə bir xəbər gətir­sin), lakin o qayıdıb mənə lazımi xəbərləri çatdırmadı. Odur ki, mən özüm onunla görüş­mək istədim. Əli dedi: “Sən düz yol tutmusan! İndi mən onun yanına gedəcəm, sən də mənim dalımca gələrsən. Mən hara girsəm, sən də ora girərsən. Əgər yolda sənə xətər toxun­dura biləcək birisini görsəm, dayanıb divarın dibinə çəkilə­cəyəm ki, guya ayaqqabımın bağını bağlayı­ram, sənsə yoluna da­vam edər­sən.” (Bunu deyən­dən) sonra o getdi, mən də onun dalınca getdim. O gedib bir evə daxil oldu, mən də onun dalınca Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanı­na daxil oldum və ona: “Mənə İslam haqqında danış!”– dedim. O mənə İslam dinini başa saldı və mən elə yerim­dəcə bu dini qəbul etdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə dedi: “Ey Əbu Zər, bunu heç kəsə bildirmə, qayıt öz qəbilənə. Elə ki bizim açıq-aydın dəvət etdiyimizi eşitdin, gəl qoşul (bizə)”. Mən dedim: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən bunu onların16 arasında açıq-aydın elan edəcəyəm”.

Bundan sonra Əbu Zər məscidə gəldi. (Həmin vaxt) qureyşlilər orada idilər. (Əbu Zər uca səslə) dedi: “Ey qureyşlilər! Mən şahidlik edirəm ki, Allahdan başqa mə­bud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qu­lu və elçisidir”. Müşriklər (bir-birilərinə): “Qalxın bu sa­biinin17 dərsini verək!”– dedilər.

(Əbu Zər) dedi: “Onlar qalxıb məni o ki var döy­dülər. Bu vaxt Abbas sinəsini qabağa verib məni müda­fiə etdi və üzünü onlara tutub dedi: “Vay sizin halınıza! Siz Ğifar qəbiləsindən olan bir adamı öldürmək istəyirsi­niz? Hal­buki sizin həm ticarət yollarınız, həm də özünü­zün gediş-gəlişiniz ora­dan keçir.” (Bunu eşidəndə) onlar mən­dən əl çəkdilər. Səhəri gün mən onla­rın yanına qayı­dıb dünən dediklərimi təkrar etdim. Onlar (yenə): “Qal­xın bu sabiinin dərsini verək!”– dedilər və məni dünənki kökə saldılar. Yenə Abbas sinəsini qabağa verib məni müdafiə etdi və dünən dediklərini bir daha təkrar etdi.”

Beləcə, Əbu Zər İslam dinini qəbul etdi. Allah ona rəhmət eləsin!”18

 

– Salman Farisinin çəkdiyi əziyyətlər;

 

Salman Farisi belə rəvayət etmişdir: “Mən İsfahan­da Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da hə­min məmləkətin böyüyü, həm də ən zəngin adamların­dan biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə burax­mırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri19 var idi. Bir gün onun başı işə bərk qarışmışdı deyə məni yanına çağırıb: “Oğlum, mənim evdə bir az işlərim var, bəlkə bu gün gedib çöldəki yer­lərimizə bir baş çəkəsən”- dedi və orada bəzi işləri gör­məyi mənə tapşırdı. Mən oraya gedərkən yolda nəsrani­lərin kilsəsinin yanından keçdim və onların səslərini eşit­dim, içəri daxil olub onların namaz qıldıqlarını gördüm. Atam məni ev dustağı etmişdi deyə mənim belə şeylər­dən xəbərim yox idi. Onların namazı mənim xoşuma gəl­di, məndə bu dinə rəğbət oyandı və mən öz-özümə de­dim: “Vallahi, bu din bizim sitayiş etdiyimiz oddan daha xeyirlidir”. Mən çöldəki yerlərimizə getməyib gün bata­nadək nəsranilərin yanında qaldım. Sonra onlardan: “Bu dinin əsli haradadır?”- deyə soruşdum. Onlar: “Şamda­dır”- dedilər. Beləcə, mən atamın tapşırdığı işi yerinə yetirməyib onun yanına qayıtdım. Mən evə gəldikdə atam dedi: “Oğlum, harda idin? Məgər mən səni iş dalın­ca göndərməmişdim?” Dedim: “Atacan! Mən kilsədə na­maz qılan insanlara rast gəldim və onların dini mənim xoşuma gəldi. Mən belə bir din görməmişdim. Odur ki, axşamadək onların yanında idim”. Atam dedi: “Oğlum! O dində heç bir xeyir yoxdur. Sənin və ata-babalarının dini bundan daha xeyirlidir”. Mən dedim: “Xeyr, vallahi ki, bu din bizim dinimizdən daha xeyirlidir”. Onda ata­mın canına qorxu düşdü, (atəşpərəstlikdən üz döndərəcə­yimdən qorxdu) və elə buna görə də məni ev dustağı edib əl-ayağımı bağladı ki, heç yerə qaçıb gedə bilməyim. Mən (fürsət tapıb) nəsranilərə xəbər göndərdim ki, əgər Şama bir karvan getsə, mənə xəbər versinlər. Çox keçmədi ki, nəsranilər Şam karvanının gəldiyini mənə bildirdilər. Mən onlara xəbər göndərdim ki, Şam tacirləri alış-veriş­lərini qurtarıb Şama qayıtmaq istədikdə mənə xəbər ver­sinlər. Nəhayət onlar mənə tacirlərin yola düşmək istə­di­yini bildirdilər. Mən ayağımdakı qandalları açıb evdən qaçdım və özümü həmin karvana yetirib onlarla bərabər Şama yollandım. Şama çatdıqda dedim: “Bu dini bilən ən savadlı adamı mənə göstərin”. Mənə kilsədəki baş keşişi göstərdilər. Mən onun yanına gedib dedim: “Mən bu dini qəbul etmişəm, qəlbimi ona bağlamışam və istəyirəm ki, sənin yanında qalıb sənə xidmət edim, səndən savad alım və səninlə birgə namaz qılım”. Baş keşiş mənə yanında qalmağa izn verdi. O çox yaramaz adam idi. O, öz hava­darlarına Allah yolunda sədəqə verməyi əmr edir, lakin yığılan sədəqəni özünə götürürdü, kasıblara heç nə ver­mirdi. İş o yerə gəlib çatmışdı ki, bu yaramaz adam yeddi küp qızıl-gümüş yığmışdı. Bu əməlinə görə mən ona nif­rət edirdim. Nəhayət, baş keşiş öldükdən sonra nəsranilər onu dəfn etmək üçün onun başına yığışdılar. Onda mən onlara dedim: “Sizin bu keşişiniz çox dələduz adam idi. O sizi sədəqə verməyə təhrik edir, sonra da verdiyiniz sədə­qələri özünə götürür və kasıblara heç nə vermirdi”. Onlar soruşdular: “Nə bilirsən ki, o belə edirdi?” Dedim: “İstə­yirsinizsə, onun yığdığı pulların yerini sizə göstərim?” Onlar: “Göstər!”- dedilər. Mən onlara onun xəzinəsinin yerini göstərdim və onlar oradan yeddi küp qızıl-gümüş çıxartdılar. Həqiqət bəlli olduqdan sonra onlar: “Allaha and olsun ki, biz bunu basdırmayacağıq”– dedilər və çar­mıxa çəkib daş-qalaq etdilər.

Bundan sonra onun yerinə başqa birisini seçdilər və mən uzun müddət onun yanında qaldım. Mən, namaz­larını vaxtlı-vaxtında qılan, dünyaya könül bağlamayıb axirətə can atan, gecə-gündüz Allahın itaətində duran onun tək dindar birisini görməmişdim. Mən onu çox se­virdim. Nəhayət, ölüm onu haqladıqda mən dedim: “Ey filankəs! Mən uzun müddət sənin yanında qaldım, səni səmimi-qəlbdən sevdim, heç kəsi sənin qədər sevmə­miş­dim. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. Mənə nə nəsihət edirsən, de görüm, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğlum, əsl dindarlar ölüb get­miş və insanlar bu dini təhrif etmiş, həqiqəti gizlətmişlər. Vallahi, mən bu əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Mövsul şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!” O vəfat etdikdən sonra mən Mövsulda yaşayan adamın yanına gəlib dedim: “Ey filankəs! Filan­kəs ölüm ayağında ikən mənə sənin tövhid dinində20 olduğunu xəbər vermiş və mənə sənin yanına gəlməyi tövsiyə etmişdir”. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun çox mehriban, xeyirxah bir insan olduğunu gördüm. Nəhayət, ona da ölüm yetişdikdə mən dedim: “Ey filankəs! Filan­kəs mənə sənin yanında qalmağı nəsihət etmişdi. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. İndi mən nə edim, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğ­lum! Vallahi, mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Nəsibin şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!” O vəfat etdikdən sonra mən Nəsibində yaşayan adamın yanına gəlib dostumun dedik­lərini ona xəbər verdim. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun əvvəlki iki kişi kimi tövhid əhli olduğunu, çox meh­riban, xeyirxah bir insan olduğunu gördüm. Çox keçmədi ki, onun da əcəli çatdı. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Filankəs mənə filankəsin yanına get­məyi, o da mənə sənin yanına gəlməyi nəsihət etmişdi. Sən mənə nə əmr edirsən, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi ki, mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Əmmuriyyə şəhərində yaşayır. İstəyirsənsə, onun yanına get!” O vəfat etdikdən sonra mən Əmmuriyyədə yaşayan adamın yanı­na gəlib dostumun dediklərini ona xəbər verdim. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun ya­nında qaldım. Onun yanında qaldığım müddətdə (Allah) mənə çoxlu mal-qara və qoyun nəsib etdi. Çox keçmədi ki, bu kişinin də əcəli yetişdi. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Mən filankəsin yanında idim. O mənə filankəsin yanına getməyi, filankəs də mənə filankə­sin yanına getməyi, o da mənə sənin yanına gəlməyi nəsi­hət etmişdi. Bəs sən mənə nə buyurursan, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi, mən bizim əqidəmizdə olan elə bir adam tanımı­ram ki, səni onun yanına göndərim. Lakin (ümidini üz­mə), İbrahimin dinində olan peyğəmbərin göndəriləcəyi vaxt artıq yaxınlaşıb. O, ərəblərin arasından çıxacaq, (qöv­mü onu qovub yurdundan çıxartdıqdan sonra) Hərraya,21 xurmalıqlar olan bir yerə hicrət edəcək. Onun hamıya bəlli olan peyğəmbərlik əlamətləri vardır: hədiyyəni ye­yər, sədəqəni isə yeməz və bir də çiyinləri arasında pey­ğəmbərlik nişanəsi vardır. O yerlərə gedə bilərsənsə, get!”

O vəfat etdikdən sonra mən Allahın qədərə yazdığı qədər Əmmuriyyədə qaldım. Nəhayət, bir gün mən Kəlb qəbiləsindən olan tacirlərə rast gəldim və onlara: “Məni ərəblərin diyarına aparmağa razılıq versəniz, mal-qaramı və qoyunlarımı sizə verərəm”. Onlar mənim təklifimlə razılaşdılar və mən bütün varidatımı onlara verdim. Ta­cirlər məni (Mədinə) yaxınlığındakı bir vadiyə gətirdilər və haqsızlıq edib məni kölə olaraq bir yəhudiyə satdılar. Mən onun yaşadığı yerə gəlib çatdıqda xurma ağaclarını gördüm və ürəyimə damdı ki, bu, dostumun mənə vəsf etdiyi yerlərdir. Mən içimdə rahatlıq tapa bilmirdim. Elə bu dəm ağamın mədinəli – bəni-qüreyzəli əmisi oğlu onun yanına gəldi və məni satın alıb Mədinəyə apardı. Vallahi, mən Mədinəni görəndə keşişin sözləri yadıma düşdü və axtardığım yeri tapdığımı güman etdim. Həmin ərəfədə artıq Allah Öz Peyğəmbərini (sallallahu aleyhi və səlləm) insanlara göndər­mişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir müddət Məkkədə dəvət apardı. Mən kölə idim deyə, onun haqqında heç bir məlumatım yox idi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdi. Bu ərəfədə mən ağam üçün ağacdan xurma yığırdım. Həmin vaxt ağamın əmisi oğlu onun yanına gəldi və onlar ağacın al­tında durub söhbət etməyə başladılar. Biri o birinə dedi: “Allah Bəni-Qiylə qəbiləsini öldürsün! Bu dəqiqə onlar Qubada Məkkədən gəlmiş o kişinin başına toplaşıb onun peyğəmbər olduğunu iddia edirlər”. Mən bu sözləri eşi­dəndə bədənimdən isti bir üşütmə keçdi və az qaldım ki, ağacdan ağamın üstünə düşüm. Mən dərhal yerə enib ağamın əmisi oğluna yaxınlaşdım və ondan: “Sən nə de­din? Nə dedin?”- deyə soruşdum. Bunu eşidəndə ağam qəzəbləndi və məni əməllicə kötəklədi. Sonra üstümə qış­qırıb dedi: “Bunun sənə dəxli yoxdu, get işinlə məşğul ol!” Mən ona: “Sadəcə onun dediyini bilmək istəyirdim”- dedim, (sonra da gedib işimlə məşğul oldum). Axşam düşdükdə mən bir qədər xurma götürüb Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getdim. Həmin vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qubada idi. Mən onun yanına gəlib dedim: “Sənin əməlisaleh insan, ətrafındakı səhabələrin də ehtiyac içində olduğunu eşit­mişəm. Odur ki, sədəqə vermək üçün saxladığım bu xur­maları sizə gətirmişəm. Sizin buna daha çox haqqınız ça­tır”. Bunu deyəndən son­ra mən xurmaları Peyğəmbərə (sallallahu aleyhi və səlləm) uzatdım. Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə: “Yeyin!”- dedi, özü isə bundan yemədi. Onda mən öz-özümə: “Bu, biri!”- dedim və çıxıb getdim, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də Mədinəyə getdi. Sonra mən yenə bir qədər xurma götürüb onun yanına gəldim və dedim: “Görürəm, siz sədəqə yemirsiniz. Odur ki, bu xurmaları sizə hədiyyə edirəm”. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) xurmadan yedi və səhabələrinə də ondan yeməyi buyur­du. Mən yenə öz-özümə dedim: “Bu da ikincisi”. Bir müddətdən sonra mən yenə onun yanına gəldim. Həmin vaxt o, Bəqi qəbirstanlığında, səhabələrindən birinin dəf­nində idi. O, səhabələri ilə birlikdə yerdə oturmuşdu, əba­sını da çiyninə atmışdı. Bu vaxt mən onun arxa tərəfinə keçdim ki, bəlkə keşişin mənə vəsf etdiyi peyğəmbərlik nişanəsini görəm. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxa tərəfinə keç­dikdə o mənim nə istədiyimi başa düşdü və əbasını çiy­nindən yerə saldı. Mən onun çiyinləri arasındakı peyğəm­bərlik əlamətini görən kimi onu qucaqlayıb öpdüm və hönkür-hönkür ağlamağa başladım. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə: “Gəl otur!”- dedi, mən də oturub əvvəldən axıradək başıma gələnləri ona danışdım. Bu əhvalat Peyğəmbərə təsir etdi və o məndən başıma gələnləri səhabələrə də danışmağı xahiş etdi.

İbn Abbas demişdir: “Salman Uhud döyüşünədək kölə olaraq qaldı”.

Sonra Salman rəvayətinə davam edib dedi: “Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə dedi: “Ey Salman, ağanla (müəyyən miqdar pul müqabilində) azad olunmağına dair razılaş”. Mən gedib ağamdan üç yüz xurma zoğu22 əkmək və min altı yüz dirhəm ödəmə şərtilə azad ediləcəyimə dair ra­zılıq aldım. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə: “Qarda­şı­nı­za yardım edin!”- deyə buyurdu, səhabələr də mənə yar­dım etdilər. Kimisi otuz, kimisi iyirmi, kimisi on beş, kimisi on, kimisi də imkanı daxilində bir neçə zoğ verdi. Beləliklə, üç yüz zoğ yığıldı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə dedi: “Ey Salman, get bu zoğların yerini qaz, işini qurtar­dıqdan sonra gəl mənə xəbər ver ki, onları mən öz əllə­rimlə əkim”. Mən səhabələrlə birlikdə zoğlarını yerini qa­zıb qurtardıqdan sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib (işi­mizi qurtardığımızı) ona xəbər verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qal­xıb mənimlə getdi. Biz zoğları bir-bir ona uzadır, o da onu yerə sancırdı. Beləcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zoğların hamısını öz əlləri ilə yerə basdırdı. Salmanın canı Əlində olan Allaha and olsun ki, o zoğlardan heç biri tələf olmadı. Beləliklə də, mən ağama xurma ağaclarını ödədim. Lakin min altı yüz dirhəmi ödəmək sonraya qaldı. Döyüşlərin birindən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni yanına çağırtdırıb mənə yumur­ta boyda qızıl külçə verdi və dedi: “Al bunu, borcunu ödə, ey Salman!” Dedim: “Bu bəs edəcəkmi, ya Rəsulul­lah?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Götür bunu, qüdrət və qüvvət sahibi olan Allah sənin borcunu ödəyəcək”. Mən bu qızıl külçəni götürüb tərəzidə çəkdirdim. Salmanın canı Əlin­də olan Allaha and olsun ki, düz qırx övqiyə23 gəldi. Belə­cə, mən borcumu ödəyib azad oldum”.24

Beləsinin xoş halına! Bir zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu səhabəni göstərib demişdir: “Hərgah iman Sürəy­ya uldu­zunun yanında olsaydı, bu adamlar ora da gedib çıxardı­lar”25. O həmçinin demişdir: “Cənnət üç nəfər üçün darı­xır: Əli İbn Əbu Talib, Əmmar ibn Yasir və Sal­man Farisi!”26

 

– Möminlərin anasına27 atılan böhtanlar;

 

Aişə O demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərə çıx­maq istədikdə zöv­cələri arasında püşk atardı. Püşk kimə düş­səydi, onu da özü ilə səfərə aparardı. Döyüş­lərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt ar­tıq hicab ayəsi nazil olmuşdu. (Bu səbəbdən də) məni kəcavənin28 içəri­sində apardılar. (Yol boyu lazım gəldik­cə) məni kəcavə ilə birgə yerə endirirdilər. Səfərimiz be­ləcə davam etdi. Nəhayət, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) döyüşü başa vu­rub geri qayıtdı. Biz Mədi­nəyə yaxın bir yerdə (dincəl­mək üçün) dayan­dıq. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) orada gecələ­məyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırla­şarkən Mən (təbii ehtiya­cımı rəf etmək üçün təkbaşına su başına çıxdım və) qoşun­dan uzaqlaş­dım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıt­dıqda, yolda əlimi sinəmə toxun­du­rub gördüm ki, Yəmən əqiqindən29 olan boyun­ba­ğım qırılıb düşüb. Mən geri qayıdıb onu ax­tar­mağa başladım və bu səbəbdən də yolum­dan qaldım. Bu əsna­da, məni müşayiət edən əshabələr mənim kəcavənin içə­risində olduğumu gü­man etdi­lər və onu götürüb min­diyim dəvənin üstünə qoydular. O zaman­lar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəca­vəni qaldı­rarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Beləcə, onlar dəvəni sürüb apar­dılar. Qoşun çıxıb getdikdən sonra mən boyunbağımı tapıb düşər­gəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcək­lərini güman edib kəca­və­min da­yandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxula­dım. Həmin vaxt Səfvan ibn Muəttil əs-Suləmi əz-Zəkva­ni (qoşundan qalan əşya­ları top­layıb sahib­lərinə qaytar­maq üçün) qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gə­lib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı gö­rüb mənə yaxınlaşdı. O, hicab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü (deyə dərhal məni tanıdı). Mən onun: “İnnə lillahi və innə iley­hi raciun”30 deməsinə oyan­dım (və dərhal çarşabla üzümü örtdüm). O, dəvəsi­ni yerə çökdürüb ayağını dəvənin qabaq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra (onun noxta­sından) tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qırağında oturub dincini alan orduya yetiş­dik. Həmin vaxt bir çoxları (mənə iftira atmaqla) bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəs­tələn­diyim zaman Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhə­ləndirirdi. O, sadə­cə olaraq yanıma gəlib salam verir və: “Vəziyyətin necə­dir?”– deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim olmadı. Sağaldıqdan sonra mən Ummu Mistah­la birgə əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacı­mızı rəf etmək üçün gəldi­yi­miz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaq­yolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: “Məhv olsun Mistah!” Mən ona dedim: “Sənin dediyin necə də pisdir! Sən Bədr döyü­şündə iştirak etmiş bir adamı söyür­sən?!” Ummu Mistah: “Ay qız, məgər sən on­ların nə dediyini eşitmə­misənmi?”– deyə soruşdu, sonra da if­tiraçıların dedik­lə­rini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: “Vəziy­yətin necədir?”– deyə soruşdu. Mən ona dedim: “İzn ver, valideynlərimin yanına gedim!” Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-olmadığını vali­deynlə­rimdən öyrə­nib dəqiq­ləş­dirim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mə­nə izn verdi. Onda mən valideyn­ləri­min yanına gəl­dim və anamdan: “Camaat nə danışır?”– deyə soruşdum. Anam dedi: “Qızım, özünü üzmə. Vallahi, çox nadir hal­larda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcə­ləri onun əleyhinə danış­masınlar.” Mən de­dim: “Sübhanəllah! Demək, camaat bunu danışırmış.” Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayan­madı və bir anlıq belə yuxu­laya bil­mədim. Vəhyin nazil olması gecikirdi deyə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-etməməsi barədə məs­ləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) mənim na­muslu olduğumu və bizi ürək­dən sevdi­yini bildirərək dedi: “Ya Rəsulullah, sənin əhli-əyalın barəsində zərrə qədər də pis bir şey eşitmə­mişəm!” Əli ibn əbu Talibin cavabı isə belə oldu: “Ya Rəsulullah, Allah sənə (bu xüsusda) heç bir hədd qoymamışdır, ondan başqa nə çox qadın var. Sən Aişə­nin xidmətçi­sin­dən soruş, o sənə düzünü deyər.” Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) (Aişə­nin xidmətçisi) Bəri­rəni çağırıb soruşdu: “Ey Bərirə, onda səni şübhə­ləndirəcək bir şey görmü­sən­mi?” Bərirə dedi: “Xeyr! Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qına­yardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğur­duğum xəmiri qorumağı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi.”

Ab­dullah ibn Ubey ibn Səlul dedi­yinə görə üzrxah­lıq istəsin deyə, həmin gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qal­xıb dedi: “(Ey müsəl­manlar!) Kim mənim zövcəmə əziyyət verən ada­mın itti­ham­larını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəm­dən xeyirdən baş­qa bir şey görmə­mişəm. Eləcə də ittiham olunan kişinin (Səfvan ibn Müəttilin) pis bir hərəkət etdiyi də mənə mə­lum deyil. O heç vaxt mənsiz bizim evə daxil ol­mayıb.” Bu vaxt Səd ibn Muaz ayağa qalxıb dedi: “Ya Rəsulullah, vallahi ki, mən sənə haqq qazandırmaq istə­yirəm. Əgər ittiham edən şəxs Ovs qəbilə­sindəndirsə, biz onun boy­nunu vurarıq, yox əgər qar­daşlarımız olan Xəzrəc qəbilə­sindəndirsə əmr et, sənin əm­rini yerinə yeti­rək.” Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Səd ibn Ubadə dedi: “Vallahi, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldür­məyə qadirsən!” O, əməlisaleh adam idi, lakin buna rəğ­mən tayfabazlıq etdi. Bu sözdən sonra (Səd ibn Muazın əmisi oğlu) Useyd ibn Xudeyr qalxıb (Səd ibn Ubadəyə) dedi: “Vallahi, sən yalan danış­dın! Biz onu mütləq öldü­rərik. Həqiqətən də, sən münafiqsən və müna­fiqləri mü­dafiə edirsən”. Beləliklə, Xəz­rəc və Ovs qə­bilələri arasın­da elə bir çax­naşma düşdü ki, az qala bir-birlərini öldü­rəcək­di­lər. Bu vaxt Peyğəm­bər (sallallahu aleyhi və səlləm) minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağla­dım və bütün gecəni oyaq qaldım. Səhərisi gün valideyn­lərim mənim bir gün yarım dayanmadan ağladığımın şahi­di olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim ya­nımda ikən, ənsar qadınla­rın­dan biri mənim yanıma gəl­mək üçün izn istədi və gəlib mə­nimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) içəri daxil oldu və (salam ve­rib) otur­du. Bu söz-söhbət başlanandan bəri o mənim yanım­da otur­ma­mışdı. Bir ay keçmə­sinə baxmaya­raq, mənim barəmdə heç bir ayə nazil olma­mışdı. O, şəhadət gətir­dikdən sonra dedi: “Ey Aişə, sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günah­kar deyilsənsə, Allah sə­ni təmizə çıxar­da­caq. Yox, əgər günah iş görmü­sənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqi­qətən, əgər bən­də öz gü­nahını etiraf edib tövbə edərsə, Allah onun töv­bə­sini qəbul edər.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) sözünü qur­tardıqdan sonra mənim göz yaşım kə­sildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: “Allahın elçisi­nə (sallallahu aleyhi və səlləm) cavab ver!”– dedim. O dedi: “Vallahi, Mən bilmi­rəm, Allahın elçisinə (sallallahu aleyhi və səlləm) nə deyim.” Sonra mən anama: “Allahın elçisi­nə (sallallahu aleyhi və səlləm) cavab ver”– dedim. O dedi: “Vallahi, mən bilmi­rəm, Allahın elçisinə (sallallahu aleyhi və səlləm) nə deyim.” Mən az yaşlı qız uşa­ğı olduğum üçün, Qurandan çox dəlil-sübut bilmə­di­yi­mə görə dedim: “Vallahi, hər şey mənə bəlli oldu. Siz in­san­ların danış­dıq­ları bütün bu söhbətləri eşit­diniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdi­niz. Əgər mən sizə günahsız olduğumu de­səm, – Allah da bilir ki, həqiqə­tən, mən günahsı­zam, – siz mənə inan­mayacaqsınız. Yox əgər günah­kar olduğu­mu etiraf et­səm, – Allah da bilir ki, mən o günah­dan uzağam, – siz buna inana­caqsınız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun dedi­yini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: “Mə­nə gözəl səbir gərəkdir. Söylədik­lərinizin müqabilində Allah­dan kömək diləmək lazımdır.”31

(Bunları deyəndən) sonra mən gedib yerimə uzan­dım. Mən inanır­dım ki, Allah mənim günahsız olduğu­mu üzə çıxardacaq. Lakin, vallahi, mən heç vaxt inan­mazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy na­zil edəcək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bilmirdim. Mən ümid edirdim ki, Allahın el­çisi (sallallahu aleyhi və səlləm) mənə bəraət qazandıracaq bir yuxu görə­cək. Vallahi, Rəsulullah (sallallahu aleyhi və səlləm) heç yerindən qalxma­mış və ev əhlin­dən də hələ bir kəs çolə çıxmamış ona vəhy nazil oldu. O, hər dəfə vəhy nazil olduğu za­man düş­düyü gör­kəmi aldı. Endirilən kəla­mın ağırlığın­dan o çox şiddətli sıxıntı keçirdi və qış gü­nündə belə ondan mirva­ri dənəsi kimi damla-damla tər tökülməyə başladı. Vəhy nazil ol­duqdan sonra o güldü. Mənə dedi­yi ilk söz isə bu oldu: “Ey Aişə, Allaha həmd et! Allah səni təmizə çıxart­dı.” Anam mənə dedi: “Qızım, qalx Alla­hın elçisinə (sallallahu aleyhi və səlləm) (təşəkkür et)!” Mən dedim: “Vallahi, mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!” Uca Allah da bu ayələri nazil etdi:

Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir. Onu özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, bu sizin üçün xe­yirlidir. O dəstə­dən olan hər bir şəx­sin qa­zan­dığı günahın cəzası vardır. İçə­rilərindən gü­nahın böyü­yünü öz üstü­nə gö­türəni isə böyük bir əzab göz­ləyir. Nə üçün siz bunu eşitdi­yi­niz za­man mömin kişilər və qa­dın­lar bir-bi­ri­ləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­­tandır!”– demə­dilər? Nəyə görə onlar buna dair dörd şa­hid gətirmədilər? Ma­dam ki, şa­hid gə­tirmədilər, deməli, on­lar Allah ya­nında əsl yalan­çı­­dırlar. Əgər Allahın dün­yada və axirət­də sizə lütfü və mərhə­məti ol­ma­saydı, dedi-qodula­rı­nıza görə sizə böyük bir əzab toxu­nardı. O zaman siz bunu dili­ni­zə gəti­rir, bilmədiyiniz sözü da­nışır və onu əhə­miyyətsiz bir şey he­sab edirdiniz. Hal­buki bu, Allah ya­­nında çox böyük günahdır. Nə üçün siz onu eşit­di­yiniz za­man: “Bizə bunu da­nış­maq ya­­raşmaz. Ey Allah! Sən pak və mü­qəddəssən! Bu, çox böyük bir böh­tandır!”– de­mə­diniz?  Əgər möminsiniz­sə, bi­lin ki, Allah sizə bir daha buna bən­zər şeyləri tək­ra­rən etmə­mə­yi­nizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müd­rik­dir. Möminlər ba­rəsində iy­rənc şayi­ələ­rin yayılmasını is­təyənlər üçün dün­ya­da və axi­rətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bi­lir, siz isə bil­mir­si­niz. Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah Şəf­qət­li və Rəhm­li ol­masaydı, yaydı­ğınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gəti­rənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə get­sə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah Eşidəndir, Bi­ləndir”.32

Allah mənə bəraət qazandıran bu ayələri nazil et­dikdən sonra, qohum­luq əlaqələ­ri xatirinə və kasıb oldu­ğuna görə, öz malından Mistah bin Usasə­yə xərclə­yən Əbu Bəkr əs-Sid­diq dedi: “Vallahi, Mistah Aişə barə­sində belə dedikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm.” Uca Allah da bu ayəni nazil etdi:

“Qoy aranızda olan fəzilət və sərvət sahibləri qo­hum­lara, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyə­cəklə­rinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Alla­hın sizi bağış­laması­nı istəmirsinizmi? Allah Bağışla­yandır, Rəhmlidir.”33

Əbu Bəkr dedi: “Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışla­sın!” O, yenə də malından xərcləməyi­nə davam etdi (və dedi: “Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)”

Allahın elçisi (sallallahu aleyhi və səlləm) Zeynəb bint Cəhşdən mənim ba­rəm­də soruşub dedi: “Ey Zeynəb, sən nə deyə bilirsən, nə gör­müsən?” O dedi: “Ey Allahın elçisi, mən gözümü, qulağı­m­ı (görmədiyim və eşitmədiyim şeylər­dən) qoru­yuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm.”

Bu həmin Zeynəbdir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələri ara­sında gözəlliyi və Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanında olan möv­qeyi ilə mənimlə rəqabət aparırdı. Lakin bu­nun pis aqi­bə­tindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu”.34



“əs-Saffat” surəsi, 89.

2 “əl-Ənbiya” surəsi, 63.

3 Səhih əl-Buxari, 3358.

4Səhih Muslim, 7703.

5 Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə uğramışlar və bu döyüş­də əshabələrdən yetmiş nəfər şəhid olmuşdur. 

6Çox güman ki, burada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Taifdə olduğu zaman taiflilər tərəfindən çox şiddətli təzyiqlərə məruz qalması nəzərdə tutulur.

7 İbn Abdu-Yaleyl ibn Abdu-Kulalə Taifin yaxınlığında yerləşən Səqif qəbiləsinin başçılarından biri olmuşdur.

8 Bu, Məkkə ilə Taif arasında yerləşən dağın adıdır. Bura həmçinin Qər­nul-Mənazil də deyilir.

9Hədisdə “iki dağ” deyildikdə Məkkədə yerləşən Əbu Qubeys və Quey­qian dağları nəzərdə tutulur.

10 Səhih əl-Buxari, 3231.

11 Xuzeymə ibn Sabit ((sallallahu aleyhi və səlləm)adiyallahu anhu).

12“ət-Tovbə” surəsi, 117-119.

13“ət-Tovbə” surəsi, 95-96.

14“ət-Tovbə” surəsi, 118.

15 Səhih əl-Buxari, 4418.

16Yəni müşriklərin arasında.

17 Sabii – Bir dindən başqa bir dinə meyl edən kimsəyə deyilir.

18 Səhih əl-Buxari, 3522.

19 Müasir dildə buna ferma deyilir.

20 Bütün başqa batil inanclardan uzaq olub, ibadətdə, hökmranlıqda, ən gözəl adlara və sifətlərə sahib olmaqda Uca Allahın təkliyini təsdiq etmə.

21Hərra deyildikə Mədinə yaxınlığında yerləşən, qaralmış daş-kəsəklərlə dolu bir sahə nəzərədə tutulur.

22 Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri.

23 Övqiyə çəki vahididir və bir övqiyə 40 dirhəmə bərabərdir.

24 Müsnəd imam Əhməd, 5/441-444; Silsilətul Əhadis əs-Səhihə, 894-cü hıdis.

25 Səhih əl-Buxari, 4897.

26 Müstədrək, 3/148; “Səhih əl-Cami”, 1/331.

27 “Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır...” əl-Əhzab surəsi, 6.

28 Səfərə çıxan adam üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer.

29Əqiq: müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazır­lanmasında və s.-də istifadə edilən bərk mineral. Yəmən əqiqi – əqiqin qırmızı rəngli əla növü.

30 Tərcüməsi: “Biz, Allaha məx­susuq və Ona da qayıdaca­ğıq!” Bu sözlər təəccüb doğuran bir şey gör­dükdə və ya hər hansı bir müsibət üz verdikdə deyilir. Əslində bu, “əl-Bəqərə” surəsinin 156-cı ayəsidir.

31“Yusuf” surəsi, 18.

32 “ən-Nur” surəsi, 11-21.

33“ən-Nur” surəsi, 22.

34 Səhih əl-Buxari, 2661.

 


Baxılıb: 22394


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”