Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) zövcələri və övladları

İmam Hüseynin (radiyallahu anhu) zövcələri və övladları

İmam Hüseynin (radiyallahu anhu)

zövcələri və övladları

 

1 - Rabəb bint İmrul-Qeys ibn Udey.

İmrul-Qeys Ömər ibn Xəttabın yanına gəlib İslam ordusu­na qoşulmaq istəyərkən Allah ona hidayət ver­mişdir. Ömər də onu mükafatlandırmaq üçün öz qəbilə­sinə əmir təyin etmişdi. Ömərin yanından çıxdıqda Əli ibn Əbu Talib ondan Həsənlə Hüseynə qızlarını ərə ver­mə­­sini istəmiş o da, Həsənə qızı Səlmanı, Hüseynə də Rabəbi ərə vermişdi. Rabəb Hüseynə ərə gəldikdən son­ra onu çox sevmişdi. Hüseyn də öz növbəsində onu se­vib qay­ğısını çəkirdi. Hüseyn Kərbə­lada şəhid olarkən Rabəb onun ya­nında idi. Hüseynin ölümün­dən sonra bir çox Qureyşli gənc­lər onunla ailə həyatı qurmaq istəsələr də, o bunu rədd edərək demişdir: “Mən Peyğəm­bərdən (sallallahu aleyhi və səlləm) başqa heç kimin gəlini olmaq istəmirəm. Vallahi ki, Hü­seyndən sonra mən heç bir kişi ilə bir çar­daq altında ol­maya­cağam”. Qısa bir müddət sonra o və­fat etdi. Onun Hüseyndən olan Səkinə adlı qızı zamanı­nın ən gözəl qa­dınlarından idi. Ondan başqa onun Abdul­lah adlı oğlu da var idi.1

2 - Sülafə (Şah Zanən və ya Şəhrəbanu)

Sonuncu fars imperatoru Yezdəcird məhv olunduq­dan sonra onun ailə üzvləri və əyanları müsəlmanların əlinə əsir düşdülər. Möminlər də onları bütlərə sitayiş­dən, atəşpərəstlik­dən və məcusilikdən qurtarmaq istə­yirdilər. Qənimətlər Mədi­nəyə gəlib çatdı. Mədinə şəhəri o vaxta qədər o qədər çox qənimət görməmişdi. Əsirlərin arasında Yezdəcirdin 3 qızı da var idi. İnsanlar bir neçə saat içərisində əsirləri pulla alıb haqqını beytul mala kö­çürdülər. Təkcə Xosrovun qızları qaldı. Onlar çox gö­zəl idilər. Ataları onları gənc ikən qoyub getmişdi. Fars im­peratorluğu dağıldıqdan sonra onların gözlərini kədər və həsrət bürümüşdü. Əli ibn Əbu Talib onları saxlaya biləcək şəxslərin onlara sahib çıxmasını istəyirdi. Axı Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Zillətə düşmüş böyük adam­lara qarşı rəhmli olun”. Əli Ömər ibn Xəttabın yanı­na gəlib dedi: “Ey möminlərin əmiri, padşahın qız­ları ilə başqaları kimi davranmaq olmaz”. Ömər dedi: “Düz deyirsən, bəs necə edək?” Əli dedi: “Gəl onların qiymətlərini qaldıraq, sonra onlar həmin məbləği ödə­yənlərin arasında seçim etsinlər”. Ömər Əlinin bu təkli­fini bəyənərək dərhal həyata keçirdi. Qızlardan birini Əbu Bəkrin oğlu Mu­həmməd, ikincisini Ömərin oğlu Abdullah, üçüncüsü­nü isə Əlinin oğlu Hüseyn aldı. Hə­min Sulafə də Hüseynə Səccad2 və ya Zeynul-Abidin3 ləqəbi ilə tanın­mış Əli Əsğəri4 dünyaya gətirdi. İkinci xanım Abdullah ibn Ömərdən Salimi, sonuncu isə Mu­həmməd ibn Əbu Bəkrdən Qasimi dünyaya gətirdi. Bu üç xalauşaqları bö­yük alimlərdən olublar.5

Şah Zanən fars sözüdür və xanımların şahı məna­sını verir. Qadın İslamı qəbul etdikdən sonra azad xanı­ma çevrildi. Daha sonra o bütpərəst olan əslindən daha da uzaqlaşmaq məqsədi ilə Şah Zanən adından da imti­na etdi. Sülafə Hüseynlə çox xoşbəxt bir həyat sürmüş­dü. Çünki Hüseyn padşah qızına ən layiqli ər idi. Onla­rın oğlu dünyaya gəldikdə ona babalarının adını verdi­lər. Lakin Sülafənin bu sevinci uzun sürməmiş və o ni­fas6 qızdırmasından dünyasını dəyişmişdir.

3 - Leyla bint Əbu Murra ibn Urva ibn Məsud əs-Səqəfi. Hüseynin bu zövcəsi əhli-beytdən Kərbəlada birinci şəhid olan Əli Əkbərin7 anasıdır.

4 - Ummu İshaq bint Təlhə ibn Ubeydullah. O qarda­şı Həsə­nin xanımı idi. Vəfatından qabaq qardaşı Hüsey­nə onunla ev­lənməyi vəsiyyət etmişdi. Ondan da Fatimə adlı qız­ı dünyaya gəlmişdi.




1 Tarix Dəməşq, 69/119-120.

2 Səcdəyə qapılan.

3 Abidlərin şərəflisi.

4 Yəni kiçik oğlu Əli.

5 Vəfəyat əl-Əyan, 3/267.

6 Nifas, doğuşdan sonra qadının uşaqlığından gələn qandır.

7 Yəni böyük oğlu Əli.

 


Baxılıb: 27396


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”