Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin radiyallahu anhu rəvayət etdiyi bəzi hədislər

İmam Hüseynin radiyallahu anhu rəvayət etdiyi bəzi hədislər

“Hüseyn radiyallahu anhu rəvayət edir ki, Əli ibn Əbu Talib de­mişdir: “Bir dəfə gecə Peyğəm­bər salləllahu aleyhi və səlləm mənim və qızı Fati­mənin yanına gəlib dedi: “Siz gecələr namaz qılmırsınız­mı?” Mən dedim: “Ya Rəsu­lullah, bizim canımız Allahın Əlin­dədir. Əgər O, bizi oyatmaq istəsə, oyadar.” Belə deyən­də o, mənə heç bir söz demə­yib çıxıb getdi. Sonra mən onun dönüb gedərkən ombasına vura-vura: “İnsan necə də çox müba­hisə edərmiş!” 1 – dediyini eşitdim.” 2

Rəvayət edilir ki, Hüseyn radiyallahu anhu demişdir: “Bir dəfə mən atamdan Peyğəmbər salləllahu aleyhi və səlləm haqqında soruşdum. O dedi: “Peyğəm­bər salləllahu aleyhi və səlləm həmişə gülərüz, həlim xasiyyətli, müla­yim rəftar edən bir adam idi. O əsla kobudluq, pislik, ara­vuranlıq etməz və eyib tutmazdı. Birinin könlündən bir şey keçdikdə dərhal onu hiss edərdi. O heç kəsi bez­dirməz və heç kəsə səhv yol göstərməzdi. Üç şeydən həmişə uzaq olardı: riyakarlıq, təkəbbürlük və ona aid olmayan məsələlərə qarışmaq. Yalnız savab olan məsələ­lər barəsində danışır, danışdıqda isə ətrafında oturanlar onu diq­qətlə dinləyərdilər. O sözünü qurtardıqdan son­ra ətrafındakılar danışar və heç vaxt onun hüzurunda mübahisə etməzdilər. Biri­si danışdıqda hamı susub onu dinləyərdi. Onun danışığı hamı­dan üstün sayılardı. Hamı ilə birlikdə gülər və təəccüblənərdi. Bədəvilərin ona qarşı etdiyi kobudluğa səbir edər və deyərdi: “Biri­nin nəyəsə ehtiyaclı olduğunu görsəniz, ona yardımçı olun”. O yalnız layiqli kəsdən tərif qəbul edər və heç kimin sözünü kəsməzdi.” 3

“Rəvayət edilir ki, Hüseyn ibn Əli radiyallahu anhumə demişdir: “(Bir dəfə) Pey­ğəmbər salləllahu aleyhi və səlləm ibn Sayyada 4 dedi: “Sənin üçün fikrimdə bir şey tutmuşam”. İbn Sayyad: “Bu, duxdur 5”- deyə cavab verdi. Pey­ğəmbər salləllahu aleyhi və səlləm ona: “İtil buradan!”- deyə buyurdu.” 6

Hüseyn ibn Əli radiyallahu anhumə rəvayət edir ki, Pey­ğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “Mənim adım çəkildiyi zaman mənə salavat gətirməyən kəs Cənnətə gedən yoldan azar.” 7

Hüseyn ibn Əli radiyallahu anhumə rəvayət edir ki, Pey­ğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “Paxıl o kimsədir ki, mənim adım çəkildiyi za­man mənə salavat gətirmir.” 8

Rəvayət edilir ki, Hüseyn ibn Əli radiyallahu anhumə demişdir: “(Bir dəfə) bir nəfər Peyğəmbərin salləllahu aleyhi və səlləm yanına gəlib dedi: “(Ya Rəsulullah!) Mən (döyüşməkdən) qorxuram, özüm də zəifəm.” Onda Peyğəmbər salləllahu aleyhi və səlləm ona belə buyurdu: “Haydı, gedək təhlükəsiz bir cihada – (yəni) həccə.” 9

Hüseyn ibn Əli radiyallahu anhumə rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Elm öyrənmək hər bir müsəlmana vacibdir.” 10

Hüseyn ibn Əli salləllahu aleyhi və səlləmadýyallahu anhumə rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Uca Allah şərəfli işləri sevər, yaramaz əməllə­ri isə bəyənməz.” 11

Hüseyn ibn Əli radiyallahu anhumə rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “(Özünü müsəlman sayan) kimsənin İslamının gözəlliyi ona aid olmayan işləri tərk etməsindədir.” 12

Hüseyn radiyallahu anhu anası Fatimədən radiyallahu anhə rəvayət etmişdir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Əlindən yağ iyi gəldiyi halda yatan kimsə özündən başqa heç kəsi qınamasın.” 13

Hüseyn ibn Əli radiyallahu anhumə demişdir: “Atam Əli məndən dəs­təmaz almaq üçün bir qab su gətirməyi xahiş etdi, mən də ona su gətirdim. Atam əllərini su qabının içinə salmamışdan əvvəl onları üç dəfə yudu. Sonra üç dəfə ağzını yaxaladı və üç dəfə burnunun içini yudu; sonra üç dəfə üzünü yudu; sonra üç dəfə sağ qolunu dir­səyə qədər və üç dəfə sol qolunu dir­səyə qədər yudu; sonra başına bir dəfə məsh çəkdi; sonra üç dəfə sağ ayağını topuğa qədər və üç dəfə sol ayağını topuğa qədər yudu. Sonra ayağa qalxıb: “Qabı mənə ver”- dedi, mən də qabı ona uzatdım. O, qabı götürüb ayaqüstə ikən artıq qalmış sudan içdi. Onun bu hərəkəti məni təəc­cübləndirdi. Atam mənim təəccübləndiyimi görəndə dedi: “Təəccüb­lənmə! Mən sənin baban Peyğəmbərin salləllahu aleyhi və səlləm belə et­diyini görmüşəm. O da bu cür dəstəmaz aldıqdan sonra artıq qalmış sudan ayaqüstə içmişdir.” 14
 


1 “əl-Kəhf” surəsi, 54.
2 Səhih əl-Buxari, 1127.
3 Səhih Muslim, 4/1896; Müxtəsər əş-Şəmail, 1/24-25.
4 Bu, qeyri-adi zahiri görünüşü olan bir uşaq idi ki, əshabələr onun məsihi-dəccal olduğunu güman edirdilər.
5 Peyğəmbər salləllahu aleyhi və səlləm 44-cü surənin 10-cu ayəsindəki “əd-Duxan” (yəni du­man) sözünü qəsd edirdi ki, bunu da ibn Sayyad düzgün tələffüz edə bil­mə­di. Beləliklə də, Peyğəmbər salləllahu aleyhi və səlləm şey­tanın ona qarmaqarışıq sözlər təlqin et­di­yi­ni sübuta yetirdi.
6 Mocəmul-Kəbir, 3/146; Silsilətul-Əhadis əs-Səhihə, 3256. Daha geniş məlumat üçün aşağıdakı hədisə nəzər salın:
Rəvayət edilir ki, ibn Ömər N demişdir: “(Bir dəfə) Ömər Peyğəmbərlə salləllahu aleyhi və səlləm və başqa bir neçə adamla birlikdə ibn Sayyadın yanına getdi. Onlar onu Bəni Məğalə qəbiləsinin istehkamı yanında uşaqlarla oynayan yerdə tapdılar. (O vaxt) ibn Sayyad artıq həddi-büluğa çatmışdı. Peyğəmbər salləllahu aleyhi və səlləm əli ilə (yavaşca ibn Sayyadın çiyninə) vura­nadək o, (onların gəldiyini) hiss etmirdi. Peyğəmbər salləllahu aleyhi və səlləm ibn Sayyaddan soruşdu: “Sən mənim Allahın elçisi olduğuma şahidlik edir­sənmi?” İbn Sayyad ona baxıb dedi: “Mən şahidlik edirəm ki, sən ümmilərə göndərilmisən.” Sonra ibn Sayyad Peyğəm­bərdən salləllahu aleyhi və səlləm soruşdu: “Sən mənim Allahın elçisi olduğuma şahidlik edirsən­mi?” Pey­ğəm­bər salləllahu aleyhi və səlləm ona cavab vermə­yib dedi: “Mən Allaha və onun elçilərinə iman gətirmi­şəm!” Sonra ondan soruşdu: “(Yuxuda) nə görürsən?” İbn Sayyad dedi: “(Yuxuda) mənə həm doğru xəbər­lər, həm də yalan xəbərlər gəlir.” Pey­ğəmbər salləllahu aleyhi və səlləm dedi: “İşin qarışığa düşüb (gör­düklərini şeytan sənə qarmaqarışıq göstərir).” Sonra Pey­ğəmbər salləllahu aleyhi və səlləm ona: “Sənin üçün fikrimdə bir şey tutmuşam”– dedi. İbn Sayyad: “Bu, əd-Duxdur”– deyə cavab verdi. Pey­ğəmbər salləllahu aleyhi və səlləm buyurdu: “İtil buradan! Sən heç vaxt həddini aşa bilməyəcəksən.” Ömər dedi: “Ya Rəsulullah, burax onun boynunu vurum.” Pey­ğəmbər salləllahu aleyhi və səlləm buyurdu: “Əgər o, odursa, sən ona bata bilməyəcəksən, yox əgər o deyilsə, onu öldürməyinin sənə heç bir xeyri yoxdur.”
Rəvayət edilir ki, ibn Ömər demişdir: “Bundan sonra Peyğəmbər salləllahu aleyhi və səlləm və Ubey ibn Kəb t ibn Sayyadın olduğu xurma bağına getdilər. Peyğəmbər salləllahu aleyhi və səlləm istəyirdi ki, ibn Sayyad onu görmədiyi halda onun nə danışdığını eşitsin. Peyğəmbər salləllahu aleyhi və səlləm onun bürün­cəyinə bürünüb uzandığını və əcaib səslər çıxart­dığını gördü. (Bu vaxt) ibn Sayyadın anası Peyğəmbərin salləllahu aleyhi və səlləm xurma ağacının arxasında gizləndiyini görüb ibn Sayyada: “Ey Safi! (Bu ibn Sayyadın adıdır). Muhəmməd buradadır”– dedi və ibn Sayyad dərhal sıçrayıb ayağa qalxdı. Peyğəmbər salləllahu aleyhi və səlləm buyurdu: “Əgər qadın onu oyatmasaydı, (onun kim olduğu bizə) bəlli olardı.” (əl-Buxari, 1354-1355)
7 Səhih Tərğib vət-Tərhib, 1681.
8 Səhih Sünən ət-Tirmizi, 3546.
9 Sünən əl-Beyhəqi, 4/350; İrva əl-Ğəlil, 4/152
10 Mocəm əs-Səğir, 61; Səhih əl-Cami, 3913.
11 əl-Cami əs-Səğir, 1890.
12 Müsnəd imam Əhməd, 1646; Səhih əl-Cami, 5911.
13 Səhih ibn Macə, 2665.
14 Sünən ən-Nəsai, 95; Müsənnəf Abdurrəzzaq, 123; Müsnəd əl-Cami, 9989; Səhih Əbu Davud, 1/200.

 


Baxılıb: 16552


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”