Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) söylədiyi bəzi şeirlər

İmam Hüseynin (radiyallahu anhu) söylədiyi bəzi şeirlər

İmam Hüseynin (radiyallahu anhu) söylədiyi

bəzi şeirlər

 

Burax məxluqatı Xaliqə güvən,

Onda, seçəcəksən düzü əyridən.1

Rəhmanın2 lütfündən ruzi dilə sən,

Bil, Ondan savayı yox ruzi verən.

Kim ki insanlardan umursa çörək,

Mərhəmətli Allaha inanmır demək.

Kim də mal-dövləti özünki3 sayır,

Düz yol üstə ikən səhv addım atır.4

 

 @@@

 

Varlının nə zaman artsa sərvəti,

Artar həm qayğısı, həm də möhnəti.

Tanıdıq biz səni, ey fani dünya,

Getdikcə köhnələn, dərd verən dünya.

Zahiddir, dünyanı tərk edən insan,5

Ailə yükünü, daşıyan insan.6

 

@@@

 

Vallahi ki, mənim, bir istəyim var,

Səkinə və Rabəb7 olsun mənə yar.

Canım da, malım da, onlara qurban,

Yoxdur buna görə məni qınayan.

Qınasalar belə, fikir vermərəm,

Heç kəsə, heç zaman boyun əymərəm8

 

@@@

 

Nəfis9 sayırlarsa fani dünyanı,

Bil, daha üstündür Allah savabı.10

Ölümə məhkumsa insanın canı,

Bil, daha əfzəldir şəhidin qanı.11

Allah yazmışdırsa bizim ruzunu,   

Bil, daha yaxşıdır axtarmaq onu.

Yığılan sərvətin yoxdusa sonu12

Niyə əbəs yerə yığırlar onu?13



1 Burada düz deyildikdə hər şeyə qa­dir olan Allah, əyri deyildikdə isə aciz məxluqat nəzərdə tutulur. Yəni belə etsən, yaradılanların aciz olduğu­nu, Allahın isə nəyə qadir olduğunu görə bilərsən.

2 Ərəbcə ər-Rəhman Mərhəmətli Allah deməkdir. Bu da Allahın bizə mə­lum olan doxsan doqquz adından biridir. 

3 Uca Allah buyurur: “Göylərin və yerin mül­kü Allaha məxsusdur. Dönüş də Alla­ha­dır”. ən-Nur, 42. 

4 əl-Bidayə vən-Nihayə, 8/208-209.

5 Burada bəzi rahiblər kimi gününü məbəddə keçirməklə dünyanı tərk etmək deyil, əksinə, bu dünyanın naz-nemətindən və zövqü-səfa­sından istifadə etməklə yanaşı ona könül bağlamayıb axirət yurduna can at­maq nəzərdə tutulur.

6 əl-Bidayə vən-Nihayə, 8/208-209.

7 Səkinə imam Hüseynin qızı, Rabəb isə həyat yoldaşıdır. Burada imam Hüseyn bu dünyada da, axirətdə də, sevimli ailəsi ilə birgə olmaq istəyini bildirir.

8 əl-Vafi vəl-Vəfəyat, 4/442.

9 Son dərəcə zərif, incə, gözəl və qəşəng.

10 Uca Allah buyurur: “Sizə verilən hər şey an­caq dünya həyatının keçi­ci zövqü və onun bərbə­zəyidir. Allah ya­nında olanlar isə daha xeyirli və daha sü­rəklidir. Məgər ba­şa düşmürsünüz?” əl-Qəsəs, 60.

11 Allah yolunda vuruşub şəhid olmaq, əlbəttə ki, hər cür ölümdən daha əfzəl sayılır.

12 Hər kəs Allah yolunda xərclədiyinin əvəzini Qiyamət günü artıqlaması ilə alacaq, bu mal-dövlət axırda yenə onun özünə qismət olacaq, yığıb saxla­dığı isə gec-tez varislərə nəsib olacaqdır. Rəvayət edilir ki, (bir dəfə) Peyğəm­bərin (salləllahu aleyhi və səlləm) ailəsi bir qoç kəsib (Allah yolunda) payladı. Sonra Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) gəlib soruşdu ki: “(Özümüzə) nə qaldı?” Zövcəsi: “Onun bir kürəyi qaldı?”- deyə cavab verdi. Onda Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “(Xeyr, bizə) payladığmız qaldı”. Səhih Sunən ət-Tirmizi, 2470 və Səhih Tərğib vət-Tərhib, 859.

13 əl-Bidayə vən-Nihayə, 8/208-209.

 


Baxılıb: 16120


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”